Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

da  əxz  etmiş  olur,  haqq  şairinə  çevrilirlər. 
Oxumamış-yazmamış  bütün  həqiqətlərdən  hali 
olurlar.  Biz  burada  dastanlardakı  yanaşma  ilə 
klassik  Şərq  filosoflarının;  həm  peripatetiklərin, 
həm  də  sufilərin  mövqeyi  arasında  sıx  bir  əlaqə, 
oxşarlıq  görürük.  İbn  Sina  kimi,  Mənsur  Həllac 
da,  Əl-Qəzali  də,  Ş.Sührəvərdi  də  həqiqət 
yolunun, kamillik məqamının hissi idrakdan yox, 
ilahi eşqdən keçdiyini qəbul edirlər. 
İkinci növbədə aksioloji aspektə – də-    y-
ərləndirmə prosesinə baxaq. İnsan nəyi isə yaxşı, 
nəyi isə pis hesab edir. Nə isə onun xoşuna gəlir, 
nə  isə  –  gəlmir.  Nə  zamansa  qəlbi  sıxılır,  özünü 
narahat  hiss  edir,  bu  mühiti,  bu  münasibəti 
tezliklə  tərk  etməyə,  ondan  uzaqlaşmağa  çalışır; 
nə  zamansa  –  ülvi  hisslər,  mənəvi  yüksəliş 
keçirir,  bu  anın,  bu  təmasın  uzanmasını, 
əbədiyyətə  qədər  davam  etməsini  arzulayır. 
Amma  niyə,   –  səbəbini  bilmir.  Bu,   –  qəlbin 
hökmüdür.  İstək  daxildən  gəlir,  amma  dərk 
olunmamış bir hissdir. 
Əlbəttə,  dəyərləndirmə  aşkar  şüurla,  dərk 
olunmuş  şəkildə  də  həyata  keçirilə  bilər.  Bu, 
müəyyən  meyarlarla  müqayisə,  hansı  isə 
standarta,  etalona  nisbətin  təyin  edilməsi  ilə 
mümkündür.  Məsələn,  gözəllik  müsabiqəsində 
münsiflər ancaq təəssüratdan çıxış etməyib,  həm 
də  dəqiq  rəqəmlərlə  ifadə  olunmuş  müəyyən 
33


etalonlara  uyğunluq  dərəcəsini,  mütənasiblik 
şərtlərini  də  nəzərə  alırlar.  Qalan  hallarda 
dəyərləndirmə  aşkarlanmayan  şüurla  (qeyri-
şüurilik)  həyata  keçir  və  insan  məhz  bilmədiyi 
şeyə  daha  çox  maraq  göstərir;  öyrənmək, «içinə 
yetmək»  istəyi  baş  qaldırır.  Lakin  insan  üçün 
aşkar  olmayan,  yarıqaranlıq  bir  aləmlə  təmas, 
həm  də  qorxu,  tərəddüd  və  şübhə  hissi  ilə 
müşayiət olunur.
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  insan  heç 
dərk  etmədiyi,  tam  qaranlıq  bir  aləmə  aludə  ola 
bilməz.  Bu  halda  qorxu  hissi  digər  hissləri 
üstələyir,  şübhə  inamdan,  tərəddüd  qətiyyətdən 
güclü  olur.  Lakin  bu  qaranlıqda  parıltılar  varsa, 
– insanı cəlb edir. Ürəkdə işığa həsrət varsa, o bu 
parıltılar  tərəfindən  cəzb  olunur.  Sevgi  hissi  də 
harada  isə  bu  maraq  və  qorxunun,  inam  və 
şübhənin,  tərəddüd  və  qətiyyətin  vəhdətindən 
pərvazlanır.  Yəni  sevgi,  əslində  təkamüldə  olan 
canlı  prosesdir.  Maraq  məftunluq  səviyyəsinə 
qalxırsa  və  qorxu  duyğusundan  ancaq  müəmma 
və  əsrarəngizlik  qalırsa,   –  məhəbbətin  yolu 
açıqdır. 
Tam  qaranlıq  qəlb  işıqdan  qorxar.  Yəni 
sevgi  ancaq  işıqlı,  heç  olmazsa,  qismən  işıqlı 
adamların  qismətidir.  Yarıqaranlıq  qəlb  daha 
parlaq  işıqlar  tərəfindən  cəzb  olunur.  Bu  ba-
xımdan,  yarımçıq  olanın,  bütövləşməyə  ehtiyacı 
olanın, sevmək ehtimalı daha çoxdur. 
34


Yüksək  mənəviyyatlı,  incə  ruhlu,  parlaq 
qəlbli  insanları  heyrətləndirmək,  məftun  etmək 
üçün  daha  böyük  gözəllik,  daha  həssas  və  daha 
mürəkkəb tərəf-müqabil lazımdır. Ən böyük aşiq 
isə,  heç  şübhəsiz,  ancaq  İşıqlar  işığına 
(Ş.Sührəvərdinin  dili  ilə  desək,  Nur  əl-Ənvərə) 
səcdə  edə  bilər.  Bu  isə  artıq  ilahi  eşqdir.  Belə-
liklə, biz məhdud mənəviyyatlı insanla, mürəkkəb 
və  zəngin  daxili  aləmə  malik  olan  insanın  sevgi 
dərəcələrini 
və 
aşiq 
olmaq 
ehtimalını 
fərqləndirmiş olduq. Bu deyilənlər dəyərləndirmə 
aspektinə aid idi.                         
Və  nəhayət,  praktik  aspektə,  əməli  fəa-
liyyət  münasibətlərinə  baxaq.  Şərq  anlamında 
eşqin,  romantik  məhəbbətin  praktika  ilə,  əməllə 
əlaqəsi  yoxdur.  Eşq,  bir  tərəfdən  cismani 
dünyanın  fövqündə  durduğu,  digər  tərəfdən 
unikal  olduğu  üçün  bu  sahədə  təcrübə  toplamaq, 
bu  sahənin  peşəkarı  olmaq  mümkün  deyil.  Əqli 
nəzarətdən  kənara  çıxan  böyük  məhəbbət, 
«divaneyi-eşq»  daha  çox  nabələd  olanların,  ilk 
dəfə sevənlərin qimətidir. Eşqi, məhəbbəti şəhvət 
səviyyəsində  başa  düşən  bəzi  Qərb  yazıçılarının 
əsərlərində  isə  bu  sahəyə  də  peşə  və  peşəkarlıq 
baxımından yanaşmalar az deyil. 
35


Klassik  Şərqdə

  isə  eşq  kimi  isə  «ələ  ke-
çirmək»,  onu  öz  ötəri  hisslərinin,  istəklərinin 
təminatçısına  çevirmək,  yaxud  hətta  qarşılıqlı 
həzz  almaq  mənasında  yox,  özünü  sevgiliyə 
qurban  vermək,  onun  yolunda  hər  əzaba  qat-
laşmaq mənasında başa düşülür. Yəni söhbət nəyi 
isə əldə etməkdən yox, nədənsə imtina etməkdən 
gedir.  Ancaq  bir  adamı  sevmək  mümkün 
olduğundan,  sevginin  obyekti  dəyişmədiyindən 
eşqdə peşəkarlıq ya ümumiyyətlə qəbul olunmur, 
ya da tamamilə başqa mənada başa düşülür. Yəni 
sözün  böyük  mənasında  sevməyi,  eşq  oduna 
yanmağı  bacarmaq  və  onun  davamlı  olmasına, 
ömürlük  olmasına  nail  olmaq;  çünki  eşq  hər 
adamın işi deyil və  xüsusi bir istedad tələb edir:
Məndə Məcnundan füzun aşiqlik
 istedadı var,
     Aşiqi-sadiq mənəm, Məcnunun ancaq 
adı var.
1

 Klassik sözünü ona görə vurğulayırıq ki, bu 
zaman biz ənənəvi olaraq Şərq hesab olunan ölkələrdə 
indiki real vəziyyəti nəzərdə tutmuruq. Bu reallığın 
öyrənilməsi xüsusi tədqiqat tələb edir. Bu kitabda 
«Şərq» dedikdə biz ya klassik Şərqi, ya da onun 
ruhunu ifadə edən Şərq poeziyasını nəzərdə tuturuq.
1
  Füzuli.  Əsərləri.  İki  cilddə,  I  cild.  B., 1995, 
səh. 99.
36


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə