Sadə kompüter qrafikası proqramları


Imaging – təsvirlərlə iş proqramı



Yüklə 0,81 Mb.
səhifə6/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1647085990

    Bu səhifədəki naviqasiya:
  • Imaging
5.4. Imaging – təsvirlərlə iş proqramı

Imaging programı qrafik obyektlərlə işləmək üçün nəzərdə tutulmuşdur. Bu proqram təsvirləri skanerləşdirməyə və saxlamağa, bir neçə səhifəlik təsvrlərlə faksmil məlumatlar yaratmağa və onlara baxmağa, yaradılmış faksmil məlumatları AWD formatında ötürməyə, təsvirləri bir sıra formatlardan TIF və BMP formatlara çevirməyə, təsvirin məzmununa şərhlər əlavə etməyə imkan verir.



Imaging proqramının interfeysi.

Imaging proqramı müxtəlif təsvirlərlə işləmək üçün nəzərdə tutulmuşdur. Windows-da təsvir deyəndə adətən skanerlə rəqəm formasına çevrilmiş fotoqrafiya, təsvir və ya mətn sənədi nəzərdə tutulur.

Təsvirlərə baxmaq üçün proqram onları müxtəlif tip qrafik sənədlərdən yükləyir və ya onları birbaşa skanerdən və rəqəmlal fotokameradan alır. Bu proqram bir neçə səhifədən ibarət olan qrfik fayllarla işləyə bilir. Bir neçə səhifədən ibarət olan grafik sənəd fayllarında hər bir təsvir ayrıca bir qrafik səhifədə saxlanır.

Proqram bir sıra populyar qrafik formatları himayə edir. TIFF,JPEG və BMP formatlarında olan fayllarla işləyə bilir. Çoxsəhifəli sənədlər təkcə TIFF formatında himayə edilir.

Proqram pəncərəsinin mərkəzində təsvirlərə baxmaq və onları redaktə etmək üçün nəzərdə tutulan işçi oblast yerləşir. İxtiyari təsvirə xətlərdən, əyrilərdən, markerlərdən mətnlərdən və sair elementlərdən ibarət olan qeydlər əlavə etmək olar. Windows-un mübadilə buferindən də təsvir əlavə etmək mümkündür. təsvirlərin döndərilməsi də mümkündür. Bu skanerdən və rəqəmsal fotokameradan daxil edilən təsvirlər üçün çox münasibdir.

Yeni qeydlər aparılacaq təzə fayl yaratmaq üçün alətlər lövhəsindəki yeni sənəd yaradan düyməni sıxmaq lazımdır. Ekrana bir neçə vərəqdən ibarət olan dialoq açılır və istifadəçiyə yaradılacaq qrafik faylın parametrlərinin şərh edilməsi təklif edilir. Dialoqun birinci vərəqində faylın tipi müəyyən edilir. Çoxsəhifəli sənəd yaratmaq və qeydləri istənilən vaxt redaktə etməyin mümkün olması üçün TIFF formatını seşmək lazımdır. Lakin proqramların heç də namısı qeydləri olan çoxsəhifəli sənədlərlə düzgün işləyə bilmir. Yaradılan təsvirlərdən digər programlarda da istifadə ediləcəkcə Windows-un standart qrafik formatı olan BMP formatından istifadə etmək daha yaxşırır. Təsvirləri internet üçün hazırlayanda və ya diskdə yerə qənaət etmək lazım gələndə JPG formatını seçmək lazımdır. bu zaman nəzərə almaq lazımdır ki, faylın həcminin kiçik olması onun keyfiyyətinin itməsi ilə bağlı olur, ona görə də keyfiyyət həlledici olan variantda bu formatdan istifadə etmək məsləhət deyil.

İxtiyari qrafik formatda fərqli sayda rənglərdən istifadə edilə bilər. Yeni təsvirin rəng palitrasını seçmək üçün dialoqun ikinci vərəqindən istifadə edilir. Təsvirdə rənglərin sayı nə qədər çox olsa təsvir yaddaşda və diskdə bir o qədər çox yer tutacaq. BMP formatında ağ-qara, 256 rəngli, True Color təsvirlərdən istifadə edilə bilər. JPG təsvirlər isə təkcə boz və True Color rənglərdən ibarət ola bilər.

Diskdə az yer tutması üçün təsvirləri sıxırlar.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə