Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   2   3   4   5   6   7   8   9   ...   54

qurulan  erməni  dövləti  idi  (Капанцян  Г.  А.  Xаяса  –  колыбель  армян.  Ереван 
1947;  Обегян  М.  История  древне  армянской  литературы.  Ереван,  1975; 
Парсамян  В.  А.  История  армянского  народа.  Ереван,  1972;  История  Армянского 
народа. Ереван, 1980). 
Beləliklə,  qaynaqların  Qarabağ  bölgəsinin  tayfalarının  alban  mənĢəli 
olması və bu ərazinin Albaniya dövlətinə məxsus olmasını təsdiq edir. 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ IV-VII 
ƏSRLƏRDƏ 
 
Qafqaz  Albaniyası  IV-VII  əsrlərdə  geniĢ  əraziyə  malik  idi.  O,  Ģimaldan 
Böyük Qafqaz dağlarına, cənubdan Kür və Araz çaylarına, Ģərqdən Xəzər dənizinə, 
qərbdən  Ġberiyaya  qədər  torpaqları  əhatə  edirdi.  Albaniya  dövlətində  11  tarixi 
vilayət yerləĢirdi. Bunlardan Uti (burada Albaniya dövlətinin paytaxtı və Albaniya 
katolikosluğunun iqamətgahı - Partav (indiki Bərdə) Ģəhəri olmuĢdur), Kambisena 
(Ġberiyaya  qədər  olan  sərhəddə),  Paytakaran,  yaxud  Kaspiana,  yaxud  Balasakan 
(Mil  və  Muğan  çölü),  Arsak  (indiki  Yuxarı  Qarabağ  və  Mil  düzünün  bir  hissəsi), 
Sünik,  yaxud Sisakan,  yaxud  Zəngəzur (cənubi  Arsak) Qarabağ, baĢqa  sözlə  Kür 
və Araz çayları arasında yerləĢirdi 
(Məmmədov T. M.. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2007, s. 43-
79). 
Yunan-Bizans,  Alban,  Gürcü,  erməni,  Suriya  və  Ərəb  mənbələrinin 
məlumatına  görə  erkən  orta  əsrlərdə  Albaniyanın  avtoxtonları  (yerli  əhalisi)  albanlar, 
utilər,  lipinalılar,  kaspilər,  çillələr,  qarqarlar,  leqlər,  girdmanlar,  savdeylər  olmuĢlar. 
Uti, Paytakaran və Arsakda əsəsən türk mənĢəli tayfalar - albanlar,  utilər, qarqarlar və 
savdeylər,  həmçinin  gəlmə  tayfalar  maskutlar,  saklar,  gellər  və  ballar  yaĢayırdılar 
(Мамедов  Т.  М.  Кавказская  Албания  в  IV-VII  вв.,  Баку,  1993,  s.  178-179,  
Həsənov A. H. Çar skiflər (Çar skiflərin və digər oğuzların etno-dil eyniləĢdirilməsi) 
çarlığı. Bakı, Əbilov, Zeynalov və qardaĢları, 2005, 480 s.; Джафаров Г. Ф., Махмудов 
Ф.Р.  Итоги  работы  второго  отряда  Мил-Карабахской  археологической 
экспедиции // АЭИА (1985). Баку, Элм, 1986, с. 14-15.; Mahmudova H.R. Sibir skifləri 
və Azərbaycan (tarixi-arxeoloji tədqiqat), t.e.n. dis. avtoreferatı. Bakı, 2006; Халилов 
М.Дж. Протоскифы и их потомки в Карабахе // Ирс-Наследие. Международный 
Азербайджанский журнал, № 2-3(14-15), 2005. с.14-15.). 
Albaniyada  erkən  orta  əsrlərdə  müxtəlif  cinsli  çoxsaylı  səslərdən  tərtib edilmiĢ 
xüsusi yazı var idi. Alban yazısı zəngin boğaz səsləri olan qarqar ləhcəsi əsasında yaradılmıĢdır 
(M. Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993). Alban əlifbası 52 iĢarədən ibarət idi. 
Bir çox dini kitablar qədim Suriya, Yunan, Pəhləvi dilindən Alban dilinə tərcümə 
edilmiĢdir  (M.Kalankatuklu.  Albaniya  tarixi,  k.  I,  f.  25;  Мамедов  Т.  М.  Кавказская 
Албания  в  IV-VII  вв..,  с.  100.)  Мənbələrdən  Alban  çarları  və  din  xadimlərinin 


yazıĢmaları  məlumdur.  Alban  dilində  yazıların  mövcudluğunu  sübut  edən  ədəbiyyat 
Alban  çarı  III  Vaçaqanın  “Qanunları”  və  M.  Kalankatuklunun  “Albaniya  tarixi”dir  (M. 
Kalankatuklu. Albaniya tarixi, Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, 
f. II). 
V əsrin əvvəllərində Albaniyanın mərkəzi - Bərdədə məktəb var idi. Burada 
çar  III  Vaçaqanın  əmri  ilə  xüsusi  məktəblər  açılmıĢ,  bütpərəst  uĢaqlara  yazı  və 
xristianlıq  ehkamları  öyrədilmiĢdir  (M.  Kalankatuklu.  Albaniya  tarixi,  k.l,  f.  25; 
Мамедов Т. М. Кавказская Албания в IV-VII вв. Баку, 1993, с. 100; Hacıyev Q. Ə. 
Bərdə Ģəhəri. Coğrafi, siyasi və mədəni tarixi. Bakı, 2008). 
Albaniyada,  о  cümlədən  Qarabağda  xristianlıq  IV  əsrin  əvvəllərindən  qəbul 
edilmiĢ, rəsmi dövlət dininə çevrilmiĢ, lakin geniĢ yayılmamıĢdır (M. Kalankatuklu. Albaniya 
tarixi. Bakı, 1993; Р. Б. Геюшeв. Христианство в Кавказской Албании. Баку, 1984). 
Albaniya  hökmdarı  CavanĢir  (616-681)  ölkəni  soyğunçu  basqınlardan 
qorumuĢdur.  O,  Albaniyada  təsərrüfatın,  sənətkarlığın,  mədəniyyətin  inkiĢafına  Ģərait 
yaratmıĢdır.  CavanĢir  Albaniyanın  mədəni  inkiĢafına  nail  olmuĢdur.  Həmçinin  onun 
tapĢırığı  ilə  M.  Kalankatuklu  “Albaniya  tarixi”ni  yazmıĢdır.  Habelə  Ģairlərin, 
memarların,  musiqiçilərin  yaradıcılığına  diqqət  yetirmiĢdir.  Qarabağ  bölgəsinin  qədim 
Ģəhəri Bərdə Albaniyanın mühüm mədəniyyət mərkəzinə çevrilmiĢdir (Hacıyev Q. Ə. 
Bərdə Ģəhəri. Coğrafi, siyasi və mədəni tarixi. Bakı, 2008). 
 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ VIII-XVII 
ƏSRLƏRDƏ 
 
VIII  əsrin  baĢlanğıcında  Albaniya  uğrunda  gedən  müharibələr  nəticəsində 
Bizansın Cənubi Qafqazda mövqeyini zəiflətdi. Əbdülməlik (685-705) Xilafət ərazisində 
sürətlə iqtisadi və hərbi islahatlar keçirməklə hakimiyyətini möhkəmləndirdi. Xilafət 
üçün  iqtisadi  və  strateji  cəhətdən  əhəmiyyətli  olan  Albaniyada  “qayda-qanun” 
yaratmağa  baĢladı  (Əl-Kufi.  Kitab  əl-fütuh  (Fəthlər  kitabı).  Bakı,  1995,  s.  41;  N. 
M.Vəlixanlı.  Ərəb  Xilafəti  və  Azərbaycan.  Bakı,  1993,  s.  58).  Alban  hökmdarını 
hakimiyyətdən  kənarlaĢdırdı.  Xilafətin  Ģimal  ərazilərini  idarə  etmək  üçün  Bərdəni  ərəb 
caniĢinlərinin iqamətgahına çevirdi (N. M.Vəlixanlı. Ərəb
 
Xilafəti və Azərbaycan. Bakı, 
1993; Hacıyev Q. Ə. Bərdə Ģəhərinin tarixi (b. e. ə. III - b. e. XVIII əsri), Bakı, 2000). 
VIII əsrdən etibarən Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da yeni 
dövr baĢlandı. Albaniyada təĢəkkül tapan Ġslam dini yeni bir mərhələnin baĢlanğıcını qoydu 
(Qarabağ: suallar və faktlar, Bakı, 2005). 
VIII  –  IX  əsrlərdə  Qarabağ  nəhəng  sənətkarlıq  və  ticarət  mərkəzi  kimi 
tanındı.  Ticarət  Xilafət  üçün  böyük  gəlir  mənbəyinə  çevrildi.  Qarabağın  yüksək 
tərəqqiyə
 
malik olduğu dövrdə (IX əsr – X əsrin əvvəlləri) Ģimal ölkələri ilə Xəzər-
Volqa,  Dnepr,  Don  vasitəsilə  geniĢ
 
ticarət  əlaqəsi  var  idi  (Masudi.
 
Murude  az-


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə