Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
 
6
gün xüsusilə mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi 
irsi və  məktəbi problemləri müasir humanitar düşüncənin 
tələbləri kontekstində  və azərbaycançılıq məfkurəsi işığında 
tədqiqini gözləyir. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şərq poeziyasının 
görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri 
Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə 
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 
Azərbaycan Milli Elmlər Akademiyası  Gəncə  Şəhər  İcra 
Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin 
təkliflərini nəzərə almaqla, mütəfəkkir  şair Nizami 
Gəncəvinin 870 illik yubileyinə  həsr olunmuş  tədbirlər 
planını hazırlayıb həyata keçirsin. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
İlham ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 23 dekabr 2011-ci il. 


 
 
 
7
Seyfəddin RZASOY 
seyfeddin_rzasoy@mail.ru 
 
NİZAMİ GƏNCƏVİNİN  
MİLLİ VƏ ƏDƏBİ KİMLİYİ HAQQINDA 
 
Hər bir xalqın milli düşüncə tarixində elə  şəxsiyyətlər 
olur ki, onlar öz fəaliyyətləri ilə etnik sistemin fövqünə 
qalxırlar. Belə  şəxsiyyətlərin adı öz xalqına daim şöhrət 
gətirir: onları fiziki və mənəvi cəhətdən yetirən xalq sonralar 
əsrlər boyunca öz yaşam gücünü, milli mövcudluq 
impulslarını həmin şəxsiyyətlərin adından və əməlindən alır. 
Onların yaradıcılığı, qoyub getdikləri mənəvi irs özlərindən 
çox sonralar da öz xalqı üçün etnoenergetik düşüncə qaynağı 
rolunu oynayır. XII əsr Azərbaycan şairi Nizami Gəncəvi də 
məhz belə  şəxsiyyətlərdəndir. Onun yaradıcılığı, ölməz 
«Xəmsə»si bitməz-tükənməz dəyərlər xəzinəsi kimi həm onu 
yaradan və yetirən xalqı, həm də ümumən bəşəriyyəti 
etnokosmik yaşam gücü ilə qidalandırır. Nizaminin adı, milli 
və ədəbi mənsubiyyəti ilə bağlı daim davam edən və son za-
manlarda Rusiyada və İranda yenidən qızışan mübahisələr də 
məhz bununla bağlıdır. 
Mübahisələr həm də onunla şərtlənir ki, XX əsr sovet 
və Azərbaycan  şərqşünaslığı Nizamini həm bir yaradıcılıq 
fenomeni, həm də bir ədəbi şəxsiyyət kimi dəyərləndirməyin
onun tarixi və müasir dəyərlər sistemindəki yerini 
müəyyənləşdirməyin universal modelini tapıb ortaya qoya 
bilmədi. Bu cəhətdən XX əsr  şərqşünaslığı,  əslində, 
ziddiyyətlərin möhkəmləndirilməsi və bir sıra digər 
özünəməxsusluqları ilə tarixdə qaldı. 
Sovet şərqşünaslığının Nizamiyə yanaşması daim siyasi 
konyukturaya  əsaslandı. Onun istər milli kimliyi, istərsə  də 
yaradıcılığının bədii-estetik mahiyyəti bütün hallarda 
ideoloji-siyasi müstəvidə dəyərləndirildi. Sovet şərqşünaslığı 
sosialist Tacikistanına görə dünyanın fars şairi kimi tanıdığı 


 
 
 
8
Firdovsinin adının qabağında «fars-tacik şairi» yazdığı kimi, 
Nizamini də  İran, fars, yaxşı halda farsdilli şair hesab edən 
«burjua»  şərqşünaslığının, kapitalist ideologiyasının  əksinə 
olaraq, onun da adının qabağında «Azərbaycan şairi» yazırdı. 
Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü 
bu  şəhərdə keçirmiş, yaradıcılığında doğma yurdunu, onun 
təbiətini, insanlarını böyük coşqunluqla tərənnüm etmiş, 
«türklüyü» xüsusi bədii-estetik düşüncə konsepti kimi 
yaratdığı  fəlsəfi düşüncə sisteminin nüvəsinə yerləşdirmiş 
Nizami haqqında bu çılpaq və sadə  həqiqət sovet 
şərşünaslığında, o cümlədən Azərbaycan sovet nizamişünas-
lığında heç vaxt siyasi-ideoloji donundan qurtula bilməyib, 
konyuktur həqiqət olaraq qaldı. 
Lakin qeyd etmək lazımdır ki, Azərbaycan sovet 
nizamişünaslığı daim yaranmış fürsətdən istifadə etməyə 
çalışdı. «Nizami» adı Sovet Azərbaycanında milli 
ədəbiyyatın simvoluna çevrildi, şairin adına verilmiş küçələr, 
mədəniyyət sarayları, rayon, salınmış xiyabanlar, qoyulmuş 
heykəllər onun öz vətənininə bağlılığını  hər zaman 
təsdiqləyən de-fakto sənədlərə çevrildiyi kimi, 
ədəbiyyatşünaslıqda da Nizami «bumu» yaşandı: Nizami 
Azərbaycan  ədəbiyyat tarixinin əsas probleminə  və prioritet 
tədqiqat istiqamətinə çevrildi. Sənətkara Azərbaycan və bü-
töv SSRİ miqyasında möhtəşəm yubileylər keçirildi, yubiley 
təntənələri müttəfiq respublikalarda da davam etməklə bütöv 
SSRİ-nin ədəbi məkanında Nizamini məhz Azərbaycan şairi 
kimi tanıtdırdı. Şairin əsərləri orijinalda, Azərbaycan dilində, 
o cümlədən SSRİ xalqlarının dillərində  dəfələrlə kütləvi 
tirajla çap olundu. Bütün bu işlərin həyata keçirilməsində 
Azərbaycan nizamişünaslığı öndə gedirdi və bu fəaliyyət 
fonunda milli ədəbiyyatşünaslığımızın xüsusi bir sahəsi – 
«nizamişünaslıq» elmi yaranaraq inkişaf etdi. 
Azərbaycan sovet nizamişünaslığı «burjua-sovet» 
ideoloji qarşıdurma modelindən Nizaminin milli və  ədəbi 
mənsubiyyəti məsələsində kifayət qədər uğurla istifadə 


 
 
 
9
edirdi. Bu model Azərbaycan nizamişünaslarına Nizamini 
fars,  İran  şairi hesab edən nəhəng Qərb  şərqşünaslarının 
yaradıcılığına, o cümlədən bu məsələdə xüsusi fəallıq edən 
İran alimlərinə  sərbəst tənqidi münasibət bəsləməyə imkan 
verirdi. Qərb alimlərinə sovet ideoloji yanaşmasında 
birdəfəlik olaraq «mürtəce burjua ideologiyasının 
daşıyıcıları» damğasının vurulması bundan istifadə edən 
Azərbaycan 
ədəbiyyatşünaslarına «milli məsələyə» 
toxunmağa, daha doğrusu, «milli məsələnin» «formaca – 
milli, məzmunca – sosialist» modelindən kənarda qalıb, 
haqqında danışılması yasaq olan məsələlərindən də söz 
açmağa  şərait yaradırdı. Bu cəhətdən Azərbaycan alimləri 
şairin yaradıcılığında daha çox sosial idealların təcəssümünə 
fikir verən sovet alimərindən fərqli olaraq, Nizaminin ana 
vətəni, milli və  ədəbi kimliyi mövzularını da heç vaxt 
diqqətdən kənarda qoymurdular. Əslində, Həmid Araslı, 
Rüstəm Əliyev, Azadə Rüstəmova, Qəzənfər Əliyev, Nüşabə 
Araslı, Çingiz Sadıqoğlu, Xəlil Yusiov və başqa nizamişünas-
ların yaradıcılığına (bax: 1; 2; 3; 4; 5; 6 və s.) diqqət versək, 
onların  şairlə bağlı çox incə  və  həssas milli nöqtələrə 
toxunduqlarının şahidi olarıq. Ancaq sovet nizamşünaslarının 
bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi 
onlara Nizaminin milli və  ədəbi kimliyi məsələsini bütün 
çılpaqlığı ilə qoymağa imkan vermirdi. Məsələn, bu 
problemin qoyuluşu Məhəmməd  Əmin Rəsulzadənin 
Azərbaycan kütləvi oxucusunun 1991-ci ildə Rüstəm 
Əliyevin tərcüməsində tanış olduğu «Azərbaycan  şairi 
Nizami» əsərindəki səviyyəyə gedib çatmırdı (bax: 7; fəl.e.d. 
Yadigar Türkelin çevirməsində yeni nəşri üçün bax: 8). Hal-
buki böyük mütəfəkkir Rəsulzadənin sistemli şəkildə qoy-
duğu məsələlərdən sətiraltı 
şəkildə Azərbaycan 
nizamişünasları da bəhs etmişdilər. Ancaq bütün bunlarla 
bərabər həqiqət ondan ibarətdir ki, Azərbaycan alimləri 
dövrün yol verdiyi imkanlardan istifadə etməyə çalışaraq, 
Nizaminin Azərbaycan xalqına və 
ədəbiyyatına 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə