Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə95/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   91   92   93   94   95   96   97   98   ...   103

etdirilməsidir.

"Muğanın övladları" kitabının nəşr edilib, geniş oxucu

kütləsinə çatdırılması çox faydalı olardı.

Fəridə MƏMMƏDOVA,

Azərbaycan MEA-nın müxbir üzvü,

Tarix elmləri doktoru, professor, 

Azərbaycan Hava Nəqliyyatı  akademiyasının kafedra

müdiri, Azərbaycan Respublikası 

dövlət mükafatı laureatı.

26 dekabr 1997- ci il.

Haşiyə: Artıq Fəridə xanımın bu arzusu yerinə yetirilib.

“Muğanın övladları” kitabları seçilmiş əsərlərin III-IV-V

cilidlərində  çap  edilib  fədakar  oxucuların  ixtiyarına

verilmişdir.  (“Əsərləri  külliyatı  10  cilddə”,  Bakı  “Araz”

nəşriyyatı 2010-2011-ci illər.)

Zəkanın gücü

361



Sahib Sailovun "Ömrün səhifələri" 

əsərinin əlyazmasına rəy

Orta əsr ədəbiyyatı tarixində ayrıca memuarlar yazılma -

sına da, böyük sənətkarların əsərlərində memuar ünsürlərinə

də çox-çox təsadüf edilir. Azərbaycanlıların ən çox sevdiyi

bu  mövzu-memuar  ünsürləri  Xaqani  Şirvani,  Nizami

Gəncəvi, Məhəmməd Füzuli və başqa şairlərin əsərlərində

çox yaxşı açıqlanır.

Memuar ünsürləri səyahətnamələrdə, vücudnamələrdə də

öz əksini tapmışdır. Lakin bir ədəbi forma kimi, tam şəkildə

memuarlar  Azərbaycan  tarixində  əsasən  XIX  yüzilliyin

sonlarından başlayaraq meydana çıxmış və dövrümüzə qədər

davam  etməkdədir.  XX  yüzillikdə  bu  daha  geniş  şəkil

almışdır. Memuarlar müəllifin həyat və fəaliyyətini, yaşayıb

yaratdığı  mühiti,  müasirlərini  və  b.  əlbəttə  ki,  öz  nöqteyi

nəzərindən  təsvir  etməklə  gələcək  nəsilə  çatdırmaqda

əhəmiyyətli rol oynayır. Bu baxımdan tarix elmləri namizədi,

7 kitab, 130-dan artıq elmi və elmi- publisistik məqalələr

müəllifi Sahib Ağagül oğlu Sailovun "Ömrün səhifələri" adlı

memuarı diqqətə layiqdir.

Əsərdə  yaşanan  həyatı,  təhsili,  elmi,  ictimai  və  siyasi

fəaliyyətindən  əlavə,  onun  doğulduğu  kəndin,  Kür  çayı

sahilində olan Çuxanlı kəndinin, eləcə də Salyanın abu havası

təsvir  olunur.  Əsərdə  müəllifin  ilk  uşaqlıq  illərindən

başlayaraq,  təhsili,  sevimli  müəllimləri,  başqa  dost  və

tanışları haqqında danışılsa da, əmək fəaliyyətinə xüsusi yer

verilir. Kitabda müəyyən epizodlarla əlaqədar verilən foto-



Sahib Sailov

362


şəkillər, memuarın dili, təsvir vasitələri əsəri daha maraqlı,

oxunaqlı  etmişdir.  Kitabda  yazacağı  alimlik,  elmi,  elmi-

kütləvi və publisistik əsərlərinin siyahısı da verilmişdir ki, bu

da onun bir alim kimi formalaşması mərhələlərini açıqlayır.

Əsərdə  Azərbaycanın  zəngin  bir  ölkə  olmasını  bütün

varlığı ilə açıqlayan yazıçı bu zənginlikdən ilham almış kimi,

sanki mədəniyyət, işgüzarlıq, fəallıq, mütəşəkkillik nümunəsi

olaraq hadisələrin təmtəraqlı ifadələrlə təsvirini verir.

Maraqla oxunan bu əsər XXI yüzillikdə yaranan memuar

ədəbiyyatının ən yaxşı nümunələrindən biridir.



Filologiya elmləri doktoru

14 mart 2003-cü il.

Zəkanın gücü

363

Cənnət NAĞIYEVA,


Muğanın övladları

1

Kitab köşkünün rəflərindən boylanan "Muğanın övladları"

kitabı sanki kənardan öz həmvətənlərini - "Məni alın, ox-

uyun, görün Azərbaycanın bir parçası olan Salyan rayonunun

bəhrəli,  bərəkətli  torpağı  nələrə  qadirdir,  necə  insanlar

yetişdirib?" – deyə çağırır, haraylayırdı. Məni səsləyən kitab-

dan birini aldım. Bu nəfis şəkilli, iri həcmli kitabın çağırışçı

adı elə ilk səhifəsindən məzmunundan xəbər verir.

"Muğanın övladları" kitabında bir yurd, bir mahal ya-şayır.

Bir  xalqın  mənəvi  yüksəlişi,  neçə-neçə  əsrin  mənzərəsi

kitabdakı adamlarda öz əksini tapır. Bu adamlar zənginliyin,

mətinliyin, ölməzliyin, gücün, qüdrətin, kamalın təcəssümü

kimi yaşayır.

"Zamanın yaddaşında hər şey zaman kimi qalır" – deyirlər.

Salyanın ulu ustadı Şeyxülislam Əhməd Səlyani (1812-1887)

və onun açıq fikirli, dərin zəkalı, böyük şair, mütəfəkkir və

publisist, rəssam, pedaqoq, həkim, ictimai xadim olan nəvəsi

Əli bəy Hüseynzadə kimi. Müəllif bu iki böyük şəxsiyyətin

məzmunlu həyat kitabını vərəqləyir və oxucuya məlum ol-

mayan bir çox mətləbləri aşkar edir.

Milləti üçün yanan, repressiya qurbanı olan Salyanın belə

böyük şəxsiyyətlərindən Yusif Qasımov, Böyükağa Talıblı,

Axund Mir Bağır Ağa kimi əvəzsiz ziyalılar haqqında kitabda

dolğun yazılar verilmişdir.

Salyanlılar  Azərbaycanın  böyük  tarixçi  alimi  Əlövsət

Quliyevin, əsərləri ürəkləri fəth edən Əliağa Kürçaylının,



Sahib Sailov

364

                                                      

"Mədəni-maarif" jurnalı.1996-cı il, №  S. 21-22 


Xəlil Rza Ulutürkün, məclislər yaraşığı Qulu Əsgərovun, el

ağsaqqalı Qüdrət Səmədovun əziz xatirəsini rayonun mədə -

niyyət  ocaqlarının,  məktəblərinin,  küçələrinin  adlarında

əbədiləşdirmişlər.

Biz bu topludan öyrənirik ki, tarixin müxtəlif dövrlərində

Salyanda həyata vəsiqə alan Firuz Məlikov, Arif Məlikov,

Ağaxan Ağabəyli, Ramiz Qurbanov, Ağacavad Əlizadə, Aşıq

Qurbanxan,  Aşıq  Pənah,  Aşıq  Bəylər,  Oqtay  Rza,  Afina

Əlizadə,  Cənnət  Nağıyeva  və  başqa  adlarını  çəkə  bilmə -

diyimiz Salyanın namuslu övladları bu diyarın şöhrətini çox-

çox  uzaqlara  aparmış,  onun  bərəkətli  torpağından  yorul -

madan danışmışlar.

"Muğanın  övladları"  kitabının  müəllifi  tarix  elmləri

namizədi Sahib Sailovdur. Onun 120-dən çox elmi, publisis-

tik məqalələri, 3 kitabı çapdan çıxmışdır. Tədqiqatçı alim bu

yeni kitabda Muğanın namuslu, istedadlı övladlarını arayıb

axtarmış,  onların  həyat  və  yaradıcılığı  ilə  geniş  oxucu

kütləsini tanış etməyə nail olmuşdur.

Sahib Sailov əsl ziyalı, tarixçi alim, tədqiqatçı kimi daim

axtarışdadır.  O,  öz  fəaliyyətini  yeni  kitabda  337  nəfər

həmyerlisi  barədə  danışmaqla  bitmiş  hesab  etmir,

respublikamızın  şəhər,  rayon  və  kəndlərini  gəzir,  hələ

haqqında yazılmamış doğma elin övladları barədə yeni söz

deməyə tələsir. Ona bu nəcib işdə uğurlar arzulayırıq.



Səyyarə Salmanova

Bakı Dövlət Universitetinin dosenti

Zəkanın gücü

365


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə