Sahəsi olduğunu bir daha ortaya qoyur


bədii dilin imkanları ilə süjetlərin içərisində  əritməsidir



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

 
 
 
30
bədii dilin imkanları ilə süjetlərin içərisində  əritməsidir. 
Əlbəttə, 850 il keçəndən sonra onları üzə  çıxartmaq, 
müəyyənləşdirmək üçün birinci məlumatlar açar rolunu 
oynayır. 
16. Sözün müqəddəsliyi: «Qurani-Kərim»//«Leyli və 
Məcnun» dastanının əsas mətni:  
n)
 
İnsan doğulur,  
o)
 
boya-başa çatır, 
p)
 
təlim-təhsil alır, 
q)
 
özünü dərk edir,  
r)
 
sevib-sevilir,  
s)
 
eşqi cəmiyyətdə inkar edilir, 
t)
 
şərlə qarşılaşır,  
u)
 
mübarizə aparır,  
v)
 
acı-ağrı çəkir, 
w)
 
gerçək aləmin naz-nemətdən əlini üzür, 
x)
 
vüsala yetir, 
y)
 
dünyasını dəyişir, 
z)
 
haqqa qovuşur!.. 
«Hikmət və mövizə (nəsihət) haqqında» başlıqlı böl-
mədə Nizaminin ictimai-fəlsəfi görüşləri özünə yer tapır. Şair 
Allah və peyğəmbərə müraciətdə irəli sürdüyü fikirlərini daha 
gerçək dəlillərlə əsaslandırır, müasirlərini düşündürən bir çox 
sorğulara özünəməxsus  şəkildə cavab tapır.  İlk növbədə 
insanın fəaliyyətini günəşin çıxıb-batmasıyla müqayisə edən 
sənətkar səxavətli olmağı ən gözəl keyfiyyətlərdən biri sayır. 
O, səxavəti elə buluda bənzədir ki, yağışı həmişə təmannasız 
yağdırmağa qadirdir. Günəş  hər gün öz nurunu mənfəət 
güdmədən dünyaya payladığı kimi insanlar da getdikləri yol 
uzunu səxavət göstərib kisə-kisə  qızıl səpməlidirlər. Nizami 
«ümumi bar zamanı»ndan, yaxud «ümumi bəxşiş 
vaxtı»ndan bəhs açır. Bu elə bir çağdır ki, imkanlılar 
verdikləri borcu halal etməlidirlər. Hər kəsdən soruşulmalıdır 
ki, zəmanənin yoxsulluğundan yaxasını necə qurtarsın. Allah 
şirin sözləri yer üzünə  səpməklə varlıqları, təbiəti, gözəl 


 
 
 
31
şeyləri qənaət, mənfəət güdmədən yaratmışdır, buna uyğun 
bəşər övladı da Ümumi Bəxşiş günündə varını-yoxunu 
əsirgəmədən elə etməlidir ki, hamının üzü gülsün. Şair sanki 
«Kitabi-Dədə Qorqud»un son boyunda oğuzların qədim «pay 
bölgüsü»nə  işarə edir: «Üç Oq, Boz Oq yığnaq olsa, Qazan 
evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş 
Oğuz bilə bulınmadı. Həmin  İç Oğuz yağmaladı. Qaçan 
Qazan evin yağmalatsa, halalınıñ  əlin alur, dışra çıqardı, 
ondan yağma edərdi». 
Sadələşdirilmiş  mətn: «Uc ox və Boz ox tayfaları bir 
yerə toplaşanda Qazan adət üzrə evini talan elətdirər,  şey-
şüyünü bölüşdürərdi. Amma bu dəfə Qazanın  şeyləri talan 
edildikdə Daş  Oğuz orada deyildi. Talanda ancaq İç Oğuz 
iştirak etdi.Qazan oz şeylərini talan elətdirərkən arvadının 
əlindən tutub kənara çıxar, ondan sonra ev-eşiyini oğuz 
əһlinin ixtiyarına verərdi». Azərbaycan türklərinə aid ilkin 
adətlərdən biri eposda «evini yağmalatmaq» şəklində işlənir. 
İkinci boyda Qazanın yurduna düşmənin qəfil basqınını ifadə 
edəndə bu sözün həmin anlamı verdiyi şübhəsizdir. Lakin 
sonuncu boyda tamam başqa məna yükünü daşıyır. Burada 
məhz Nizaminin işlətdiyi şəkildə «ümumi bar zamanı»ndan, 
yaxud «ümumi bəxşiş vaxtı»ndan danışılır. Ona görə  də 
«yağmalatmaq» deyəndə «var-dövlət yaymaq», «bar əldə 
etmək», «paylaşdırmaq» və «bölüşdümək» fikrinin irəli 
sürüldüyü nəzərə alınmalıdır. 
Dünya ikiüzlü yaranıb, yaxşının - pisin, gecənin – gün-
düzün, xeyirin - şərin də öz yeri olub. Hər kəs əməlinə görə 
qazanca sahib durub. Başqasına çatanı mənimsəmək mümkün 
deyil. Şair deyir ki: 
Mən bütün bədənə qida verirəm, 
Ciyərin payı isə onun özünə çatacaqdır.
23
 
Nizaminin irəli sürdüyü prinsipə «Dədə Qorqud»un son 
boyunda düzgün əməl edilmədiyi – Dış  Oğuzun payı da İç 
                                                 
23
 Nizami. Leyli və Məcnun, s. 29 


 
 
 
32
Oğuza verildiyi üçün tarazlıq pozulur və bir tayfa içərisində 
düşmənçilik toxumu səpilir, qardaş qardaşa  əl qaldırır, qan 
tökülür. Çünki Ümumi Bəxşiş günündə ayrı-seçkilik toxumu 
səpənlər – qılbaşlar və onların fitvasına uyanlar – qazanlar, 
aruzlar bilməli idilər ki, «Hər zərrə toz olsa belə dünya 
pərdəsində bir işə yarayır». Yeddi hasar – yeddi göy əyləncə 
xətrinə yüksəlməmiş, göyün pərdəsi altındakı yeddi qübbə 
boş yerə yaranmamışdır. Ötüb-getməkdə olan həyat 
müqəddiməni xatırlatsa da, şəhvət, yeyib-içmək üçün deyil və 
yer üzündə heç nə oyuncaq kimi doğulmamışdır. Nizami 
nəsihət edir ki, varlıqların funksiyalarını  dəyişik salmaq 
olmaz. Pay bölgüsündə tərəfkeşlik etmək yaramaz. Eləcə  də 
insanları  hərislik və  fəaliyyətsizlikdən uzaqlaşdırmaq 
lazımdır: 
Yeyib-yatmaqdan çəkinə bilsən yaxşıdır, 
Çünki bunlar öküz və eşşəklərdə də vardır
24

Nizaminin axtarışlarının həddi-hüdudu yoxdur. O, 
sirləri öyrənmək məqsədini qarşısına qoyanda dar çərçivəyə 
qapanıb qalmır, hərtərəfli biliyinin, təcrübəsinin və qeyri-adi 
istedadının, yüksək qabiliyyətinin hesabına dünyanı qlobal 
şəkildə götürür, varlıqların yaranması, fəaliyyəti, inkişafı, 
dəyişməsini  əsil alim-araşdırıcı kimi şərh edir. «Diqqətlə 
baxaq, sirri axtaraq, işin tel ucunu – mənşəyini tapaq» – 
deyən  şair yaxşı anlayır ki, yeri də, göyü də  dərk etmək, 
birər-birər bunu da, onu da öyrənmək üçün maddi və mənəvi 
şeylərin təbiətinin hansı mayadan yoğrulduğunu bilməlidir. 
Mövcudatın vahid başlanğıca malikliyini, eyni nöqtədən 
idarəsini yaxşı anlayan Nizaminin bəzi qənaətləri müasir 
alimlərin, o cümlədən K.Yunqun nəzəri müddəaları ilə üst-
üstə düşür.  İsveçrəli alim insan şüurunun kənar qüvvədən 
(şərti olaraq «libido» alandırır) asılılığını elmi 
eksperimentlərlə sübuta yetirir.  
                                                 
24
Nizami. Leyli və Məcnun, s. 29.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə