Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə96/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   92   93   94   95   96   97   98   99   ...   103

AĞABƏYLƏR NƏSLİ

Salyan rayonunda ən böyük nəsillərdən biri, bəlkə də bir-

incisi  Ağabəylər nəslidir.  Bu  nəhəng  nəsildən  hazırda

Salyanda  200-ə  qədər,  Bakıda  30-dan  artıq Ağabəyov

soyadı ilə yaşayır. Bundan başqa Əlibayramlıda, Göyçayda,

Sabirabadda, Saatlıda, Neftçalada, Masallıda və digər rayon-

larda da tək-tək Ağabəyov soyadlı ailələr vardır.

Ağabəy nəsli Salyanın və ətraf rayonların ictimai-mədəni

və  elmi  həyatında  mühüm  rol  oynamışdır.  Bu  nəsil  öz

başlanğıcını Salyan hakimi Ağa Əli xanın oğlu Cığatay bəyin

yeganə oğlu Ağabəydən götürür. Əhvalatı belə nəql edirlər. 

Cığatay tayfası 16 əsrə qədər Xorasan ətrafında yaşayıb. 

Şah İsmayılın hakimiyyətə gəlməsində böyük rol oy-

nayan  cığatayları  Səfəvilərin  hakimiyyətini  möhkəm -

lətmək üçün bir neçə Şahsevən tayfası ilə Azərbaycana

köçürürlər. 

Qaraqaşlı kəndini də cığataylar bina ediblər. Həmişə bu-

rada yaşayırlar.

XIX əsrin əvvəllərində Azərbaycanı işğal etməyə gələn rus

generalı Knyaz Sisyanov xalqı qıra-qıra əlləri qanlı Bakıya

yaxınlaşır. Döyüşməyin mənasız olduğunu görən Bakı xanı

Hüseynqulu xan sui- qəsd etmək qərarına gəlir. Sui-qəsdə

rəhbərliyi  xalası  oğlu  İbrahim  bəyə  tapşırır.  Qəsdin

icraçılarını könüllü təyin etmək üçün xan böyük qurultay

çağırır. Qurultayda Bakı və Bakı ətrafı bölgələrin bəyləri



iştirak edirlər. İcraçıları seçmək üçün püşk atırlar. Püşkün

biri Cığatay bəyə düşür. Bakı qalası önündə Knyaz Sisyano -



vu qarşılayırlar. Şərəfinə cıdır yarışı təşkil edilir. Bu vaxt

Sahib Sailov

366


Cığatay bəy və bir başqası tapanca ilə Sisyanovu öldürür.

Qətl 1806-cı ilin fevralın 8-də icra edilir. Bundan sonra

aləm  bir-birinə  qarışır,  bütün  imtiyazları  əlindən  alınan

Cığatayın yeganə yolu Ağabəy Qaraqaşlıya qayıdır. Bu-

rada evlənir, onun 4 oğlu olur. Məhəmməd, Kəblə Ab-

dulla, Abdı Soltan və Mirzə İsmayıl ağa.

Oxucu marağı üçün demək istəyirəm ki, Ağabəylər nəsli

haqqında  2008-ci  ildə  çap  edilən  «Ağabəylər»  kitabı

hazırlanmış, Salyan, Kürqarağaşlı – Bakı-Gəncə-Şirvan-



Saatlı  və  Lənkəran  rayonlarını  əhatə  edir.  Kitabın

müəllifləri Seyran Sənan oğlu Ağabəyov, Yaşar Əli oğlu

Ağabəyovdur. Bu kitab çox böyük zəhmətin nəticəsində,

uzun axtarışlardan sonra hasilə gəlmişdir. Kitabın ən böyük

məziyyətlərindən  biri  Ağabəylər  nəslinin  şəcərəsinin

verilməsidir. Şəcərə 300 ili əhatə edir. Bizim dövrümüzə

qədər gəlib çıxan Ağabəylər nəslindən 56 ailənin salnaməsi

qələmə alınaraq görkəmli elm, incəsənət, hərb və zəhmət

adamlarını xalqa tanıtmaqda böyük əhəmiyyəti vardır.

Oxucula-rımız bu kitabda Mirzə İsmayıl Ağa Ağabəy oğlu,



Samit,  Əsəd,  Mirzə  İsmayılın  övladları,  görkəmli

şərqşünas  general  Sadıq  Bəy  Ağabəyov  (Ağabəyzadə)

filosof,  türkoloq  və  böyük  alim,  demokrati yanın  ilk

nəzəriyyəçisi Əli bəy Hüseynzadə xalq içində və bütün

mərtəbələrdə hörmət və nüfuz sahibi olan Əli bəy Əsəd

oğlu Ağabəyli, dünyaşöhrətli görkəmli alim – seleksio-ner,

akademik Ağaxan Ələsgər oğlu Ağabəyli, Balabəy, Sənan,

Özbək, Firdovsi, Binyamin, Həmid, Mehdi, Rafət, Faiq,

Ələsgər,  Əli,  Mirzəli,  Fətəli,  Dilavər,  Mirzəağa,  Nofəl,

Seyran, Rizvan, Urfan, Nüyuton, Əlipaşa, Bulat, Yaşar,

Zəkanın gücü

367


Naseh,  Feyzi  və  onlarla  görkəmli  və  sadə  ağabəylilər

haqda  müfəssəl  məlumatlarla  tanış  olacaqsınız.  Kitab

yalnız püblisistik baxımdan deyil, tarixi-mövqeyi nəzərdən

də diqqəti cəlb edir. Böyük bir dövrü əhatə edən insanlar

haqqında  tarixi  faktları  göstərməklə  yaradılmış  partret

oçerklər, şübhəsiz ki, bu nəslə marağı artıracaqdır. 

Ağabəylər nəslinin yaşlı nümayəndələri ilə yanaşı, əsərdə

gənc  Ağabəylilərə  də  lazımi  diqqət  göstərilmişdir.  Gənc

nəslin görkəmli nümayəndələri, o cümlədən polkovnik ley-

tenant  Feyzi  Ələsgər  oğlu Ağabəyov,  cərrah-travmatoloq

İlqar Faiq oğlu Ağabəyov, həkim-ekspert Müşfiq Rüfət oğlu

Ağabəyov, gənc alim Ülviyyə Rizvan qızı Ağabəyova 2007-

ci ildə ginnesin rekordlar kitabına düşmüş ağac və gildən

heykəl və büstlər düzəldən orta məktəb yaşlı Ağabəy Elşən

oğlu  Ağabəyli  və  bütün  gənclər  yaşlı  nəslin  fəxri  və

ümididirlər. 

Əsli  Qaraqaşlı  kəndindən  olub,  Azərbaycanda  və

dünyanın bir neçə ölkəsində məskunlaşmış Ağabəylilər

nəslini və soyadını tarixi və bədii ştrixlərlə təsvir edib,

tanıyanların və tanımayanların xatirə və yaddaşına həkk

edən  müəlliflərə  belə  gözəl  əsər  yaratdıqlarına  görə

Azərbaycanın qocaman bir vətəndaşı və bu əsərin redak-

toru kimi öz səmimi təşəkkürümü bildirir və bu nəcib işdə

onlara öz xeyir-duamı verirəm.

***

Zaman dəyişir, illər bir- birini əvəz edir, biz isə yaşa dolu-

ruq.  Bu  yaxınlarda  “Bilgəh”  kordioloji  sanatoriyasında

xalqımızın  adlı-  sanlı  oğlu  Cahangir Aslanoğlunun  qızı



Sahib Sailov

368


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə