Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə98/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   95   96   97   98   99   100   101   102   103

Məmmədovdur.  Biz  keçmiş    günləri  yada  saldıq,  olub-

keçənləri xatırladıq. Əlbəttə, o mənim nəzərimdə müsbət,

xeyirxah insanlardan biridir. Mənim kitabımı oxuyan bir sıra

oxucular çox halda mətbuatda və yaxud da görüşəndə, tele-

fonla danışanda öz fikir və rəylərini mənə deyirlər. Keçən il

sanatoriyada dincələrkən Bədrəddin Ağayevlə görüşdüm.

Əslən Ağsudan olan Bədrəddin Ağayevin 83 yaşı var. Onun

belə  yaşlı  olmasına  baxmayaraq,  çox  diqqətlə  mənim

kitablarımı  oxumuş  və  özünün  təklif  və  fikirlərini  mənə

söylədi. O dedi: Sahib müəllim, sizin kitablarınızda mənə

ciddi  təsir  edən  əsas  məsələlərdən  biri  indiki  demokratik

dövlətimizin banisi olan, onun nəzəriyyəsini verən Əli bəy



Hüseynzadə, Azərbaycan tarix və fəlsəfə elmində xüsusi yeri

olan Əlövsət Quliyev,  Azərbaycanda, Leninqradda (Sankt-

Peterburqda),  daha  sonra  uzaq  Şərqdə  rəhbər  partiya

vəzifələrində işləyən Yusif Qasımov haqqında yazdıqlarınız

mənə yaxşı təsir bağışladı və məndən xahiş etdi ki, gələcəkdə

yazacağın  kitablarda  Əli  bəy  Hüseynzadənin,  Əlövsət



Quliyevin və Yusif Qasımovun ideyalarını davam etdirim,

onların həyat və fəaliyyəti haqqında olan materialları gənc

nəslə çatdırasınız.

Oxucuların diqqətinə çatdırıram ki, mənim 1965-ci ildən

bəri  yazdığım  bütün  kitablar  10  cildlik  əsərlərimdə  əhatə

olunmuşdur. Əlbəttə, oxucular 10 cildlik kitabları əldə edib,

onları oxuması bir qədər çətinlik törədir. Ona görə belə qərara

gəldim ki, yazdığım o kitabların ayrı-ayrı cildlərindən bəhs

edən əsas məsələləri oxucularımın nəzərinə çatdırım.

Zəkanın gücü

373



***

Nəhayət, bu kitabın sonluğunu belə bitirib, əziz oxucu -

larıma xoş ovqat bəxş etmək istəyirəm. İnsan yaşadığı ömrün

unudulmaz günlərini daim yad edir, o xatirələrin işığında

xoşbəxt anlar yaşayır. Mənim həyatımda belə günlər, anlar

çox olub. Xüsusilə, xarici ölkələrə səfərlərim ömrümün ən

gözəl anlarıdır.

Mən  bir  sıra  ölkələrdə  olmuşam.  İran  dövlətinin

Tehran,Təbriz  və  Məşhəddən  tutmuş,  Qum  şəhərində

keçirdiyim günlər yadımdan çıxmır. Bu haqda “Möcüzələr

ölkəsi” yazısında ətraflı söhbət açmışam.

***

1975-ci ilin 14 iyunundan 28 iyununa kimi Əlcəzairdə

keçirilən  ədəbiyyat  və  incəsənət  ongünlüyündə  iştirak

etməyim yaddaqalandır. Nümayəndə heyətinin sədri mən,

müavin isə M.Qazıyev (İctimai təminat naziri işləyirdi) idi.

Dan ulduzu instrumental ansamblın rəhbəri Gülarə Əliyeva,

solistlət  Əməkdar  artist  Elmira  Rəhimova,  Hüseynağa

Hadıyev və  ansamblın  üzvləri  nümayəndə  heyətinin

tərkibinə daxil idi. Yeri gəlmişkən Əlcəzair səfərində xüsusi

fəaliyyəti olan Hüseynağa Hadıyevdən danışmaq istəyirəm.

Ecazkar səsi ilə hamını heyran qoyan bu gənc haqqında un-

udulmaz təəssüratlarım var. Bu səfərdən 25 ildən artıq vaxt

keçmişdi. Şıx sanatoriyasında müalicə alırdım, birdən ra-

dioda Hüseynağa Hadıyevin ifasında fars mahnısı “Rəftəm

ki,  rəftəm”i  verdilər.  Müalicə  həkimim  Təranə xanım



Sahib Sailov

374


halımın  dəyişdiyini  görüb  soruşdu  ki,  Siz  Hüseyağa

Hadıyevi tanıyırdınız? Dedim ki, nəinki tanıyırdım, hətta

oğlum Qadirin toyunu da o edib, onun kasetləri ən gözəl

xatirə kimi evimdə saxlanılır. Heç demə Hüseynağa Təranə

xanımın dayısı imiş.



Nümayəndə heyəti Əlcəzairə getmək üçün təyyarə ilə

Moskvaya uçdu. O vaxt Respublika Aviasiya İdarəsinin rəisi

Əliyev idi. Əliyevlə mənim ilk tanışlığım, yaxınlığım burdan

başladı.  Sonralar  bildim  ki,  onun  bizimlə  Moskvaya

uçuşunun səbəbi hörmət əlaməti olaraq Gülarə Əliyevanı

müşaiyət etmək imiş. Mən Gülarə Əliyevanın Azərb. KP

MK-nın  birinci  katibi  Heydər  Əliyevin  yaxın  qohumu

(baldızı)  olduğunu  da  səfər  ərəfəsində  bildim.  Səfərə

çıxmamışdan qabaq məni MK- ya çağırıb məlumatlandır -

mışdılar. Biz bir gecə Moskvada səfirliyin mehmanxanasında

qalıb səhər Əlcəzairə uçduq. Bizi çox gözəl qarşıladılar. Bizi

qarşılayanlar arasında vaxtilə Bakıda yaşamış Viktor adlı bir

şəxs  də  vardı.  Proqramda  ölkə  ilə  tanışlıq,  müəssisələrdə

görüşlər keçirmək, ansamblın çıxışlarını təşkil etmək nəzərdə

tutulmuşdu.  Biz  Əlcəzairin  neft  rayonlarında,  yeni  təşkil

edilmiş aqrar- kənd təsərrüfatı müəssisələrində olduq. Kapi-

talizmi yıxıb sosializmin ilk rüşeymlərini yaradan Əlcəzairin

20 ilə yaxın gərgin mübarizədən sonra hakimiyyətə gəlmiş

rəhbəri Bumədiənin həyatı zox maraqlı idi. O, mühacirətdə

ikən daxildə gedən inqilabi mübarizəyə başçılıq etmişdi.

Sənayenin 40-45 faizi milliləşmiş, kolxoz- sovxoz tipli

təsərrüfatlar  yaradılırdı.  Ticarətin  bütün  sferalarında  həm

kapitalist,  həm  də  milliləşdirilmiş  sektorlar  fəaliyyət

göstərirdi.  O  vaxt  Əlcəzairdə  Kommunist  Partiyası  ilə

Zəkanın gücü

375



bərabər bir neçə müxalifət partiyası da fəaliyyət göstərirdi.

Əlcəzair əsasən neft ixrac edən ölkədir. Orada tikilən

neft terminallarını kapitalistlər indi bizim ölkədə də tikirlər.



İndi  Sanqaçaldakı  neft  terminallarını  mən  25  il  öncə

Əlcəzairdə  görmüşdüm. SSRİ-  nin  Əlcəzairdəki  səfiri

E.Tarasovun düzəltdiyi rəsmi qəbulda hökumət nüma -

yəndələri də iştirak edirdi. Qəbul çox səmimi, mehriban

keçdi. Yanımda oturmuş Plan Komitəsinin sədri ölkəsindəki

inkişafdan  fəxrlə  danışırdı.  Bizim  gəlişimizdən  az  əvvəl

keçirilmiş “Qurban bayramı”nın təntənəsindən, 1 milyon 200

min ədəd qoyun kəsilməsindən, ölkəsinin dünyanın bir çox

dövlətlərinə sıxlaşdırılmış qaz satmasından iftixarla söhbət

açdı.    Ziyafətin  səhəri  günü  biz  unudulmaz  təəssüratlarla

vətənə qayıtdıq.



***

Daha  sonra  Bolqarıstanda üzümçülüyün  inkişafı  və

perspektivləri  ilə  bağlı  təcrübə  mübadiləsi,  Macarıstana,

Rumıniyaya turist səfərləri, dünyanın ən gözəl kurortu olan

Çexoslovakiyanın Karlovı- Varıda dincəlməyim ömrümün ən

yaddaqalan  günləridir.  Karlovı-  Varı  ona  görə  dünya



kurortu adlanır ki, son 200 ildə dünyanın bir çox ölkələri

bu şəhərdə biri digərinə bənzəməyən binalar tikdirmişdir.

Mən  orada Respublika Bəstəkarlar İttifaqının sədri Vasif



Adıgözəlov və yazıçı, kino- rejissor Həsən Seyidbəyli ilə

birgə istirahət etmişdim. Məşhur “Uzaq sahillərdə” kinosu-

nun və Mixaylo obrazının yaradıcısı Həsən Seyidbəylinin

söhbətləri çox maraqlı idi.



Sahib Sailov

376


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə