Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   2   3   4   5   6   7   8   9   ...   54

Dağlıq Qarabağ Muxtar Vilayəti iyun 1941-dekabr 1950-ci illərdə. Bakı, 2006, s. 38). 
Beləliklə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  yaranan  zaman  dövlətin  ərazisi 114  min 
kv.km idi. Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndə bu rəqəm 86,6 min kv.km-ə 
enmiĢdir. Göründüyü kimi, həmin ərazilər SSRĠ dövründə Moskva tərəfındən hissə-hissə 
Ermənistana verilmiĢdir. 
Bu  cəhətdən  1920-ci  ilin  əvvəllərindən  baĢlayaraq  1988-ci  ilədək  Kremlin 
“xeyir-duası”  ilə  daha  10,7  min  kv.km  Azərbaycan  torpaqları  itirildi,  yəni  müxtəlif 
bəhanələr  altında  ermənilərə  bağıĢlandı.  Sovet  hakimiyyətinin  süqutuna  yaxın  sovet 
Azərbaycanının ərazisi artıq 86,6 min kv.km təĢkil edirdi. 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSI 
1923-80-CĠ ĠLLƏRDƏ, DQMV-NĠN YARADILMASI. 
 
 
XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılmasından istifadə edərək 
Cənubi  Qafqazda  ilk  cümhuriyyət  quran  Azərbaycana  “Qızıl  ordu”  adı  altında  gələn 
Rus  bolĢevik  ordusu  Türkiyə  ilə  əlaqələrin  yaranmasına  imkan  verməmək  üçün 
onların arasında erməni dövləti yaratdı. Əzəli türk-oğuz torpaqları, əhalisinin dörddə üçü 
türk  olan  Ġrəvan  və  Naxçıvan  torpaqlarında  Ermənistan  (Ararat)  adlı  dövlət  yarandı. 
Zəngəzur və Göyçə də ona verildi. 
Eyni  zamanda,  bunun  əvəzində,  ermənilər  Avropa  ölkələrinə  hər  cür 
nökərçilik  xidməti  göstərmək  yükünü  boyunlarına  götürdülər.  Ermənilərin  Rusiyaya 
onlara kömək edəcəyi təqdirdə hər cür xidmət göstərəcəkləri təklifı ilə müraciət etdilər. 
Tarixi  proseslər  göstərir  ki,  əlveriĢli  məqamlarından  istifadə  etməyi  “yaxĢı  bacaran” 
ermənilər  XX  əsrdə  Rusiyada  çarizmin  süqutu  və  Sovet  imperiyasının  yaranması  ilə 
meydana çıxan əlveriĢli Ģəraitdə inzibati ərazi məsələsini qaldırdılar və DQMV kimi 
nə  tarixi,  nə  də  sosial-iqtisadi  əsası  olmayan  bir  qurum  yaratdılar  (7  iyul  1923-cü  il).
 
DQMV-nin yaradılması isə Azərbaycanın ərazi bütövlüyünə qəsd idi. 
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni Ģəkildə 
aran  və  dağlıq  hissələrə  bölünmüĢ  və  Azərbaycan  rəhbərliyi  Qarabağın  Dağlıq 
hissəsində  sonradan  məskunlaĢmıĢ  ermənilərə  muxtariyyət  statusu  verməyə 
məcbur  edilmiĢdir.  Özü  də  bu  addım  həmin  hissədə  -  Dağlıq  Qarabağda  yaĢayan 
azərbaycanlıların  nəzərə  alınmadan,  onların  hüquqları  kobudcasına  tapdalanaraq 
atılmıĢdır (Mahmudov Y. M., ġükürov K. K.
 
Qarabağ: real tarix, faktlar, sənədlər 
(Azərbaycan, ingilis, fransız, ərəb, alman və rus dillərində). Bakı, 2005, s. 65). 
Ermənilər  Azərbaycan  türklərinə  qarĢı  bəĢər  tarixində  görünməmiĢ 
vəhĢiliklər, soyqırımlar, deportasiyalar  həyata  keçirmiĢlər.  Bir  əsrdə Azərbaycanlı
 
əhali  ermənilər  tərəfındən iki dəfə  soyqırıma  məruz  qalmıĢdır. Sovetlər dövründə 
Dağlıq Qarabağın Ermənistana birləĢdirilməsi üçün DQMV - də gizli iĢlər
 
aparan 
erməni  siyasətbazları  və  ermənipərəstlər  “Türksüz
 
Ermənistan”  yaratmaq
 
ideyası 
ilə  etnik  təmizləmə  aparmaq  məqsədilə  dəhĢətli  faciələr  törətmiĢlər  (PaĢaycv  A. 


Qarabağ bölgəsində erməni vəhĢilikləri //AçılmamıĢ səhifələrin izi ilə, Bakı 2001, 
s.  267-292;  PaĢayev  A.  “XIX-XX  əsrlərdə  ermənilərin  azərbaycanlılara  qarĢı 
törətdikləri  soyqırımları  və  deportasiyalar  (arxiv  sənəd  və  materialları  əsasında)” 
t.e.d. alimlik dərəcəsi almaq üçün avtoreferatı). Bakı, 2008). 
Sovetlər  dövründə  DQMV-nin  inzibati  ərazi  bütövlüyündə  dəfələrlə 
dəyiĢikliklər edilmiĢdir. 
1920-1930-cu  illərdə  bütövlükdə  Azərbaycan,  eləcə  də  DQMV  mədəni 
cəhətdən inkiĢaf etmiĢdir. 
Ġkinci dünya müharibəsi bir sıra dünya xalqları kimi Azərbaycan xalqının 
da  tarixində  çox  ağrılı  izlər  qoymuĢdur.  1941  -1945-ci  illərdə  bütün  Azərbaycan 
xalqı kimi DQMV-nin də əhalisi SSRĠ tərəfindən faĢizmə qarĢı mübarizədə iĢtirak 
etmiĢdir.  DQMV-dən  45  min  nəfər  adam  cəbhəyə  getmiĢ,  onların  22  min  nəfəri 
döyüĢlərdə  həlak  olmuĢ,  geri  qayıtmamıĢlar.  DQMV-də  anadan  olmuĢ  15  min 
döyüĢçü  müxtəlif  orden  və  medallarla  təltif  edilmiĢ,  18  nəfər  Sovet  Ġttifaqı 
Qəhrəmanı  kimi  yüksək  ada  layiq  görülmüĢdür.  FaĢizm  üzərində  qələbənin  əldə 
edilməsində DQMV əhalisinin ön cəbhədə olduğu kimi arxa cəbhədə də xidmətləri 
olmuĢdur (Məmmodov N. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti iyun 
1941- dekabr 1950-ci illərdə. Bakı: Elm, 2006, s. 38). 
Ermənilərin  Azərbaycana qarĢı  əsassız ərazi iddiaları  müharibə dövründə 
də  davam  etdirilmiĢdir.  1945-ci  ilin  payızında  DQMV-nin  Ermənistan  SSR-ə 
verilməsi  haqqında  ermənilərin  Sovet  rəhbərliyi  qarĢısında  növbəti  dəfə 
qaldırdıqları  məsələyə  dair  Azərbaycan  K(b)P  MK-ın  birinci  katibi  M.  C. 
Bağırovun tutarlı cavabından sonra Dağlıq Qarabağa əsassız erməni iddiaları xeyli 
müddət gündəmə gəlmədi (ARDSPĠA, f. l, siy. 169, iĢ 249, v.7). 
1948-1953-cü  illərdə  minlərlə  azərbaycanlı  ailəsinin  öz  ata-baba  yurdları 
Qərbi  Azərbaycandan  (indiki  Ermənistan  ərazisindən)  deportasiya  edilməsi, 
yaĢayıĢ  Ģəraitinə  uyğun  gəlməyən  ərazilərdə  yerləĢdirməklə  çoxunun  məhvinə 
səbəb  olmuĢdular  (Məmmədov  Ġ.,  Əsədov  S.  Ermənistan  Azərbaycanlıları  və 
onların acı taleyi. Bakı, 1992). 
Dağlıq  Qarabağın  Ermənistana  verilməsinə  dair  növbəti  cəhd  1960-cı 
illərdə A. Mikoyanın vasitəsilə edildi. N. S. XruĢovun etirazından sonra bu məsələ 
yenə  də  təxirə  salındı  (бах:  Гасанли  Дж.  Необоснованные  прегензи  армян  на 
Карабах  в  Советское  время.  ИРС-Наследие,  №  6  (24),  2006,  с.  34).  Lakin 
xaricdə yaĢayan daĢnak liderləri ardıcıl təbliğat iĢlərini dayandırmadılar. Ermənilər 
Sovetlər  dövründə  müxtəlif  vaxtlarda  Azərbaycan  Respublikasına  Dağlıq 
Qarabağla  bağlı  16  dəfə  əsassız  ərazi  iddiası  irəli  sürmüĢlər  (Гасанли  Дж. 
Необоснованные  претензии  армян  на  Карабах  в  Советское  время.  ИРС-
Наследие, № 6 (24), 2006, с. 31). Dağlıq Qarabağdakı erməni millətçi liderləri və 
gizli  təĢkilatları  ilə  qeyri  leqal  əlaqə  saxlamaqda  davam  etdilər.  Belə  separatçı 
hərəkətlər  xalqın  onsuz  da  ağır  olan  sosial-iqtisadi  vəziyyətini  daha  da 
ağırlaĢdırırdı. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə