SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə56/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

Zeynəb Q u l i y e v a  
AMEA  Naxçıvan  B ö l m o s i  
E-mail:  zeyneb_guliyeva@ yahoo.com
MUXTARİYYƏT  DÖVRÜNDƏ  NAXÇIVANIN 
TUNC  DÖVRÜ ABİDƏLƏRİNİN  TƏDQİQİ
Azərbaycanın  tarixi  coğrafıyasında  xüsusi  yeri  olan  N a x ç ı v a n  
müxtəlif  dövrlərə  aid  abidələrlə  zəngin  olsa  da,  onların  e l m i  
dövriyyəyə  daxil  edilməsi  məhz  muxtariyyət  illərində  h ə y a t a  
keçirilmişdir.  Ötən  əsrin  30-cu  illərindən  başlayaraq  a p a r ı l a n  
arxeoloji  tədqiqatların  nəticəsi  olaraq  burada  xeyli  miqdarda  m a d d i -  
mədəniyyət  nümunələri  aşkar  edilmişdir ki,  bunların  böyük  bir q i s m i  
Tunc  dövrünü  əks  etdirir.  Bu  dövrdə  görkəmli  alimlər  tə rə f ın d ə n  
aşkar  edilən  I  və  II  Kültəpələr,  Gəmiqaya,  Qızılburun,  Ş a h ta x tı, 
Plovdağ,  Nəhəcir,  Ovçulartəpəsi,  Ərəbyengicə,  Şortəpə,  X ə l ə c ,  
Yaycı  və  digərləri  ilə 
təmsil  olunan  fundamental  abidələr  m i l l i  
dəyərlərmizin  tarixi  köklərinin  araşdırılması  baxımından  m ü h ü m  
əhəmiyyət  kəsb  edir.  Bu  fıkir  öz  təsdiqini  Qızılburun  keram ik ası 
üzərində  təsvir  edilən  yallı  səhnəsinin  (2,  s.  254;  8,  çizim  2 2 )  
qayalarda 
və  xalçalarımız  (NDTM.  Inv.JV«877/n-97)  üzərindəki 
təsvirlərlə  harmoniya  yaratmasında tapır (Şəkil  1,  1-3).
Şəkil 
1. 
Naxçıvanın 
Tunc 
dövrü 
keramikası 
üzərindəki 
ornamentasiyanın  qayalarda  və  xalçalardakı  paralelləri
Xalqımızın 
mill  birliyini  ifadə  edən  bu  səhnə  uzaq  D a ş  
dövründən  başlayaraq  zamanın  gözlə  görünməyən  sədlərini  heç  b i r  
deformasiyaya  uğramadan 
keçərkən  tarixə  öz  möhürünü  vu rm u ş,
Qobustan 
qayalarında, 
Gəmiqaya 
təsvirlərində, 
Tunc 
dövrü 
keramikasında 
və 
müasir 
xalçalarımızda 
ortaya 
çıxmaqla 
zamanlararası  bir  mədəniyyət  körpüsü  yaratmışdır.  Bu  körpünün  ən 
böyük 
əhəmiyyəti 
onun 
eyni 
mədəniyyəti 
özündə 
ehtiva 
etməsindədir.  Bu  nüans  Azərbaycan,  həmçinin  onun  ayrılmaz  tərkib 
hissəsi  olan  Naxçıvanın  qədim  türk  yurdu  olduğunu  təsdiq  edən 
yüzlərlə  faktdan  biridir.  Uzun  müddət  elmə  qapalı  qalan  bu  cür 
dəyərli  maddi-mədəniyyət  nümunələri 
Naxçıvanın  Tunc  dövrü 
abidələrindən  xeyli  miqdarda  aşkar  edilmişdir.  Bu  dövrün  abidələri 
çoxsaylı  olduğundan  onların  hamısı  haqqında  məlumat  vermək  geniş 
həcmli  əsər  və  zaman  tələb  edir.  Lakin  onların  kompakt  halda  aşkar 
edildiyi  Arpaçay,  Naxçıvançay  və  Gilançay  vadilərində  olan 
fundamental  abidələr  və  onlardan  üzə  çıxarılan  maraqlı  maddi- 
mədəniyyət  nümunələrinin  timsalında  muxtariyyət dövründə  aparılan 
tədqiqatların  əhəmiyyətini  və  inkişafını  izləmək  mümkündür. 
Naxçıvanın  Tunc  dövrü  abidələrində  muxtariyyət  dövründə  aparılan 
tədqiqatlar  bir neçə  mərhələyə bölünür.
Muxtariyyətin  birinci  mərhələsində  (1924-1969)  Oğlanqala, 
Şortəpə  və  Şahtaxtı  yaşayış  yerlərində  Ə.Ələkbərovun  rəhbərliyi  ilə 
aparılan  kəşfiyyat  qazıntıları  nəticəsində  xeyli  miqdarda  arxeoloji 
materiallar,  o  cümlədən  əmək  alətləri,  bəzək  əşyaları,  silahlar,  məişət 
əşyaları,  sadə  və  boyalı  qablar  (1,  s.  10),  həmçinin  30-40  sm 
dərinlikdə  uşağa  məxsus,  80-90  sm  dərinlikdə  yaşlı  adama  məxsus 
avadanlıqsız  məzarlar  üzə  çıxarılmışdır.  1939-cu  ildə  isə  təsadüf 
nəticəsində  dağıdılan  Şortəpə  nekropolundan  e.ə.  XVII-  XV  əsrlərə 
aid  edilən  çölmək,  küpə,  çaynik,  kasa  tipli  keramika  nümunələri 
aşkar  edilmişdir  (13,  s.  100).  1951-ci  ildə  AMEA  Tarix  İnstitutu 
tərəfindən  Naxçıvana  göndərilən  arxeoloji  ekspcdisiya  görkəmli 
arxeoloq  O.Həbibullayevin  rəhbərliyi  altında  I  Kültəpə  abidəsində 
geniş  arxeoloji  tədqiqatlara  başlamış  (14,  s. 14),  1960-cı  ildə  isə  II 
Kültəpə  abidəsi  qeydə  alınmışdır.  1958-ci  ildə  O.Həbibullayevin 
rəhbərlik  etdiyi  ekspedisiya  Sədərək  kəndi  yaxınlığında,  2  il  sonra  isə 
Yuxarı  Daşarx  yaxınlığında  dağıdılmış  küp  qəbirləri  tədqiq  etmiş, 
əldə  edilən  gil  qab  qırıqları  və  başqa  arxeoloji  tapıntılara  əsasən


yaşayş  ycrinin  Tunc  dövrünə  aid  olduğu  qeyd  edilmişdir (13,  s.  15). 
Lakin  sonralar tədqiqatlar davam  etdirilmədiyindən  bir  müddət  fasilə 
yaranmışdır.
Ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycanda  hakimiyyətə 
gəlişi  ilə  arxeoloji  tədqiqatlar sahəsində başlayan  II  mərhələdə  birinci 
mərhələdən 
fərqli 
olaraq, 
arxeoloji 
tədqiqatların 
miqyası 
genişlənmiş,  aşkar  edilən  abidələrin  sayı  artmışdır.  Dizə,  Oğlanqala. 
Ovçulartəpəsi,  Xələc,  Ərəbyengicə, 
Aralıq, 
Həmzəli, 
Daşarx 
abidələri  məhz  bu  mərhələdən  başlayaraq  geniş  tədqiqat  obyektinə 
çevrilmişdir.  1969-cu  ildə  Şərur  rayonunun  Dizə  kəndi  yaxınlığında 
təsadüf nəticəsində  Erkən  Tunc  dövrünə  aid  bir  neçə  küp  qəbir  üzə 
çıxarılmış,  buradan  toplanan  e.ə.  IV  minilliyin  sonu-III  minilliyin 
əvvəllərinə  aid  yarımşarşəkilli  qulpa  malik  qara  rəngdə  boyanmış 
qab  nümunələri  (13,  s.  20)  və  digər  materiallar  R.Göyüşov  və 
V.Əliyev  tərəfındən  nəşr  edilmişdir.  1971-ci  ildə  Ovçulartəpəsi 
yaşayış  yerində  başlanan  arxeoloji  tədqiqatlar  (8,  s.  10)  1980-ci  ildə 
V.Əliyev  və  A.Seyidov,  daha  sonra  S.Aşurov  və  V.Baxşəliyev 
tərəfındən  davam 
etdirilmişdir.  1982-ci  ildə  Xələc  yaşayış  yeri 
V.ƏIiyev  və  A.Seyidov  tərəfindən  tədqiq  edilərək,  boz  və  çəhrayı 
rəngdə  gil  qab  parçalarının, 
əmək  alətləri  və  nalşəkilli  ocaq 
qurğusunun  e.ə.  IV  minilliyin  sonu~III  minilliyin  birinci  yarısına  aid 
olduğu  qeyd  edilmişdir  (3,  s.  71;  1,  s.  83).  1984-cü  ildə  Ərəbyengicə 
qədiın  yaşayış  yerində  V.ƏIiyev,  A.Seyidov  tərəflndən  kəşfiyyat 
qazmtıları  aparlınış,  1984-1986-cı  illərdə  xeyli  yerüstü  matcrial:  dən 
daşları,  sürtkəc  və  saxsı  məmulatları  toplanınışdır.  1985-ci  ildə 
yenidən  tədqiqat  obycktinə  çcvrilən  Şortəpədən  Orta  Tunc  dövrünə 
aid  keramika  toplanaraq  Şərur  rayon  Tarix  Diyarşünaslıq  muzeyinə 
verilmişdir  (5,  s.  29).  1991 -1993-cü  illərdə  Aralıq,  Həmzəli  və 
Daşarx  kəndləri  ərazilərində  Tunc  və  Antik  dövrə  aid  yaşayış  yerləıi 
aşkar cdilmiş,  xeyli  miqdarda  Kür-Araz  mədəniyyətinə aid  keramika. 
daş  əmək  alətləri  və  tunc  bəzək  nümunələri  üzə  çıxarılmışdır.  Bu 
dövrdə  Aşağı  Yaycı  kəndi  yaxınlığında  ycrləşən  daha  bir  abidə  su 
anbarı  tikilərkən  dağıntıya  məruz qalmış  və  daş qutu  qəbirlərdən  Orta 
Tunc  dövrünə  aid  monoxrom  boyalı  qablar  aşkar  cdilmişdir.
Haftavantəpə, 
Göytəpə,  Qordlartəpə  kimi  qədim  abidələrin 
materialları  ilə  analogiya  yaradan  (3,  s.  139)  Yaycı  qabları,  həmçinin 
digər  abidələrin  materialları  həmin  illərdə  Naxçıvanda  yaradılan 
tarix-diyarşünaslıq  muzeylərinin  (8,  s.  52)qiymətli  eksponatlarına 
çevrilmişdir.
Azərbaycan  öz  müstəqilliyini  bərpa  ctdikdən,  xüsusilə  ümummilli 
lidcr  Heydər  Əliyevin  ikinci  dəfə  siyasi  hakimiyyətə  qayıdışından 
sonra  başlanan  III  mərhələdə  Naxçıvanda arxeoloji  qazıntılar intensiv 
xarakter almışdır.  2001-ci  ildən  başlayaraq Ovçulartəpəsində  aparılan 
tədqiqatlar  nəticəsində  aşkar  cdilən  çoxlu  sayda  çəhrayı,  sarı,  boz 
rəngli  gil  qab  qırıqları,  daş  alətlər,  tunc  iynə  qırıqları,  tikinti  qalıqları 
abidənin  e.ə.  3500-2600-cü  illərə  aid  edilməsinə  (1,  s.  91)  stimul 
vcrmişdir.  Tezliklə  bu  qədiın  yaşayış  yeri  əcnəbi  arxcoloqları  da 
öziinə  cəlb  etınişdir:  2006-cı  ildən  başlayaraq  Naxçıvanlı  arxeoloqlar 
Fransa  arxeoloji  ekspedisiyası  ilə  birlikdə  burada  tədqiqatlar 
aparırlar.  2008-ci  ildə  A.Seyidov  və  V.Baxşəliyev  tərəflndən 
Ərəbyengicə  yaşayış  ycrinin  geniş  tədqiqinə  başlanmış  və  e.ə.  IV-III 
minilliklərə  aid  boz-qara  və  çəhrayı  rəngli  keramika  nümunələri, 
homçinin,  dördkünc  və  oval  formalı  binaların  qalıqlan  aşkar 
cdilmişdir  (9,  s.  15-20).  2013-cü  ildə  AMEA  Naxçıvan  Bölməsinin 
ekspedisiyası  tərəflndən  aparılan  qazıntılar  nəticəsində  buradan  xeyli 
miqdarda  Kür-Araz  kcramikası,  əmək  alətləri,  ocaq  yeri  və  qurğuları 
aşkar edilmişdir.
Bu  dövrdə  arxeoloji  tədqiqatların  bir  qisıni  Gilançay  vadisiııdə 
aparılmışdır.  I  Plovdağ  yaşayış  ycri,  I  və  II  Plovdağ  nckropolları, 
həınçinin  Gəmiqayada  V.ƏIiyev,  B.İbrahimli  və  digər  arxeoloqlar 
tərəfındən  aparılan  tədq iqatlar  nəticəsində  Tıınc  dövriinə  aid 
keraınika  nüınunələri,  təsərrüfat  alətləri,  qurbangahlı,  kromlcxlə 
əhatə  edilmiş  qəbirlər, bəzək  əşyaları,  sümük  qalıqları, tikili  qalıqları, 
qayaüstü 
təsvirlər  və 
s. 
ınaddi-mədəniyyət 
nümunələri 
iizə 
çıxarılmışdır  (4,  s.  24;  7,  s.  54-62).  Qeyd  etmək  lazımdır  ki,  bəhs 
edilən  abidələrdə  arxeoloji  tədqiqatlar  davam  etdirilir.  Təbii  ki,  bu 
işlərin  göriilınəsində  2001-2002-ci  illərdə  ulu  öıulər  Ileydər Əliycvin 
təşəbbiisii  və  xüsusi  köınəkliyi  ilə  təşkil  edilmiş  Naxçıvan-Gəmiqaya


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə