Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   2   3   4   5   6   7   8   9   10   ...   30

və  ahəngdar  surətdə  sevmək  xasdır».
1
  Əl-Qəzali 
yazır: «Məhəbbət ancaq idrakın nəticəsi ola bilər; 
belə  ki,  insan  yalnız  bildiyi  şeyi  sevir.  Ona  görə 
də,  məsələn,  daş  sevə  bilməz.  Məhəbbət  ancaq 
dərk  edən  canlının  xassəsidir».
2
  Əlbəttə, 
mübahisə etmək və        göstərmək olar ki, insanı 
insan  edən  təkcə  idrak  qabiliyyəti  deyil.  İdrak 
qabiliyyəti  müxtəlif  dərəcələrdə  hər  bir  insana 
xasdır.  Şəhvani  hiss  və  övlada  münasibət 
səviyyəsində  instinktiv  sevgi  də  hər  bir  insana, 
hətta heyvanlara da xas olan bir cəhətdir. Amma 
böyük  məhəbbət  ali  hiss  olaraq  nəinki  idrakdan 
hasil olmur, əksinə, onun fövqündə durur, insanın 
«ağlını  əlindən  alır»,  onu  ilhamlandırır  və  ya 
yaxşı mənada dəli-divanə edir. 
Eşq səviyyəsində idrak  isə  bütün  insanlara 
aid olan hissi və məntiqi idrakdan yüksəkdə durur 
– idrakın ali məqamına aparır. Bu pillə daha çox 
dərəcədə  idrakın  sezgi  və  vəhy  məqamlarına 
uyğundur.   «İnsan  yalnız  bildiyi  şeyi  sevir»,   – 
fikrinə gəlincə, ancaq bununla razılaşmaq olar ki, 
insan  heç  bilmədiyi  şeyi  həqiqətən  də  sevə 
bilməz.  Amma  tam  bildiyi  şeyi  də  sevməz.  Belə 
ki,  sevgi  daha  çox  qeyri-müəyyənliklə,  müəmma 
ilə,  sirr  və  sehrlə  əlaqədar  olub,  əslində  bir 
1
  Платон.  Собрание   сочинений   в   четырех 
томах. Том 3. М., 1994, стр. 169.
2
 Анатомия мудрости. 106 философов. Жизнь, 
судьба, учение. Том 2. стр. 51.
29


möcüzə  axtarışıdır.  Təsadüfi  deyildir  ki,  insan 
ağlı  ilə  yox,  qəlbi  ilə  sevir, –  deyirlər.  Hər  şey 
məhz qəlbi, könülü necə başa düşməkdən asılıdır. 
İdrak  fəlsəfəsinin  zirvəsində  dayanan  Əl-Qəzali 
eşq 
fəlsəfəsinin 
olsa-olsa 
hələ 
təməlini 
hazırlayırdı.  Onun  dövründə  Füzulinin  eşq 
konsepsiyası hələ yaranmamışdı.  
Füzuli  anlamında  eşq  insanı  məcazi  mə-
nada  «dəli-divanə»,  müstəqim  mənada  «əhli-
kəmal» edir: 
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal  eylər məni.
1
 
Məhəbbətin  idrakla,  əqllə  əlaqə  məqam-
ları, məhz Füzuli eşqi ilə tanışlığındandır ki, Asif 
Əfəndiyevin  (Asif  Atanın)  fəlsəfəsində  daha 
inandırıcı şərh olunur. Hisslə, ehtirasla bağlı olan 
məhəbbətdən  fərqli  olaraq,  Asif  Əfəndiyev 
«müdrik  məhəbbət»  məqamının  da  izahını  verir 
və  ali  məhəbbəti  müdrikliyin  strukturuna  daxil 
edir:   «Müdriklik  –   …ülviyyəti,  məhəbbəti, 
gözəlliyi,  əsilliyi  müqəddəslik  səviyyəsinə 
qaldırmaqdır».
2
  Yaxud:   «Məhəbbət  –  müdriklik 
timsalıdır.  Məhəbbət  əhli  olmaq  –  kamal  əhli 
1
 Füzuli. Əsərləri iki cilddə, I cild, səh. 215. 
2
  Asif   Əfəndiyev.  İnam  və  şübhə.  B.,«Yazıçı», 
1988. səh. 115.
30


olmaq deməkdir».
1
 
Ş.Sührəvərdi  də  kamilliyi  eşq  və  şövqlə 
əlaqələndirir.  Onun  fikrinə  görə  nadan  adamın 
aldığı  həzz  kamal  əhlinin  həzzi  ilə  müqayisəyə 
gəlməz:   «Kamal  sahibi  olmayan  qafil  həzz  ala 
bilməz.  Hər  bir  həzzin  qədəri  kamillik 
dərəcəsindən asılıdır».
2
 
Eşq əhlini kamal əhli saymaq ikincinin heç 
də  sözün  adı  mənasında  ağıllı  olmasına  işarə 
deyil.  Əksinə,  eşq  insanın  ağlını  əlindən  alır. 
Nizami «Xosrov və Şirin»də deyir: 
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gözünü.
Ağlı  dumanlandırmaq,  məst  etmək  xüsu-
siyyəti  təkcə  eşqdən  yox,  digər  səbəblərdən  də 
ortaya  çıxa  bilər.  Buna  misal  olaraq  musiqini, 
gözəlliyi,  meyi,  şərabı  və  s.  göstərmək  olar.  Pla-
ton  «Qanun»  əsərində  Afinalının  dili  ilə  deyir: 
«Bizi bu hala gətirən, ağlımızı əlimizdən alan, bir 
tərəfdən, nifrət, ehtiras və ya qorxaqlıqdırsa, digər 
tərəfdən,  var-dövlət,  gözəllik  və  ya  zövq-
səfadır»
3
.  
1
  Yenə orada, səh. 112.
2
  Suhrawardi.  The Philosophy of Illumination. 
Brigham Young University Press. Provo, Utah, 1999, 
p. 98.
31


Eşqin  ağlı  dumanlandırması  –  sərxoşluq 
vəziyyətini xatırlatdığı üçündür ki, Şərq        po-
eziyasında  məhəbbət  kontekstində  «şərab», 
«mey», «sərməstlik»  və  s.  bu  kimi  təşbehlərdən 
gen-bol istifadə edilir. «Bu  gün  mən elə  sərmə-
stəm ki!»
Əbu  Əli  saz  musiqisini  də  təsirinə  görə 
meyə bərabər tutur: 
Mey qəmi dağıdır, kefi edir saz,
Meydə olan ətir çiçəkdə olmaz.
Dünyada  kədəri dağıdacaq şey,
Yaqut rəngli meydir, ipək telli saz.
1
Lakin  eşqin  ağıla  qarşı  qoyulması  onun 
həm də zəkaya, sezgiyə, hikmətə qarşı qoyulması 
kimi başa düşülməməlidir. Çünki Şərq fəlsəfəsinə 
görə  hissi  idrak  və  məntiqi  təfəkkür  insanı 
həqiqətə,  kamilliyə  çatdıra  bilməz.  Əksinə,  hissi 
təcrübə  insanı  doğru  yoldan  azdırır,  həqiqəti 
görməyə  mane  olur.  Həqiqəti  bulmağın,  haqqa 
çatmağın 
yolu 
haqq 
aşiqliyindən 
keçir. 
Azərbaycanın məhəbbət dastanlarında yuxusunda 
sevgilisini  görən,  butə  verilən  aşiq  oyandıqdan, 
özünə  gəldikdən  sonra  eşqlə  bahəm  fitri  istedad 
3
 Платон. Аристотелъ. Пайдея: 
Восхождение к доблести. М., 2003, стр.238.
1
  Ш.Султанов, К.Султанов. Юмяр Хяййам. 
Б., «Эянжлик», 1991, сящ.95. 
32


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə