Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


bir incidir və vaxt ötdükcə bu incilər daha da parlaqlaşır



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə100/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   95   96   97   98   99   100   101   102   103

bir incidir və vaxt ötdükcə bu incilər daha da parlaqlaşır,

çünki  zaman  dostluğun  məhək  daşıdır.  Məşhur  gürcü

şairi Ş. Rustaveli deyib ki, kim özünə dost axtarmırsa o,

özü- özünə düşməndir. Əgər axtarsaq özümüzə asanca

düşmən tapa bilərik, fəqət, nə qədər arasaq dost tapmaq

asan iş deyil. Dost qazanmaq nə qədər çətindirsə, itirmək

o qədər ağırdır. Allah heç kimə dost itkisi göstərməsin.

Amin!

Sədaqətli dost, vəfalı qardaş bildiyim, böyük hörmət,

ehtiram bəslədiyim Sahib müllimi bir dost, bacı səmi -

miyyəti ilə 80 yaşı münasibəti ilə təbrik edir, cansağlığı,

ürək  dolusu  sevinc,  səadət  arzulayıram. Balalarının,

nəvələrinin,  doğmalarının  və  dostlarının  sevgi  əhatəsində

doyunca yaşamaq, yorulunca yaratmaq arzulayıram. 80 yaşa

çoxları çata bilər, amma bu ürəklə, bu ruhla çox az adam

çatar.  Allah  ürəyinizi,  ruhunuzu  qorusun!  Evinizdən,

elinizdən əskik olmayasız!



Xuraman İsmayılova 

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

(2008), Azərbaycan Jurnalistlər Birliyinin (1998),

Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), «Vətən»,

«Məhsəti» və «XXI əsrin tanınmış ziyalısı» beynəlxalq

diplomun laureatı, şair- publisist. 

Zəkanın gücü

381


Əziz oxucular 10 cildlik

Seçilmiş əsərlərin hər birində yazılan 

əsas məqamlardan qısa  qeydləri oxuya

bilərsiniz

I CİLD

Seçilmiş  əsərlərin  birinci  cildində  Sovet  dönəmində

yazılmış kitablar verilmişdir. Müəllifdən verilən yazıda ilk

dəfə  1957-ci  ildə  «Sovet  kəndi»,  «Azərbaycan  gəncləri»,

«Molodyoj  Azerbaydjana»  qəzetlərində  komsomol  və

gənclərin fəaliyyəti haqqında məqalələrin dərc olunması, yeni

dövrün başlanğıcı kimi verilmişdir. Respublika mətbuatından

başlanan yol komsomol təşkilatlarının fəaliyyətini öyrənmək

üçün cığır açdı. Daha sonra PKK-nin işi, Moskva Ali Kom-

somol  məktəbində  təhsil  almaq, Azər.  LKGİ  MK-  də  işə

başlamaq,  bütün  respublika  komsomol  təşkilatlarının

fəaliyyətini qələmə almağa, «Sənin zərbəçi cəbhən» kitabının

yazılmasına səbəb oldu. Həmin kitabın əsasında namizədlik

dissertasiyasının müdafiəsi mümkün oldu. Beləliklə, 1966-

cı ilin dekabrında namizədlik dissertasiyasını başa çatdırdım.

«Müəllifdən yazısını» oxumalı (səh.3-5).

Namizədlik müdafiəsindən sonra 1965-1976-cı illərdə 4

kitab çap olunub oxucuların ixtiyarına verildi. Son 50 ildə

160-dan artıq elmi-publisist məqalələr, 25 kitab və bunların

ümumi  cəmində  10  cildlik  əsərlər  meydana  gəldi.  Kiril

əlifbası ilə yazılan bütün kitabların latın əlifbasına keçməsi

Sahib Sailov

382



böyük oxucu kütləsinin, gələcək nəsil üçün istifadə mənbə -

yinə çevrildi. Əsərlərin birinci cildində üç kitab verilmişdir:

«Sənin zərbəçi cəbhən». «Rayon partiya komitəsi və xalq

nəzarəti». «Kənd təsərrüfatının inten-sivləşdirilməsi uğrun -

da» səh.259.

Bu kitabların yazılması üçün o vaxtkı Partiya arxivindən

və dövri mətbuat materiallarından istifadə olunmuşdur. O

vaxtkı «Qlavlit» deyilən ciddi nəzarət orqanının olması kitab

çap etdirməkdə çətinlik yaradırdı.

II CİLD

Bu  cilddə «Partiya rəhbərliyi və Komsomolun kənddə işi»

əsəri 1959-1965-ci illər Azərbaycan komsomolunun şanlı

tarixinə həsr edilmişdir. Eyni zamanda bu əsər əsasında dok-

torluq  dissertasiyası  müdafiə    etməli  idim.  Lakin  1970-ci

ildən  Azərb.  KP  MK-sı  rəhbər  işdə  çalışanların  elmi  iş

müdafiə etməsini qadağan etdi. Ona görə də bu kitab çapdan

geri  qaytarıldı  (səh.  4-5).  Bu  kitab  əsasında  doktorluq

müdafiəsi üçün rəy verənlər tarix elmləri doktoru, professor-

lar: Xəlil Əlmirzəyev, İsaq Məmmədov, Şərif Haqverdiyev



və Sabir İbrahimov idi. Beləliklə, Azərnəşrdən kitab geri

qaytarıldı, çap olunmadı (24 iyul 1970-ci il 767/8). Həmin

kitabı  öz  arxivimdə  saxlayaraq  2002-ci  ildə  yenidən  kiril

əlifbası ilə, 2010-cu ildə isə latın əlifbası ilə çap etdirdim.



Kitab  9  fəsildən  ibarətdir  (səh.  241). Bu  kitab  Sovet

dönəmində respublika gənclərinin bütün sahələr üzrə (ide-



Zəkanın gücü

383


ologiya,  təlim,  tərbiyə,  təhsil  və  kənd  təsərrüfatındakı)

fəaliyyətindən bəhs edir.



III CİLD

«Muğanın övladları »nın I kitabında Salyanın yetirdiyi



Şeyxülislam Əhməd Səlyani (səh. 18) Əlibəy Hüseynzadə

(səh.21) görkəmli tarixçi akademik Əlövsət Quliyev (səh.26),

inqilabçı Böyükağa Talıblı (səh. 29), Axund Mir Bağır Ağa

Ağazadə (səh. 31), Seyfulla Qurbanov və oğlu Ramiz Sey-

fulla oğlu Qurbanov (səh. 38,41), Firuz Məkilov (səh. 52),

Ağaxan Ağabəyli (səh.54), atom nəzəriyyəsi ilə məşğul olan

ilk azərbaycanlılar, Qulam Sadıq oğlu Sadıqov (səh.78), Rafil

Əliağa oğlu Rzayev (səh.80) ,Xəlil Rza Ulutürk (səh.118),

xalq  artisti  Əli  Zeynalov  (səh.121),  xalq  artisti  Həsən

Ağamməd oğlu Məmmədov (səh.125), şair Əliağa Kürçaylı

(səh.126),  Ağacavad  Əlizadə  (səh.129),  Əjdər  Ağayev

(səh.190) və bir çox elm mədəniyyət, incəsənət, ədəbiyyat və

dövlət işində çalışan görkəmli şəxsiyyətlərin portret oçerkləri

yer almışdır.



IV CİLD

«Muğanın övladları»nın II kitabında Muğana daxil olan

bütün rayonlar haqqında qısa məlumat verilmişdir. (Salyan,

Sabirabad,  Əlibayramlı,  Saatlı,  Biləsuvar,  Neftçala)

Sahib Sailov

384



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə