Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə3/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   2   3   4   5   6   7   8   9   ...   80

əhəmiyyətini  möhkəmləndirmək  üçün yeni  bey­
nəlxalq,  dövlətlərarası  normativ-hüquqi  və  qa­
nunverici aktlar işləyib hazırlamaqdır.
Bununla  əlaqədar qloballaşma və milli mədə­
niyyətlərin,  lokallaşmamn qarşılıqlı nisbəti prob­
lemi  olduqca  aktuallıq  kəsb  etməyə  başlayır. 
Qloballaşan  dünyada  milli özünəməxsusluğu  və 
unikallığı necə qoruyub saxlamaq və eyni zaman­
da  bəşəriyyətin  qlobal  inkişaf  perspektivlərinin 
yaratdığı  üstünlüklərdən  necə  səmərəli  istifadə 
etmək olar? Bu sual eyni dərəcədə, bütün ölkələri 
və xalqları düşündürən məsələyə çevrilmişdir.
Son dövrlərdə qloballaşmanın və milli mədə­
niyyətlərin  qarşılıqlı  təsiri,  mədəni  qloballaşma­
nın  mahiyyəti,  mədəniyyətlərarası  münasibətlər, 
mədəniyyətlərin dialoqu kimi bəşəri problemlər ic­
timai elm nümayəndələrinin  tədqiq və müzakirə 
etdikləri əsas elmi problemlərdəndir. Azərbaycan 
alimləri  də  bu  problemlərin  araşdırılmasından 
kənarda  qalmamış,  ölkəmizdə  son  illərdə  işıq 
üzü  görmüş  bir  sıra  əsərlərdə  "qloballaşma  və 
mədəniyyət" problemi əsas tədqiqat predmeti ol­
muşdur [14-18,32,35,38-40; 43-47; 58-66; 71; 73; 76- 
80; 101,109]. Müxtəlif konfrans və simpoziumlarda 
bu problem əsas müzakirə obyekti olmuşdur.  Bu 
baxımdan  "Qloballaşma  şəraitində  mədəniyyət­
lərin  qarşılıqlı  təsiri"  adlı  beynəlxalq  konfransın 
materialları diqqəti cəlb edir [92]. Bütün bu əsərlər 
"Qloballaşma və mədəniyyət" probleminin geniş 
tədqiqi  üçün  mühüm  nəzəri  və  metodoloji  baza

Sevda Ağamirzə qızı Əhədova
təşkil  edir.  Bununla  yanaşı  etiraf  edilməlidir  ki, 
qloballaşma  prosesində  milli  mədəniyyətlərin 
perspektivləri, qloballaşmanın beynəlxalq mədəni 
əlaqələrin  inkişafına təsiri yenə  də  aktual elmi  və 
sosial-siyasi  problem olaraq qalmaqdadır.  Diqqəti 
cəlb  edən  digər  məqam,  adı  çəkilən  problemin 
tədqiqində  təşəbbüsün  filosofların və qismən  də 
kültüroloqların əlində olmasıdır. Yuxarıda adı çəki­
lən əsərlərin müəlliflərinin də əsasən fəlsəfə elmi­
nin  nümayəndələrinin  alması,  məsələnin  fəlsəfi 
aspektlərdən  təhlil  etmələri  bunun  əyani  sübu­
tudur.  Politoloqların,  sosioloqlarm,  tarixçilərin, 
beynəlxalq  münasibətlər  və  beynəlxalq  hüquq 
üzrə  mütəxəssislərin  problemin  həllində  yaxın­
dan iştirakına, müasir inteqrasiya və qloballaşma 
şəraitində  Azərbaycan  mədəniyyətinin  ölkənin 
xarici  siyasətinin  həyata  keçirilməsində  mühüm 
amil  kimi nəzərdən keçirilməsinə böyük  ehtiyac 
vardır.  Bu  zaman  bir  amili  də  nəzərə  almaq  la­
zımdır ki,  qloballaşan dünyada  ölkənin rəqabətə 
davamlılıq  qabiliyyəti  onun  mədəniyyət  siyasə­
tindən,  beynəlxalq  arenada  formalaşdırdığı  imi­
cindən  çox  asılıdır.  BMT  və  YUNESKO-nun  sə­
nədlərində  də  mədəniyyət  milli  və  beynəlxalq 
inkişaf  siyasətlərinin,  beynəlxalq  inkişaf  naminə 
əməkdaşlığın strateji tərkib hissəsi kimi qeyd olu­
nur.  Mədəniyyətin  beynəlxalq  münasibətlərdə 
rolunun artmasını'Sübut edən göstəricilərdən biri 
də  xarici  mədəniyyət  siyasəti,  mədəni  diploma­
tiya  kimi  terminlərin  beynəlxalq  münasibətlər
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


nəzəriyyəsində  vətəndaşlıq  hüququnun  qazan­
masıdır. Mədəni  diplomatiya (mədəniyyət diplo­
matiyası) isə diplomatiyanın ayrılmaz elementinə 
və istiqamətinə çevrilmişdir.
Göründüyü kimi, beynəlxalq mədəni münasi­
bətlərdə  cərəyan  edən  proseslər  çox  geniş  el­
mi-nəzəri  araşdırmalar  tələb  edir.  Baş  verən  də­
yişikliklərə  adekvat  olaraq  yeni,  daha  çevik  tə­
fəkkür  və  dünyagörüş  sisteminin  formalaşdırıl- 
masma ehtiyac duyulur. Xüsusən sivilizasiyaların 
və mədəniyyətlərin  dialoqu  məsələsi bu gün bü­
tün  dünyada siyasətçilər,  alimlər,  mədəniyyət və 
din xadimləri arasında ən geniş müzakirə olunan 
məsələlərdən birini təşkil edir.
Prezident İlham Əliyev Bakı İkinci Beynəlxalq 
Humanitar  Forumda  çıxışı  zamanı  bu  məsələlər 
diqqəti cəlb edərək demişdir ki, həm siyasətçilərin, 
həm  ictimai  xadimlərin,  vətəndaş  cəmiyyəti  və 
mediya nümayəndələrinin məsuliyyəti ondan iba­
rətdir ki,  müsbət meylləri, müsbət təcrübəni işıq­
landırmaq lazımdır. Biz fəaliyyətimizi bu müsbət 
təcrübə  əsasında  qurmalıyıq.  Hesab  edirəm  ki, 
əgər bax bu yanaşma üstünlük təşkil edərsə, o za­
man dünya daha da əmniyyətli olacaqdır və xalq- 
lararası əlaqələr müsbət, sağlam zəmində qurula­
caqdır [20, 2012, 5 oktyabr].
2012-ci  ilin  oktyabrında  Bakıda  keçirilmiş  II 
Beynəlxalq  Humanitar  Forumun  qəbul  etdiyi 
yekun  sənəddə  qloballaşma  prosesinə  ədalətli 
xarakter  verilməsi  vacibliyi  qeyd  olunmuş,  bü-.
Sevda Ağamirzə qızı Əhədova
tün  ölkələrin  siyasi  və  elmi  elitasına,  nüfuzlu 
beynəlxalq  strukturlara  dinamik  qloballaşan  cə- 
miyyətdə  humanitar  problemlərə  xüsusi  diqqət 
yetirməyə  çağırış  öz  əksini  tapmış,  XXI  əsrdə 
qloballaşma  proseslərinə  yeni  metodoloji  yanaş­
malar,  postmodernist  mədəniyyətdə  ənənəvi 
dəyərlər  sistemi  kimi bu  problemlərin  nəzərdən 
keçirilməsinin vacibliyi vurğulanmışdır.
Forum,  "hər bir cəmiyyətin ənənəvi xüsusiy­
yətlərini  nəzərə  alaraq  onun  inkişaf  prosesinin 
özünəməxsusluğunu və müxtəlifliyini" dərk edə­
rək beynəlxalq forumları  və  müxtəlif humanitar 
təşkilatlan,  dövlətlər,  vətəndaş  cəmiyyətləri  və 
konfessiyalar  arasında  tolerantlıq  mühiti  yarat­
mağa  və sivilizasiyalararası  münaqişələrin qarşı­
sını  almağa xidmqt edən  əsil mədəniyyətlərarası 
dialoqun gerçəkləşdirilməsi məqsədi ilə forumlar, 
konfranslar, müzakirələr və "dəyirmi masalar"m 
təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə ça­
ğırmış, dünyanın müxtəlif regionlarında getdikcə 
artan qarşıdurma meylləri ilə yanaşı əməkdaşlığa 
və  qarşılıqlı  anlaşmaya  zəmin  yaradan  hazırkı 
proseslərin universitetlərdə, elmlər akademiyala­
rında və ayrı-ayrı fondlarda elmi fəaliyyətin diqqət 
mərkəzində olması zəruriliyini göstərmişdir [29].
Təqdim olunan monoqrafiyam bu istiqamətdə 
atılan  addımlardan  biri  hesab  etmək  olar.  Mo­
noqrafiyada  müasir  beynəlxalq  münasibətlərdə 
mədəniyyət  amilinin  yeri  və  rolu  təhlil  edilmiş, 
qloballaşmanın  mədəni  aspektləri,  multikultu-
Müasir dünyada madəniyyatlərarası münasibətlər
15


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə