Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

öz ailə və qohumlarını, əyanları qalaya köçürtdü. Bundan əlavə ətraf kəndlərin əhalisi, 
habelə Təbriz, Ərdəbil vilayətlərinin bir çox sənətkarları öz ailələri ilə birlikdə gəlib 
Bayat qalasında yerləĢdilər. 
Pənah  xanın  Qarabağda  Ģöhrət  qazanmasını  görən  ġəki  və  ġirvan  xanları 
təĢviĢə  düĢərək  Pənah  xana  qarĢı  hərbi  ittifaq  bağladılar.  ġəki  xanı  Hacı  Çələbi, 
ġirvan xanlığından qüvvə alıb Bayat qalasını mühasirəyə alsa da, qalanı ala bilmədi. 
Müttəfiqlər böyük itki verərək geri çəkildilər. Tarixçi Mirzə Camalın dediyinə görə 
Hacı Çələbi xan geri qayıdaraq demiĢdi: “Pənah xan bir xan idi. Biz gəldik, onunla 
dava elədik və bir iĢ də görə bilmədik. Biz indi onu Ģah edib qayıdırıq”. 
Pənah xan ona qarĢı olan arası kəsilməyən hücumları nəzərə alaraq, xanlığın 
mərkəzini  strateji  cəhətdən  Bayat  qalasından  möhkəm  olan  ġahbulaq  (Ağdam 
yaxınlığında)  adlanan  уerə  köçürtdü.  Pənah  xan  xanlıq  mərkəzini  ġahbulağa 
köçürtdükdən  sonra  bir  neçə  il  Xaçın  məlikləri  ilə  mübarizə  etməli  oldu.  Xaçın 
məliki  yerli  feodallarla birləĢib Qarabağ xanı ilə  müharibəyə baĢladılar. Pənah xan 
bu dəfə də düĢmənə ağır zərbə vurub, onları özünə tabe etdi. 
Bu qələbədən sonra Pənah xanın Ģöhrəti hər yana yayıldı. ġəki, ġirvan, Gəncə, 
Ġrəvan,  Naxçıvan,  Təbriz  və  Qaradağ  xanlıqları  Pənah  xanın  yanına  elçi  göndərib 
onunla dost və müttəfıq olmaq istədiklərini bildirdilər. 
Pənah xana öz xanlığını idarə etmək və xarici düĢmənlərin hücumlarından 
qorunmaq üçün həmiĢəlik olaraq möhkəm bir qala, mərkəz lazım idi. Belə bir qala 
yeri  tapmaq  üçün  xanın  bir  neçə  nəfər  bilici  və  məlumatlı  adamı  dağ  silsilələrini 
gəzib indiki ġuĢa Ģəhərinin yerləĢdiyi yeri tapırlar. О zaman bu yer meĢə ilə örtülü 
idi. Pənah xan öz yaxın adamları ilə təcili olaraq bura gəlir, meĢənin ətrafını gəzərək 
üç tərəfdən möhkəm sıldırım qayalarla əhatə olunduğunu görür. Bu sıldırım qayalar 
müdafiə üçün çox əlveriĢli olub möhkəm və keçilməz təbii səngər idi. Xan təzə yerlə 
tanıĢ olub hasarın çəkilməsi iĢinə sərəncam verir. 
Beləliklə,  1750-ci  ildə  Qarabağın  ən  səfalı  guĢəsində,  uca  dağ  qoynunda 
yeni  qalanın  bünövrəsi  qoyuldu.  Pənah  xan  Təbriz,  Ərdəbil  və  baĢqa  Ģəhərlərdən 
məĢhur  ustalar (bənnalar)  gətirtdirdi və  hasarın içərisində  yeni binalar  və özü  üçün 
saray  tikdirdi.  Xan  qalanın  Ģimal  və  Ģərq  hissəsini  yüksək  hasar  ilə  əhatə  etdirdi. 
Hündür bürclər qoydurdu.
 
Qalanın “Ġrəvan” və “Gəncə” adlı iki möhkəm qapısı var 
idi (əvvəlcə 4 qapı olub). Pənah xan Qarabağın Seyidli, Çuxurməhəllə, Köçərli, Saatlı, 
Merdinli,  Qurdlar,  Culfalar  və  baĢqa  kəndlərindən  əhalinin  bir  hissəsini  qalaya 
topladı.  Yerli  əhali  yeni  salınmıĢ  Ģəhəri  Pənah  xanın  Ģərəfinə  olaraq  “Pənahabad” 
adlandırdılar.  Feodal  ara  müharibələri  dövründə  ġuĢa  bir  neçə  dəfə  möhkəmlik 
sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan 
Qacar  (l757),  Fətəli  xan  ƏfĢar,  Ağa  Məhəmməd  Ģah  Qacar  (1795)  onu  ala 
bilməmiĢdilər. 
Pənah  xanın  hakimiyyəti  illərində  onun  səyi  və  qayğısı  nəticəsində 
Pənahabad (ġuĢa) Ģəhəri böyük bir ticarət mərkəzi oldu. ġəhərdə tikinti iĢləri sürətlə 
geniĢlənirdi. ġəhərdə əhalini su ilə təmin etmək üçün bir neçə quyu qazıldı. ġəhərdə 


bazar meydançası, məscid, hamam, mədrəsə və s. inĢa edilmiĢdi. XVIII əsrin sonu və 
XIX əsrin əvvəllərində ġuĢada olmuĢ səyyahların verdiyi məlumatlara görə о zaman 
Ģəhərdə  2  minə  qədər  ev  və  10  mindən  yuxarı  adam  yaĢayırdı.  Yeni  salınmıĢ 
Ģəhərdəki tikinti iĢləri, xüsusilə meydançalar, evlər və küçələr, Azərbaycanın Bərdə, 
Gəncə, ġamaxı kimi qədim Ģəhərlərindəkindən seçilirdi. ġuĢanın küçələri nisbətən geniĢ, 
evlərin damı isə baĢqa müsəlman Ģəhərlərinin evləri kimi yastı deyil, bucaq Ģəklində 
idi. 
Pənah  xanın  ölümündən  sonra  onun  oğlu  Ġbrahimxəlil  xan  1760-cı  ildən 
1806-cı ilədək Qarabağın hakimi oldu. Ġbrahim xan öz dövrünün bacarıqlı və siyasətcil 
dövlət xadimlərindən biri idi. Onun dövründə Qarabağ xanlığı daha da gücləndi. Onun 
nüfuzu  və  hökmü  Naxçıvan,  Gəncə,  ġəki,  ġirvan  və  Azərbaycanın  bir  sıra  cənub 
xanlıqlarına da yayılmıĢdı. (Firidun ġuĢinski. “ġuĢa”. Bakı. Gənclik. 1998) 
XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız 
ġuĢada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təĢkil edirdi. 
1823-cü  ilə  aid  statistik  məlumatlardan  aydın  olur  ki,  bu  dövrdə
 
Qarabağ 
xanlığında  yaĢayan 20035 ailədən 15729-nu  azərbaycanlı, 4366-nı isə  xristian  (alban 
mənĢəli) ailələri təĢkil edirdi. 
Göründüyü  kimi,  XIX  əsrin  əvvəllərinə  qədər  Qarabağda,  о  cümlədən 
ġuĢada yaĢayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar (türklər) təĢkil edirdi. 
Rusiya  ilə  Qarabağ  xanlığı  arasında  4  may  1805-ci  il  Kürəkçау  müqaviləsinin 
imzalanması  ilə  Rus  imperiyasının  tərkibinə  daxil  olan  Qarabağ  ərazilərinin 
xristianlaĢdırılması siyasətinin əsası qoyuldu. Bölgədə alban mənĢəli xristian əhalinin 
erməniləĢmə  prosesinin  baĢa  çatması  və  ermənilərin  (hayların)  sayının  sürətlə 
artması Rusiyanın 1828-ci ildə Qacarlarla (Ġranla) Türkmənçay və 1829-cu ildə isə 
Osmanlı  Türkiyəsi  ilə  imzaladığı  Ədirnə  müqavilələrindən  sonra baĢ  verdi.  Cənubi 
Qafqazın iĢğalını baĢa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək 
üçün  ermənilərdən  istifadə  etmək  qərarına  gəldi.  Adları  çəkilən  müqavilələrin 
Ģərtlərinə  əsasən  ermənilərin  Ġrandan  və  Osmanlı  Türkiyəsindən  Cənubi  Qafqaza, 
əsasən  tarixi  Azərbaycan  torpaqlarına  (Qarabağ,  Ġrəvan,  Zəngəzur,  Göyçə  və  s.) 
köçürülməsinə  baĢlanıldı.  Məhz  bu  kütləvi  köçürmələrin  nəticəsi  idi  ki,  
Türkmənçay  müqaviləsindən  keçən  illər  ərzində  Cənubi  Qafqazda  ermənilərin 
sayı,  təxminən  4,5  dəfə  artmıĢdı.  Köçürmə  siyasəti  nəticəsində  azərbaycanlıların 
(türklərin) sayı 64,8%-ə endi, ermənilərin sayı isə 34,8%-ə qalxdı. Rus qafqazĢünası 
N.  ġavrov  yazırdı  ki,  “XX  əsrin  əvvəllərində  Cənubi  Qafqazda  yaĢayan  1,3  milyon 
erməninin 1 milyonu gəlmədir”. 
Məhz  xristianlaĢdırma  siyasəti  və  müstəmləkə  zülmü  üsyana  gətirib 
çıxartdı. 1826-cı ildə ġuĢada Hacı Ağalar xan xalqı ruslara qarĢı üsyana qaldırdı. Qacar 
Ģahzadəsi Abbas Mirzə köməyə gəlsə də bu üsyan uğur qazanmadı. Ümumiyyətlə bu 
üsyan bu günümüzə qədər dəqiq araĢdırılmayıb. 
Rusiya  müstəmləkə  hakimiyyəti  dövründə  də  ġuĢa  bütün  Qarabağ 
regionunun inzibati və iqtisadi mərkəzi olmuĢ və inkiĢaf etmiĢdir. Rusiyanın Cənubi 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə