Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə5/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   2   3   4   5   6   7   8   9   ...   80

Sevda Ağamirzə qızı Əhədova
Fəlsəfi-külturoloji fikir tarixində "mədəniyyət 
və  sivilizasiya"  məfhumlarına  müxtəlif  yanaş­
malar  olmuşdur.  N.İ.Danilevski,  P.Sorokin, 
A.Toynbi  onlar  arasmda  məna  fərqi  qoymurlar. 
O.Şpenqler, N. Berdyayev isə əksinə, sivilizasiyanı 
mədəniyyətə qarşı qoyaraq, ona mexaniki, texno­
loji mədəniyyət, mənəvi əsası olmayan, aşağı sıra­
dan mədəniyyət kimi yanaşırdılar.
Sivilizasiya  terminini  adətən  müəyyən  inki­
şaf  səviyyəsinə  çatmış  xalqlara  aid  edirlər.  Latın 
dilindən ■
 tərcümədə  sivilizasiya  termini  mülki, 
dövlət  (civilis)  mənasını  bildirir  və  şəhər  həyat 
tərzinin,  polisin  insana  təsirinin  nəticəsi  kimi 
qəbul edirdi. Cəmiyyət inkişaf etdikcə sivilizasiya 
məfhumu  tarixi  proseslərin  təhlili  kontekstindən 
işlənməyə  başlamışdır.  Terminin  mahiyyəti 
ilə  bağlı  çoxlu  müxtəlif  fikrilər  mövcuddur. 
Ədəbiyyatda  mədəniyyətlə yanaşı sivilizasiyanın 
da  onlarla  definisiyasma  rast  gəlmək  mümkün­
dür ki, bu  da  terminin sintetikliyini, inkişaf edən 
səciyyə daşıdığını göstərir.
Sivilizasiya  termini  müasir  mənada  ilk  dəfə 
olaraq  Fransa  və İngiltərə maarifçiləri  tərəfindən 
XVIII  əsrin  II  yarısında  dövriyyəyə  buraxılmış­
dır.  Sivilizasiya  sözünü  ilk  dəfə  işlətmiş  Markiz 
de  Mirabo  özünün  "Qanunların  dostu"(1757) 
traktında  onun  qaydalara  əməl  etmək  və  bu 
qaydaların  birgə  yaşayış  qanunları  rolunu  oy­
naması  məqsədi  ilə  tətbiq  edilən  ədəb,  nəzakət, 
mərifətin  məcmusu  kimi  dəyərləndirmişdir. 
гг
J.J.Russo,  F.Volter  bu  sözü  fel  formasında  (ci- 
viliser)  "mərifətləndirmək",  "odəbləndirmək", 
"maarifləndirmək" mənasında işlətmişlər. İngiltə­
rədə  bu  sözün  ilk  dəfə  1797-ci  ildə  işlədildiyi 
qeydə  alınmışdır.  Həmin  dövrdə  sivilizasiya  ca­
hilliyin,  nadanlığın,  geriliyin əksi  kimi  dərk edi­
lirdi. Mədəniyyətə isə sivilizasiyanın komponenti 
kimi baxılırdı. Lakin tədricən bu terminlər arasın­
da fərqlər qoyulmağa başlanırdı.  Əgər sivilizasi­
ya inkişaf etmiş bütöv bir xalqlara və ölkələrə aid 
edilirdisə,  "mədəniyyət"  sivilizasiyanın  yüksək 
nailiyyətlərinin  ifadə  olunduğu  mənəviyyatın 
forma  və  səviyyələrinə  şamil  olunurdu  [90,  124- 
126].
1819-cu  ildə  "siviılizasiya"  sözünün  ilk 
dəfə  cəm  halında  işlədilməsi  artıq  bir  deyil,  bir 
neçə  sivilizasiyanın  mövcud  olduğunun  təsdiq 
edilməsinin sübutu idi.
"Sivilizasiya"  termini  tədricən  yeni  mənalar 
və  xassələr  kəsb  etməyə  başlayırdı.  Bir  sıra  hal­
larda  "mədəniyyət"  anlayışı  "sivilizasiya"dan 
ayrılıqda  işlədilir  və  hətta  ona  qarşı  qoyulurdu. 
XIX  əsrdə  elmi-materialist  istiqamətin  inkişafı 
sivilizasiya  haqqında  da  təsəvvürlərə  öz  təsirini 
göstərmiş  oldu.  Bu  təsəvvürlərə görə sivilizasiya 
cəmiyyətin  təbiətdən  asılılığı  olmayan  daha 
yüksək inkişaf səviyyəsidir.
Sivilizasiya nəzəriyyəsi klassik sosiologiya ilə 
birgə  təşəkkül  tapsa  da,  bu  iki  elmi  istiqamətin 
tədqiqat predmeti getdikcə şaxələnməyə başlayır-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
<23


dı.  Əgər sosiologiya daha  çox  müasir cəmiyyətin 
sosial  tənzimləmə  prinsiplərinin  öyrənilməsi 
ilə,  empirik  tədqiqatlarla  məşğul  olurdusa,  sivi­
lizasiya  insan  varlığının  tarixi  ölçüləri  haqqın­
da  təsəvvürləri  formalaşdırır,  tarixin  müxtəlif 
mərhələləri  arasında  qarşılıqlı  əlaqəni  öyrənirdi. 
Tədricən  sivilizasiya  problemlərini  öyrənən 
müxtəlif məktəblər ("mədəni-materialist", "tarixi 
idealizm",  "mədəni-tarixi"  və s. məktəblər)  [122, 
169-187] yarandı.
Sivilizasiya nəzəriyyəsinin baniləri kimi N.Da- 
nilevskinin, M. Veberin, O.Şrenqlerin, P.Sorokinin, 
A.Toynbinin,  N.Eliasın,  S.Ayzenştadtın  adlarını 
göstərirlər.
Sivilizasiya elminin dünyada ən böyük koordi­
nasiya mərkəzlərindən biri kimi "Sivilizasiyaların 
müqayisəli  öyrənilməsi  Beynəlxalq  Cəmiyyəti" 
hesab  edilir  (yaradıcıları  A.Toynbi,  P.Sorokin). 
Cəmiyyətin ilk konfransı 1961-ci ildə Zalsburqda 
keçirilmişdir.  70-ci  illərdən  başlayaraq  isə  bu 
cəmiyyətin illik konfransları təşkil olunur,  orada 
müxtəlif ölkələrin alimləri iştirak edirlər.
1980-ci  illərdən  bu  mövzuya  maraq  yemdən 
artmağa başlayır. XX əsrin sonları -  XXI əsrin əv­
vəllərində  müxtəlif  ölkələrdə  sivilizasiyalar  nə­
zəriyyəsinə dair bir neçə maraqlı əsərlər işıq üzü 
görmüşdür.  Rusiyada  hazırda  bu  istiqamət  üzrə 
bir  neçə  elmi  tədqiqat  bölməsi  fəaliyyət  göstərir 
[229].
Sevda Ağamirzə qızı Əhədova
Bir  sıra  müəlliflər  (Y.Yakovets,  A.Çernyak  ' 
və  s.)  hətta  tədqiqat  predmeti  sivilizasiyala­
rın  qarşılıqlı  əlaqəsi  olan  yeni  elm  sahəsinin  -  
"Sivilioqrafiya" elminin (Çemyak, 1996) yarandı­
ğını da göstərirlər. Bu heç şübhəsiz, sivilizasiyalar 
haqqında  nəzəriyyənin  müasir  ictimaişünaslığm 
mühüm  istiqamətlərindən  birinə  çevrildiyini bir 
daha təsdiq edir.
Mədəni-tarixi  məktəbin  nümayəndələri  si­
vilizasiyanı  real  fəaliyyət  göstərən  və  öz  qa­
nunauyğunluqlarına  (dövlətlərə,  millətlərə  və 
ya  sosial  qruplara  xas  olmayan)  malik  olan  iri 
sosial-mədəni  sistemlər  kimi  qəbul  edirlər.  Bu 
qanunauyğunluqlar  bu  və  ya  digər  dərəcədə 
sistemin  digər  komponentlərinin,  o  cümlədən 
maddi  mədəniyyət və mənəvi həyat fəaliyyətinə 
təsir  göstərirlər.  Hər  sivilizasiya  ayrı-ayrılıqda 
mövcuddurlar,  özünəməxsus  xarakterə,  sosial- 
mənəvi struktura,  tarixə,  taleyə malikdirlər. Sivi­
lizasiyalara uzun tarixi dövrləri əhatə edən dina­
mika  xasdır.  Onlar  ön  inkişafında  müxtəlif inki­
şaf mərhələlərindən genezis -  inkişaf -  yetkinlik 
-  ətalət -  dağılma mərhələlərindən keçirlər.
B.S.Yerasova  görə  sivilizasiya  məkan  və  za­
man  daxilində  münasibətlər  şəbəkəsinə  və  iri­
miqyaslı  vəhdət  yaradan  fərdlərin  və  qrupların 
ümumi  sosial-mədəni  əlaqələrinə  əsaslanır  [122, 
185].
Mədəni-tarixi yanaşmanın tərəfdaşlarına görə 
sivilizasiyalara  xas  olan  ümumilik  ən  adekvat
Müasir dünyada mədaniyyətlərarası münasibətlər
25


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə