Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   2   3   4   5   6   7   8   9   ...   54

zaxab  s.  29  –  78;  Ġbn  Xaukal.  Mudcam  al-buldan  s.  23).  Dünyanın  bir  çox 
ölkələrindən,  xüsusilə  Avropa  və  ġərq  ölkələrinin  bir  çox  Ģəhərlərindən  Bərdəyə 
ticarət  karvanları  gəlirdi.  Bərdənin  ticarətinin  əsas  dayaq  nöqtələri  onun  məĢhur 
bazarları  beynəlxalq  ticarət  həyatında  mühüm  rol  oynamaqla  bərabər,  Ģəhərlərin, 
həmçinin  bölgənin,  inkiĢafında  xüsusi  rol  oynayırdı  (Q.  Ə.  Hacıyev.  Bərdə 
Ģəhərinin tarixi (b. e. ə. III əsr – b. e. XVIII əsri). Bakı, 2000, 320 s.).
 
Ərəb  xilafəti  parçalandıqdan  sonra  Qarabağ  ərazisində  (Yuxarı 
Qarabağda)  Sünik  və  Arsax-Xaçın  knyazlıqları  yarandı.  Xaçın  knyazlığı  dövrün 
narrativ və epiqrafik abidələrində “Albaniya hökmdarı” Mehranilər soyuna mənsub 
olan  Həsən  Cəlalın  dövründə  (1215  –  1261)  yüksək  inkiĢaf  mərhələsinə  çatdı. 
Alban memarlığının ən mühüm əsərlərindən olan Gəncəsər (Qanzasar) məbədi də 
onun zamanında tikildi. 
Qarabağ  XII  əsrin  birinci  rübündən  Azərbaycan  Atabəyləri  dövlətinin 
tərkibinə  daxil  idi  (Mxitar  QoĢ.  Alban  salnaməsi.  Bakı,  Elm,  1993,  s..250; 
Bünyadov Z. M. Azərbaycan Atabəyləri dövləti (1136 – 1225-ci illər), Bakı, 1984, 
s.  15).  Belə  ki,  1136-cı  ildə  Səlcuq  sultanı  Məsud  Aranı  iqta  kimi  atabəy 
ġəmsəddin Eldənizə bağıĢlamıĢdı. Ġqamətgahı Qarabağda yerləĢən Eldəgiz, tezliklə 
yerli  əmirləri  öz  tərəfinə  çəkdi,  sultan  xidmət  asılılığından  çıxdı,  tədricən  bütün 
Azərbaycana  yiyələndi  (Mxitar  QoĢ.  Alban  salnaməsi.  Bakı,  1993,  s.  250;  Ал-
Хусайни. Ахбар ад-даулат ас-Селдьукиййа (Зубдат ат-таварих). Перевод З. М. 
Бунядова. М., 1980, с. 144). 
Qarabağ  XIII  əsrin  əvvəllərində  monqolların  hücumu  zamanı  xeyli  zərər 
çəkmiĢdir,  Ģəhərləri  dağıdılmıĢ,  əhalisi  qırğına  məruz  qalmıĢdır  (Fazlullax  RaĢid 
ad-Din. Göstərilən əsəri, s. 28; Киракос Ганзакетси. История, с. 167; Azərbaycan 
tarixi üzrə qaynaqlar, s. 137 – 145). 
1259-cu  ildə  Hülakü  xanın  əmri  ilə  monqol  ordusu  Arqunun  baĢçılığı 
altında Qarabağı tutub Hülaküləri itaətə məcbur etmiĢdir (Fazlullax RaĢid ad-Din. 
Göstərilən  əsəri;  Пириев    В.  З.  Об  исторической  географии,...  с.  69;  Gəncə 
(tarixi oçerk), s. 22). 
XIV əsrin əvvəllərindən etibarən Azərbaycan uzun müddət Qızıl Orda ilə 
Hülakülər arasında döyüĢ meydanı olmuĢdur (Piriyev V. Z. Azərbaycan Hülakülər 
dövlətinin tənəzzülü dövründə. Bakı, Elm, 1978, 160 s.). 
XIV  əsrin  sonlarında  Qarsı,  Tiflisi,  ġəkini  fəth  etmiĢ  Teymur  Qarabağa 
daxil  oldu.  Qarabağın  da  tərkibinə  daxil  olduğu  Cəlairlər  dövləti  Teymurun 
hücumları  nəticəsində  süquta  uğradı.  XV  əsrdə  Qarabağ  Teymurilərlə 
qaraqoyunluların  müharibə  meydanına  çevrildi.  1408-ci  ildə  Azərbaycanda 
Teymurilərin  hakimiyyətinə  son  qoyuldu.  1410-cu  ildə  Qaraqoyunlu  Azərbaycan 
dövləti
 
yarandı.  Onun  tərkibinə  Qarabağ,  Cənubi  Azərbaycan,  Ərəb  Ġraqı  daxil 
oldu  (Mahmudov  Y.  M.
 
Osmanlı  Türkiyəsinin  xarici  siyasəti  və  Ağqoyunlu-
Venesiya münasibətləri. Bakı, 1970). 


1410-cu ildən etibarən Qarabağ da daxil olmaqla Kürdən cənuba yerləĢən 
Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı. 
1467-ci  ildə  Qaraqoyunlular  və  Ağqoyunlular  arasında  baĢ  vermiĢ 
döyüĢdən  sonra  Qaraqoyunlu  dövləti  süqut  etdi  və  Ağqoyunlu  dövlətinin  əsası 
qoyuldu. Ağqoyunlu tayfa birliyi hələ erkən orta əsrlərin baĢlanğıcından, bəlkə də 
əvvəl  Cənubi  Qafqazda,  baĢlıca  olaraq  Qafqaz  dağları  ilə  Araz  çayı  arasındakı 
ərazidə,  o  cümlədən  Qarabağda,  Göyçə  gölü  ətrafındakı  torpaqlarda,  Alagöz 
yaylaqlarında  və  baĢqa  yerlərdə  yaĢayırdılar.  Ağqoyunluların  ön  dəstələri 
Azərbaycanın Cənub rayonları, ġərqi Anadolu, Qərbi Ġran, Dəclə və Fərat vadiləri 
də daxil olmaqla çox geniĢ ərazidə yayılmıĢdı. 
XV  əsrdə  Qarabağın  hakimi  olmuĢ  əmir  Yar  Əhməd  Qaraman  1496-cı 
ildə  Azərbaycana  hücum  etdi  və  hakimiyyəti  ələ  aldı  (Фазлуллах  ибн  Рузбихан 
Xундьи. Тарих-и алам-ара-и амини. Пер. с англ. На русский Т. А. Минорской. 
Баку, Элм, 172 с, с. 24; Петрушевский И. П. Очерки по истории феодальных 
отношений в Азербайджане и.., Л., Наука, 1949, 382 с., с. 163). Hüseynəli Tərxan 
Yar Əhmədi padĢah  elan  etdi  və  onun  adına pul  kəsdirdi. Həmin pullar Bərdədə  kəsilirdi 
(Пахомов Е.А. Монетные клады Азербайджана и других республик, краев и областей 
Кавказа, вып. Ы. Баку, Изд. АН Азерб. ССР, 1957, с. 34-95, с. 28). 
XVI  əsrin  baĢlanğıcında  (1501-ci  ildə)  I  ġah  Ġsmayılın  baĢçılığı  altında  olan 
Azərbaycan  Səfəvilər  dövləti  yaranmıĢ  və  Azərbaycan  əraziləri  bu  dövlət  ətrafında 
birləĢdirilmiĢdi
 
(Mahmudov Y. M. Azərbaycan diplomatiyası (XV-XVII yüzilliklər). 
Bakı,  1996;  Əfəndiyev  O.  Ə.  Azərbaycan  Səfəvilər  dövləti,  s.  33;  Fərzəliyev  ġ.  F. 
Azərbaycan  XV-XVI  əsrlərdə,  s.  113;  Onullahi  S.  M.  XIII  -  XVIII  əsrlərdə  Təbriz 
Ģəhərinin tarixi; Жюзe. Выдержки переводов по Азербайджану, с. 26).
 
XVI əsrin sonlarında Osmanlı sullanı III Muradın (1574-1594) vaxtında 1578-ci 
ildə  Mustafa  paĢa  Azərbaycanı  tutarkən  Fərhad  paĢa  Gürcüstandan  keçərək  Qarabağa 
daxil  olmuĢ,  Osmanlı  hərbi  hissələrini  burada  yerləĢdirmiĢdir  (Mahmudov  Y.  M. 
Azərbaycan  diplomatiyası  (XV-XVII  yüzilliklər).  Bakı,  1996;  Əfəndiyev  O.  Ə. 
Azərbaycan Səfəvilər dövləti, s. 178). 
Qarabağ bəylərbəyiliyinin tərkibinə XVII əsrdən XVIII əsrin əvvəlinə qədər 
aĢağıdakı rayonlar daxil idi: Astabad, CavanĢir, BərgüĢad, Qazax, ġəmĢədil (Gəncə-
Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı, 2000, 576 s.). 
Beləliklə,  Qarabağ  əvvəllərdə  olduğu  kimi  VIII-XVII  əsrlərdə  də 
Azərbaycanın  ayrılmaz  hissəsi  olmuĢ,  Xilafətdən  sonra  yaranmıĢ  Sacilər,  Salarilər, 
ġəddadilər,  Eldəgəzlər,  Elxanilər  (Hülakülər),  Qaraqoyunlular,  Ağqoyunlular, 
Səfəvilər,  Osmanlılar  kimi  türk  hakimlərin  idarə  etdikləri  dövlətlərin  tərkibində 
olmuĢdur. Qarabağ əhalisinin əsas, aparıcı hissəsini türk tayfaları təĢkil etmiĢdir. 
 
 
 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə