Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   2   3   4   5   6   7   8   9   ...   54

Sovetlər 
dövründə 
ermənilər 
Dağlıq 
Qarabağın 
Ermənistana 
birləĢdirilməsi  üçün  gizli  iĢlər  aparıldığı  dövrdə  (1960-1970-ci  illərdə)  mühüm 
dövlət vəzifələrində iĢləyən Heydər Əliyev bunun qarĢısının alınması üçün bir sıra 
tədbirlərin  görülməsinə  nail  oldu.  Azərbaycan  KP  MK  Birinci  Katibi  seçildikdən 
sonra  Heydər  Əliyev  erməni  separatçılarının  mənfur  niyyətlərinin  qarĢısını  almaq 
məqsədilə  DQMV-nin  iqtisadi  inkiĢafı  və  əhalisinin  sosial  Ģəraitini  yaxĢılaĢdırmaq  üçün 
müəyyən  tədbirlər  həyata  keçirərək  onlara  bəhanə  yeri  qoymadı.  Bu  da  erməni 
ekstremistlərinin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu. 
1969-cu ildən etibarən idarəçilik möhkəmləndirildi, iĢdə qanunlar öz yerini tutdu 
və korrupsiyaya qarĢı ciddi mübarizə baĢlandı. Azərbaycanın hər yerində və bütün sahələrdə 
irimiqyaslı inkiĢaf baĢ verdi. DQMV-nin inkiĢafı həmiĢə uzaqgörən dövlət baĢçısının diqqət 
mərkəzində oldu. 1971-1985-ci illərdə Azərbaycan höküməti tərəfındən DQMV-nin 
xalq təsərrüfatının inkiĢafına 483 milyon  manat vəsait ayrılmıĢdı. Bu, son 15 ildəkindən 
2,8 dəfə artıq demək idi. Həmin vəsait hesabına DQMV-də 15 yeni sənaye müəssisəsi 
tikilmiĢ  və  məhsul  istehsalı  1923-cü  illə  müqayisədə  912  dəfə  artmıĢdı.  Kənd 
təsərrüfatının inkiĢafına isə 171 milyon  manat vəsait ayrılmıĢ, 24 milyon 803 min  manat 
uzunmüddətli kredit verilmiĢdi. 1985-ci ildə  DQMV-də 40 sovxoz, 33 kolxozun 1269 
traktoru, 250  taxılyığan kombaynı, 1096 yük avtomobili var idi. DQMV-nin iqtisadi və 
mədəni inkiĢafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev ġuĢa Ģəhərinin inkiĢafı 
üçün bir neçə qərar vermiĢdi. Heydər Əliyevin təĢəbbüsü və bilavasitə rəhbərliyi altında 
həyata  keçirilmiĢ  tədbirlər  nəticəsində  ġuĢa  ümumittifaq  səviyyəli  kurort  Ģəhərinə 
çevrilmiĢdi. 1973-cü ildə Xankəndində APĠ-nin filialı əsasında Pedaqoji Ġnstitut açılmıĢ, 
1979-cu  ildə  Ağdam-Xankəndi  dəmir  yol  xətti  çəkilmiĢdi.  Beləliklə,  Heydər  Əliyevin 
uzaqgörən siyasəti erməni separatizminin canlanmasına imkan verməmiĢdir. 
Beləliklə  1988-ci  ilin  əvvəllərindən  baĢlayaraq  DQMV-də  Ermənistanın 
Azərbaycana  qarĢı  növbəti  ərazi  iddiaları  qızıĢdırıldı.  1988-ci  ildə  erməni  ideoloqları 
“dənizdən-dənizə  böyük  Ermənistan”  uydurmasını  yenidən  ortaya  atmaqla  növbəti 
dəfə ərazi iddiaları  irəli  sürdülər. Bu problemi dünya  ölkələrindəki erməni lobbisinin, 
dini mərkəzlərinin və bəzi iri dövlətlərin irticaçı qüvvələrinin dəstəkləməsi ilə əlaqədar 
olaraq  Ermənistan  adlandırılmıĢ  qədim  oğuz-türk  yurdu  olan  Qərbi  Azərbaycanda 
Azərbaycanlılara məxsus kəndlərin və qəsəbələrin dağıdılması prosesi baĢlandı, yüzlərlə 
günahsız  insan
 
öldürüldü,  10  minlərlə  soydaĢımız  öz  tarixi-etnik  ərazilərindən 
vəhĢicəsinə qovuldu. 
Moskvanın  planı  əsasında  1989-cu  ildə  DQMV-də  A.Volskinin  rəhbərliyi 
altında “Xüsusi idarəçilik Komitəsi”  yaradıldı və bununla da DQMV-nin  Azərbaycanla 
əlaqələri  kəsildi.  SilahlandırılmıĢ  erməni  quldur  dəstələri  Dağlıq
 
Qarabağ  ərazisindən 
yerli azərbaycanlı əhalini öz doğma yurd-yuvasından çıxardı. 
 
 


ERMƏNĠSTANIN AZƏRBAYCANIN DAĞLIQ 
QARABAĞ BÖLGƏSĠNĠ VƏ ƏTRAF RAYONLARINl ĠġĞALI 
 
1991-ci ildə erməni silahlı birləĢmələri açıq hərbi əməliyyatlara baĢladılar. 
1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, 
oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın yarandığını və müstəqilliyini elan etdilər. Buna 
cavab  olaraq  1991-ci  il  noyabrın  26-da  Azərbaycan  Respublikası  Ali  Soveti  Dağlıq 
Qarabağın Vilayət statusunu  ləğv ctdi  və  “Dağlıq  Qarabağ  Respublikası”nı tanımadığını 
bildirdi. 1992-ci ildə isə erməni silahlı birləĢmələri Yuxarı Qarabağda irimiqyaslı hərbi 
əməliyyatlara  baĢladılar.  Erməni  cəlladları  tərəfindən  tarixdə  misli  görünməmiĢ 
vəhĢiliklər törətdilər. 
1992-ci  il  fevral  ayının  25-dən  26-na  keçən  gecə  erməni  hərbi  birləĢmələri 
Rusiya Federasiyasının Stepanakertdə (Xankəndində) yerləĢən silahlı qüvvələrinin 366-
cı  qvardiya  motoatıcı  alayının  köməyi  ilə  əhalisinin  hamısı  (7  min)  azərbaycanlı  olan 
DQMV-nin Xocalı Ģəhərini yerlə yeksan etdilər. Dinc mülki əhali dəhĢətli soyqırıma 
məruz  qaldı.  Qadınlar,  uĢaqlar,  qocalar,  xəstələr  ağlasığmaz  vəhĢiliklə  məhv  edildi. 
Ermənilərin  törətdikləri  soyqırımı  nəticəsində  613  dinc  Xocalı  sakini  vəhĢicəsinə 
öldürüldü. Həmin  faciə zamanı 487 nəfər yaralanmıĢ, 1275 nəfər əsir götürülmüĢ, 150 
nəfər isə itkin düĢmüĢdür. 
Ermənilərin  əsassız  torpaq  iddiası  və  bundan  alovlanan  müharibə  nəticəsində 
Azərbaycan ərazisinin 20 faizi iĢğal olundu, 30 min nəfərdən artıq insan qətlə yetirildi, 1 
milyonadək Azərbaycanlı qaçqın və  məcburi köçkünə çevrildi, 4581 nəfər adam əsir və 
itkin düĢdü. 
Respublikamıza  külli  miqdarda  maddi  ziyan  dəydi.  Ermənistanın  iĢğal  etdiyi 
Azərbaycan  torpaqlarında  900-ə  yaxın  yaĢayıĢ  məntəqəsi,  2389  sənaye,  tikinti  və  kənd 
təsərrüfatı  obyekti  (173  sənaye,  122  tikinti)  3225  ticarət  obyekti,  131  min  ev,  1025 
məktəb,  798  səhiyyə  ocağı  təcavüzün  qurbanı  olmuĢ,  280  min  hektar  meĢə,  1  milyon 
hektar məhsuldar torpaq, 1200 km irriqasiya sistemi və s. iĢğalçıların əlinə keçmiĢdir. 
Erməni vandalları mədəni irsimizə dağıdıcı zərbə vuraraq 927 kitabxananı, 100 
arxeoloji  abidəni,  454  tarixi  abidə  və  muzeyi,  40  min  muzey  eksponatını  qəddarcasına 
məhv  etmiĢlər.  ĠĢğal  olunmuĢ  ərazilərdə  nadir  flora  və  faunaya  malik  meĢə  sərvətləri 
amansızcasına  qarət  edilərək  Ermənistana  daĢınmıĢdır.  Ġlkin  hesablamalara  görə  iĢğal 
nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiĢ və ölkəyə 60 milyard 
ABġ dollarında ziyan dəymiĢdir. Ermənistan bu gün də, Dağlıq Qarabağ ərazisində öz 
iĢğalçılıq  siyasətini  davam  etdirir.  Ermənilər  iĢğal  olunan  ərazilərdə  yanğınlar  törədir, 
narkotik maddələr yetiĢdirir, yeraltı və yerüstü sərvətlərimizi mənimsəyirlər. 
 
Q.Ə.Hacıyev 
Azərbaycan MEA A.A.Bakıxanov adına 
Tarix İnstitutıı Qarabağ tarixi 
Şöbəsinin müdiri, tarix elmləri doktoru.  


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə