Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

ətraf  ictimai  mühitin  riyakarlıq  dərəcəsi  arasında 
nisbət  nəzərə  alınmalıdır.  Çünki  niyyətcə  təmiz 
olan  bir  rəftar  qarşıdakı  tərəfindən  (və  eləcə  də 
mühit tərəfindən) başqa cür qəbul oluna və yozula 
bilər.  Mənim  qəlbim  təmizdir,  kim  nə  düşünürsə 
düşünsün, –  mövqeyi  sevgilinin  qəlbinə  xal  sala 
bilər.
L.Tolstoyun  «Hərb  və  sülh»  romanında 
Nataşanın  səmimiyyətinə,  saf  məhəbbətinə  heç 
kim  şübhə  etmir.  Amma  onun  hissləri  ilahi  eşq 
səviyyəsinə  qalxa  bilmir  və  bu  hisslər,  bir  tərəf-
dən mühitin, digər tərəfdən də gənclik ehtirasının 
həmlələrinə  dözmür.  Hələ  yetkinləşə  bilməmiş, 
kamillik  zirvəsinə  qalxmamış  bir  məhəbbət 
Kuragin kimi eşq dəllallarının məharəti qarşısında 
aciz qalır.      
Dezdemonanın  sədaqətinə  şübhə  də  təkcə 
Otello  sevgisinin  məhdudluğundan

  yaranmır. 
Otellonu şübhələnməyə vadar edən naqis mənəvi 
mühit  və  riyakar  insanlar  olmasa  idi,  təbii  qıs-
qanclıq şübhə dərəcəsinə qalxmazdı. Lakin Otello 
sevgilisinə şübhə ilə yanaşa bildiyi halda, mühitə 
sadəlövh  bir  inam  bəsləyirdi.  O,  yaqoların  xoş 
rəftarına,  mədəni  görkəminə  aldanmamaq  və 
mühitin xislətini də nəzərə almaq üçün zəruri olan 
sosial idrak səviyyəsindən məhrum idi. Ona görə 

 İrqi və dini fərqlər ucbatından məhəbbət ilahi 
eşq   səviyyəsinə  yüksələ  bilmir.  «Özgəlik»  sindromu 
vəhdətə mane olmaqla şübhələrə yer saxlayır.
47


də,  otelloların  saf  məhəbbəti  naqis  mühitin 
qurbanı olmağa məhkum idi.           
Naqis  ictimai  mühit  məhəbbətin  qanad-
larını  qırmağa,  yerə  endirməyə  və  öz  çirkabına 
bulaşdırmağa çalışır. Lakin iki könlün bir könüldə 
birləşməsi  real  ictimai  zəmində  mütləq  mənada 
mümkün  olmasa  da,  müxtəlif  nisbətlərdə  həyata 
keçir.  Könüllərin  ittifaqı  hələ  fərdi  varlıqların 
inkarı  deyil,  sadəcə  bundan  sonra  hər  aşiq 
təklikdə yox, birlikdə özünü dünyaya qarşı qoyur 
və  dünyanı  duymağa,  özündə  ehtiva  etməyə, 
mənimsəməyə  çalışır.  Həyatın  bütün  mənası, 
sevinci  məhz  dünya  ilə  təmasda  ortaya  çıxır. 
Sevən  qəlbin  nəzərində  dünya  daha  gözəl,  daha 
işıqlı  görünür.  Elə  bil  ki,  bütün  dünya  onun 
sevincinə  şərik  olur.  Başqalarına  münasibət  də 
dəyişir;  kinin-nifrətin  yerini  şəfqət  və  mərhəmət 
tutur. 
Sevgililər  maddi  dünyaya  da,  mahiyyət 
dünyasına  da,  xəyal  dünyasına  da  sanki  birlikdə 
səyahətə  çıxırlar.  Sevincləri  də,  kədərləri  də  bir 
olur.  Daha  doğrusu,  birinin  hissləri  o  birisindən 
qaynaqlanır.  Sənə  hər  şey  ona  xoş  göründüyü 
üçün xoş olur. Ən başlıcası isə səcdəgahları eyni 
olur, eyni ilahi qüdrətə pərəstiş edir və özlərini bu 
ilahi varlıqda birlikdə itirirlər. 
Müxtəlif  dinlərə  mənsub  olub  «fərqli 
tanrılara» sitayiş edən şəxslər bir-birini sevə bilər, 
48


amma  bu  eşq  –  ilahi  eşq  səviyyəsinə  yüksələ 
bilməz.  Sevgi  burada  ancaq  ehtiras  səviyyəsində 
üzə  çıxa  bilər.  Onun  ilahi  səviyyəyə  qalxması 
üçün dinlərin və tanrıların da birləşməsi lazımdır. 
Tanrı zatən vahiddir. Sadəcə insanların bu vəhdəti 
anlaması  tələb  olunur  ki,  buna  da  ya  böyük  əql, 
ya da böyük eşq yardımçı olur. Təsadüfi deyildir 
ki,  Şeyx  Sənan  da  aşiq  olduqdan  sonra  «birsə 
həqq, cümlə din də bir»
1
, – deyirdi. Onun dinlərin 
vəhdətindən keçən sevgisi məhz  ilahi  eşqin  fərdi 
təzahürü və ya fərdi eşqin müqəddəslik zirvəsinə 
yüksəlişi idi.  
Fərdi  məhəbbətin  ilahi  məhəbbətə  qo-
vuşması  iki  damlanın  əvvəlcə  bir  damlada  bir-
ləşməsi  və  dəryaya  birlikdə  qatılması  kimidir. 
Burada dərya ancaq ilahi eşqə mütabiq ola bilər. 
Bəs damlalar? 
Cismani  vüsal  sayəsində  dünyaya  gələn 
övlad  valideynlərin  (nəsillərin)  hansı  isə  cəhət-
lərinin  genetik  vəhdətidir.  Bəs  Şərq  poeziyasının 
vəsf  etdiyi  ilahi  eşq,  ülvi  məhəbbət  necə  bir 
vəhdəti ifadə edir?  Könüllərin birləşməsi, ruhani 
vəhdət  zamanı  itirilən  nədir,  qalan  nə?   Pak  eşq 
sevənləri gözəlləşdirir, – deyirlər. Niyə?  
Ruhani  eşqi  təmin  edən  ancaq  yüksək 
hisslər,  nəcib  duyğular  olduğundan  sevənlər 
mənən  durulur,  kristallaşır.  Ruhun  ruha  qovuş-
1
Hüseyn Cavid. Şeyx Sənan.– Əsərləri üç cild- 
də. I cild. B., 2003, səh. 414.   
49


ması  daxili  mənəvi  yüksəliş  gətirir.  Lakin  bu  ali 
məqam, ruhani vüsal hər sevənə qismət olmur. 
Asif Əfəndiyevin belə bir rübaisi var:
  
Kamal meyvəsini dərən istərəm
Canını eşqinə verən istərəm,
Cismimi cismində görən çox oldu,
Ruhumu ruhunda görən istərəm. 
Bəli,  ruhun  ruhla  vüsalı  indiki  zəmanədə 
çətin  hadisədir.  Amma  evlilik  dövründə  geniş 
mənada  Mən-lərin;  xarakterlərin,  dünyagörüş-
lərinin,  zövqlərin,  vərdişlərin,  daxili  meyarların 
bir  araya  gəlməsi  qaçılmazdır.  Bu  zaman  müəy-
yən  məqamlarda  uyğunluq  olduğu  kimi,  fərq  də 
ola  bilər.  Belə  olan  halda  bu  birləşmə  nə  vaxt 
daha  dayanıqlı  olar?  İki  eyni  cür  olanmı,  yoxsa 
tam  fərqli  olanlarmı  birləşəndə  bütöv  sistem 
əmələ gətirə bilər? 
Burada  biz  məhəbbətin  eyniyyət,  yoxsa 
fərq üzərində qurulması sualı ilə qarşılaşırıq. Yəni 
kimlərin  birliyi  daha  optimaldır;  bir-birinə 
bənzəyənlərin,  eyni  cür  düşünən,  eyni  cür 
yaşayanlarınmı,  yoxsa  fərqli  görünən,  fərqli 
düşünən  və  fərqli  səmtə  üz  tutanlarınmı? 
İ.A.Krılovun  durna  balığı,  xərçəng  və  qu  quşu 
haqqında təmsili yada düşür. Hərə müxtəlif səmtə 
çəksə,  hərəkət,  inkişaf  alınarmı?  Ailədə  hamı 
çəkici bir yerə döyməli deyilmi? Müxtəlif xislətli, 
50


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə