Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə97/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   93   94   95   96   97   98   99   100   ...   103

Arzu  xanım  görkəmli  yazıçı-  diplomat  Səyyad Aranla

söhbətində dedi: siz yəqin ki, Sailovu tanıyırsınız. Səyyad

müəllim dedi ki, çox yaxşı tanıyıram. Vaxtilə respublikada

adlı- sanlı, bacarıqlı, işgüzar raykom katiblərindən biri idi.

Həmişə yaxşı geyinən, qamətli, formada olan bir şəxsiyyət

kimi yadımdadır. Hətta ona Sosialist Əməyi Qəhrəmanı adı

verilmək ərəfəsində qapını üzünə bağladılar. Bu yazıçının

xalq tərəfindən qəbul olunmuş ifadəsinin təsdiqi idi. Əlbəttə,

mən bu günümə də şükr edib Allahıma dua edirəm. Hər bir

insan  yaşadığı  dövrdə  insanların  yaddaşına  hopub,  iz

salıbsa, özünü xoşbəxt hesab etməlidir. Təmasda olduğum,

görüş düyüm görkəmli şəxsiyyətlərdən Xalq artisti Şövkət



Ələkbərova, görkəmli bəstəkar Süleyman Ələsgərov, şair

Əliağa Kürçaylı yaddaşımdan heç vaxt silinməyəcəkdir.

Gülüş ustaları içində Cahangir Aslanoğlunun müstəsna

yeri vardır. O, Respublikanın Əməkdar incəsənət xadimi, ju-

rnalist,  Şəkidə  keçirilən  yumor  festivalının  təşkilatçısı,

Bolqariyanın fəxri vətəndaşı idi.

Polkovnik Məhi Quliyev, mühəndis Nazim Nağıyev, par-

tiya  işçisi  Abdulla  Didarov,  görkəmli  pediator  Gülarə

Həsənquliyeva,  həkim  Məhəmməd  Hacıyev,  xalq  şairi

Nəriman Həsənzadə, Əməkdar mədəniyyət  işçisi şair- pub-

lisist  Xuraman  İsmayılova,  Arzu  Cahangir  qızı,  Ənvər

İbadov, Əzizağa Şirinov, müəllim Rzayeva Dilarə xanım,

Əlipaşa  Nəsirov,  Şirvan  Əbilov,  Elxan  Quliyev,  Elçin

İsmayılov, Bədrəddin Ağayev, Tofiq Mahmudov, polkovnik

Hacı Yaşar, həkim- uroloq Hacı Əli və b. ilə “Bilgəh”də tanış

olub ünsiyyət qurmuşam. Əlbəttə, bu siyahını genişləndirmək

də olardı...

Zəkanın gücü

369



***

İnsanların cansağlığı bütün zamanlarda başlıca problem

olub. Mənim səhhətimə xüsusi qaygı göstərən, hər il kordi-

oloji sanatoriyada müalicə olunmağıma yardım edən Respub-

lika Kurort Səhmdar cəmiyyətinin sədr müavini Əməkdar

həkim Fərrux İsmayılova, sanatoriyanın baş həkimi Muxtar

Əhmədova,  müalicə  həkimi  Akif  Quliyevə  və  Tamilla

Əhmədovaya səmimi təşəkkürlərimi bildirirəm. 

Respublika Kurort Səhmdar cəmiyyətinin prezidenti, tibb

elmi üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar həkimi

Əbil  Ağasiyev  son  illərdə  sanatoriyada  aparılan  təmir-

abadlıq işlərindən hamı razılıq edir. Görülən işlərə nəzarəti

həyata keçirən “Tikinti və təsərüfat, texniki istismar şöbəsinin

müdiri Afaq Hüseynovadır”. Görülən işlər bir el məsəlinin

bariz nəticəsidir: “Tikdim ki, izim qala”...

***

Yazdığım bu kitabda son yarım əsrdə təmasda olduğum

yüzlərlə insanla tanış olacaqsınız. Onların cəmiyyətdə yeri,

fəaliyyəti və insani keyfiyyətlərini, intellektual səviyyələrini

qələmə  almaqda  məqsədim  o  insanların  unudulmaz

obrazlarını  yaddaşlara  əbədi  həkk  etməkdir.  Buna  nə

dərəcədə nail olmuşam, bunu oxucular müəyyən etsin. 

***

15  may  2013-cü  ildə  təşkil  olunan  yubiley  gecəsində

iştirak  edən  bir  çox  dostlar,  yoldaşlardan  biri  Rzayev

Nəriman  Nəcəf  oğlunun  yubileyə  yazdığı  nəzirə  bir  çox



Sahib Sailov

370


mətləblərdən  xəbər  verir.  Birinci  növbədə  cansağlığı,

xoşbəxtlik,  ailə  səadəti,  dostluq,  düzlük  və  şəxsiyyətin

formalaşması ilə yanaşı Allaha bağlılıq formulunu vermişdir.

O,  öz  fikirlərini  əsaslandırmaq  üçün  müdrik  insanlardan,

şairlərdən  Bəxtiyar  Vahabzadə,  Mirmehdi,  Şirazi 

başqalarına  istinad  edir.  Çox  maraqlı  bir  məqamı  da

açıqlayıb. Dost sözünün dörd hərfdən ibarət olması və onların

mənasını özü bildiyi kimi ifadə edir: «D daim., O olasan, S

sadiq, T tanrıya». Bu yazının məntiqi nəticəsi dostluğumuza

həsr olunub. 80 illik yubileydə iştirak etməyindən məmnun -

lu ğunun nəticəsidir. 

Bu  ürəkdən  gələn  sözlər  insanın  düzgünlüyündən,

saflığından,  paklığından,  əqidəsinin  dinə,  islama,  Allaha

inamından irəli gəlir. Şəxsiyyətlər ictimai cəmiyyətdə çox az

olur. Onun üçün şəxsiyyətlərin qədrini hamı bilmir və onu

qiymətləndirməyi bacarmır. Nəriman, Siz bunu bacardınız,

ürəkdən gələn sözləriniz həyat həqiqətləridir. Bunun başlıca

səbəbi  Allahın  qismətidir.  Allah  adama  ən  əziz  olan

cansağlığını verəndə həyatda hər şeyə nail olmaq olar. Bunun

üçün insanda səbr, dözüm, polad iradə, əyilməz qamət və

bütün bunların fövqündə insanlara bəla gətirən nəfslə bacar-

maq lazımdır.



***

Düzdür, şəxsiyyətlər ictimai cəmiyyətdə çox olur. Lakin

onların  tanınıb,  cəmiyyət  tərəfindən  qəbul  olunmasına  az

təsadüf edilir. Şəxsiyyətin mövcudluğunda ailə həyatı, övlad,

dost, mühüt, onu əhatə edən şərait (həyat yoldaşının sədaqəti,

Zəkanın gücü

371



övladlarının fərasəti, bacı və qardaşlarının münasibəti, ən

başlıcası isə insanın gələcəyi görməsi baş verən hadisələrin

qarşısını almaq bacarığı) mühüm rol oynayır. 

***

Şəxsiyyət  –  insan  yalnız  özü  üçün  yaşamamalıdır,

yaşatmalıdır, bunun üçün həyatın nəbzini düzgün tutmalıdır.

Həyatda  heç  bir  insanın  mizan  tərəzisi  pozulmamalıdır.

Mizan  tərəzisi  pozulanda  insan  qəddini  düzəldə  bilmir.

Dostluq,  varlıq,  insan  varlığının  baş  meyarı  Allahın

məhəbbətini qazanmaqdır. 

***

İnsan  yaşadığı  dövrdə  çox  adamlarla  təmasda  olur.

Təmasda  olduğum  insanların  yaddaqalmasının  bir  çox

xüsusiyyətləri var. O insanların sənə göstərdiyi hörmət, izzət,

münasibət, qayğıkeşlik, keçmiş günlərini yada salmaq, acılı-

şirinli dövrünü yad etmək hər adamın işi deyil. Mən həyatda

çox insanlarla işləmişəm. Bu mənim yazdığım kitablarda öz

əksini tapıb. «Muğanın övladları – üç cilidlik kitabda» 600



nəfərdən  çox  adamın  son  250  ildə  ölkəsinə,  millətinə,

torpağına xidmət etməyindən bəhs etmişəm. Elə insanlar

var ki, onlar heç vaxt yaddan çıxmır. Vaxtilə AKP MK-də



birgə işlədiyim Əsgər Məmmədov bunun canlı şahididir.

Bu günlərdə telefon zəng çaldı. Dəstəyi qaldırdım. Səs tanış

idi. Lakin tanıya bilmədim. Çünki onunla mənim ünsiy -

yətimdən 30 ildən çox vaxt keçmişdi. Aydın oldu ki, bu

vaxtilə  mənimlə  birgə  işləyən  Əsgər  Qəhrəman  oğlu

Sahib Sailov

372



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə