Sadə kompüter qrafikası proqramları


Paint proqramı ilə işləyərkən sonuncu yerinə yetirilmiş bir neçə əməliyyatı ləğv etmək üçün Ctrl+Z



Yüklə 0,81 Mb.
səhifə5/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1647085990

Paint proqramı ilə işləyərkən sonuncu yerinə yetirilmiş bir neçə əməliyyatı ləğv etmək üçün Ctrl+Z düymələr kombinasiyasından istifadə edilir. Ləğv deilmiş əməliyyatları geri gaytarmaq üçün Ctrl+Y düymələr kombinasiyasından istifadə edilir.

Təsvirin güzgü əksini almaq üçün və ya təsviri öz mərkəzi ətrafında müəyyən bucaq altında döndərmək üçün, Ctrl+R düymələr kombinasiyasından istifadə edilir. Bu zaman ekrana dialoq pəncərəsi açılır.





Əks etdirmə və döndərmənin sazlznması

Üfqi və şaquli istiqamətlər üzrə dartılma nisbətini dəyişdirmək, həmçinin təsviri əymək (meyllləndirmək) üçün Ctrl+W düyymələr kombiyasiyasından istifadə edilir. bu zaman ekrana dialoq pəncərəsi açılır. Dialoq pəncərəsindəki şəkillər təsvirdən seçilmiş fraqment üzərində hansı əməliyyatın yerinə yetiriləcəyini aydınlaşdırır. Fraqment üzərində dəyişikliyi yerinə yetirmək üçün uyğun sahələrə lazım olan qiymətləri daxil edib OK düyməsini sıxmaq lazımdır. Dialoq bağlanacaq və fraqment formasını dəyişəcək.





Dartılmanın və əyilmənin tnzimlənməsi.

Bəzən təsvirin neqativinin alınması lazım gəlir. Təsvirdəki rəngləri əks rənglərə çevirmək üçün Ctrl+I kombinasiyasından (və ya kontekst menyüdən əks rənglər əmrindən) istifadə edilir. Düymələr kombinasiyası təkrar sıxılanda rənglər əvvəlki vəziyyətinə qayıdır.

Bütövlükdə təsviri təmizləmək və onu əlavə rənglə rəngləmək üçün Ctrl+Shift+N düymələr kombinasiyasından istifadə edilir. Bu halda zəruri olan odur ki, təsvirdən heç bir fraqment seçilmiş olmasın.

Təsvirin atributlarını tənzimləmək üçün Ctrl+E düymələr kombinasiyasından istifadə edilir. Bu zaman ekrana Atributlar dialoqu açılır. Dialoqun yuxarı hissəsinə redaktə olynan təsvir haqqında vacib informasiya çıxır. Default düyməsi sıxılanda yeni təsvirlər verilmiş atributlarla saxlanır. Zəruri olan atributları daxil edib OK düyməsini sıxmaq lazımdır. Dialoq bağlanacaq və təsvirin atributları dəyişəcək.





Təsvirin atributlarının dıyişdirilməsi.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə