SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   54   55   56   57   58   59   60   61   62

Beləliklə,  Naxçıvan  əhalisinin  inadh  müqaviməti  və  qardaş 
Türkiyənin  siyasi  səyləri,  qətiyyətli  mövqeyi  ermənilərin  bölgə  ilə 
bağlı  planlarını  alt-üst  etdi.
Bununla  belə  1919-cu  il  iyulun  5-də  Avropa  Ali  Şurası  tərəfındən 
amerikah  polkovnik  Hackel  Ermənistana  ali  komissar  təyin  edildi. 
ABŞ 
Naxçıvan 
bölgəsi 
ətrafındakı 
erməni-azərbaycanlı 
münaqişəsindən  faydalanmağa  çalışmaqla,  əsasən,  daşnakpərəst 
mövqe  tutsa  da  müəyyən  mülahizələrə  (regiona  kifayət  qədər  hərbi 
qüvvə  gətirə  bilməməsi,  bölgənin  azərbaycanlı  əhalisinin  çox  güclü 
müqaviməti,  AXC  hökumətinin  barışmaz  mövqeyi)  görə  ikili  siyasət 
yürütmək  qaldı.  Ali  komissar  bölgənin  Azərbaycanın  idarəçiliyində 
saxlamlacağım  ümumi 
halda  elan  etsə  də, 
tezliklə  burada 
möhkəmlənmək  siyasətini  həyata  keçirilməsinə  başladı.  ABŞ-m 
bölgəyə  dair  siyasəti  və  planımn  mahiyyəti  Haskelin  1919-cu  il 
sentyabrın  1-də  H.Yusifbəyova  göndərdiyi  məktubda  və  onun  1919- 
cu  il  27  sentyabr  tarixli  bəyanatında  açıqlandı.  Həmin  məktubda  öz 
əksini  tapan  20  maddədən  ibarət  sənəddə  və  12  maddədən  ibarət 
bəyanatda  Naxçıvan  və  Şərur-Dərələyəz  ərazilərində  bitərəf  zona 
yaradılacağı,  onun  Haskeli  tərəfındən  təyin  edilən  Amerikan 
qubernatoru  tərəfındən  idarə  ediləcəyi  bildirilir,  bölgənin  siyasi  və 
iqtisadi  həyatımn  müxtəlif  sahələrinə  aid  digər  məslələrə  də 
toxunulurdu  [6,  s.  170-171].
Bu  layihə  ermənilərin  ürəyincə  olsa  da,  Azərbaycan  hökuməti 
tərəfındən  müsbət  qarşılanmadı.  Layihəyə  öz  etirazını  bildirən  Paris 
Sülh  Konfransında  iştirak  edən  Azərbaycan  nümayəndə  heyəti 
Konfransın 
adına 
tcleqram 
göndərdilər. 
Azərbaycan 
Xalq 
Cümhuriyyətinin 
xarici 
işlər 
naziri 
M.Y.Cəfərovun 
Haskclə 
göndərdiyi  1919-cu  il  29  scntyabr  və  4  oktyabr  tarixli  cavab 
teleqramlarında  AXC  hökumətinin  bu  məsələdəki  prinsipial  mövqeyi 
bir  daha  xatırlanılmaqla  bitərəf  zona  idcyasına  etiraz  olunur. 
bölgənin  yalmz  Azərbaycanm  ayrılmaz  tərkib  hissəsi  kimi  Amcrika 
general  qubcrnatorluğu  vasitəsilə  idarəçiliyinə  razılıq  verilirdi  [5,  s. 
172].
1919-cu  ilin  sentyabrın  9-da  Naxçıvan  nümayəndələri  Tiflisdə 
V.Haskellə  görüşərək  ona  10  bənddən  ibarət  Memorondum  təqdiırı 
etdilər.  Görüş  zamanı  Haskelin  «Naxçıvan  və  onun  ətrafındakı 
mahalların  ermənilərin  idarəçi 1 iyinə  verilməsinə  onlann  əhalisi  necə 
baxar?»  sualına  cavabında  Ə.Qasımov  demişdir  ki,  xalq  öz  qüvvəsi 
ilə  qəsbkarları  qovaraq  azadlıq  əldə  etmişdir,  Ermənistanın  təbəələri 
olmağa-yenidən  əsarət  altına  düşməyə  heç  vaxt  razı  olmaz  [6,  s. 
174].
Beləliklə, Naxçıvan  əhalisinin  dəyanəti  və  mübarizliyi  nəticəsində 
ermənipərəst  Haskelin  məkrli  niyyəti  baş  tutmadı.
1920-ci  ilin  aprelində  Bakı  Rusiyanın  ordu  hissələri  tərəfındən 
işğal 
olundu. 
Azərbaycan 
Xalq 
Cümhuriyyəti 
devrildi 
və 
Azərbaycanda  Sovet hakimiyyəti  bərqərar oldu.
Naxçıvan  və  Zəngəzur  bölgələrinin  rus-sovet  qoşunları  tərəfindən 
işğalı  ərəfəsində  burada  siyasi-hərbi  vəziyyət  çox  mürəkkəb  və 
gərgin  idi.  Daşnak  quldur  dəstələri  ətraf  kəndləri  qarət  edərək 
Naxçıvan 
istiqamətində 
irəliləməyə 
başladı. 
Naxçıvan 
Milli 
Komitəsinin  silahlı  qüvvələri  türk  qoşunlarının  köməkliyi  ilə 
düşmənin  qarşısım  almağa  müvəffəq  oldu.  İyulun  28-də  XI  Qızıl 
Ordu  hissələri  Gorus,  Şahbuz  və  Cəhridən  keçərək  Naxçıvana  daxil 
oldular.  Sovet  hakimiyyəti  elan  edildi  və  Hərbi  İnqilab  Komitəsi 
yaradıldı  [5,  s.  51].  Avqustun  10-da  Naxçıvan  İnqilab  Komitəsinin 
sədri  M.Bəktaşov  Azərbaycan  SSR  Xalq  Komissarları  Sovctinin 
sədri  N.Nərimanova  belə  bir  məktubla  müraciət  etdi:  «Naxçıvan 
xalqının  böyük  əksəriyyətinin  qərarı  ilə  Naxçıvan  ölkəsi  özünü 
Azərbaycan  Sovet  Sosialist  Rcspublikasının  ayrılmaz  hissəsi  hesab 
cdir»  [8,  s.  82].
Beləliklə,  ərazi  sovetləşsə  də  və  bunun  milli  təıninatı  ortaya 
qoyulsa da ermənilər  yenə  öz  məkrli  iddialarından  əl  çəkmədilər.
1920-ci  ilin  payızında  Ermənistan  Zəngəzuru  Sovet  Rusiyası 
vasitəsilə 
ələ 
keçirmək 
istiqamətində 
fəaliyyətini 
daha 
da 
genişləndirdi.  Hadisələr  Mərkəzin  hazırladığı  xüsusi  sscnari  üzrə 
cərəyan  cdirdi.  1920-ci  ilin  noyabr  ayının  30-da  AK(b)P  MK  Siyasi 
və  Təşkilat  bürolarmın 
birgə 
iclasında  «Ermənistan 
İnqilab


Komitəsinin  Ermənistanda  Sovet  hakimiyyətinin  elan  olu n m ası 
haqqında  teleqramı»  müzakirə  edilmiş  və  geniş  bir  qərar  q ə b u l  
olunmuşdur.  Qərarda  qeyd  edilirdi  ki,  Sovet  Azərbaycanı  ilə  S o v e t  
Ermənistam  arasında  heç  bir  sərhəd  möveud  deyildir.  D i g ə r  
bəndlərdə  isə  deyilirdi  ki,  Zəngəzur  və  Naxçıvan  Erm ənistana 
keçirilir,  Qarabağın  dağlıq  hissəsinə  öz  müqəddaratını  təyin  e t m ə k  
hııququ  verilirdi.  Digər  bəndlərdə  isə  Azərbaycan  hökumətinin 
başçısı 
Nəriman 
Nərimanova  bütün 
bunlar  barədə  B əy an a t 
hazırlamaq  və  onu  Bakı  Sovetinin plenumunda  elan etmək tapışırıldı. 
Dekabrın  1-də  Azərbaycan  inqilab  komitəsinin  bəyanatında  h ə m in  
prinsiplər  ifadə edildi.
1920-ci  il 
1  dekabr  bəyanatına  qarşı  yerli  əhali  kəskin  e tira z  
etməsinə  baxmayaraq  qədim  türk  torpağı  Zəngəzurun  bir  hissəsi 
Dərələyəz,  Sürməli,  Qəmərli,  Ulu Göyçə,  Vedibasar,  Gümrü,  A ğ b ab a 
və  10  min  kvadratmer  sahədən  artıq  digər torpaqlarımız  Ermənistana 
verildi.  Bununla  belə  Ermənistan  Naxçıvandan  da  əl  ç ə k m ə k  
istəmirdi.  Türkiyə  hökuməti  isə  öz  növbəsində  erməni  iddiaları  ilə 
əlaqədar Naxçıvanın  gələcək  taleyi.ilə  bağlı  narahat  idi.  Ona  görə  də 
türk 
qoşunları 
hələ 
də 
Naxçıvanda 
qalmaqda 
idi. 
Rusiya 
diplomatiyası  isə  onu  rahatsız  etsə  də  müəyyən  güzəştlərə  getm əklə 
Türkiyə  ilə  dostluq  və  qardaşlıq  haqqında  müqavilə  bağlamağa 
çalışırdı.
Qədim 
Azərbaycan 
torpağı 
olan  Zəngəzurun 
Ermənistana 
verilməsi  ilə  Azərbaycan  özünün  tərkib  hissəsi  olan  Naxçıvandan 
ayrı  salındı.  Bu  isə  Naxçıvanın  muxtariyyət  məsələsini  siyasi 
zərurətə  çevrildi.
Naxçıvan  əhalisi  özlərini  Azərbaycandan  heç  vaxt  ayrı  təsəvvür 
etmirdilər.  Hələ  o  zaman  Naxçıvan  diyarının  əhalisi  öz  qəti  fikrini 
belə  ifadə  etmişdi:  «Bu  xalq  mədəni  dövlətlərin  alovlarında  ınəh\ 
olmaqla  razı  olar,  amma  Azərbaycandan  ayrılmaz»  [1,  16  may, 
1999].  Təsadüfı  deyil  ki,  1921-ci  ilin  əvvəllərində  Azərbaycan. 
Ermənistan  və  Rusiya  nümayəndələrinin  təşəbbüsü  ilə  keçirilıniş  rəy 
sorğusunda  bölgə  ohalisinin  90  faizindən  çoxu  Naxçıvan  diyarımn
muxtariyyət  statusunda  Azərbaycanın  tərkibində  qalmasına  səs  verdi 
[8.  s.  95].
Naxçıvan 
diyarımn 
muxtariyyət 
statusu 
məsələsində 
N.Nəriınanovun  prinsipial  mövqeyi  və  B.Şahtaxtinskinin  apardığı 
danışıqlar 
Moskvanın 
Naxçıvan 
məsələlərinə 
münasibətinin 
dəyişınəsinə  və  nəticə  etibarilə  Naxçıvana  Azərbaycanın  tərkibində 
muxtariyyət  statusu  verilməsinə  həlledici  təsir  etmişdir  [7,  s.  51]. 
Bunun  nəticəsi  idiki  1921-ci  il  martın  16-da  RK(b)R  Siyasi  Bürosu 
Azərbaycanın 
himayəsində 
Naxçıvan 
Sovet 
Respublikasınm 
yaradılması  barədə  qərar qəbul  etmişdi  [1,  19  fevral,  2014].
Qeyd  etmək  lazımdır  ki,  Naxçıvanın  muxtariyyət  məsələsinin 
Azərbaycanın  xeyrinə  həll  edilməsində  Türkiyənin  inkaredilməz 
xidmotləri  olmuşdur.  Naxçıvanın  tarixi  taleyinin  tam  tarixi  bir  haqla 
Azərbaycana  bağlanmasında  Türkiyənin  çox  əhəmiyyətli  rolunu 
ınəhz  onun  prinsipiallıq  göstərdiyi  Moskva  və  Qars  mliqavilələri 
reallaşdırdı.
1921-ci  il  martın  16-da  Moskvada  Rusiya  ilə  Tiirkiyə  arasında  16 
ınaddədən  və  2  əlavədən  ibarət  «Dostluq  və  qardaşlıq  haqqında» 
miiqavilə  iınzalandı.  Həmin  müqavilənin  üçüncii  ınaddəsinə  əsasən 
razılığa  gəlindi  ki,  Naxçıvan  vilayəti  Azərbaycanın  himayəsi  altında 
və  həmin  vilayətin  Azərbaycan  tərəflndən  heç  bir  iiçüncii  dövlətə 
gü/.əştə  edilməməsi  şərti  ilə  Naxçıvan  Muxtar  Vilayəti  təşkil  olunur. 
Beləliklə,  Naxçıvanın  tarixində  ınühüın  rol  oynayan  Moskva 
ıniiqaviləsində  onun  Azərbaycanın  tərkibində  mııxtar  qurum  olaraq 
qalmasına dair ilkin  razılıq  əldə edildi.
Naxçıvanın  sonrakı  tarixi  müqəddaratında  isə  Qars  ıniiqaviləsi 
xüsusi  əhəmiyyət  kəsb  edir.  1921-ci  il  oktyabrın  13-də  RSI;SR-in 
iştirakı  ilə  Azərbaycan  SSR,  Gürcüstan  SSR,  Ermənistan  SSR  və 
Tiirkiyə  arasında  imzalanan  Qars  müqaviləsi  ilk  növbədə  Moskva 
müqaviləsinin  əsas  ınüddəalarını  bir  dalıa  təsdiqlədi.  Naxçıvanın 
əra/i  mənsubiyyəti  ınəsələsi  ilə  onun  sərhədləri  də  qəti  sürətdə 
ıniiəyyənləşdirdi.
Qars  müqaviləsini  imzalayan  bütün  dövlətlər 
Türkiyə,  Rusiya, 
A/ərbaycan,  Gürcüstan  və  Ermənistan  Naxçıvanı  Azərbaycaınn


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə