Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə4/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   2   3   4   5   6   7   8   9   ...   80

ralizm,  mədəni  hüquqlar  kimi  problemlər  işıq­
landırılmışdır.  Burada  həmçinin  mədəniyyət­
lərin  və  sivilizasiyaların  qarşılıqlı  münasibətləri, 
mədəniyyətlərarası  dialoqun  mahiyyəti  və  məq­
sədləri haqqında  müəllifin  düşüncələri  öz  əksini 
tapmışdır.
Sevda Ağamirzə qızı Əhədova
16
I  FƏSİL
MƏDƏNİYYƏT VƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
1 .1 .  M ə d ə n iy y ə t və  sivilizasiya: 
z id d iy y ə tlə rin   və hd ə ti
T
arix belə bir fikrin doğruluğunu dəfələrlə 
sübutetmişdirki,siyasətinaçabilmədiyi qa­
pıları mədəniyyət açır. Müxtəlif mədəniyyətlərin 
anlaşması  beynəlxalq  münasibətlərin  tənzimlən- 
■ məsində,  sülhün və sabitliyin təmin edilməsində 
mühüm  tarixi-siyasi  faktor  kimi  çıxış  etmiş  və 
etməkdədir.  Mədəniyyət  öz-özlüyündə  bəşəri 
bir  fenomendir.  Müasir  humanitar  elmlərdə 
mədəniyyət  anlayışı  fundamental  məsələlərdən 
biri  hesab  olunur.  Müxtəlif  elmi  kateqoriya  və 
terminlər arasında, müxtəlif elmlərdə ən müxtəlif 
mənalarda  çıxış  edən  və  müxtəlif  kontekstlərdə 
istifadə  edilən  bəlkə  də  ikinci  belə  məfhum  tap­
maq çox çətindir.
Hazırda  həm  dünya,  həm  də  milli  elmşünas- 
lıqda mədəniyyət termininin mənşəyi ilə bağlı nə-
17


zəri yanaşmaları özündə əks etdirən kifayət qədər 
ədəbiyyat mövcuddur. Bu terminin etimologiyası 
ilə bağlı  ümumi  fikir də mövcuddur. Yekdil fikrə 
görə  "cultio"  və  "culte"  terminləri  latm  dilində 
yaranmış  və  ilk  olaraq  torpağm  becərilməsi  mə­
nasını  daşımışdır.  Lakin  elə  Roma  sivilizasiyası 
zamanında  terminin  məzmunu  genişlənmiş  və 
yeni  məna  daşımağa  başlamışdır.  Ədəbiyyatda 
ilk  dəfə  olaraq  "mədəniyyət"  (cultura)  termini­
ni  nəzəri  termin  kimi  Siseron  tətbiq  etmiş,  onu 
aqrotexniki  termin kimi deyil, şərti mənada -  in­
sanın  zəkasının  və  qəlbinin  "becərilməsi"  kimi 
işlətmişdir.  Bu  mənada  mədəniyyət  termini 
təbiətin  yaratdığından  fərqli  olaraq  insanın  ya­
ratdığı  bütün  nemətlərin  məcmusu  kimi  başa 
düşülməyə  başlanmışdır.  Nəticədə  mədəniyyət 
(cultura) təbiətin (natura) əksi kimi qəbul edilirdi.
XVII-XVIII əsrlərdən başlayaraq "mədəniyyət" 
anlayışının yeni  izahı yayılmağa başlayır. Alman 
hüquqşünası  Samuel  Pufendorf  özünün  "Təbii 
hüquq  haqqında"  əsərində  mədəniyyətə  dair 
Siseron  mülahizəsindən  imtina  edərək  ilk  dəfə 
olaraq  mədəniyyəti  insan  fəaliyyətinin  nəticəsi, 
onun  daxili və  xarici təbiətini tamamlayan,  insa­
nı ucaldan müsbət keyfiyyətlərin məcmusu kimi 
səciyyələndirmişdir. Mədəniyyət anlayışı hazırda 
demək olar ki, bütün dillərdə bu mənada işlədilir.
Bu  anlayışın  fəlsəfi,  külturoloji  mənalan  haq­
qında  o  qədər  çoxlu  fikir  mövcuddur  ki,  hətta 
mədəniyyətin  təriflərinin  təsnifatına  həsr  edil-ı
Sevda Ağamirza qızı Əhədova
<8
miş  məxsusi  əsərlər  yaranmağa  başlamışdır  [73, 
11].  Mədəniyyətin  etimologiyası,  fəlsəfi  mənası, 
paradiqmaları,  tipləri,  formaları  və  digər  əsaslar 
üzrə  təsnifatları  haqqında  ədəbiyyatda  çoxsay­
lı  yanaşmalara  rast  gəlmək  mümkündür.  Bu  ter­
min  təkcə  adi  dildə  deyil,  müxtəlif elmlərdə  belə 
çoxlu  mənalarda  işlədilir.  Mədəniyyət  anlayışına 
müxtəlif  yanaşmaların  mövcudluğunun  mühüm 
göstəricisi  kimi  onun  250-dən  çox  tərifinin  olma­
sıdır. Mədəniyyətin sosioloji, tarixi, normativ, psi­
xoloji,  didaktik,  antropoloji  təsnifatları  mövcud­
dur [73,  7-9;  130;  159,  17-29].  Mədəniyyətə bu cür 
müxtəlif yanaşmalarm,  definisiyalarm mövcudlu­
ğu  təbiidir.  Çünki  mədəniyyət  öz-özlüyündə  çox 
mürəkkəb  və çoxcəhətli hadisə  olub,  insan həya­
tının bütün tərəflərini əks etdirir. Məhz buna görə 
də mədəniyyət bir çox elmlərin -  fəlsəfə, tarix, so­
siologiya, antropologiya, etimologiya, aksiologiya, 
semiotika,  kulturologiya  və  s.  predmetini  təşkil 
edir.  Lakin  biz  mədəniyyətin  elmi-nəzəri  mahiy­
yətinə varmadan onun maddi və mənəvi dəyərlər 
sistemi  yaratmış  insanların  fəaliyyətinin  məcmu 
nəticəsi kimi beynəlxalq münasibətlərdə oynadığı 
rola  diqqət  yetirməyi  qarşımıza  məqsəd  qoymu­
şuq.  Ona  görə  də  mədəniyyət  anlayışına  yalnız 
mədəni  dialoq,  beynəlxalq  mədəni  münasibətlər 
kontekstində  baxacaq,  beynəlxalq  sənədlərdə  öz 
əksini  tapmış  məzmunu  haqqında  söhbət  açaca­
ğıq-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Sevda Ağamirzə qızı Əhədova
Metodoloji  aspektlərə  görə  bir-birindən  fərq­
lənsələr də bütün bu  tərif və təsnifatlarda mədə­
niyyətin ümumi xüsusiyyətləri üzə çıxır:
-  Mədəniyyət insan həyatının universal hadi­
səsidir. Ona görə də hər bir insan birliyinin və so­
sial  qrupun  özünəməxsus  mədəniyyəti  mövcud­
dur;
-   Mədəniyyət  insanların  birgə  həyat  fəaliy­
yətinin məhsuludur;
-  Mədəniyyət öz ifadəsini dəyərlərdə,  qayda­
larda, adət və ənənələrdə tapır;
-   Mədəniyyət  irsən  ötürülmür,  təlim-tərbiyə 
vasitəsilə, əməli təcrübə ilə mənimsənilir;
-  Bəşəriyyət vahid sosial kollektiv deyil. Müx­
təlif insan qrupları, müxtəlif etnik, regional, sosial 
mədəniyyətlər yaratmışlar;
-  Mədəniyyət  dinamikdir,  o  inkişafa  və yeni­
ləşməyə,  onu  öz  mövcudluğunun  dəyişkən  şərt­
lərinə  uyğunlaşdıran  insanların  maraq  və  tələ­
batlarını  təmin edən yeni forma və üsullar yarat­
mağa qadirdir;
-  Mədəniyyət insanların kollektiv həyat fəaliy­
yətinin nəticəsi olsa da, onun daşıyıcıları ayn-ayrı 
şəxslərdir;
-  Mədəniyyət cəmiyyətin və  onun üzvlərinin 
özünü eyniləşdirmək, onun daşıyıcılarının öz qrup 
və  fərdi  "Mən"ini  dərk  etmək,  digər  mədəniy­
yətlərlə  və  xalqlarla  qarşılıqlı  əlaqələrində  "doğ­
ma"  və  "yad"  əlamətləri ayırmaq üçün əsas kimi 
çıxış edir [157].
го
Ayn-ayrı  xalqların,  eləcə  də  insanlarm  mə­
dəniyyətinin təşəkkül tapması və inkişafı məsələ­
lərini  mədəni  antropologiya  öyrənir.  Mədəni an­
tropologiyaya  görə  mədəniyyət  insanlarm  birgə 
həyat  fəaliyyətinin  məhsulu,  onların  kollektiv 
mövcudluğunun razılaşdırılmış üsullarının, qrup 
və  fərdi  tələbatlarının  təmin  edilməsi  norma  və 
qaydalan sistemidir. Mədəni antropologiyaya gö­
rə  bütün  dünyada  yaşayan  insanları  birləşdirən 
vahid universal mədəniyyət yoxdur, mədəniyyət 
müxtəlif  dövrlərin,  regionların  mədəni  çoxluğu, 
ауп-ауп  ölkələrin  və  xalqların  mədəniyyətləri 
şəklində  mövcuddur.  Kulturologiyada  onlar  lo­
kal  (milli)  mədəniyyətlər  adlanır.  Daşıyıcıları  və 
yaradıcıları  xalqlar  olan  lokal  mədəniyyətlərin 
mövcudluğu  bütövlükdə  bəşər  mədəniyyətinin 
qanunauyğun mövcudluğu formasıdır.  Lokal  və 
etnik mədəniyyətlərin qarşılıqlı əlaqəsi sayəsində 
ünsiyyət sistemi yaranır, müxtəlif davranış tipləri 
və stili, dəyər oriyentasiyaları, mədəniyyəti, etnik 
özgünlüyü  qorunub  saxlanılır.  Bu  ünsiyyət  həm 
münasibətlərin  aydınlaşdırılması,  münaqişələr, 
təlatümlər  yolu  ilə,  həm  də  qarşılıqlı  uyğun­
laşma,  çarpazlaşma,  digər xalqların  mədəni  özü­
nəməxsusluğunun qəbul edilməsi yolu ilə həyata 
keçirilir.
Kulturologiyanın  mühüm  elmi-nəzəri  prob­
lemlərindən  biri  də  mədəniyyət  və  sivilizasiya 
arasındakı  qarşılıqlı  əlaqələrin?  oxşar  və  fərqli 
cəhətlərin müəyyənləşdirilməsidir.
г/
Müasir dünyada mədaniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə