Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə8/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

və  ilk  dövlətlərin  yaranmasa  ilə  əlaqələndirməyi 
də  düzgün  hesab  etməyərək,  sivilizasiyanı  ənə­
nəvi  mənada  dərk  etməyi  daha  doğru  olduğunu 
bildirir  və  qeyd  edir ki, bu  mənada  o  milli  və ya 
dini deyil, ümumbəşəri xarakter daşıyır. Onun nə­
zərincə sivilizasiyanın əsasını əmək bölgüsü təşkil 
edir.  "Cəmiyyətin  sabitliyi  üçün  insanlar  bir-bi­
rini  təkrar  etməməli,  öz bacarıqlarını  müxtəlif  is­
tiqamətlərdə inkişaf etdirməli  və bununla  da bir- 
birlərini  tamamlamaq  imkanı  əldə  etməlidirlər 
[165,189].
Sivilizasiyanı  hər  şeydən  əvvəl  cəmiyyətin 
təşəkkül  tapması  və  təkmilləşməsi  prosesi  kimi 
qəbul  edən  S.Xəlilov  Şərq  və  Qərb  dəyərlərinin 
müqayisə  edilməsini insan  və  cəmiyyətin priori­
teti ilə sıx bağlı olduğunu qeyd edir.
Dünya  sivilizasiyası  ideyası  ümumi  şəkildə 
bəşəriyyətin  mədəni  yaxınlaşması  bütün  dünya­
da  müxtəlif  xalqların  ümumi  dəyərləri,  inancla­
rı,  oriyentasiyaları,  fəaliyyət  formaları  və  insti­
tutları  qəbul  etməsini bildirir.  Müxtəlif birliklərə 
mənsub  olsalar  da,  insanların  əksəriyyəti  oxşar 
mənəviyyat prinsiplərinə, nəyin doğru olduğunu, 
nəyin doğru olmadığı haqda bəzi minimal norma 
və təsəvvürlərə malikdirlər.
Universallıq  və  universallaşdırma  cəhdi 
hər  şeydən  əvvəl  Qərb  sivilizasiyasına  xas  olan 
keyfiyyətdir.  O,  güclü  resurslarına,  texnoloji  li­
derliyinə  əsaslanaraq  dünyanın  hər  yerində  öz 
prinsiplərini,  dəyərlər  sistemini  geniş  yayma­
Sevdə Ağamirzə qızı Əhədova
ğa,  onların  hamı  üçün  yeganə  imperativ  kimi 
qəbul  etdirməyə  çalışır.  Qərbin  bu  cəhdlərini 
S.Hantinqton  dəqiq  ifadə  etmişdir:  "Universal 
sivilizasiya  konsepsiyası  Qərb  sivilizasiyası­
nın  xarakterik  məhsuludur.  XIX  əsrdə  "ağ  ada­
mın  vəzifəsi"  ideyası  Qərbin  qeyri-qərb  cəmiy­
yətlər  üzərində  siyasi  və  iqtisadi  ağalığının 
genişlənməsinə  bəraət  qazandırmağa  kömək 
edirdisə,  XX  əsrin  sonunda  bu  konsepsiya  digər 
cəmiyyətlər  üzərində  Qərbin  mədəni  ağalığına 
və həmin cəmiyyətlərin Qərb ənənələrini və insti­
tutlarını  təqlid  etmək  zəruriliyinə  bəraət  qazan­
dırmağa  kömək  edir.  Universalizm  -  qeyri-qərb 
mədəniyyətlərinə qarşı durmaq üçün Qərbin aşı- 
ladığı  ideologiyadır"  [166,  90-91;  212,  83].  Lakin 
ümumdünya sivilizasiyasının qərb istehlak obra­
zının və kütləvi mədəniyyətin yayılması əsasında 
yaranması  haqqında fikirlər heç bir tənqidə döz­
mür.  Güclünün  mövqeyindən çıxış  edərək  Qərb 
digər  dünyaya  qloballaşma  və universallaşması- 
nın özünün maraqları baxımından optimal saydı­
ğı prinsiplərini qəbul etdirməyə çalışır. Bu zaman 
başqa  ölkələrin  və  mədəniyyətlərin  maraqlarını 
nəzərə  almamaqla,  o,  əslində  dini,  sosial,  milli 
ziddiyyətlərin yaranmasına səbəb olur.
Qərbin mədəni ekspansiyasının məqsədi siya­
si  və  iqtisadi  rıçaqlardan  istifadə  etməklə  başqa 
mədəniyyətlərin  hesabına  öz mədəni dəyərlərini 
və  ənənələrini  yaymaqdan  ibarətdir.  Bu  özü­
nü  Qərb  həyat  tərzinin  və  istehlak  meyllərini
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
35


başqalarına  qəbul  etdirməkdə,  informasiyanın 
bir istiqamətdə -  "mərkəzdən periferiyalara" axı­
nında, Qərb mədəniyyətini universal mədəniyyət 
kimi  yaymaqda,  digər  mədəniyyətlərin  bəşər 
sivilizasiyasının  tərəqqisinə  verdiyi  töhfələri 
danmaqda,  mədəni  əlaqələr  vasitəsilə  öz  si­
yasi  məqsədlərinə  çatmaqda  və  bu  məqsədlə 
qərbpərəst  sosial-mədəni  elitanı  formalaşdır­
maqda göstərir.
Təkcə  onu  göstərmək  kifayətdir  ki,  hazırda 
inkişaf  etməkdə  olan  ölkələrdə  istehlak  olunan 
informasiya  və  verilişlərin  80%-ə  qədəri  Qərbin 
aparıcı  ölkələrindən  idxal  olunur  ki,  bu  böyük 
məlumat  axını  Qərbin  siyasi,  eləcə  də  mədəni- 
sivilizasiyon  maraqlarını  əks  etdirir.  Çox  zaman 
demokratiya,  insan hüquqları uğrunda mübarizə 
pərdəsi altında elə iqtisadi və siyasi maraqlar du­
rur.  Qərbin  mədəni  müdaxiləsinə  cavab  reaksi­
yası  kimi,  oradakından fərqli  olan, öz baxışlarına 
uyğun olan dünya qurmağa çalışan qeyri-qərb si­
vilizasiyaların  dirçəlməsi  və güclənməsi  cəhdləri 
baş verir.
Qərbin  təsiri  altında  baş  verən  iqtisadi  mo­
dernləşmə  və  onunla  müşayiət  olunan  sosial-si­
yasi  dəyişikliklər  identikliyin  əsas  mənbəyi  olan 
milli  dövlətləri  zəiflədir,  yaranmış boşluğu geniş 
sosial  təbəqələrin  cəlb  olunduğu  fundamentalist 
cərəyanlar doldurmağa çalışır.
Bu  aspektlər  Qərb  sivilizasiyası  ilə  müxtəlif 
şərq  sivilizasiyaları  arasındakı  ciddi  fərqlərə
Sevda Ağamirzə qızı Əhədova
зб
diqqəti  cəlb  edir.  Bu  sivilizasiyalar  tarix,  dil, 
mədəniyyət,  ənənələr,  dini  nöqteyi-nəzərdən 
bir-birindən  fərqlidirlər.  Əlbəttə,  fərqlilik  heç də 
münaqişə  demək  deyildir.  Lakin  o  da  faktdır ki, 
bəşər  tarixində  ən uzun  və dağıdıcı  müharibələr 
məhz  sivilizasiyalar  arasındakı  fərqlərin  nəticə­
sində  baş  vermişdir.  Qərblə  Şərq  arasındakı  bu 
fərqliliyi  onların  inkişaf  yollarının  müxtəlifliyi 
ilə  də  izah  etmək  olar.  Qərb  elm  və  texnikanın 
nailiyyətlərinə  əsaslanan  rasional yolla  getmişsə, 
Şərqdə  ənənələrə  əsaslanan  ənənəvi  cəmiyyətlər 
üstünlük  təşkil  etmişdir.  Bu  zaman  biz  Qərb 
dedikdə  Avropada  XV-XVII  əsrlərdə  təşəkkül 
tapmış  sivilizasiyon  və  mədəni  inkişafın  xüsusi 
tipini  nəzərdə  tuturuq  ki,  bu  tipin  əsasını  antik 
mədəniyyət və xristian ənənələri təşkil etmişdir.
Şərq sivilizasiyasında  həyat tərzinin  sabitliyi, 
dini-mifoloji təsəvvürlərin üstünlük təşkil etməsi, 
, kollektiv-şəxsiyyət  münasibətlərinin  birincinin 
xeyrinə olması kimi xüsusiyyətlər özünü göstərir. 
Burada əsas mədəni dominantlar kimi miflər, dini 
ayinlər, ibadətlər və sitayişlər çıxış edir.
Hər iki sivilizasiya tipinin dünya mədəniyyətinin 
inkişafında  böyük xidmətləri,  nailiyyətləri  olsa  da, 
onların bir-birindən təcrid olunmuş məkanda möv­
cudluğu mümkün deyildir. Mədəniyyətlər və sivili­
zasiyalar arasında dialoq və sintezə doğru qarşılıqlı 
hərəkət olmadan bəşəriyyətin gələcəyi yoxdur.
Qlobal  problemlər  bütün  bəşəriyyətin  prob­
lemlərinin  məcmusudur.  Sivilizasiyaların  möv-
Müasir dünyada mədəniyyatlərarası münasibətlər
37


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə