Sadə kompüter qrafikası proqramları



Yüklə 0,81 Mb.
səhifə4/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1647085990

3.3. Paint qrfik redaktoru.

Windows əməliyyat sisreminə sadə təsvirlərin yaradılması və redaktə edilməsi üçün nəzərdə tutulan Paint qrafik rüdaktoru daxil edilmişdir. Alətlər lövhəsi proqram pəncərəsinin sol tərəfində şaquli istiqamətdə (yeni versiyalarda pəncərənin yuxarı hissəsində) yerləşir. Pəncərənin mərkəzində rəsm çəkmək üçün nəzərdə tutulan işçi oblast yerləşir. Rəng seçmək üçün istifadə edilən palitra işçi pəncərənin altında (bəzi versiyalarda pəncərənin yuxarı hissəsində) yerləşir.

Bu proqramdan istifadə ilə səkil çəkmək üçün mause-dan, karandaşla kağız üzərində şəkil çəkəndə olduğu kimi istifadə edilir. Aləti seçəndən sonra mause-un sol düyməsini sıxıb, mause-u hərəkət etdirəndə, ekranda mause-un hərəkətinin izi qalır.

Bu proqramdan istifadə etməklə rəsm çəkmək üçün karandaş, fırça və çiləyicidən istifadə etmək olar. Həndəsi fiqurların qurulmasını asanlaşdırmaq üçün nəzərdə tutulan əlavə alətlərdən istifadə etməklə ellips, düzbucaqlı və s. kimi fiqurları rahatlıqla qurmaq olar. Təsvirin seçilmiş oblastlarını rəngləmək üçün doldurma alətindən istifadə edilir.

Lastik (pozan) alətimdən təsvin müəyyən hissələrini pozmaq üçün istifadə edilir.



Paint qrafik redaktorunun proqram pəncərəsi

Paint qrafik redaktoru fırçanın 4 variantını (yumru, kvadrat və iki xətti) təklif edir. Sonuncu iki variant konturunun qalınlığı fırçanın mailliyindən ası olan kolliqrafik təsvir elementlərinin yaradılması üçün tətbiq edilir. Fırçanın hər variantı üçün üç ölçü (iri, orta və xırda) təklif edilir. Fırça aləti ilə rəsm çəkmək üçün istifadəçiyə cəmi 12 variant təklif edilir.





Alətlərin seçilməsi variantları

Orta ölçüyə malik yumru fırçadan daha çox istifadə edilir.

Karandaş aləti ilə həmişə nazik xətt çəkmək mümkündür. Karandaş aləti üçün qrifelin formasını seçmək mümkün deyil.

Təsvirin müəyyən hissələrini pozmaq üçün lastıkik müxtəlif ölçüllərindən istifadə etmək olar. Lastik alətindən istifadə prinsip etibarilə digər alətlərdən istifadədən heç nə ilə fərqlənmir.

Paint qrafik redaktoru ilə həm ağ-qara, həm də rəngli təsvirlər yaratmaq olar. Bundan ötrü proqram pəncərəsinin aşağı hissəsində daha geniş yayılmış 28 rəngdən ibarət olan palitra yerləşir.



Rənglər palitrası

Palitradakı rəngləri dəyişdirmək də olar. Bundan ötrü Palitra menyusundan Palitranı dəyiş əmrindən istifadə edilir. Palitradakı ərnglərdən ixtiyari birini dəyişmək üçün rəngin üzərində sol düyməni ikiqat sıxmaq lazımdır. Ekrana rəngi seçməyə imkan verən dialoq açılacaq. Bu dialoqda istifadəçiyə 48 əsas rəng təklif edilir. Təklif edilən rənglərdən birini seçib, OK düyməsini sıxmaq lazımdır. Paint proqramı ilə iş başa çatandan sonra palitrada yerinə yetirilən dəyişikliklər itəcək və proqram növbəti dəfə yüklənəndə istifadəçiyə yenidən standart palitra təklif ediləcək.





Rəng seçmək üçün əlavə imkanlar.

Bu proqramla tamamilə qeyri-adi rəng almaq üçün Palitranın dəyişdirilməsi dialoqundakı Rəngi təyin et düyməsini sıxmaq lazımdır. Dialoqda əlavə sahələr meydana gələcək. Böyük sahədə mause-un sol düyməsini sıxmaqla rəng və onun çaları seçilir. Dialoqun sağ tərəfində yerləşən şaquli şkala üzərindəki sürüngəcin köməyi ilə seçilmiş çaların parlaqlığı verilir. Rəngi uyğun sahələrə qiymətləri daxil etməklə də müəyyən etmək olar. OK düyməsi sıxılandan sonra qrafik redaktopun palitrasındakı rəng dəyişiləcək.

Palitradan rəng seçmək üçün rəngin üzərində sol düyməni sıxmag kifayətdir. Seçilən rəng palitranın sol tərəfində yerləşən kvadratlardan birində əks olunacaq. İkinci kvadratda əlavə rəng əks etdirilir. Palitradan əlavə rəngi seçmək üçün sağ düymədən istifadə edilir. Əlavə rəngi çox vaxt fon rəngi adlandırırlar.

Fon rəngi ilə rəsm çəkmək üçün rəsm alətini seçəndən sonra sol düymə əvəzinə sağ düymədən istifadə etmək lazımdır.

Qapalı oblastı bircins rənglə rəngləmək üçün doldurma alətimdən istifadə edilir.

Paint redaktoru ilə təsvirdə olan rəngdən istifadə etməklə rəsm çəkmək üçün pipetka alətindən istifadə edilir. Bundan ötrü pipetka alətini seçəndən sonra onu təsvirdəki ixtiyari rəngin üzərinə gətirib, soldyyməni sıxmaq lazımdır.Seçilən rəng rəng sahəsində əks olunacaq və istifadəçi həmin rənglə işləyə biləcəkdir.

Paint redaktorunda duz xətt və səlist əyri xətt qurmaq üçun nəzərdə tutulan alətlər mövcuddur. Ciddi üfqi, saquli və 45 dərəcəli bucaq altında düz xətlər qurmaq üçün Sift düyməsini sıxılmış vəziyyətdə saxlamaq lazımdır.



Fiqurları çəkmək üçün alətlərin variantları

Ellipslərin, düzbucaqlıların, küncləri yumru düzbucaqlıların, çoxbucaqlıların və s. yaradılması üçün Paint redaktorunda alətlər mövcuddur. Paint qrafik redaktorunda ixtiyari fiqur konturdan və kontur daxilindəki rənglənmiş oblastdan ibarət ola bilər. İstifadəçi təklif olunan müxtəlif variantları seçməklə təkcə konturdan, konturdan və rənglənmiş oblastdan yaxud rənglənmiş oblastdan ibarət olan fiqur yarada bilər.





Təkcə konturda, konturdan və rənglənmiş oblastdan və təkcə rəngli oblastdan ibarət olan fiqurlar.

İ xtiyari təsvirə istənilən sayda mətn fraqmenti əlavə etmək olar. Mətn aləti seçiləndən sonra alətlər lövhəsinin altında mətnin əlavə edilməsi xüsusiyyətinin seçilməsi üçün iki variant təklif edilir.

Paint redaktorunda ixtiyari mətn düzbucaqlı çərçivə ilə əlavə edilir. Birinci variant qeyri-şəffaf, ikinci variant isə şəffaf çərçivə təklif edir. Şəffaf çərçivədən istifadə ediləndə təsvirə təkcə daxil edilən simvollar əlavə edilir, qeyri-şəffaf çərçivədən istifadə ediləndə isə təsvirə mətnlə bahəm mətnin yerləşdiyi çərçivə də əlavə edilir. Qeyri şəffaf çərçivə seçiləndə fon kimi əlavə rəngdən istifadə edilir.

Paint redaktorunda daxil edilən mətnin şriftini, onun ölçüsünü və formasını seçmək imkanı mövcuddur.





Şriftin seçilməsi üçün istifadə edilən lövhə.

Mətnin formatlaşdırılması və redaktə edilməsi təkcə fraqmentlə iş başa çatana kimi yernə yetirilə bilər. Fraqmenti əhatə edən çərçivə itəndən sonra mətnlə işi davam etdirmək mümkün olmur. Ona görə ki, mətnin ətrafındakı çərçivə itəndən sonra mətn şəklə çevrilir.

Təsvirlər yaradılarkək bəzən bütöv fraqmentlərin yerinin dəyişdirilməsinə, bir yerdən başqa yerə köçürülməsinə və ya onun ləğv edilməsinə ehtiyac olur. Bundan ötrü ayırma vavitələrindən istifadə edilir. Alətlər lövhəsində təsvirdən fraqmenti ayırmaq üçün iki ayırma aləti mövcuddur. Bunlardan birincisi İxtiyari oblastı ayıran alət, ikincisi isə Ayırma aləti adlanır.

Ayrılan oblastın ətrafında yan tərəflərində kiçik düzbucaqllılar olan punktir çərçivə əmələ gəlir və bu çərçivə ayırma çərçivəsi adlanır. həmin çərçivə cari momentdə təsvirin hansı fraqmentinin ayrılmış olduğunu göstərir.



Ayırma çərçivəsi və onun markerləri

Ayrılmış oblastı təmizləmək, köçürmək, yerini dəyişmək olar.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə