SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə61/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   54   55   56   57   58   59   60   61   62

Hakimiyyət  orqanlarına  Zəngəzur  qaçqınlarının  və  ordubadlıların 
saysız-hesabsız  müraeiətlərinə  baxmayaraq  ermənilərə  qarşı  heç  bir 
tədbir görülmədiyindən,  ordubadlılar özləri  onların  dərslərini  verm ək 
və 
qaçqın 
soydaşlarmı 
yurd-yuvalarına 
qaytarmaq 
qərarına 
gəlmişdilər.  Ordubadlılar  zəngəzurlu  qaçqınlarla  birgə  1800  nəfərlik 
hərbi  dəstə  təşkil  edərək  1905-ci  ilin  sentyabrında  Oxçu  dərəsinə 
hərbi  yürüş  etmiş  və  ermənilərin  acınacaqlı  məğlubiyyətə  uğradaraq 
müsəlman  kəndlərini  azad  etmişdilər.  Yalnız  hökumət  qoşunlarımn 
gəlməsi  xəbəri  erməniləri  darmadağın  olunmaq  təhlükəsindən  xilas 
etmişdi.  Ümumiyyətlə,  Ordubad  könüllülərinin  bu  yürüşü  bütün  hərb 
qaydalarına  uyğun  aparılmış  və  müvəffəqiyyətlə  başa  çatdırılmışdı. 
Böyük  Azərbaycan  ədibi  M.S.Ordubadi  bu  yürüşdən  bəhs  edərkən 
yazır  ki,  bu  məğlubiyyətdən  sonra  ermənilər  əvvəlki  hərisliklərindən 
əl  çəkib  oxçululara  əziyyət  vermək  fikrindən  tamamilə  əl  götürürlər. 
M.S.Ordubadi  sonra  qeyd  edir  ki,  Ordubad  və  mahal  camaatının  bu 
dərəcədə  olan  qeyrətləri  milli  səhifələrimizə  qızıl  qələm  ilə  qırmızı 
bir  xətt  çəkib  onu  bəzədi  və  qiymətə  mindirdi.  Allah  onları  iki 
cahanda  xoşbəxt buyursun.
Lakin  çox  təəssüf  ki,  M.S.Ordubadinin  «Qanlı  illər»  əsərindən 
başqa  bu  uğurlu  əməliyyat  haqqında  tarix  ədəbiyyatında  ətraflı 
məlumat  yoxdur.  Böyük  ədibimizin  ermənilərin  dinc  oturacağı. 
ınüsəlmanları  bir daha  narahat etməyəcəkləri  ilə  bağlı  ümidləri  özünii 
doğrultmadı.  Cəmi 
11-12  ildən  sonra  Zəngəzur  müsəlmanları 
ermənilərin  növbəti,  daha amansız xəyanətləri  ilə  iizləşdilər.
Birinci  dünya  müharibəsinin  son  illərində,  1917-ci  ildə  Rusiyada 
baş  vermiş  təlatümlü  hadisələrdən  sonra  Cənubi  Qafqazda  yaranmış 
şəraiti  özlərinə  fursət  bilən  erməni  şovinist-millətçi  dairələri 
Naxçıvanda,  İrəvanda,  Vedibasarda,  Zəngəzurda,  Qarabağda  və 
başqa  bölgələrimizdə  yenidən  türk-müsəlman  əhaliyə  qarşı  kütlovi 
zorakılıqlara  başlayaraq  bu  bölgələrin  etnik  vəziyyətini  öz xeyirlərinə 
dəyişmək  və  milli  dövlətlərini  yaratmaq  planlarını  həyata  keçirməyə 
başladılar.  Nəticədə,  1917-1921-ci  illər  ərzində  ermənilərin  həyata 
keçirdiyi  soyqırımı  və  deportasiya  siyasəti  nəticəsində  yüz  minlərlə
soydaşımız 
həlak  olmuş,  öz  doğma  yurdlarından  didərgin 
düşmüşdülər.
Əlbəttə,  erməni  təcavüzkarlarına  qarşı  azərbaycanlılar  mümkün 
qədər  müqavimət  göstərmiş,  ayrı-ayrı  bölgələrdə  düşmənə  ciddi 
zərbələr vurmuşlar.  Lakin  bir sıra  faktorların  (mütəşəkkillik  və  silah- 
sursat  cəhətdən  ermənilərin  üstünlüyü, 
azərbaycanlılara  qarşı 
əməliyyatlarda  nizami  ordu  hissələrinin  iştirak  etməsi,  AXC 
hökumətinin  bir  sıra  səbəblərdən  İrəvan  quberniyası  və  Zəngəzur 
qəzası  müsəlman  əhalisinə  zəruri  hərbi,  maddi  və  mənəvi  yardım 
göstərə  bilməməsi,  Türkiyənin  1  Dünya  müharibəsində  məğlub 
olması, 
yerli 
azərbaycanlıların 
siyasi 
cəhətdən 
mütəşəkkil 
olmamaları,  nüfuzlu  siyasi  Iiderlərin,  hərbi  komandirlərin  azlığı  və 
s.)  təsiri  altında  həmin  bölgələrin  ermənilərin  nəzarəti  altına 
keçməsinin qarşısını  almaq  mümkün  olmamışdı.
Yalnız  Naxçıvan  əhalisi  ermənilərin  (Ermənistan  dövlətinin) 
bütün 
hərbi, 
siyasi-diplomatik, 
ideoloji 
təbliğat 
cəhdlərinə 
baxmayaraq  bölgənin  Ermənistan  tərəfdən  işğal  olunmasına  imkan 
vermədi,  əksinə,  Sədərəkdən  tutmuş  Ordubada  qədər  bütün 
naxçıvanlılar  əldə  silah  öz  torpaqlarının  müdafiəsinə  qalxaraq, 
burada Azərbaycanın  suveren  hüquqlarını təsbit etdilər.
Naxçıvan  əhalisi  1918-ci  ildə  Andranikin  quldur  dəstəsinin 
Naxçıvanı  ələ  keçirmək  cəhdlərinin  qarşısını  qətiyyətlə  almış, 
müttəfıqlərin  bölgəni  Ermənistana  vermələrinə,  hətta  burada  1919-cu 
ilin 
may-iyul 
aylarında 
erməni 
idarəçiliyinin 
yaradılmasına 
baxmayaraq  milli-azadlıq  müharibəsinə  başlayaraq  işğalçı  qoşunları 
07  torpaqlarından 
qovub 
çıxarmışdılar. 
Sonrakı 
aylarda 
da 
crmənilərin  silah  gücünə,  ingilislərin,  amerikalıların,  sonra  isə 
bolşeviklərin  yardımı  ilə  Naxçıvan  diyarını  işğal  etmək  planları 
naxçıvanlıların  qətiyyəti  sayəsində alt-üst edilmişdi.
Bəziləri  ermənilərin  Naxçıvanı  işğal  edə  bilməmələrini  Türkiyə 
amili,  türk  qoşunlarının  bölgədə  olması  faktı  ilə  izah  etməyə 
çalışırlar.  Əlbəttə,  Naxçıvanın  Azərbaycanın  tərkib  hissəsi  kimi 
qalmasında  qardaş  Türkiyənin  hərbi,  siyasi,  diplomatik  yardımmın 
böyük  əhəmiyyəti  olmuşdur.  Lakin  nəzərə  almaq  lazımdır  ki,


Türkiyə  I  Dünya  müharibəsində  məğlub  olduğuna  görə  M u d ro s  
sülhünün  şərtlərinə  əsasən  bütün  Cənub  Qafqazı,  o  c ü m lə d ə n  
Naxçıvanı,  İrəvan  quberniyasını  tərk  etməli  olmuşdur.  1918-ci  il i n  
dekabrın  əvvəllərində  bölgəni  tərk  edərkən  türk  qoşunları  y e r li 
müsəlman  əhalinin  təhlükəsizliyini  təmin etmək  məqsədi  ilə  az  s a y d a  
əsgər  və  zabit,  müəyyən  miqdarda  silah-sursat  qoyub  getsələr  d ə . 
Ermənistanın  nizami  ordularına  qarşı  bu  çox  cüzi  qüvvə  idi.  T ü r k  
qoşun  hissələri  Naxçıvana  bir  də  1920-ci  ilin  əvvəlində  gəlmişdilər. 
Bu  müddət  ərzində  öz  dövlətçiliyini  qorumaq  uğrunda  m ü barizə 
aparan  Türkiyə  Azərbaycan  və  Naxçıvana  əməli  hərbi  kömək gö stərə 
bilməmişdi.  Bu  səbəbdən  erməni  işğalçılarına  qarşı  mübarizənin  ə s a s  
ağırlığı  Naxçıvanın  yerli  könüllü  müdafıə  dəstələrinin  üzərinə 
düşmüşdü.  Naxçıvanın  qəhrəman  oğulları  öz  üzərinə  götürdükləri  b u  
şərəfli  missiyanı  ləyaqətlə  yerinə  yetirdilər,  düşmənə  nəinki  bir  q a rış  
torpaq 
vermədilər, 
əksinə, 
vaxtilə  yuva  qurmalarına  razılıq 
verdikləri,  müxtəlif  ölkələrdən  Naxçıvana  gələrək  burada  yerləşm iş 
ermənilərin 
dönüklüyünə, 
xəyanətinə 
görə 
onları 
layiqincə 
cəzalandıraraq,  bu  müqəddəs  torpağa  yad  əllərin  toxunmasına  b ır 
daha  imkan  vermədilər.  Bunu  Naxçıvan  qəzasımn  etnik  tərkibində 
baş  vermiş  sonrakı  dəyişikliklər  də  təsdiq  edir.  Əgər  1897-1916-cı 
illərdə  Rusiya  imperiyasının  xristian  elementinin  -  ermənilərin  sayını 
artırmaq  siyasəti  sayəsində  qəzada  erməni  əhalisi  1,5  dəfə  artmışdısa 
və  bu  artım  başlıca  olaraq  mexaniki  amillər,  əsasən  köçürülmələr 
hesabına  baş  vermişdisə,  azərbaycanlıların  sayı  cəmi  108,7% 
artmışdı.  Erməni  əhalisinin  sürətlə  artması  sayəsində  o  1916-cı  ildə 
qəza  əhalisinin  təqribən 40  %-ni  təşkil  etınişdi.
Lakin  sonrakı  illərdə  Ermənistanın  Naxçıvana  qarşı  başladığı 
işğalçılıq  siyasəti  əslində  buradakı  erməni  əhali  üçün  daha  ınənfi 
nəticələrə  gətirib  çıxarmış  oldu.  1926-cı  ildə  burada  cəmi  11.3  min 
crməni  (10,8  %)  yaşayırdı  ki,  bu  da  19 16-cı  illə  müqayisədə  təqribən 
5  dəfə  az  idi.  Düzdür,  bu  illər  ərzində  qəzanın  bütün  əhalisinin 
sayında  da  ciddi  azalmalar  baş  verıniş,  daha  dəqiq,  30  min  azalaraq 
cəmi  90  min  təşkil  etmişdi. 
Əlavə  edək  ki,  1959-cu  ildə  muxtar 
rcspublikada  erməni  əhalisinin  sayı  9.5  min  nəfər  (6.7%),  1979-cu
ildə  isə  3.4  min  (1.6%)  təşkil  etmişdi.  Bütün  bunlar ermənilərin  uzun 
illər  davam  etmiş  təcavüzkarlıq  siyasətinin  labüd  və  məntiqi  nəticəsi 
idi.
Naxçıvan  əhalisinin  1918-1920-ci  illərdə  Ermənistanın  hərbi 
təcavüzünə,  işğalçılıq  siyasətinə  qarşı  mübarizəsi  ətraf  bölgələrə  də 
təsirini  göstərmişdi.  Xüsusən  Naxçıvanla  qonşu  rayonların  -  
Vedibasarın  və  Zəngəzurun  türk-müsəlman  əhalisinin  ermənilərin 
silahlı  terrorundan  və  vəhşiliklərindən  qorunmasında,  bu  bölgələrdə 
Azərbaycanın  suverenliyinin  təmin  edilməsində  naxçıvanlıların 
böyük rolu  olmuşdur.
Zənnimizcə, 
ətraf 
bölgələrin 
türk-müsəhnan 
əhalisinə 
naxçıvanhların  yardımını  aşağıdakı  şəkildə  səciyyələndirmək  olar:
1.  Hərbi  səciyyəli  dəstək.  Artıq  qeyd  edildiyi  kimi,  naxçıvanlılar
1918-ci  ilin  əvvəllərindən  başlayaraq  Ermənistanın  nizami  ordularına 
qarşı  qətiyyətli  mübarizə  aparmış  və  öz  torpaqlarının  bütövlüyünü 
qoruya  bilmişdilər.  Ermənistan  hökuməti  Naxçıvanı  ram  etmək  üçün 
digər  rayonlardan  buraya  əlavə  qoşun  hissələri  gətirməyə  məcbur 
olmuşdu  ki,  bu  da  müəyyən  dərəcədə  Ermənistan  Respublikasının 
daxili  ərazilərində,  eləcə  də  Vedibasarda  və  Zəngəzurda  yerli 
müsəlmanlara  qarşı  repressiyaların  bir  qədər  azalmasına  səbəb 
olmuşdu.
Naxçıvanlılar  əvvəlcə  Andranikin,  sonra  isə  Ermənistan  hökumət 
qoşunlarının 
diqqətini 
özünə 
çəkməklə, 
qonşu 
rayonların 
müsəhnanlarının  özlərini  səfərbər  etmələrinə,  müdafiələrini  təşkil 
etməyə  şərait  yaratmışdılar.  Düzdür,  türk  qoşunları  bölgəni  tərk 
etdikdən  sonra  -   1918-ci  ilin  sonlarında  -1919-cu  ilin  əvvəllərində 
erməni 
hərbi 
qüvvələri 
müəyyən uğurlar  qazanınış, 
Şərura,
Şahtaxtına  qədər  gəlib 
çatsalar  da naxçıvanlıların  əks-hücumu
nəticəsində gcri  oturdulmuşdular.
1919-cu  ilin  yaymda 
ingilislərin köməyi  ilə  Naxçıvanda  öz
idarəçiliyini 
qurmuş  ermənilər  eyni  zamanda  Vedibasar  və 
Zəngəzurda 
dinc 
azərbaycanhlara  qarşı 
hərbi 
əməliyyatlara
başladılar.  Ermənilər  Zəngəzurda  öz  məqsədlərinə  çatsalar  da  Vedi 
rayonunda  ciddi  müqavimətlə  rastlaşdılar. 
1919-cu  il 
iyulun


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə