SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   54   55   56   57   58   59   60   61   62

Ə.Q.Qasımov
AMEA A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun 
«Əliyevşünaslıq»  şöbəsinin  müdiri, t.ü.e.d.
T.ü.f.d.,  b.e.i.  İ.Həsənov
NAXÇIVANI  M UXTARIYYƏTƏ APARAN  YOLA 
BIR NƏZƏR
Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpasından 
sonra  milli  tarixşünaslıq qarşısında duran  ən  mühüm  vəzifələrdən  biri 
də 
Azərbaycan  tarixinin  bütün  dövrlərinin  elmi  təhlilinə  nail 
olmaqdan  ibarətdir.  Bu  cəhətdən  Naxçıvan  Muxtar  Respublikasının 
yaranması,  onun muxtariyyət statusu  əldə etməsi  istisna təşkil  etmir.
Ölkə  prezidenti  eənab  İlham  Əliyev  Azərbaycanm  qədim  tarixə. 
zəngin  mədəniyyətə  və  həmçinin  milli  dövlətçilik  ənənələrinə  malik 
olan  Naxçıvanın  tarixinin,  o  cümlədən  onun  muxtariyyat  tarixinin 
yenidən  tədqiqinin  elmi  və  siyasi  əhəmiyyətindən  bəhs  edərək 
göstərmişdir  ki, 
Ermənistanın 
apardığı 
təeavüzkarlıq 
siyasəti 
nəticəsində  Azərbaycandan  qismən  təcrid  olunmuş  vəziyyətdə. 
blokada  şəraitində  yaşamaq  məcburiyyətində  qalan,  tez-tez  bədnam 
qonşuların  ərazi  iddiaları  obyektinə  çevrilən  Naxçıvanın  tarixinin 
hələ  də  tədqiq  edilməyə  ehtiyacı  olan  səhifələri  açılmalı,  bu  diyarın 
tam  dolğun,  obyektiv  tarixi  xalqımıza,  habelə  dünya  ictimaiyyətinə 
olduğu 
kimi 
çatdırılmalı, 
erməni 
siyasətçilərinin 
tarixi 
saxtalaşdırmaq  cəhdlərinə  tutarlı  cavab  verilməlidir»  [1,  5  avqust. 
2009].
Azərbaycamn  ayrılmaz,  üzvi  tərkib  hissəsi  kimi  vətənimizin 
ictimai-iqtisadi,  siyasi,  mədəni  inkişafı  prosesində  nəzərəçarpacaq 
mövqeyi  və  rolu  olan  Naxçıvan  diyarı 
mürkkəb,  çətin  və  eyni 
zamanda  şərəfli  inkişaf yolu  keçmişdir.
İbtidai  insanların  ilk  məskənlərindən  biri  olan  Naxçıvan  ərazisində 
aşkar  edilən  daş  və  tunc  dövrünün  abidələri,  Gəmiqayada  aşkarlanan 
külli  miqdarda müxtəlif quruluşlu  təsvirlər,  öz  sənətkarlığı  ilə  seçilən 
boyalı  qablar  mədəniyyəti,  qədim  şəhərsalma  mədəniyyətinin  izləri
bu  yurdun  ilkin  sivilizasiya  beşiklərindən  olduğunu  sübut  edir. 
Azərbaycanın 
siyasi-tarixi 
təkamüliinün 
erkən 
mərhələsində 
Naxçıvan  uzun  illər  ərzində  bir-birini  əvəz  edən  Manna,  Midiya  və 
Əhəmənilər,  Atropatena,  Sasanilər,  Ərəb  xilafəti,  Səlcuq  və  s. 
dövlətlərin  tərkibinə  qatılmış  və  bu  dövlətlərin  inkişaf etmiş  strateji 
əhəmiyyətə  malik  əyalətlərindən  və  idarə  mərkəzlərindən  biri 
olmuşdur.
Naxçıvan  XV-XVIII  əsrdə  gərgin  siyasi  mübarizələr  meydanı 
olmuş,  XV  əsrdə  Qaraqoyunlu,  sonralar  isə  Ağqoyunlu  dövlətlərinin 
tərkibinə  qatılmış,  1501-ci  ildən  isə  Səfəvilərin  hakimiyyəti  altına 
keçmişdi.  Daha  sonra  Nadir  şahın  dövlətində  mühüın  əhəmiyyət  kəsb 
edən  və  həmin  dövlətlərin  siiqutundan  sonra  Naxçıvan  Azərbaycanda 
yaranmış on  səkkiz xanlıqdan  birinin  mərkəzi  olmuşdur.
XIX 
yüzilliyin  birinci  yarısında  yaranmış  tarixi  şərait  nəticəsində 
iki  yerə  parçalanmış  Azərbaycanın  Arazdan  şimaldakı  hissəsi, 
həmçinin  Naxçıvan  xanlığı  və  Rusiya  imperiyasının  tərkibinə  qatıldı. 
Yeni  inzibati  dəyişikliklər  nəticəsində  tarixən  formalaşmış  və 
sabitləşmiş  sərhədlərimiz  pozuldu. 
Çar  Rusiyasının 
geosiyasi 
məqsədlərinə  miivafıq  olaraq  həınin  vaxtdan  İranda  və  Türkiyədə 
yaşayan  ermənilərin  Azərbaycana,  o  cümlədən  Naxçıvan  ərazisinə 
köçürülməsinə  başlanıldı.  Üınuıni  sayı  140  ınindən  çox  olan 
köçüriilən 
erınənilərin 
10 
min 
nəfərdən 
çoxıı 
Naxçıvanda 
məskunlaşdı  [2,  5  avqust,  1999].
Məhz  həmin  dövrdən  Naxçıvan  daşnakların  səısəm  «Böyiik 
Frmənistan» dövləti  yaratmaq  planlarında,  cləcə  də  ərazi  iddialarında 
əsas  lıədəfə çevrilıniş  oldıı.
Naxçıvan  tarixinə  iimuıni  fonda  nəzər  saldıqda  belə  qənaətə 
gəlmək  olar  ki,  XX  yüzilliyin  I  rübii  onun  tarixində  nəzərəçaıpacaı 
dərəcədə  ziddiyyətli,  mürəkkəb  bir  dövr  olmuşdur.  Bıı  dövn 
nıülıüm  strateji  əhəıniyyət  kəsb  edən  Naxçıvaıı  diyarı  ıegiona! 
ə 
beynəlxalq  ıniqyaslı  ictimai-siyasi  hadisələrin  məkanına  çevrilmi' 
dı r .  
Xarakterik  cəhət  o  idi  ki,  homin  dövrdə  erınənilərin  yalan  :arixi 
iddiaları  iiziindən  bölgədə  baş  vermiş  hadisələr  elə  dəhşətli  aciəli 
şəkil 
alnnşdı 
ki, 
artıq 
Naxçıvan 
ınəsələsi 
Cənııbi 
(,)afqaz


çərçivəsindən 
çox-çox 
kənara 
çıxaraq 
beynəlxalq 
prob lem ə 
çevrilmişdir.  Ona  görə  də  Naxçıvan  məsələsi  bir  sıra  dövlətlərin 
parlamentlərində,  beynəlxalq  konfranslarda,  o  cümlədən  bir  n e ç ə  
dəfə  Zaqafqaziya  Seymində  Ermənistan  və  Naxçıvanda  olan  A B Ş  
nümayəndəliyində,  Türkiyə  Parlamentində,  Versal  sülh  konfransında. 
Moskva və  Qars beynəlxalq  konfranslarında müzakirə edilmişdir.
1917-ci  ildə  Rusiyada  fevral  burjua  inqilabı  Azərbaycanda,  o 
cümlədən  onun  tərkib  hissəsi  olan  Naxçıvanda  siyasi  vəziyyətin 
mürəkkəbləşməsinə  və  daha  da  gərginləşməsinə  ciddi  təsir göstərm iş 
oldu.  Bu  zaman  müəyyən  qüvvələr,  xüsusilə,  Sovet  Rusiyasının  d a  
mürəkkəb  vəziyyətdən  istifadə  edərək  Naxçıvanı  Ermənistana 
vermək,  bununla  da  Osmanlı  Türkiyəsi  və  Azərbaycan  əlaqəsini 
kəsmək məqsədilə cəhdlər göstərmişdir [1,  9  fevral,  2009].
Erməni  daşnak  qüw ələri  isə  yaranmış  mürəkkəb  şəraitdən  istifadə 
edərək  bölgəni  öz  növbəsində  Ermənistana  qatmaq  arzusu  ilə 
təcavüzkarlıq  hərəkatlarım  daha  da  intensivləşdirdilər.  Belə  ki,  1918- 
ci  ilin  iyununda  Andranikin  başçılığı  ilə  erməni  quldur  dəstələri 
Naxçıvana  basqın  edərək,  dinc  əhaliyə  qarşı  dəhşətli  vəhşiliklər 
törətdi  və  təkcə  Gilançay  və  Əlincəçay  vadisində  80-dən  artıq  k ən d i 
viran  qoymaqla,  əhalisini  isə  amansızlıqla qətlə yetirdilər [3,  s.  7].
1918-ci  ilin  iyulun  10-da Naxçıvanda  ermənilərə  qarşı  qanlı  ö lü m - 
dirim  savaşının  ən  təhlükəli  bir  anında  türk  mücahidləri  köm əyə 
yetişdi.  Qəhrəman  türk  generalı  Kazım  Qarabəkir  Paşanın  qoşunları 
erməniləri  məğlub  edib  Naxçıvandan  qovdular.  Nəticədə  ermənilərin 
qanlı  qırğınlarına müvəqqəti  olaraq  son  qoyuldu.
1918-ci  ilin  payızında  birinci  dünya  müharibəsində  vəziyyətin 
tamamilə  Antantanın  xcyrinə  dəyişməsi  və  Almaniya  hərbi  legionun 
məğlubiyyətə 
düçar 
olması 
səbəbindən 
imzalanmış 
Mudros 
müqaviləsinin  şərtlərinə  görə  türk  qoşunları 
Azərbaycam, 

cümlədən  Naxçıvanı  tərk  etməli  oldu.  Bundan  sonra  Naxçıvan 
ərazisinin  ermənilərdən  qorunması  kimi  vacib  bir  məsələ  gündəliyə 
gəldi.
Bu  zaman  müsəlman  türk  əhalisinin  təmsilçiləri  Qəmərli 
qəsəbəsində  yığıncaq  keçirərərk  bir hökumət rəisi  və  6  nəfər nazirdətı
ibarət  Araz-Türk  Respublikası  qurulması  qərarlaşdırdı.  Beləliklə,
1918-ci  ilin  noyabr  ayımn  3-də  mərkəzi  İqdır  olmaqla  Araz-Türk 
Respublikası  quruldu.  Naxçıvan  rəsmi  paytaxt  olmasa  da  idarəçilik, 
müdafıə  işlərinin  əksəriyyəti  burada  yerləşdirildi.
Bu  dövlət  qurumu  üç  aydan  az  yaşamasına  baxmayaraq  bölgənin 
qiivvələrinin  ermənilərə  qarşı  birləşməsində  və  ərazinin  erməni 
işğalından qorunmasında  əhəmiyyətli  rol  oynadı.
Lakin  1919-cu  ilin  yanvarında  Naxçıvana  gələn  ingilislər 
crmənilərin  fitvası  ilə  Araz-Türk  Respublikasım  Türkiyənin  yaratdığı 
qeyri-qanuni  qurum  hesab  edərək  onu  ləğv  etdi.  Əvəzində  əhalisinin 
böyük  əksəriyyəti  azərbaycanlılardan  ibarət  olan  Naxçıvanda  ingilis 
ordusunun  süngüsü  ilə  daşnak  general-qubernatorluğu  yaratdı.  Bu 
qurum  isə  əhali  tərəfındən  çox  böyük  narazılıqla  qarşılandı.  Əhalinin 
miiraciətinin  birində  qeyd edilirdi  ki,  azərbaycanlılar yaxşı  tanıdıqları 
ermənilərin  tabeçiliyinə  keçməklə  nəinki  özlərini,  habelə  gələcək 
nəsillərini  də  alçaltmış,  təhqir  etmiş  olarlar  və  Naxçıvan,  Şərur, 
Vedibasar  rayonlarının  general  Devinin  əmri  ilə  müvəqqəti  olsa  da 
erməni  hökuınətinin  idarəçiliyinə  verilməsini  bölgənin  əhalisinə  qarşı 
açıq-aşkar zorakılıq  faktı  kimi  qiymətləndirdilər  [6,  s.  136-137].
1919-cu  iyul  ayının  ortalarında  əhali  Naxçıvan  şəhərində  və  Şərur 
qəzasında  crınəni 
hərbi  hökumətinə  qarşı  üsyan  etdilər.  Üsyan 
tczliklə  bütün  Naxçıvan  qəzasını  bürüdü.  Qeyd  etnıək  lazıındır  ki, 
hələ  1919-cu  ilin  4  iyunda  ingilis  qoşunları  Naxçıvanı  tərk  etdikdən 
sonra  bölgədə  siyasi  vəziyyət  yenidən  gərginləşmişdi.  Naxçıvan 
Milli  Şurası  ermənilər  əleyhinə  ümumxalq  mübarizosinə  qalxıuışdı 
[4,  s.  250].
Üçgünlük  qanlı  döyüşdə  Kalbalı  xanın  rəhbərliyi  ilə  xalq  qoşunu 
erınənilərə  sarsıdıcı  zərbə  vurdu.
Bu  zaman  Türkiyə  hərbi  komandanlığı  bu  ərazilərə  yaxşı  bələd 
olan  türk  zabiti  Xəlil  bəyi  kiçik  bir  hərbi  kontingcntlə  Naçıvana 
göndərdi.  Azərbaycan  hökuınəti  öz  nüınayəndəsi  Səməd  bəy 
Cəınillinskini  müvəqqəti  general-qubernator təyin  etdi  və  diyarı  idarə 
etmək  üçün  zəruri  olan  digər dövlət  idarələri  yaradıldı.


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə