Sadə kompüter qrafikası proqramları



Yüklə 0,81 Mb.
səhifə3/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1647085990

Skaner və ya kamera (Skanner or camera) istinadı seçiləndən sonra ekrana qurğunu seçməyə imkan verən dialoq açılır.

Lazım olan qurğunu seçəndən sonra OK düyməsini sıxmaq lazımdır. Təsvirləri almağa imkan verən usta işə qoşulacaq. Təsvirləri almaq üçün skaner seçiləndə ekranda seçilən skaner modelinin adı görünür. Təsvir vərəqini skanerin şüşəsinin altına qoyub Davam et (Next) düyməsini sıxmaq lazımdır. Avtomatik skanerləşdirmə həyata keçiriləcək və nəticə dialoqun sağ tərəfində görünəcək. Dialoqun sol tərəfində yerləşən dəyişdiricilərin (açarların) köməyi ilə alınan təsvir üçün parametrlər seçilə bilər. Əlavə tənzimləmələr istinadının köməyi ilə dəqiq skanerləşdirmə parametləri dialoqunu açmaq olar. İstifadəçi bu dialoqda skanerləşdirmə ilə əlaqədar parlaqlığı və kontrastlığı tənzimləyə bilər və buraxılışı (həlli) göstərə bilər.

Tənzimləməni həyata keçirəndən sonra əvvəlki dialoqa qayıtmaq üçün OK düməsini sıxmaq lazımdır. Sonuncu dialoqa keçmək üçün Davam et (Next) düyməsini sıxmaq lazımdır. Bu dialoqda təsvir faylının saxlanması üçün yer seçilir, faylın adı daxil edilir və formatı seçilir.

Faylı saxlamaq üçün əlvə parametrlərin tənzimlənməsi üçün dialoqdakı uyğun istinaddan istifadə edilir. Dialoqdakı sahələrə lazım olan qiymətləri daxil edəndən sonra Hazırdır (Ready) düyməsini sıxmaq lazımdır. Bundan sonra skanerləşdirmənin əsas proseduruna başlanır. Skanerləşdirmə vaxtı ekrana skanerləşdirmənin gedişini əks etdirən dialoq açılır. Skanerləşdirmə qurtarandan sonra dialoq bağlanır, seçilən qovluqda sknerləşdirilmiş təsvirdən ibarət olan yeni qrafik fayl əmələ gəlir.

Təsvirlərin alınması üçün rəqəmsal kamera seçiləndə kameranın yaddaşında yerləşən fotoların hamısının kiçik eskizləri əks etdirilən pəncərə açılır. Fotoşəkillərdən birini seçəndən sonra pəncərədəki Almaq (Get picture) düyməsini sıxmaq lazımdır. Dialoqdan istifadə etməklə kameranın yaddaşında yerləşən fotoşəkillərlə bağlı bir sıra əlavə məlumatlar (məsələn, şəkilin çəkilmə tarixini və vaxtını) da əldə etmək olar. Bundan ötrü əvvəlcə istifadəçini maraqlandıran fotoşəkli ayırıb göstəricini uyğun istinadın üzərinə gətirib sol deyməni sıxmaq lazımdır. Yeni şəkillər çəkə bilmək məqsədi ilə kameranın yaddaşını təmizləmək də olar. Alınan təsviri skanerlə işləyəndə istifadə edilən qayda ilə lazım olan qovluğa yerləşdirmək olar.

Qovluqda yerləşən ixtiyari təsvirə ayrıca pəncərədə baxmaq üçün mause-un sol dyməsini ikiqat sıxmaqla çağrılan sadə proqramdan istifadə etmək olar. Bu zaman ekrana cari qrafik fayl yerləşən pəncərə açılır.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə