Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə99/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   95   96   97   98   99   100   101   102   103

***

Şimali  Qafqaz  və  Qara  dəniz  sahili  kurortları,  Za-

qafqaziya, Orta Asiya respublikalarında müxtəlif tədbirlərdə

iştirakım, Moskvada Ali komsomol məktəbində oxumağım,



Kremlin Qurultaylar Sarayında partiyanın XXIV- XXV

qurultaylarında  iştirakım  həyatımın  unudulmaz  anla -

rıdır. Möhtəşəm Kreml sarayında olan qələbəlik, dünyanın

hegemon  dövlətlərinin  rəhbərləri,  siyasi  büronun  üzvləri,

MK-  nın  katibləri,  kraykomların,  obkomların  I  katibləri,

dünya kommunist fəhlə hərəkatının liderləri. Nobel mükafatı

laureatları. Elm nəzəriyyəçiləri, kosmonavtlarla birgə olma -

ğım həyatımın unudulmaz, şərəfli günləri idi.



***

Tarix boyu insanlar zaman -zaman bütün dövrlərdə xoş

sözdən ilham almaqla yaxşı əməllərə can atırlar. İşlədiyim

zamanda ünvanıma deyilən yüksək qiymətdən ruhlanıb həyat

tərzim olan yaxşı iş ruhuma qida verib. Ünsiyyətdə olduğum

bütün şəxsiyyətlərin tövsiyyələri mənə işıq yolunu göstərib.

Məs: SSRİ Atom İnistutunun direktoru akademik sosialist

əməyi qəhrəmanı N.N Boqolyubovun, Amerika Kanada İn-

istutunun  direktoru  akademik  Q.A  Arbatovun,  Astrofizik

sosialist əmək qəhrəmanı N. Zerdoviçin, SSR yeyinti Sənaye

naziri  Lein,  komitə  sədri  E.  Boqoluyovun,  SSR  yazıçılar

itifaqının  birinci  katibi  L.  Markovun  və  başqa  dahilərin

fikirlərindən nəticə çıxarmağı özümə borc bilmişəm. 

SSR  nazirlər  sovetinin  sədri  Nikolay  Aleksandroviç

Tixonov, Sov. İKT MK-nın katibi siyasi büronun üzvü F.D.

Zəkanın gücü

377



Kulakovun, onun müavinləri Q. Rudenkonun, N. Kiselyovun,

Yuri İvanovun, Ludmila İvanovanın ünvanıma dediyi sözləri

heç vaxt unutmuram. Onların dedikləri sözləri olduğu kimi

yazıram: “Sami Dastoyni kandidatura” , “Oqnioni sekratar”,

“Yeqo nada viqviqat na respublikaniski maştab”, “Adaryoni”,

“Xaroşi  arqanizator”  və  başqa  xoş  ifadələr  yaxşı  işləmək

üçün impulusdur. 

Amma bu müsbət keyfiyyətləri qəbul etməyən paxıl in-

sanlar  daima  olub  və  bundan  sonra  da  olacaq.  Əlbəttə

cəmiyyətdə yaxşı ilə pis biri digərlərinin əksi olmaqla iştimai

fəlsəfi fikrin formalaşmasında xüsusi rol oynayır. Burda ata-

lar sözü yada düşür: xeyir və şərin mübarizəsi...   

Əziz oxucular, mən işlədiyim dövrlərdə  (1954- 2013 –cü

illər)  gördüyüm  işlərə,  xüsusilə  komsomol,  partiya

təşkilatlarındakı fəaliyyətimə görə nəinki, cəza, heç şifahi

tapşırıq  da  almamışam.  14  dövlət  təltifim  olduğu  halda,

birdən birə cəmiyyət üçün arzuolunmaz şəxsiyyətə çevrildim.

Bu sualın cavabı yazılarımda, kitablarımda öz əksini tapıb.

İnanıb,  ümid  edirəm  ki,  bu  kitabı  oxuyan  oxucular  daha

düzgün nəticə çıxaracaqlar.



Sahib Sailov

378


SON SÖZ ƏVƏZİ

80 İLİN YAŞANAN GÜNLƏRİ

Ömür  Tanrının  insanlara  ən  böyük  ərməğanıdır.  Ömür

Tanrı payıdır, onu sevərək, əzizləyərək yaşamaq gərəkdir. Bu

yaşam  üçün  lazım  gəlsə  döyüşməlisən,  əzməlisən,

əzilməlisən, ancaq ondan vaz keçməməlisən. Çünki, o bir

dəfə, tək bircə dəfə verilir insana. Bu sadə fəlsəfəni hamı eyni

dərəcədə anlaya bilirmi, Tanrı töhfəsini dəyərləndirə bilirmi?

Məncə yox! 80 il, 100 il də ötə bilər, amma boşdursa ona

ömür demək olarmı? Deyirlər ömür ötən illərlə yox, yaşanan

günlə ölçülür. Gəlin fikirləşək, görək ömrümüzə yazılacaq

neçə  gün  yaşamışıq?  Ömürün  əvvəllərində,  heç  olmasa

yarısında  bunun  fərqinə  varsaq,  sonda  arxaya  təəssüflə

boylanmarıq. Amma elə insanlar da var ki, yaşanan günləri

ötən illərini yolda qoyur. Bax, əsl xoşbəxtlik budur. Qibtəyə,

həsədə dəyər deyilmi?

Əziz oxucu, əlinizdəki kitabı vərəqlədikcə sizin də qibtə

edəcəyinizə əminəm. O, Azərbaycan tarix elmində yeni bir

formanın, siyasi publisistikanın ilk yaradıcılarından biri oldu.



Görkəmli ictimai xadim, alim, yazıçı, siyasi publisist, ən

ümdəsi gözəl insan Sahib Sailovun 80 illik ömrünə işıq

salan  bu  kitab,  həm  də  ruhunuzu  oxşayacaq  və

yüksəldəcək. Çünki,  bu  insanın  bütün  əzab-əziyyətlərə,

çətinliklərə baxmayaraq ruhu həmişə yüksək olub, səmalarda,

fəzalarda cövlan edib. Ruh nədir? Ruh insanın içindəki canlı

“mən”dir, ürəyini döyündürən, beynini çalışdıran, əzalarını



Zəkanın gücü

379


var edən ilahi varlıqdır. Ruhun varsa yaşayırsan, yoxdursa

canlı ölüsən. Zəif, iradəsiz insanlar ruhunu tez itirir, bəzən



yenidən  tapa  bilir,  bəzən  isə  heç  tapa  da  bilmir. Sahib

müəllim isə həmişə ruhlu, həm də yüksək ruhlu insan olub.

Dostlarının,  tanıyanların,  sevənlərinin  onun  haqqında

yazdıqları,  söylədikləri  bunu  dönə-dönə  təsdiqləyir.  Özü

yüksək ruhlu olduğundan ünsiyyətdə olduğu insanlara da ruh

verib, həyata maraq, həvəs yaradıb. Sahib müəllimin ruhu

mübarizə  meydanlarında  bərkiyib,  xeyirxah  əməllərdə,

yaradıcılqda pərvazlanıb. Onun siyasi xarakterini, həyatını,



yaradıcılığını əks etdirən materiallar toplusudur bu kitab.

Kitabı  oxuyacağınıza  əminliklə  artıq  söz  demirəm.  Hər

imzanın sahibi onu gördüyü, tanıdığı, duyduğu kimi yazıb.

Bütün  yazılanları,  deyilənləri  ümumiləşdirəndə  ağlımıza,

dilimizə bircə İNSAN kəlməsi gəlir.

Mən bu insanı müşahidə edərkən bir məziyyətinə həmişə

heyrət  etmişəm.  Bəzən  ondan  heç  nə  xahiş  etmək  lazım

gəlmir. Hər hansı bir problemini bilməsi kifayətdir. O, prob-

lemi özündən xəbərsiz həll edir, çözə bilmədiyin düyünləri

xahişsiz, minnətsiz açır. Mənim tanıdığım, bildiyim insan-



lar içərisində beləsi yoxdur. 80 yaşlı insanda belə əzm,

iradə, güc təəccüb doğurmaya bilmir. Bu insan yoruldum,

bezdim  demir.  Xeyirxahlıq  mələyi  kimi  insanların

həyatına rəng qatır, yüngülləşdirir.

Dünya  qoynunda  xəzinələr,  dəfinələr  gizləyən  bir

sandıqdır. Hər kəs bu sandıqdan istədiyi xəzinəni tapmaq,

götürmək istəyir. Mənim axtardığım xəzinə dostluqdur.

Qazandığım hər dost xəzinəmdə misli-bərabəri olmayan

Sahib Sailov

380


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə