Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

 
 
 
42
sevginin kökləri mifik görüşlərə bağlanır. Yaradıcıya 
vurğunluğun – haqq aşiqliyinin bünövrəsi  əski çağlardan 
şüurun meydana gəlməsi ilə qoyulmuş, tarixin sonrakı 
mərhələrində isə  eşqlə başlanğıca qayıdışın mümkünlüyü 
haqqındakı  təsəvvürlər müxtəlif dini təriqətlərin  əsasasında 
duran mühüm amillərdən birinə çevrilmişdir.  
Məhəbbət duyğuları müəyyən dövrlərdə - dünyəvi  və 
ilahi eşq deyə iki anlamda anılmış, lakin eşqin mayasında 
insanın elə duyğuları dayanmışdır ki, həmişə saflığa, 
sədaqətə, haqqa, ədalətə, düzlüyə söykənmişdir. Xalqımızın 
əqidəsində iki sevən gənci bir-birindən ayırmaq haqqı 
tapdamaq, günaha batmaq sayılmışdır. «Sevgiyə zaval 
yoxdur» – deyən ulularımız üçün eşq Allahın insanlara bəxş 
etdiyi  ən böyük qüdrət idi. Ona tutulanlar Məcnun tək bu 
dünyada əzab-əziyyət çəksələr də, son anda insanlıqdan çıxıb 
başqa cildə girməklə, tanrının yaratdığı  təbiət varlıqlarına 
dönməklə onun ülviliyinə qovuşurlar.  Əfsanələrdə sevən 
gənclərin arasına qara tikan olub girənlər lənətlənir, qızlarını 
istədikləri oğlanlardan ayırıb pula, var-dövlətə satanlar – saf 
eşqi qurban verənlər nifrətlə qarşılanırlar. Belə söyləyirlər ki, 
«Keçmişlərdən bir oğlan bir qızı sevirmiş. Qız da ondan ötrü 
dəli-divanə imiş. Gecələri xəlvətə salıb ay işığında, 
yaxınlıqdakı dağın döşündə görüşərmişlər. Lakin dövlətli ata 
qızını kasıb oğlana verməyi belə  ağlına gətirməz, acığından 
dil-dodağını  gəmirər, dəmir yeyib göyə püskürərmiş. Qızın 
göz yaşları, yalvarışları da onun daşa dönmüş ürəyini 
yumuşalda bilmirdi ki, bilmirdi. Az keçmir ki, ata qızını 
özünə tay hesab etdiyi dövlətli oğlana nişanlayır. Toy günü 
qız evdən qaçıb görüş yerinə gedir. Sevgilisinin boynuna 
sarılıb məzlum-məzlum deyir:  
– Əzizim, məni başqasına verirlər. Bu gün toyumuzdur. 
Mən ona getməyəcəyəm. Sənə  də mümkün deyil. Onsuz da 
atam razı olmayacaq. Qaçsaq da tapdırar, səni də, məni də 
öldürər.  
Sevgilisindən bu xəbəri eşidən oğlan dərindən ah çəkir:  


 
 
 
43
– Sənsiz yaşamaqdansa, daş olmaq yaxşıdır, – deyir. 
Söz ağzından qurtarmamış yerindəcə donub daşa 
çevrilir. Qız isə söyüd olur, kölgəsini daşa salır. Deyirlər
söyüdə dönmüş  qızın göz yaşları o qədər axır ki, onun 
dibində bulaq əmələ  gəlir. Hər il bahar gələndə söyüd 
yarpaqlayır, budaqlarını suya sallayır. Bu budaqlarla axıb 
tökülən göz yaşları onun suyunu acılaşdırır. Ona görə  də o 
bulaqdan heç kim su içə bilmir. 
Adamlar burdan gəlib keçəndə söyüdün kölgəsində 
əyləşib dincələr, nakam aşiqlərin  əhvalatını yad edib 
kədərlənər, varlı ataya nifrət edərlər. Gedəndə isə özləri ilə 
bulağın suyundan götürməyi unutmazlar. Deyirlər, qızın göz 
yaşlarından əmələ gəlmiş bu bulaq xəstə üçün dərmandır».
30
 
Məhəbbət əfsanələri xalq fantaziyasının elə boyaları ilə 
işlənir ki, dinləyənlərdə ancaq rəğbət oyadır. Eşq odunu 
söndürməyə çalışanlar Allahın qəzəbinə keçirlər. Sonralar 
dastanlaşan «Əsli və  Kərəm», bir neçə silsilədən ibarət 
«Bülbül və  Qızılgül», «Lalə»  əfsanələrini Azərbaycan 
türklərinin arxaik epik ənənəsinin  şah  əsərləri hesab etmək 
olar.  
İnanc sistemlərini qarşılaşdırmaqla birinin digərindən 
üstünlüyünü göstərən  əlamətlərin qabardılmasının tarixi çox 
qədimdir. Mifik görüşlərdə kultlardan hansının birincilik 
qazanması  uğrunda mübarizə aparılmasının köklərinə 
bağlanır. Bu motiv sonralar islamla xristianlığın müqayisəsi 
şəklinə salınmışdır. «Şeyx Sənan», «Əsli və  Kərəm» 
əfsanələrinin mayasında da məhz müsəlman aşiqlə xristian 
məşuqənin eşq macəraları durur... «Leyli və  Məcnun», 
«Yusif və Züleyxa», «Fərhad və  Şirin», yaxud «Xosrov və 
Şirin», «Tahir və Zöhrə» və digər eşq hekayətləri onlardan 
törəmişdir.  Əgər mifologiyada Günəşlə Ayın, Yerlə Göyün 
sevgisi işıqla qaranlığın, istiylə soyuğun, xeyirlə  şərin 
vəhdətindən yaranmışdısa, bu əfsanədə  Qızılgüllə Bülbülün 
                                                 
30
 Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116 


 
 
 
44
fədakarlığı ilə  əvəzlənmiş  və dünyanın bütün əzab-
əziyyətinin gözəllik qarşısında heçliyinə insanları 
inandırmışdır.  
Ərəb folklorunun məhsulu olan «Şeyx Sənan»ın 
yaranma tarixi islamın meydana gəlməsindən uzağa getmir. 
Türk təfəkküründən doğan «Əsli və  Kərəm»in kökləri isə 
daha dərindədir. Eşq ahından hər iki gənc od tutub yanır. 
Xeyiri təmsil edən qəhrəmanların külü basdırılan torpaqda 
qızılgül kolu bitir. Qızılgül Günəşin simvoludur. Şərin – keşiş 
dəfn olunan yerdə isə qara tikan yetişir. Azərbaycan 
türklərinin qədim inanclarında qara tikan divlərin 
dırnaqlarıdır.  
Əfsanədə göstərilir ki, müsəlman xanın ölkəsini xristian 
vəzir idarə edir. Bu, islamın (ola bilsin ki, daha əski çağların 
inancında Göy tanrısının) tək allaha söykənən başqa din siste-
minə hörmətlə yanaşmasına işarədir. Tarixdə  də belə 
olmuşudur. Hunlar, Göy türklər müsəlmanlaşandan sonra da 
qonşu xristian ölkələrinə sülh və dostluq şəraitində yaşamağı 
təklif etmişdilər. Onlarla hər cür iqtisadi-mədəni  əlaqəni 
razılıqla qarşılamışdılar. Lakin qara keşiş ölkəsini ona etibar 
edən xanın oğluna qızını ərə verməyi özünə sığışdırmır.  
Dini baxışlar arasındakı  fərq ortaya çıxanda islamın 
təmsilçisi güzəştə getməyə hazır olduğunu nümayiş etdirir. 
Xristian qara keşiş isə mühafizəkardır. Qəribə orasıdır ki, 
xanın süfrəsinin ətrafında oturub onun çörəyini yeyəndə, kef 
məclislərində  əylənəndə onların allahları arasında fərqi 
görməməzliyə vururdu. Elə ki, qanın qarışması  məsələsi 
ortaya çıxır, onda qara keşiş üçün baxışlar da ayrılır, allahlar 
da. 
Əslində Kərəmin sevgisi də islamla bir araya sığmır. O, 
Məcnun kimi öz zamanının əksər ölkələrini qarış-qarış gəzib 
dolaşmaqla həm istəklisinə qovuşmağa can atır, həm də 
insanlara eşqin ülviliyini nümayiş etdirir. Məcnunun 
atasından fərqli olaraq xan insanlıq naminə ehkamları pozur. 
Qara keşişin hərəkətləri isə heç bir xristian ölkəsinin adətləri 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə