Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

 
 
 
45
ilə üst-üstə düşmür. Məhz buna görə sonralar xalq bir qədər 
də konkretləşmə aparmışdır, eyni motiv əsasında düzüb-
qoşduğu məhəbbət dastanında qara keşişi erməniləşdirmişdir. 
Çünki humanizmlə, bəşəriliklə bir araya sığmayan qəddarlıq 
(halbuki islamın da, xristianlığın da ümumi kodeksində 
aldatmaq, övlada, dostluğa xəyanət etmək, ülvi hissləri 
boğmaq, yediyi çörəyə arxa çevirmək yoxdur) ancaq mənfur 
qonşularımızın əqidəsinə uyğun gəlirdi. 
Əfsanə janrının tələbinə uyğun olaraq xalq Əsli ilə 
Kərəmin bir neçə  qəbrini nişan verir. Deyirlər ki, biri də 
Xanlar rayonunda, Lüləli adlanan yerdə yerləşir.  
Füzuli rayonu, Şükürbəyli kənd sakini Qurbanov Faiq 
Kamal oğlu danışırmış ki, «Toy gecəsi Kərəmlə Əsli tək-tənha 
qalıb bir-birinə sarmaşırlar. Kərəm əl atır ki, xalatının düymə-
lərini açsın. Düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır, 
axırıncıya çatanda təzədən hamısı düymələnir. Kərəm işi başa 
düşür. Bilir ki, Qara keşiş nə isə onların başına bədbəxtlik gə-
tirəcək.  Əsli də  Kərəmə kömək edir. Bu dəfə isə düymələr 
açılıb axırıncıya çatanda ondan bir qığılcım qalxıb Kərəmin 
sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül 
olur.  Əsli hay-həşir salır, saçlarını süpürgə edib Kərəmin 
külünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Həmin küldən bir 
qığılcım da qalxıb  Əslinin üstünə düşür. O da yanıb külə 
dönür. Bu vaxt səs-küyə el-oba adamları tökülüşüb gəlirlər. 
Otaqda bəylə gəlin əvəzinə ikicə topa kül tapırlar. Bilirlər ki, 
bu qara keşişin işidir. Hamı göz yaşı töküb ağlayır, hər iki 
nakam gənci Lüləli deyilən yerdə basdırırlar. 
Bir zaman keçməmiş keşiş  də azarlayıb ölür. Onu da 
Əsli və Kərəmin yaxınlığında dəfn edirlər. Nakam gənclərin 
qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmaşır. Qara 
keşişin də  qəbrindən qaratikan boy verib güllərin arasına 
soxulur. Deyirlər gül kolları  Əsli və  Kərəmin ruhudur ki, o 
biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə 


 
 
 
46
qaratikana çevrilib onların qovuşmalarına mane olmaq 
istəyir».
31
 
Əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli ola-
raq burada heç bir kənar hökmdarın təkidi ilə deyil, Qara keşiş 
özü Kərəmin onları qarabaqara izlədiyini görüb birdəfəlik 
məsələni çürütmək istəyir və bu anadək gerçəkliklə yoğrulan 
epizodlar poetik simvollarla, mifik eyhamlarla əvəzlənir. Ata 
qızının nişanlısına «toy hədiyyəsi» – öz əlləri ilə tikdiyi xalatı 
verir. Hələ  Kərəmə tapşırır ki, toy gecəsi  Əslinin yanına 
getməzdən  əvvəl geyinsin və öz əlləriylə düymələri açsın. 
Əslində bu, xoş  və  bəşəri hadisədir. Lakin «xalat» burada 
erməni keşişinin türk oğlu üçün hazırladığı qəbirdir, düymələr 
isə Kərəmin bəxti və taleyinin açarlarıdır – açılıb qurtaran kimi 
təzədən bağlanır. Fələk keşişin toya razılıq verməsi ilə 
Kərəmin üzünə gülür, kamına çatmasına mane olan xalatın 
içində bağlanıb qalması iləsə ondan həmişəlik üz döndərir. Od 
qəzadır, dünyadakı  fəlakətlərin mənbəyidir, qədərdir. Kül 
yaradıcıya qovuşmaqdır. Gül kolu həyatın davamı deməkdir. 
Doğrudur,  əfsanədə  qızılgül məhəbbətin qələbəsi kimi 
göstərilir. Qaratikan isə xeyirlə  şərin mübarizəsinin  əbədiliyi 
deməkdir. Təsadüfi deyil ki, Nizami «Leyli və  Məcnun» 
poemasının motivlərini də 
məhəbbət 
əfsanələrindən 
götürmüşdür.  
Əfsanələrdə məhəbbət yurdun daşları, qayaları, dağları, 
çayları, gölləri, bulaqları, quşları, bir sözlə, təbiətin füsunkar 
gözəllikləri ilə simvollaşdırılır. Eşqi iki gəncin qəlbində 
söndürmək istəyənlər silah, var-dövlət və taxt-taclarına 
arxalanırlar. Lakin daha çox eşq cütlüyünün qız tərəfi 
təkləndikdə  şərin qarşısında  əyilmir, tanrının yardımıyla 
təbiətin bir elementinə çevrilib qəlbindəki eşqə yer üzündə 
abidə ucaldır. Bu motiv iki amildən doğurdu. Birincisi, 
sevginin öz gücünü təbiətdən aldığını əsaslandırırdı. İkincisi, 
hər bir kəsin son mənzilinin təbiətin qoynunda – qara 
                                                 
31
 Azərbaycan mifoloji mətnləri, s. 138 


 
 
 
47
torpaqda yerləşdiyinə  işarə edilirdi. Gec-tez o biri dünyada 
da olsa, sevənlər vüsala yetişəcəklər.  
Nizami Məcnunu mifoloji təfəkkürün və çoxsaylı 
əfsanələrin içərisindən keçirib gerçəkliklə yoğurmağı 
bacarmışdır. 
 
Tədqiqatçılar Şərqdə «Leyli və Məcnun» əfsanəsinin X 
yüzillikdə yarandığını irəli sürürlər. Həmin çağadək  ərəb 
mühitində  Məcnun adlı bir, yaxud bir neçə  şairin aşiqanə 
qəzəllər yazıb ürəklərə yol tapmaq arzusuna düşdüyündən 
geniş bəhs olunur. Çox hallarda onun hər bir beytinin qəribə 
əhvalatlardan meydana gəldiyi iddia edilir, bu səbəbdən də 
xalq arasında adına  əfsanələr düzülüb-qoşulması göstərilir. 
Y.E.Bertels, V.A.Jirmunski, İ.Y.Kraçkovski, H.Araslı, 
A.Rüstəmzadə, R.Əliyev, X.Yusifov, Q.B.Baxşəliyev kimi 
alimlər müxtəlif mənbələrə  əsaslanıb Məcnunun tarixi 
şəxsiyyət olması ilə razılaşırlar.  Şair Qeys, yaxud Məcnun 
barədə ancaq ölümündən iki yüz il keçəndən sonra – IX, X 
əsrlərdə salnamə və təzkirələrdə məlumat verilməyə başlanır. 
İ.Y.Kraçkovski və E.Bertels bildirirlər ki, Məcnun VII əsrin 
sonlarında  Ərəbistanda yaşamışdır,  əsərlərinin üslub və 
məzmunu Uzra qəbiləsi söz sənətkarlarından Qeys ibn 
Zərihin (68/687-ci ildə ölmüşdür) Lubnla, Cəmilin (VI əsrin 
ikinci yarısı və VII əsrin başlanğıcında yaşamışdır) Busaynla, 
Urvın (40/660-82/701-ci illərə yaxın) Afrla qarşılıqlı 
sevgisinə  həsr olunan poetik irslə  səsləşirdi. Məcnunun 
şeirlərində  aşiqin ayrılıq, vüsal, həsrət dolu duyğuları, 
uğursuz, nakam olsa da, sədaqətli məhəbbətinin Leyli adlı 
lirik qəhrəmanla bağlanması çoxsaylı  əfsanələrin yaranıb 
geniş yayılmasına təkan vermişdir.
32
 Bu mövzunun ilk olaraq 
yazılı  ədəbiyyata, daha dəqiq desək, epik poeziyaya Nizami 
                                                 
32
  Бах:  Крачковский  И.Ю.  Ранная  история  повести  о  Меджнуне  и  Лейли  в  арабской 
литературе. Изб. сочинения., том II, М.-Л., 1956, с. 591-596; Е.Э.Бертельс. Источники 
“Лейли и Меджнун” Низами. – В кн. Избранные труды. Низами и Физули. – М., 1962, 
с. 266-275 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə