Az rbaycan Respublikas T hsil
Nazirliyinin
я
ы я
24 12
2
2340 нюìряëè я
я
. .201 -ci il tarixli,
mri il
я
ø
t sdiq olunmu dur.
ISBN 978-9952-34- -
942 9
“ rq-Q rb” N riyyat Evind n r
“Video
kili i texnologiyas ” d rsliyind videoyaz formalar ,
Шя
я
яø
я яø оëунан
÷я
ø
ы
я
я
ы
ы
kinematoqrafiya, videokameradan istifad , i qland rma, r ng, s s, s syazman n keyfiyy ti haqq nda m lumat
я øы
ы
я
я я
ы
я
ы
я
verilir. D rslikd montaj, onun n vl ri, mikrofonlar, kamera il davran , ekspozisiya, akustik perspektiv,
я
я
ю я
я
ыø
s syazman n estetikas v s
haqq nda m lumat ld etm k olar.
я
ы
ы я
ы
я
я я
я
air
Äярсëèê èëê пеøя-èхтèсас тящсèëè ìöяссèсяëярèнèн øаэèрд вя ìöяëëèìëярè, щяì÷èнèн вèдео ÷яêèëèøè èëя ìарагëананëар
ö÷öн няçярдя тутуëìуøдур.
3
I FƏSİL
§1. Video haqqında ümumi məlumat
Videokamera təsviri və səsi maqnit lentinə köçürən, yaxud birbaşa efirə
verən çəkiliş aparatıdır. Vifdeokameranın stasionar (studiya üçün, təkərli, hid
ravlik qaldırıcı – ştativlərində) və mobil (çiyində, əldə işlətmək üçün) növləri
mövcuddur.
Videofilm kinolentə deyil, video lentinə çəkilən filmdir. Ötən əsrin 70ci
illərində TVdə yaranan videofilm kinofilmlərin əksər üslubi əlamətlərini əvəz
edib. Videofilmlərin janrları rəngarəngdir: bədii, elmikütləvi, sənədlipub li sis
tik, xronikal və s.
Elektrik siqnalına çevrilən təsvirin və səsin maqnit lentinə köçürülməsi vi
deomaqnit yazısıdır. Videomaqnit yazısı sayəsində film, proqram və s. ekran
əsər ləri kasetə yazılır.
Məişətdə işlədilən videoyazı sistemi VHS formatı (VİEYÇES) ən geniş
yayılmış videoyazı formatlarından biridir. Bu formatda ekranda görünən təs vi
rin maksimal dəqiqliyi 240260 xətt həddindədir.
Videoarayıcı çəkiliş obyektini müşahidə etmək və məkanın sərhədlərini
müəyyənləşdirmək (kadrları düzmək) üçün vasitədir; kinoçəkiliş aparatının
görüntü axtarıcı qurğusu; videokamera monitorudur (şəkil 1). Videoarayıcı,
əsasən çəkiliş zamanı kadrın sərhədlərinin müəyyənləşdirilməsinə, eləcə də
kinoçəkiliş prosesində müşahidə aparmağa xidmət edir. Çəkilən səhnənin
baxılması üçün videoarayıcıdan miniatür bir monitor kimi də istifadə edilir.
Monitordan görünən görüntülər və məlumatlar istifadəçiyə yardımçı olur.
Videoarayıcıya çox vaxt müxtəlif göstəricilər, oxlar, şkalalar və kinoaparatın işi
haqqında digər informasiyalar çatdırılır. Kinoçəkiliş aparatında üç tip
videoarayıcı tətbiq olunur: Qaliley tipli parallakslı, Kepler tipli parallakslı
və Kepler tipli güzgülü (yaxud ikitərəfli tuşlayıcı).
Şəkil 1. “Canon XF100E” peşəkar
videokamerası və onun videoarayıcısı
Şəkil 2. Elektron videoaxtarıcı
4
Videoda sürətli axtarış nöqtəsi – təsvirlərin videoda irəliyəgeriyə doğru
sürətli keçidi. Bu vəziyyətdə lentin sürəti normadan 7 dəfə çoxaldığı üçün səs
kəsilir və sürətli keçid anında ekranda xətlər yaranır.
§2.Videoyazı formatları
Videoyazı – 1) videomaqnitofon qurğusunun köməyi ilə ekranda göstə
rilmək və səsləndirilmək üçün təsvirin və səsin maqnit lentinə, yaxud optik dis
kə yazılması; 2) verilişin və ya çıxışın studiyada və ya studiyadankənar şərait
də maqnitofon lentinə yazılmasıdır.
Videomaqnit yazısı elektrik siqnallarına çevrilən təsvirin və səsin maqnit
lentinə köçürülməsidir. Videomaqnit yazısının
sayəsində film, proqram və ek ran əsərləri ka
se tə yazılır.
Videokaset videoyazı üçün maqnit lent i
olan kaset, yaxud maqnit lentində video fono
qramı olan kasetdir (şəkil 3).
Betakam (Betacam) – SONY firmasının
studiya və studiyadankənar videoistehsal,
eləcə də videojurnalistika üçün işləyib hazırladığı çağdaş videoyazılışı biçimli
formatıdır. Betakamda parlaqlıq və rəng siqnallarının yazılışı müxtəlif
videobaşlıqlı ayrıayrı videocığırlarda aparılır. Videolentin yuxarı hissəsində
səs siqnallarının yazılışı üçün iki köndələn cığır yerləşir. Lentin aşağı
hissəsində sinxronsiqnal və ünvanzaman kodunun cığırları yerləşir. Hər qoşa
video başlıqdan əvvəl fırlanan pozucu başlıq yerləşir ki, bu da videoyazılış
zamanı əlavə imkanlar açır. Bu cür başlığın olması artıq siqnalların olduğu
yerdə videoyazılışın davam etdirilməsinə imkan verir.
Betakam SX (Betacam-SX) SONY fir ma
sının rəqəmli videoyazılış formatıdır. İn
formasiya daşıyıcısı kimi düyünlü metal toz lu
lentlərdən istifadə olunur. Videosiqnalı sıxma
metodu – 10:1 təziyq əmsallı 4:2:2. Studio
Profile cihazıdır. Bu formatın avadanlığı mate
rialı yerindəcə montaj etməyə yüksək sürətlə,
keyfiyyətə xələl gətirmədən ötürməyə imkan
verir (şəkil 4). Betakam SX avadanlığı Betacam və Betakam SP aparatlarına
oxşardır. Birbaşa kameranın arxa panelində rəngi əks etdirmək qabiliyyəti bu
formatın əsas üstünlüklərindən biri sayılır.
Betakam SP (Betacam SP) metallaşdırılmış oksid lentindən istifadə im ka
nı olan videoyazılışın analoqu komponent formatıdır. Onun tərkibində zaman
Şəkil 3.
Şəkil 4. Betamax/Betacam
videokaseti