Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
ÜMUMĠ MƏLUMAT 
 
ġuĢa  08.08.1930-cu  ildə  inzibati  rayon  statusu  almıĢdır.  Mərkəzi  ġuĢa 
Ģəhəridir.  Ərazisi  0.29  min  kv/km,  əhalisinin  sayı  29,0  min  (01.01.2010)  nəfərdir. 
1992-ci il may ayının 8-də erməni birləĢmələri tərəfindən iĢğal edilmiĢdir. 
ĠĢğaldan  qabaq  ərazidə  1  Ģəhər,  1  qəsəbə  (TurĢsu),  37  kənd  olub.  Kəndləri 
bunlardır  -  DaĢaltı,  Göytala,  Xanalı,  Həsənabad,  Ġmamqullar,  Xəlfəli,  Armudlu, 
Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, ġuĢulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, 
Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı QuĢçular, AĢağı QuĢçular, 
Malıbəyli,  Sarıbaba,  Onverst

Səfixanlar,  Allahqullar,  Həsənqullar,  Xanlıqpəyə, 
ġırlan,  Ağbulaq,  Cəmillər,  Çaykənd,  Ġmanlar,  MəmiĢlər,  PaĢalar,  Turabxan,  Zarıslı, 
Nəbilər. 
ġuĢada Dövlət Dram Teatrı, ġuĢa televiziyası, Dövlət Qarabağ tarixi və ġuĢa 
Ģəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın 
xatirə  muzeyləri,  Azərbaycan  Xalçası  Dövlət  Muzeyinin  fılialı,  Dövlət  Rəsm 
Qalereyası, dörd texnikum, iki institut filialı, texniki peĢə məktəbi, 25 orta məktəb, orta 
və  orta  ixtisas  musiqi  məktəbləri,  7  uĢaq  bağçası,  8  mədəniyyət  evi,  17  klub,  31 
kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, UĢaq sanatoriyası, UĢaq sağlamlıq məktəbi, 
70  yerlik  turist  bazası,  mehmanxana,  5  mədəniyyət  və  istirahət  parkı,  4  kinoteatr, 
ictimai iaĢə obyektləri fəaliyyət göstərirdi. 
Rayonun  iqtisadiyyatında  heyvandarlıq  əsas  yer  tuturdu.  Kənd  təsərrüfatına 
yararlı torpaqlar  20,9 min  hektardı (1986). Bunun 3,8  min  hektarı  Ģum  yeri,  0,1  min 
hektarı  çoxillik  bitkilər,  0,3  min  hektarı  biçənəklər,  16,7  min  hektarı  otlaqlardır. 
Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli 
- paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və  kartof, 
53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məĢğul olunurdu. 5,2 min qara-mal, 
15,2 min davar vardı (1986). QuĢçuluqla da məĢğul olunurdu. 
ġərq musiqi alətləri fabriki, istehsalat kombinatı, çörəkbiĢirmə müəssisəsi, 
məiĢət  xidməti  kombinatı,  rayon  Ġstehlak  cəmiyyəti,  Kurort  ticarəti  idarəsi,  Bakı 
“Radioqurma” istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 
№-li  toxuculuq  sexi,  elektrik  Ģəbəkəsi,  rayon  Maddi-texniki  təchizat  bazası, 
Abidələri  bərpa  idarəsi,  ġuĢa  Tikinti  birliyi,  Təsərrüfatlar  arası  tikinti  idarəsi, 
Təmir  tikinti  idarəsi,  Təsərrüfatlar  arası  təmir  tikinti  müəssisəsi,  Yol  istismar 
idarəsi və s. var idi. Kurort təsərrüfatı inkiĢaf etmiĢdi. 
Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri ġuĢa rayonundan keçirdi. 
ġuĢa rayonu ilə Bakı arasında olan məsafə 373 kilometrdir. 
ġuĢa  havasının  tərkibi,  təmizliyi,  saflığı  və  müalicə  əhəmiyyəti 
baxımından  kurort  Ģəhəridir.  Bu  baxımdan,  nəinki  Azərbaycanda,  onun 


hüdudlarından  kənarda  da  ġuĢa  öz  səfalı  yerləri,  istirahət  guĢələrinə  görə  məĢhur 
idi. 
ġuĢa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir 
yerində  bitmir.  Təbiətin  ġuĢa  dağlarında  yaratdığı  bu  möcüzə  xarı  bülbül  adlanır. 
Gülün  üst  tərəfi  elə  formadadır  ki,  sanki  gülün  üstünə  bülbül  qonub  və  oradaca 
donub qalıb. 
TurĢsu  yaylaqları,  Səkili  bulağı,  Ġsa  bulağı,  ġəmilin  bulağı,  əfsanəvi 
“Cıdır düzü” yerli camaatın və oraya təĢrif buyuran qonaqların ən sevimli yeri idi. 
TurĢsu istirahət və müalicə zonası kimi tanınırdı. ġuĢadan 40 km. aralıda - 
Laçın yolunun üstündə yerləĢir. Sol tərəfdən isə DaĢaltı çayı axır. TurĢsu Ģəfalı və 
müalicəvi vannaları ilə məĢhur idi. 
ġuĢanın  gəzməli  görməli  yerlərindən  biri  də  Yuxarı  DaĢaltı  idi.  Xalq 
arasında  bu  istirahət  yerinə  ġəmilin  bağı  da  deyirdilər.  Bu  yerin  özünəməxsus 
xüsusiyyəti ondan ibarətdir ki, istirahət guĢəsi DaĢaltı çayının üstündə, “Ağzıyastı 
kaha” yerləĢən Üçmıx dağının düz altında, çeĢmə ətrafında yerləĢir. 
ġuĢaya təĢrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və 
əsrarəngiz təbiətə malik əfsanəvi “Cıdır düzü” idi. “Cıdır düzü” nün qərb tərəfi bir-
birinin  arxasında  yerləĢən  üç  hündürlükdən  ibarətdir.  Bu  təpələrə  “Üçmıx”  adı 
verilib. 
Sanatoriya  və  istirahət  evlərində  dincələn  turistlər  daim  həmin  yerlərə 
gəzintilərə  çıxır,  təbiətin  ġuĢaya  bəxĢ  etdiyi  gözəllik  qarĢısında  öz  təəccüblərini 
gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan “Cıdır 
düzü”ndə  hər  il  may  aymda  “Хаrı-bülbül”  mahnı  festivalları  keçirilirdi.  (ġuĢa-
Qədim Azərbaycan diyarı. Bakı-2009) 
 
COĞRAFĠYASI 
 
Ərazisi  dağlıqdır  (Qarabağ  dağ  silsiləsi).  Ən  yüksək  zirvəsi  Böyük  Kirs 
dağıdır (2725 m.). Keçəldağ aĢırımı  ġuĢa  rayonundadır. Əsasən, Yura  və  TabaĢir 
çöküntüləri  yayılmıĢdır.  Müxtəlif  növ  tikinti  materialı  yataqları  və  mineral  su 
bulaqları (TurĢsu, ġırlan) var. Ərazinin əksər hissəsi qıĢı quraq keçən mülayim isti 
və qıĢı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda - 4 °C-
dən,  -1  °С-уə  qədər,  iyulda  isə  müsbət  16-19  °C,  illik  yağıntı  700-800  mm  olur. 
Rayon  ərazisindən  Qarqar  çayı  axır.  Torpaqları  əsasən,  qəhvəyi  dağ-meĢə,  çimli 
dağ-çəməndir.  Yüksək  dağlıq  sahədə  subalp  və  alp  çəmənlikləri  ilə  örtülüdür. 
Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmıĢ meĢələrin yerində çəmənlər və kserofit 
kolluqlar mövcuddur. 
ġuĢa  üzlük  daĢı  yatağı;  ehtiyatları  397  min  kub/m  olan  kərpic-kirəmit 
istehsalına  yararlı  Keçəldağ  (Lesoqor)  gil  yatağı,  istismar  ehtiyatları  389  min 
kub/m/gün  olan  ġuĢa  yeraltı  Ģirin  su  yatağı,  342  min  kub/m/gün  və  70  min 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə