Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

mənəvi zəriflik hətta sifətdə də təzahür edir, sifət 
işıqlanır, insan daha nəcib və nurani olur. 
Din və məhəbbət
42


Şərqdə  məhəbbətin  böyük  anlamı  əsrlər 
keçdikcə,  təəssüf  ki,  tarixdə  qalmışdır.  Əqli  və 
dini  tərbiyəyə  xidmət  edən  ilahi  eşq  ideyası 
getdikcə  solmuş,  cırlaşmış  və  onun  yerini  fərdi 
məhəbbət tutmuşdur. Əlbəttə, bir oğlanın bir qıza 
olan  məhəbbəti  nə  qədər  ülvi,  təmiz  və  böyük 
olsa,  bir  o  qədər  yaxşıdır.  Bu  həm  də  gələcək 
ailənin  sağlam  təməli  deməkdir.  Lakin  ifrata 
varanda  hər  şey  öz  əksliyinə  çevrilir.  İnsanın  öz 
həyatında  və dünyada  ən böyük  arzu  və idealını, 
ən  ülvi  hisslərini  başqa  bir  şəxsdə  tapması,  onu 
həyatının mənasına çevirməsi poetik baxımdan nə 
qədər  gözəl  görünsə  də,  sağlam  şüur  və  ictimai 
reallıq  müstəvisində  bir  absurddur.  Şərq  isə 
məhəbbət məsələsində bu ifratı, bu absurdu ucalıq 
və  ali  məqam  hesab  edir.  Şərq  fəlsəfi  düşün-
cəsinin  çağdaş  təmsilçisi  olan  Asif  Əfəndiyev 
yazır:   «Məcnun  üçün  dünya  və  Leyli  birdir. 
Məcnunluqda  məhəbbət  insan  iradəsinə  bü-
tünlükdə  hakim  olur.  Bu  hökmün  əzəməti 
qarşısında  hər  şey  aşiqə  sönük  görünür».

Göründüyü kimi, rasional düşüncənin ifrat və ab-
surd  saydığını  emonsional  düşüncə  etalon  hesab 
edir.  Lakin  bu  məhəbbətin,  bu  zirvənin  həqiqi 
mahiyyəti  açıldıqca  sağlam  şüur  çətin  suallar 
qarşısında qalır. Asif Əfəndiyev daha sonra yazır: 
«Başqaları  üçün  məhəbbət  həyatın  bəzəyidirsə, 
Məcnun  üçün  həyatın  özüdür.  Məcnun  üçün 
1
  Asif Əfəndiyev. İnam və şübhə, səh. 6. 
43


dünyada məhəbbətdən qeyri heç nə yoxdur».
1
  
Poemanın  əsas  ideyası,  müəllif  mövqeyi 
gözəl  açılır.  Həqiqətən  də  Məcnunluq  eşqin  zir-
vəsidir.  Lakin,  digər  tərəfdən,  həyatda  cəfasını 
çəkməli  olduğun,  canını  fəda  etməli  olduğun  o 
qədər böyük ideallar var ki! Həyatın bütün məna-
sının  tək  bir  nəfərə  olan  eşqlə  məhdudlaşması 
eşqin böyüklüyünə görə yox, ünvanın kiçikliyinə 
görə  absurddur.  Sonsuz  hissin  sonlu  varlığa 
yönəldilməsi 
sözün 
müstəqim 
mənasında 
məcnunluqdur. 
Eşq  ancaq  əzəli-əbədi  və  sonsuz  olan 
böyük  yaradana  ünvanlananda  onun  həddi-
hüdudu  olmaya  bilər.  Düzdür,  Hegel  də  məhəb-
bəti  insanın  özünü  başqasında  tapması  kimi  izah 
edir. Lakin insan özünü sevdiyi şəxsdə tapa bilər, 
amma  itirə  bilməz.  Özünü  itirmək,  öz  iradəsini 
bütövlükdə  başqa  iradəyə  təslim  etmək,  səcdə 
qılmaq,  pərəstiş  etmək,   –  bunlar   hamısı  ilahi 
eşqin əlamətləridir. 
Yunus İmrə deyir: 
İlahi bir eşq ver mənə,
Hardayamsa heç bilməyim.
Elə itirim özümü
İstəsəm də qoy bulmayım.
2
 
1
  Yenə orada.
2
   Yunus   İmrə.   Güldəstə.   B.,   «Yazıçı»,   1992, 
səh. 35.
44


Asif  Əfəndiyev  yazır:     «Səcdə  qılmaq  – 
dünyanı  sirli,  möcüzəli  bir  varlıq  kimi  görmək, 
dərk  etməkdir…  Səcdə  heyrətdən  doğur.  Səcdə 
qılan adamın ürəyində atəş sönməz, ehtiras tükən-
məz.  Gözlərində  heyrət  işığı  azalmaz.  Səcdə 
qılmaq – bir şəxsin timsalında bəşəriyyətə qovuş-
maqdır.  Səcdə  qılmaq  –  təmizlənmək,  ucalmaq, 
munisləşmək,
 müqəddəsləşmək 
deməkdir».

Gözəl  deyilmişdir.  Lakin  bir  məqama  etiraz 
etməmək mümkün deyil. Səcdə qılmaq nəyə görə 
«bir şəxsin timsalında bəşəriyyətə qovuşmaqdır»? 
Axı, müqəddəslik duyğusu olan insan bəşəriyyətə 
yox, əbədiyyətə, ilahiyyata qovuşmağa can atır. 
Asif  Əfəndiyevın  böyük  eşq  fəlsəfəsində, 
mütləqə  pərəstiş  təlimində  ən  zəif  məqam  da  elə 
məhz  bu  mütləqin  Allahdan  fərqləndirilməsi  və 
harada  isə,  kimdə  isə  müqəddəslik,  səcdəgah 
axtarması  idi.  Görünür,  məhz  bu  məhdudluqdan 
irəli  gəlir  ki,  son  nəticədə  o,  «aşiqin  səcdəgahı 
sevgilisidir»
2
, – qənaətində dayanır. Bu isə təkcə 
Asif  Əfəndiyevin  yox,  orta  əsr  İslam  Şərqinin 
böyük eşq anlamında ən dolaşıq məqamdır. İlahi 
eşqlə fərdi eşqin bəzən fərqləndirilməməsi, birinə 
aid  olanın  başqasına  da  aid  edilməsi  eşqi 
həddindən  artıq  mücərrədləşdirir  ki,  bu  da  Şərq 
1
  Asif Əfəndiyev. İnam və şübhə. səh. 7.
2
  Yenə orada.
45


poeziyasının  daha  çox  rəmzlər  üzərində 
qurulmasından irəli gəlir. 
İlahi  eşqin  əlamətləri  fərdi  məhəbbətdə  də 
qismən  təzahür  edə  bilər.  Amma  mütləqləşdirilə 
bilməz.  Maraqlıdır  ki,  Şərq  poeziyasında  kişilər 
qadına məhəbbətlərini ifadə edərkən bu əlamətləri 
mütləqləşdirdikləri  halda,  əməli   həyatda  daha 
çox  dərəcədə  bunu  qadınlardan  gözləyirlər. 
«Kişinin sözü qanundur». Qadının nəyinki sərbəst 
seçimi yoxdur, onun kişi Sözünü müzakirə etməsi 
də  Şərq  sevgisinin  etalonuna  sığmır.  Halbuki, 
məhəbbət  qarşılıqlı  olduğu  kimi,  iradələrin 
məhdudlaşdırılması və bir-birinə tabe edilməsi də 
qarşılıqlı  olmalıdır.  Yəni  könüllər  bir-birinə 
təslim edilməlidir.
Könlünü təslim etmiş adam daha başqasını 
sevə  bilməz.  O  daha  öz  ixtiyarında  deyil. 
Qısqanclıq  hissi  də  bu  kontekstdə  ortaya  çıxır. 
Çünki  cismini  naməhrəmə  təslim  etməmək  asan-
dır; öz sevgilisini qısqananlar bunu heç ağlına da 
gətirmirlər.  Amma  Şərq  anlamında  bakirəliyin 
pozulması  heç  də yalnız  şəhvani əlaqəni nəzərdə 
tutmur.  Həqiqi  aşiq  sevgilisinin  sifətində  hətta 
yad  nəzərin  də  izini  duyur.  Başqasına  sadəcə  bir 
simpatiya,  nəvazişli  rəftar  da  bu  cür  mütləq-
ləşdirilmiş  sevgiyə  xəyanət  kimi  dəyərləndirilə 
bilər.  Hər  şey  sevginin  dərəcəsi  ilə  inamın, 
etibarın dərəcəsi arasındakı nisbətdən asılıdır. Bir 
də  insanın  səmimilik,  sadəlövhlük  dərəcəsi  ilə 
46


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə