Aqillər deyiblər, insan ömrü bir kitaba sığmır. «Zəkanın
gücü» kitabı bu ömrün bütün çalarlarını əhatə etməsə də,
müəyyən təəssüratlar yaradacağına əminəm. Toplunun ərsəyə
gəlməsində mənə kömək edən insanlara, eyni zamanda, əlinə
qələm alıb, dərc olunmuş kitablar haqqında rəylərini və öz
xatirələrini yazan bütün insanlara və dəyərli oxucularıma
dərin minnətdarlığımı bildirirəm.
Zəkanın gücü
5
SALYAN – 1954-2013-cü illər
İlk əmək fəaliyyətimə 1954-cü ilin avqust ayında vaxtilə
orta təhsil aldığım məktəbdə, mənə dərs demiş müəllim -
lərimlə bir yerdə başlamışam. İlk dərsim 8-10-cu siniflərdə
oldu. Əlbəttə, bu günlər heç vaxt yaddan çıxmır. Çünki mən
işlədiyim kollektiv vaxtilə mənə orta məktəbdə dərs deyən
müəllimlərim idi. Ona görə də mən bütün müəllimlərimə, o
cümlədən Yunis Zərgərliyə, Yaqub Həsənova, Səfurə
Quliyevaya, Ağaməmməd Mirzəyevə, Lütvəli Əliyevə və
adlarını çəkmədiyim digər müəllimlə rimin hamısına öz
minnətdarlığımı yetirirəm. 1954-cü ildə həyatımda baş verən
mühüm hadisələrdən biri, Məktəb Komsomol Təşkilatının
katibi seçilməyim, eyni zamanda Rayon Komsomol
Komitəsinin ştatdan kənar birinci katibi seçilməyim gələcək
həyatım üçün böyük yüksəliş oldu. Mən birinci növbədə tarix
və coğrafiya fənnlərinin tədrisinə xüsusi fikir verirdim, bu
fənnlər üzrə rayon metod birləşmələrini yaratmağım
müəllimlər arasında nüfuzumun qalxmasına səbəb oldu.
O vaxtlar ənənəvi olaraq, ildə iki dəfə, avqust və yanvar
aylarında müəllimlərin rayon konfransları keçirilirdi. 1956-
cı ilin avqust ayında müəllimlərin rayon konfransında et-
diyim çıxış rayon partiya təşkilatının nəzər-diqqətindən
yayınmamışdı. Konfransdan 2 gün keçmişdi ki, məni RPK-
nin birinci katibi Məmməd Pənahovun yanına çağırdılar.
Birinci katib məni qəbul edərkən, təkidli tələblə: - Sizin
RKK-nin birinci katibi olmağınızı məsləhət bilirəm - dedi.
Beləliklə, mən RPK-nin təklifi ilə RKK-nin birinci katibi
Sahib Sailov
6
seçildim. Az müddətdən sonra məni RPK-nin büro üzvü
seçdilər. Mən büro üzvü seçiləndən sonra təsərrüfatın ən çətin
sahələrinə göndərildim. Pambığın becərilməsi, xüsusilə gecə
suvarılması mühüm məsələlərdən biri idi. Təsərrüfat
rəhbərləri ilə təmasda olmağım işə məsuliyyətimi bir qədər
də artırdı. O zaman kolxoz sədrlərindən Sosialist əməyi
qəhrəmanı, Ali sovetin deputatı Qüdrət Səmədov (Nizami
adına kolxoz), Əsəd Əsədov (Əzizbəyov adına kolxoz),
Novruz Təhməzov (Oktyabr kolxozu), Nuruş Əliyev
(Şaumyan adına kolxoz), Şaban Əsədov (Yeni Muğan kol -
xozu), Aslan Qəhrəmanov (Mirzə Fətəli Axundov adına
kolxoz), Məcid Məcidov (Kommunist kolxozu) və digər
təsərrüfat rəhbərləri ilə ünsiyyətdə olmağım işimə müsbət
təsir göstərdi. Təsərrüfat rəhbərləri və idarə müdirləri RKK-
nin işinə əllərindən gələn köməyi əsirgəmirdilər. Mən
bacarıqlı, işgüzar təsərrüfat rəhbərlərindən çox şeylər
öyrəndim. Əlbəttə, bu mənim üçün həyat məktəbi idi. Artıq
bütün kolxozlarda pambıqçılıq üzrə komsomolçu gənclər
briqadaları yaratmağa başladıq.
O zaman ALKGİ MK-nin birinci katibi Əbdürrəhman
Vəzirov idi. 1957-ci ildə Əbdürrəhman Vəzirov rayonu-
muza gəldi. O, RKK-nin işçiləri ilə tanış oldu, birinci katibin
iş masasının siyirtmələrini çəkib hamısını yoxladı və RKK-
nin işini əks etdirən qovluqları nəzərdən keçirdi. Diqqətli
yoxlamadan sonra o, RKK-nin işinə müsbət münasibət
bildirdi.
Biz onunla Mirzə Fətəli Axundov adına kolxozun Gənc
Pambıqçılıq briqadasının briqadiri Məhərrəm Quliyevin
Zəkanın gücü
7
sahələrinə getdik. Yol narahat idi, xidməti Zim markalı
maşınla hərəkət etmək çox çətin idi. Lakin o təkid etdi ki,
mütləq bu sahəyə baxmalıyıq. Yolda maşınımız batdı,
hamımız maşından düşüb, xeyli yolu piyada getməli olduq.
O, yorulduğuna baxmayaraq heç bir şeyi büruzə vermirdi.
Nəhayət, bütün RKT-nın işindən tanış olduqdan sonra, razı
qaldı. Ədürrəhman Vəzirovun RKT-nın işindən razı
qalması RPK-nin Komsomol Komitəsinə yaxından
köməkliyi və qayğısı sayəsində idi. İşlədiyim müddət ərzində
bir çox insanlar mənim hafizəmdə indiyə qədər yaşayır. On-
lardan Məmməd_Pənahov,_Nağı_Axundov,_Rəhim__Rəhimov,_Qəzənfər_Hümmətov,_Ağaməmməd_Mirzəyev,__Yaqub_Həsənov,_Zərgərli_Yunis,_Müzəffər_Əsədov,_Qüdrət'>Məmməd Pənahov, Nağı Axundov, Rəhim
Rəhimov, Qəzənfər Hümmətov, Ağaməmməd Mirzəyev,
Yaqub Həsənov, Zərgərli Yunis, Müzəffər Əsədov, Qüdrət
Səmədov, Nuruş Əliyev, Hümmət Lalayevi misal göstərə
bilərəm. Şəxsiyyətin rolu inkar edilməz bir faktordur. Salyan
rayonunun inkişafında RPK-si I katibləri uzun illər keçsə də
yaddaşlardan silinmir. Müharibə illərindən sonra (1945-
1970) Salyan rayon partiya komitəsinin birinsi katibləri
Məmməd Bağırovun, Hümmət Mustafayevin, Kazım
İsmayılovun, Məmməd Pənahovun yaddaşlarda əbədiləş -
mə sinin başlıca amili onların tələbkarlığı və saflığı, kadrlara
qayğılı münasibəti, işgüzarlıqları, xüsusilə fəhlə və kolxozçu-
lara olan hörmətidir. Bu şəxsiyyətlərin ikisi ilə, Məmməd
Pənahov, Hümmət Mustafayevlə işlədiyim və təmasda
olduğum haqda oxuyacaqsınız…
Və adını çəkmədiyim başqa təsərrüfat rəhbərləri də
həyatımda mühüm rol oynamışlar.
Sahib Sailov
8
Dostları ilə paylaş: |