Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

kub/m/gün olan ġırlan və TurĢsu mineral su yataqları erməni iĢğalçıları tərəfindən 
mənimsənilir. 
DaĢaltı  Dövlət  Təbiət  yasaqlığı.  ġuĢa  və  Əsgəran  ərazisində  nadir  təbiət 
komplekslərini  qorumaq  üçün  1988-ci  ildə  təĢkil  edilən  bu  yasaqlıq  450  hektar 
ərazini  əhatə  edirdi.  1992-ci  ildən  iĢğal  altında  olan  yasaqlıq  daha  yoxdur,  məhv 
edilib. 
ġuĢa  rayonunda  Qarqar  çayının  sol  sahilində,  ġuĢa  Ģəhərindən  cənubda 
dəniz səviyyısindən 1365 m hündürlükdə yerləĢən, uzunluğu 114 m, əhəng daĢları 
Triton əsrinə aid olan “Xan mağarası” isə dağıdılıb

ġuĢa  rayonunun  yeraltı  su  ehtiyatlarını  öyrənmək  məqsədilə  1984-86-cı 
illərdə  ġuĢa  rayonu  ərazisində  kompleks  hidrogeoloji  tədqiqatlar  aparılmıĢdı. 
Nəticədə üst və orta sulu komplekslərin 6 perspektiv sahə üzrə yeraltı su ehtiyatları 
qiymətləndirilmiĢdi.  Bütövlükdə  ġuĢa  rayonu  üzrə  içməyə  yararlı  yeraltı  suların 
ehtiyatı 
5,0 
min 
kub/m/gün 
təĢkil 
edirdi. 
(RövĢən 
Novruzoğlu. 
GENOSĠD...ECOCĠD. Bakı, “Adiloğlu” nəĢriyyatı-2006

 
TARĠXĠ 
 
1747-ci  ildə  Nadir  Ģah  ƏfĢar  Xorasanda  öldürüldükdən  sonra  onun  qılınc 
gücünə  yaratdığı  dövlət  dağıldı.  Mərkəzi  hakimiyyət  zəiflədi.  Səfəvilər  dövlətinin 
ərazisində  20-yə  qədər  xanlıqlar  yarandı.  Ərazicə  ən  böyük  xanlıqlardan  biri  də 
Qarabağ xanlığı idi. Bu xanlığın əsasını Pənah Əli xan qoymuĢ və onun mərkəzi ĢiĢ 
uclu  dağlar  əhatəsində  yerləĢən  Pənahabad  sonralar  Qala,  ġiĢə  və  nəhayət  ġuĢa 
adlandırılmıĢdır.  Əsrlər  boyu  bu  Ģəhər  Azərbaycanın  əsas  siyasi  və  mədəni 
mərkəzlərindən biri olmuĢ və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz 
bir hissəsidir. 
Pənah xan 1693-cü ildə CavanĢir elinin Sarıcalı oymağında varlı bir ailədə 
anadan  olmuĢdur.  Pənah  xanın  əsil-nəsibi  CavanĢir  elindəndir.  Bu  tayfa  Bəhmənli 
elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların ata-babaları CavanĢir eli arasında 
məĢhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuĢ adamlar idi. Pənah xanın 
atasına  Ġbrahimxəlil  ağa,  babasına  isə  Pənahəli  bəy  deyərmiĢlər.  Bunların  hər  ikisi 
Sarıcalı - CavanĢir adı ilə Ģöhrət tapmıĢ, hər iĢdə fərqlənmiĢ, ad çıxarmıĢ, döyüĢlərdə, 
xüsusilə Nadir
 
Ģahın apardığı müharibələrdə igidlik göstərmiĢlər. (Qarabağnamələr. 1-
ci kitab. “Yazıçı” В., 1989. səh. 110) 
Bəzi  tarixçilər  CavanĢir  elinin,  xüsusilə  Pənah  xanın  Çingiz  xanın 
nəslindən  olduğunu  iddia  edirlər.  Qarabağ  tarixçisi  Mir  Mehdi  Xəzani  özünün 
“Kitabi-Tarixi-Qarabağ”  əsərində  Pənah  xanın  Hülakü  xanın  (1256-1265)  nəvəsi 
Arqun  xanın  (1284-1291)  nəslindən
 
olması  haqqında  ehtimal  edir. 
(Qarabağnamələr. 2-ci kitab. “Yazıçı” В., 1991. səh. 105). 


Bəzi tədqiqatçılar CavanĢir tayfalarının mənĢəyini aydınlaĢdırarkən Rzaqulu 
xan  Hidayətin  “Rövzətüs  səfa”  əsərinə  istinad  edirlər.  Bu  əsərdə  deyilir  ki,  OĢirxan 
Oğuz xanın dördüncü oğlu  Yıldız хаnın oğludur. Bunlar OvĢar və əfĢarlar adlanırlar. 
CavanĢir  tayfası  Hülakü  xanın  120  minlik  ordusunun  tərkibinə  daxil  olmuĢdur.  Onlar 
Əmir Teymurun  hökmranlığı dövründə  ikinci dəfə  Rumdan  geri  qayıdaraq Türküstan, 
Qəndəhar,  Kabil  və  Ġrana  dağılırlar.  Bu  tayfanın  bir  qolu  Səfəvilər  döründə  (I  ġah 
Abbas)  Ġbrahimxəlil  ağanın  baĢçılığı  ilə  Qarabağda  və  Aranda  qalmıĢdı.  Nadir  Ģahın 
hökmranlığı  (1736-1747)  dövründə  bu  qolun  baĢçısı  Ġbrahimxəlil  xan  idi.  ġah  onları 
Sərəxsə  köçürmüĢdü.  Nadirin  öldürülməsindən  sonra  CavanĢir  tayfasının  bir  hissəsi 
Sərəxsdən  Qarabağa  qayıtmıĢdı.  (C.  Mümtaz.  Azərbaycan  ədəbiyyatının  qaynaqları. 
“Yazıçı”  В.,  1986.  Səh.  112)  О  dövrdə  Qarabağda  CavanĢir  tayfasından  baĢqa 
Otuzikilər, Kəbirli və ƏfĢar tayfaları da mövcud idi. 
Pənah  xan  gənc  yaĢlarından  Nadirin  ordusunda  xidmət  etmiĢ,  onun  bir  çox 
hərbi  səfərlərində  iĢtirak  edərək  qəhrəmanlıq  göstərmiĢdi.  Nadir  Ģah  Pənah  xanın 
igidliyini və istedadını nəzərə alaraq onu ordularından birinə sərkərdə təyin etmiĢdi. 
Lakin  bir  neçə  il  keçdikdən  sonra  Pənah  xanın  paxıllığını  çəkən  bir  neçə  saray 
əyanları  Nadir  Ģaha  xəbər  verirlər  ki,  guya  Pənah  xan  ġahı  öldürüb  taxta  sahib 
olmaq istəyir. Nadir Ģah bu xəbərə inanıb Pənah xanın qardaĢını öldürür. Vəziyyəti belə 
görən  Pənah  xan  Ģah  sarayından  qaçır.  Pənah  xan  bir  neçə  vaxt  yaxın  adamları  ilə 
birlikdə  Qəbələ,  ġəki  və  Dağıstan  mahallarını  dolaĢdıqdan  sonra  öz  doğma  vətəninə 
qayıdır. 
Nadir  Ģahın  ölümündən  sonra  Pənah  xan  Qarabağda  CavanĢirlər,  Otuzikilər 
və s. türk tayfalarının köməyindən istifadə edib Qarabağ xanlığının əsasını qoyur. 
Qarabağ ərazisi yaradılarkən onun ərazisi geniĢ idi. Bir çox tədqiqatçıların 
və  tarixçilərin  yazdığına  görə  о  zaman  xanlığın  ərazisi  Cənub  tərəfdən  Xudafərin 
körpüsündən “Sınıq körpü”уə (Qırmızı körpü) qədər, Ģərq tərəfdən Kür çayının Araz 
çayı ilə birləĢən Cavad kəndinə qədər uzanırdı.  Qərb tərəfdən isə hündür Qarabağ 
dağları ilə əhatə olunub, uzunluğu 275 verst, eni isə 200 verst sahəni əhatə edirdi. 
ġimal  tərəfdən  isə  Qarabağ  Gəncə  ətrafına,  yəni  Goran  çayına  qədər  uzanırdı. 
Bunlardan  əlavə  Mil  və  Muğan  düzlərinin  bir  hissəsi  də  Qarabağ  düzənliklərinə 
qarıĢırdı. Zəngəzur, Sisyan, Qapan, Naxçıvan
  
sərhəddi və Ordubadın Əylis kəndinə 
qədər geniĢ sahələr Qarabağın inzibati ərazi bölgüsünə aid idi. 
Pənah  xan  Qarabağın  qüdrətini  artırmaq,  onun  ərazisini  geniĢləndirmək 
üçün Mehri, Güney
 
mahallarını  BərgüĢada  qədər  Qaradağ  hakiminin  əlindən  alıb 
özünə  tabe  etdi.  Zəngəzur  mahalını  Təbriz  bəylərbəyindən  aldı.  Bundan  baĢqa 
Kolanılıların  məskəni olan UĢacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər 
çayı sahillərindəki yerləri də aldı. 
Bundan baĢqa Naxçıvan elindən olub, bir minbaĢıya tabe olan, Kəngərli  eli, 
Gürcüstandakı Dəmirçi Həsənlilər eli, eyni zamanda Cinni tayfası da Qarabağ xanına 
pənah gətirdi. Qarabağ xanlığını qonĢu xanlıqların hücumundan qorumaq üçün Pənah 
xan Kəbirli mahalında Bayat qalasını tikdirdi. Qalanın tikiliĢi 1748-ci ildə baĢa çatdı. Xan 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə