Sadə kompüter qrafikası proqramları


Təsvirlərlə iş üçün printerlər



Yüklə 0,81 Mb.
səhifə14/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   ...   8   9   10   11   12   13   14   15   16
UNEC 1647085990

5.4.6. Təsvirlərlə iş üçün printerlər.

Təsvirlərlə iş prosesində printerdən həmişə istifadə edilir. Çap keyfiyyəti aşağı olduğuna görə qrafika materiallarının çap edilməsi üçün matris printerlərdən demək olar ki, istifadə edilmir. Bu məqsədlə lazer printerlərdən istifadə etmək də bir o qədər münasib hesab edilmir. Lazer printerlərdən ağ-qara təsvirlərin və ya təsvirlərin ilkin variantlarının şap edilməsi üçün istifadə etmək daha yaxşıdır. Qrafika üçün rəngli lazer printerlərdən itifadə etmək olar. Qrafik materialların çap edilməsi üçün ən yaxşı variant sublimasiya printerlərindən istifadə etməkdir. Bu tip printerlərdə bərk çernildən istifadə edilir və çap ofset texnologiyası ilə həyata keşirilir. Qrafik materialların çap edilməsi üçün şırnaq printerlərdən də istifadə edilə bilər.

Canon firmasında istehsal edilən şırnaq printerlər kiçik ölçülərə və qənaətbəxş çap keyfiyyətinə malik olması ilə fərqlənir. Orta qiymət kateqoriyasına aid edilən EpsonHewlett Packard firmasının şırnaq printerləri əla təsvirlər almağa imkan verir. Bu sırada Epson Stylus seriyasına aid olan printerlər xüsusilə fərqlənir. Hewlett Packard firmasının printerləri üçün onlara xidmət göstərimləsi ilə baglı tələblər az olsa da onlarla çap edilən materialların keyfiyyəti də nisbətən aşağı olur.

Real yüksək keyfiyyətli təsvirlərin əldə edilməsi üçün fotoqrafiya keyfiyyətinə malik printerlərdən istifadə edilir. Daha yaxşı rəng ötürmənin təmin edilməsi üçün belə printerlərin mükəmməl modellərində yeddi müxtəlif rəngli çernildən, daha sadə modellərində isə dörd rəngli çernildən istifadə edilir. Belə printerlər arasında Epson Stylus Photo seriyasına aid olan printerlər lider hesab edilir.

Lazer və şırnaq printerlərdə çap işini yerinə yetirmək üçün özü yapışan materiallar və təsvirləri parçaya köçürmək üçün istifadə edilən materiallar buraxılır.

3D-printerlər – virtual 3D-model əsasında fiziki obyektləri yaradan qurğulara deyilir. 3D-çap müxtəlif üsullarla və materiallardan istifadə edilməklə həyata keçirilir. Lakin bu üsulların hamısının əsasında bərk obyektin qatlarla (fırlanma) ilə yaradılması prinsipi durur.

3D-çap üçün iki prinsipial texnologiyadan istifadə edilir: lazer və şırnaq.

Lazer texnologiyanın aşağıdakı üsullarından istifadə edilir:



Lazer çap – texnologiyasında ya ultrabənövçəyi lazerlə maye fotopolimer piksel bə piksel işıqlandırılır, ya da fotopolimer ultrabənövşəyi lampa ilə hər təzə qata görə dəyişən fotoşablon vasitəsilə işıqlandırılır. Nəticədə maye fotopolimer bərkiyir və kifayət qədər möhkəm plastikə çevrilir.

Lazer bişirmə – texnologiyasında lazer şüası ilə tezəriyən plastik tozda yaradılan detalın konturunu qat ba qat yandırır. Bundan sonra artıq qalan plastik toz hazır detaldan kənarlaşdırılır.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə