Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə61/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
206
münasibətləri; 
3.
 
Folklor örnəklərinin və  ədəbi abidələrin nəşrə 
hazırlanması və şərhi. 
Bu sahədə görülən işlərdə  Həmid Araslının 
özünəməxsus xidmətləri vardır. Onun folklorşünaslıq 
sahəsindəki fəaliyyətinin özünəməxsusluğu yazılı ədəbiyyatla 
şifahi xalq ədəbiyyatının  əlaqə  və münasibətlərinə  həsr 
olunmuş tədqiqatlarında daha qabarıq şəkildə özünü göstərir. 
Həmid Araslının müraciət etdiyi, demək olar ki, bütün klassik 
sənətkarların yaradıcılığının araşdırılmasında bu problem 
ayrıca tədqiq olunur, bununla da ədəbiyyatşünaslıq elmi yeni 
tədqiqat ideyaları  və faktları ilə  zənginləşir. Bu baxımdan 
onun Nizami yaradıcılığında folklordan istifadə ilə  əlaqədar 
tədqiqatları xüsusi maraq doğurur. Bu da onunla bağlıdır ki, 
dahi  şairin  əsərləri yazılı  ədəbiyyatla  şifahi xalq 
ədəbiyyatının əlaqə və münasibətləri probleminin daha ətraflı 
və dərindən araşdırılmasına imkan verir. 
Ümumiyyətlə, Nizami və folklor problemi nizamişünas-
lığın çox mühüm sahələrindəndir. Buna görə də Nizami yara-
dıcılığının, demək olar ki, bütün tədqiqatçıları – Y.E.Bertels, 
M.Ələkbərli, M.Rəfili, M.Ə.Rəsulzadə, 
Ə.Axundov, 
M.Əlizadə, A.Rüstəmova, S.Paşayev və başqaları  şairin 
folklor qaynaqlarından istifadə etməsindən bu və ya digər şə-
kildə  bəhs etmişlər. Adları qeyd olunan müəlliflərdən başqa 
araşdırmaçı Tağı Xalisbəyli dahi şairin yaradıcılığı haqqında 
ayrıca tədqiqat işi yazmış və bir neçə kitab nəşr etdirmişdir. 
Akademik Həmid Araslının bu sahədəki tədqiqatları isə 
xüsusilə seçilir. 
Alimin Nizami və folklor mövzusunun araşdırılması 
sahəsindəki  ən mühüm xidməti bundan ibarətdir ki, o, bu 
problemin öyrənilməsinin əsasını qoyanlardan biri olmuşdur. 
H.Araslı 1941-ci ildə Nizami Gəncəvi yaradıcılığında folklor 
əlaqələrinin öyrənilməsinin elmi əhəmiyyətini izah edərək 
yazırdı: «Xalq ədəbiyyatı  xəzinəsində Nizaminin şəxsiyyəti 
və onun qəhrəmanları,  əsərlərinin süjeti ilə  əlaqədar çox 


 
 
 
207
materiallar vardır ki, bunların elmi surətdə toplanması 
nizamişünaslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu 
müxtəlif variantların müqayisə  və  təhlili istər  şairin 
şəxsiyyətini, istərsə də onun doğma xalqı ilə münasibətlərini 
tədqiq etmək üçün ən mühüm tədqiqat obyektidir» (2, 4). 
Nizami əsərlərinin el variantları ilə əlaqədar deyilmiş bu fikir 
eyni dərəcədə, bəlkə, bir az da artıq şairin əsərlə 
rində istifadə olunan folklor mövzularının, janr və ifadə 
vasitələrinin araşdırılması məsələsinə də aiddir.  
H.Araslı Nizami Gəncəvi yaradıcılığının araşdırılmasına 
həsr etdiyi, demək olar ki, bütün əsərlərində şairin xalq ədəbiy-
yatından bəhrələnməsi məsələsinə toxunmuşdur. Bununla 
yanaşı, onun bilavasitə Nizaminin şifahi xalq ədəbiyyatı ilə 
əlaqəsi məsələsinə həsr olunmuş bir çox tədqiqatları da vardır. 
Həmin  əsərlərində  şairin xalq söz və ifadələrindən tutmuş 
böyük epik janrlardan (nağıl və dastanlardan) istifadəsi ayrıca 
tədqiqat predmetinə çevrilir. Bu baxımdan alimin «Nizami 
əsərlərinin el variantları» (1941), «Nizami və yaradıcılığı» 
(1939), «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» 
(1942), «Nizami və Azərbaycan xalq ədəbiyyatı» (1947) və s. 
əsərləri xüsusilə diqqəti cəlb edir. H.Araslı xalq ədəbiyyatının 
Nizami yaradıcılığına təsirinin  əhəmiyyətini ümumiləşdirərək 
yazırdı: «Nizamini bütün müasirlərindən fərqləndirən, onu 
dünya  ədəbiyyatının  ən yüksək zirvəsinə qaldıran  əsas 
xüsusiyyətlərdən biri və  ən başlıcası da onun xalq ədəbiyyatı 
ilə yaxından bağlı olması, xalqdan qüvvət alaraq yaradıcılığını 
yeni bir istiqamətdə inkişaf etdirməsidir» (2, 1). Daha sonra o, 
öz əsərlərində konkret misallarla «Nizaminin xalq dili və xalq 
ədəbiyyatı nümunələrindən necə istifadə etdiyini elmi təhlillər 
əsasında aydınlaşdırır. Məsələn, alim «Nizamidə xalq sözləri, 
xalq ifadə  və  zərb-məsəlləri» məqaləsində ayrı-ayrı söz və 
ifadələrin Nizami əsərlərinə Azərbaycan dilindən keçdiyini 
inandırıcı  şəkildə izah edir. Məsələn, ön söz yazdığı “Atalar 
sözü” (1938) kitabındakı atalar sözlərini Nizami əsərlərilə belə 
müqayisə edir: ”Biz Nizaminin əsərlərində oxuyuruq:  


 
 
 
208
Qorbe bovəd kəz səri-həmpusti, 
Bəççeyi-xodra xorəd əz dusti. 
Son misra “Pişik balasını istədiyindən yeyər” zərb-
məsəlinin bədii ifadəsidir” (3, 10). 
Alimin apardığı tədqiqatlar, ilk növbədə diqqəti şairin öz 
əsas mövzularını folklordan alması məsələsinə cəlb edir. O, Ni-
zami Gəncəvinin ilk böyük əsəri olan «Sirlər xəzinəsi»ndə xalq 
rəvayətlərindən istifadə edərək,  əsərdə qoyduğu ideyaları 
oxucuya maraqlı surətdə çatdırmağa çalışdığını  sənətkarlıq 
nailiyyəti kimi qeyd edir. Bu baxımdan «Nuşirəvan və 
bayquş», «Bülbül və  qızılgül» və s. hekayələrdən ustalıqla 
istifadə olunduğu nəzərə çatdırılır. Lakin şairin ilk məhəbbət 
dastanı olan «Xosrov və  Şirin»  əsərində xalq ədəbiyyatı ilə 
dərindən bağlı olması, bu mövzunun xalqdan olması (Bərdə 
qocalarından öyrənməsi) xüsusilə yüksək qiymətləndirilir və 
göstərilir ki, Nizaminin «bundan sonra yaratdığı  əsərlərin 
hamısında bu bağlılıq hakim yer tutur» (4,10). 
H.Araslı şairin «Leyli və Məcnun» əsərinin də mövzu-
sunun  şifahi xalq ədəbiyyatından alındığını qeyd edir və 
göstərir ki, «ərəb  şifahi xalq ədəbiyyatında canlanıb Yaxın 
Şərq xalqları arasında yayılmış olan bu dastanın XII əsrdə 
Azərbaycan xalqı içərisində  məşhur olması  məlumdur» (4, 
10). Bunu şair əsərin müqəddiməsində qeyd edir.  
Tədqiqatçı «Yeddi gözəl» poemasının da xalq nağılları 
quruluşunda yazıldığını, qızların söylədiyi nağılların 
məzmununun xalq ədəbiyyatından alındığını qeyd etməklə 
şairin folklorla sıx bağlılığını faktlarla sübut edir. Alim, 
həmçinin Nizaminin son əsəri olan «İskəndərnamə» 
poemasının da xalq dastanları  əsasında qurulduğunu nəzərə 
çatdırır və yazır ki: «Nizami bu əsərini ərəb, fars, yunan, rum 
dillərində yazılmış tarixi məlumatlar əsasında qurduğu kimi
xalq ədəbiyyatında İskəndər haqqında yayılmış rəvayətlərdən 
də çox istifadə etmişdir» (4, 11). 
Nizami əsərlərinin zəngin qaynağını şərh edən H. Araslı 
belə bir qənaətə  gəlir ki, «Nizami əsərləri öz mövzu və 


 
 
 
209
quruluşu ilə deyil, eyni zamanda bədii xüsusiyyətlərinə görə 
də  şifahi xalq ədəbiyyatı ilə bağlıdır». Bunu aydınlaşdırmaq 
üçün tədqiqatçı Nizaminin poemalarında obraz və hadisələrin 
təsviri, qəhrəmanların yaradılması baxımından xalq 
ədəbiyyatı nümunələrinə müraciət edir, müqayisələr aparır və 
Nizami yaradıcılığının Azərbaycan xalqının 
şifahi 
yaradıcılığı ilə üzvi bağlı olduğunu müəyyənləşdirir.  
H.Araslı Nizami əsərlərində 
və 
şifahi xalq 
ədəbiyyatında olan surətləri müqayisə edərkən  şifahi 
ədəbiyyatda rast gəlinən müsbət və  mənfi surətlərin mühüm 
hissəsinin Nizami poemalarında da olduğunu qeyd edir. O, 
müqayisələr apararaq göstərir ki, Nizamiyə  qədər olan 
ədəbiyyatda bu surətlərin ancaq bir hissəsinə, yalnız 
cəngavərliklə  əlaqədar olan hökmdar surətlərinə  təsadüf 
edilir. 
Tədqiqatçı yazır: «Azərbaycan dastanlarında verilmiş 
qadın surətlərinin xüsusiyyətlərindən biri onun evlənəcəyi 
oğlanı  sınaqdan keçirməsidir. Bu sınaq fizioloji qüvvət, söz 
ustalığı  və biliklə  həyata keçirilir. İstəyəni çox olan qızlar 
özlərini tilsimbənd edir və onları qurtaracaq qəhrəmanla 
evlənəcəklərini  şərt qoyurlar. Ya da sözdə onu bağlayacaq 
aşiqə, haqq aşiqinə gedəcəklərini vəd edirlər. Bəzi 
dastanlarda qəhrəman, qızın saxladığı canavarlar ilə vuruşur, 
bəzən özü ilə güləşir, bəzən də onun tapmacalarına cavab 
tapır, sonra onunla evlənir» (4, 19). Tədqiqatçı bütün bu 
məsələlərin Nizami əsərlərində də mövcud olduğunu konkret 
faktlarla müqayisələr əsasında açıb göstərir. 
H.Araslı Nizami yaradıcılığını şifahi xalq ədəbiyyatı ilə 
bağlayan əsas cəhətlərdən birinin də onun atalar sözlərindən 
və xalq idiomlarından istifadə etməsində görür. O göstərir ki, 
əsasən atalar sözü kimi mənalı aforizmlər yaradan dahi 
sənətkar öz zəngin yaradıcılığında tez-tez atalar sözlərinə 
müraciət edib, fikirlərini əsrlərin süzgəcindən, təcrübəsindən 
keçmiş bu hikmətli ifadələrlə təsbit etməyə çalışmışdır. 


 
 
 
210
Alim Nizaminin istifadə etdiyi idiomatik ifadələr, atalar 
sözləri, zərb-məsəllər haqqında danışarkən maraqlı bir 
üsuldan istifadə edir. O, fars dilindən gətirdiyi belə ifadələrin 
məhz Azərbaycan təfəkkürünün məhsulu olduğunu, konkret 
ifadələrin məhz Azərbaycan dilindən götürülüb tərcümə 
edildiyini elmi əsaslarla sübut edir. Buna misal olaraq “Atalar 
sözü”
 
kitabına istinadla qara rənglə bağlı bir neçə müqayisəni 
göstərə bilərik. Tədqiqatçı Nizaminin xalq arasında yayılmış 
“Qaradan artıq rəng olmaz” məsəlindən çox məharətlə 
isrtifadə edərək qara rəngin qırmızı da ola bilməsi qənaətinə 
gəldiyini qeyd edir. Şair kömürün yanıb od olduqda 
qızarmasını bu şəkildə ifadə edir: 
    Siyəhra sorx çün kərd az rəngi 
    Çü balayi-siyahi nist rəngi (3, 10). 
(Neçin o mişk söyüd, ud kimi, qaraldıqdan sonra qırmızı 
üzlü olur. Qara necə bu rəngli olur ki, qaradan üstün rəng 
yoxdur). 
Sonra  şair bu fikri, qara rəngin çevrilməsini insan 
həyatından aldığı məsəl ilə göstərir: 
    Məgər kəz ruzgar amuxt neyrəng, 
    Ki əz muyi-siyahi-ma bərəd rəng (3, 10). 
(Zəmanəsindən hiylə öyrənmiş ki, o, bizim qara tükləri-
mizi ağ edir). 
Kömürün qara rəngini qırmızıya çevirməyi insanın qara 
tüklərini ağardan zəmanədən öyrəndiyini söyləyir. 
Xalq “Qara rəng çirk götürməz” deyir. Nizami bu 
məsəli belə ifadə edir: 
    Besiyahi bəsər cahan binəd, 
    Çirkini bər siyah nəneşinəd (3, 10). 
(Göz qarası dünyanı görər, qaraya çirk əyləşməz). 
Ümumiyyətlə, tədqiqatçının buradan əldə etdiyi nəticə 
bundan ibarətdir ki, «Nizami «Xəmsə»sinin hər səhifəsində 
rast gəldiyimiz atalar sözləri, şairin idiomları, qəhrəmanların, 
obrazların «Dədə Qorqud» dastanları ilə yaxınlığı, onun 
dastan və nağıllardan istifadə etməsi,  əsərlərində  əsas 


 
 
 
211
ideyaların xalqdan alınması  şairin ana Vətən, böyük 
Azərbaycan varlığı ilə bağlılığını aydınlaşdırır» (2, 2).  
Bundan başqa, alim qeyd edir ki, Nizami 
yaradıcılığında Azərbaycan dilindən gələn sözlərin mühüm 
hissəsini “Dədə Qorqud” dastanlarında görmək olar: “Nizami 
poemalarında “Dədə Qorqud” dastanları ilə əlaqədar bir çox 
motivlərin olması  şairin bu dastanları sevə-sevə dinlədiyini 
göstərir. 
Nizami yazır: 
   Bə novgi-tiri hər xatun süvari, 
   Füru dadə zi ahu mərğzari (3, 3). 
(Hər atlı qadının oxunun ucu çəməni ahu ilə 
doldurmuşdu) 
Bildiyimiz kimi, burada bu gün xanım deyə işlətdiyimiz 
xatun sözü yalnız Azərbaycana məxsus olan bir ifadədir. Bu 
sözə “Dədə Qorqud” dastanlarında çox rast gəlirik: Burla xa-
tun, Selcan xatun və s. 
Nizami və  şifahi xalq ədəbiyyatı mövzusunun mühüm 
bir tərəfi də  şairin yaradıcılığının özündən sonrakı, yazılı 
ədəbiyyatda olduğu kimi, şifahi xalq ədəbiyyatına da təsir 
göstərməsidir. Alim diqqəti məsələnin daha incə bir tərəfinə 
də cəlb edərək yazır ki, Nizami əsas mövzularını şifahi xalq 
ədəbiyyatından alıb, yaradıcılığını xalq mənafeyinə uyğun, 
onun istək və arzuları ilə bağlı inkişaf etdirən bir sənətkar 
olduğundan onun əsərləri sonrakı dövrlərdə yaradılan  şifaһi 
xalq ədəbiyyatına da dərin təsir göstərmişdir.  
Tədqiqatçının fikrincə, Nizaminin elə bir poeması 
yoxdur ki, xalqın yaratdığı poeziyada onun süjeti ilə əlaqədar 
əsər olmasın: “Bunların bir hissəsi Nizaminin xalq 
ədəbiyyatından istifadə edərək yaratdığı süjetlər olmasına 
baxmayaraq,  şairin yaradıcılığından xalqa keçmişdir. Bəzən 
şair böyük bir xalq dastanının süjetini iki misra ilə ifadə 
etmiş, bəzən də xalq şairin iki misrası  əsasında böyük bir 
dastan yaratmışdır” (2, 3). 


 
 
 
212
Bu məqalədə gəldiyimiz əsas nəticə bundan ibarətdir ki, 
dahi Nizami Gəncəvinin öz yaradıcılığında  şifahi xalq 
ədəbiyyatından geniş  şəkildə  bəhrələnməsi, eyni zamanda 
əsərlərində ümumtürk folkloru kontekstində Azərbaycan 
folklorundan istifadə edərək bu tükənməz xəzinəni sağlam 
dayaqlarla qoruyub saxlaması  ənənəsinin araşdırılaraq 
mühüm tədqiqatlarla elm aləminə  təqdim edilməsində 
akademik Həmid Araslının mühüm xidmətləri olmuşdur. 
Alimin bu sahədə əsas xidmətlərindən biri də həmin məsələni 
ilk qaldıranlardan biri olmaqla Nizami Gəncəvinin bir şair 
kimi milli köklərə, etnik zənginliklərə bağlı olduğunu aydın-
laşdırmağa çalışmasıdır. 
ƏDƏBİYYAT 
1.
 
Quluzadə Mirzağa. Həmid Araslı biblioqrafiyasına 
müqəddimə. Bakı, «Elm», 1970. 
2.
 
Araslı  Həmid. Müqəddimə. «Nizami əsərlərinin el 
variantları» kitabında. Toplayanları: H.Əlizadə, M.H.Təh-
masib. Bakı, Azərnəşr, 1941.  
3.
 
Araslı Həmid. Nizamidə xalq sözləri, xalq ifadə və 
zərb-məsəlləri, SSRİ EA Azərbaycan filialının Xəbərləri,  № 
8, avqust, EA AzF Nəşriyyatı, 1942.  
4.
 
Araslı  Həmid. Nizami və Azərbaycan xalq 
ədəbiyyatı. Nizami (məqalələr məcmuəsi), Bakı, 1947.  
5.
 
Araslı Həmid. Nizami və yaradıcılığı. Ədəbiyyat qə-
zeti, 1939, may, 25 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
213
BAŞLIQLAR 
 
SƏRƏNCAMI                                                                                           3 
Seyfəddin Rzasoy.  
Nizami Gəncəvinin milli və ədəbi kimliyi haqqında                                  7 
Ramazan Qafarlı.  
Nizami poeziyasında məkan,zaman və kəmiyyət vəhdəti: dini-mifoloji 
düşüncə kontekstində.                                                                               16 
Ramazan Qafarlı.  
Nizaminin məhəbbət idealı:mif, əfsanə, yoxsa gerçəklik?                       37 
Ağaverdi Xəlil
 Nizami və folklor: şifahi və yazılı   ənənənin əlaqəsi kontekstində        68 
İslam Sadıq. 
 Türk folklorunda və Nizami Gəncəvinin “Yeddi gözəl” dastanında 
qoruyucu tanrı obrazı.                                                                               82 
Qalib Sayılov.    
Həzrət Nizami Gəncəvi və etnoyaddaş                                                    95 
Fidan Qasımova. 
Nizami Gəncəvi əsərlərində xalq  adət-ənənələri və inanclar                  97 
Maşallah Xudubəyli.
 
 Bir tütəyin sirri                                                                                      105 
Sahibə Paşayeva. 
 Nizami yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri                       116 
Ramin Allahverdi. 
 Klassik ədəbiyyatımızda və Nizami yaradıcılığında Novruz ənənələri                        
122  
Nailə Əskər. 
 Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında deyimlər və məsəllər.                        
130 


 
 
 
214
Ramiz Ələkbərov. 
 “Xeyir və Şər” hekayəsində folklor motivləri                                       135 
Aydın Mustafayev
 Nizami Gəncəvi və mənəvi-əxlaqi dəyərlər                                          142  
Əli Şamil, Aynur Qəzənfərqızı.     
 Naxçıvan folklor örnəklərində N.Gəncəvi əsərlərinin izləri                  148 
Tahir Nəsibov. 
 Nizaminin “Yeddi gözəl” əsərində türk dünya qavrayışı və “Qeser” 
dastanı ilə bəzi uyğunluqlar                                                                    156 
Maya Yusifova
Nizami Gəncəvi irsi və folklor                                                               175 
Reyhan Dadaşova.  
“Kitabi-Dədə Qorqud”da və   Nizami Gəncəvidə poetonimlər etnomədəni  
kod kimi.                                                                                                 182 
Nübar Həkimova. 
 Nizami Gəncəvinin “Sirlər xəzinəsi”və “ İskəndərnamə” əsərlərində tibbi 
amillər                                                                                                    188 
Xətayə Cəfərova. 
 Nizami Gəncəvinin yaradıcılığında xalq təbabəti.                                192 
Vüsalə Kərimova.  
Nizami Gəncəvinin ,,Sirlər xəzinəsi” əsərində folklor motivləri          198 
Vüsal Səfiyeva. 
 Həmid Araslı yaradıcılığında Nizami və folklor mövzusu                  205 


 
 
 
215
Nizami Gəncəvi və folklor, 
Bakı, “Nurlan”, 2013. 
 
Nəşriyyat direktoru: 
Prof. Nadir Məmmədli 
 
 
Kompyuterdə yığdı: 
Ülviyyə Əliyeva 
 
Korrektor: 
Vüsal Abıyev 
 
Kompyuter tərtibçisi və  
texniki redaktoru: 
Ramin Abdullayev 
 
 
Kağız formatı: 60/84 16/1 
Mətbəə kağızı: №1 
Həcmi: 214 səh. 
Tirajı: 300 
 
 
 
 
 
Kitab AMEA Folklor İnstitutunun Redaksiya-Nəşriyyat  
şöbəsinin Kompyuter Mərkəzində yığılıb səhifələnmiş, 
«Nurlan» NPM-də hazır depozitivlərdən 
ofset üsulu ilə çap olunmuşdur. 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə