Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  verilən, öz sexinin məsrəflərini faktiki xərclərdən çıxaraq və qəbul edilənləri əlavə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə318/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   315   316   317   318   319   320   321   322   323

670 

verilən, öz sexinin məsrəflərini faktiki xərclərdən çıxaraq və qəbul edilənləri əlavə 

edərək  təşkilatın  əmtəəlik  buraxılışının  tərkibinə  daxil  olan  sexin  məhsullarının 

faktiki maya dəyərini hesablayırlar. 

6.3.

 

İstehsala məsrəflərin uçotu modeli və təsərrüfat 

fəaliyyətinin nəticələri 

Bazar  münasibətləri  daimi  istehsalat  fəaliyyətinin  idarəetmə  uçotuna  yeni 

tələbələr  irəli  sürür.  Uçotun  inkişafı  problemlərinin  həllinə  iki  cür  yanaşmanı 

ayırmaq olar. 

Birinci  yanaşma  məhsulların,  işlərin  və  xidmətlərin  hər  bir  növü  üzrə 

kalkulyasiyanm  və  məsrəflərə  nəzarət  sistemlərinin  təkmilləş-  dirilməsino 

yönəldilmişdir.  O  bütün  məsrəfləri  müstəqim  və  qeyri-  müstəqimə  bölməklə 

xarakterizə  olunur.  Məsrəflərin  uçot  sistemləri  tam  məsrəflərin  əks  etdirilməsini 

nəzərdə tuturlar. 

İkinci  yanaşma  -  məsrəflərin  idarə  edilməsi  sisteminin,  bazarın 

konyukturasmdan  və  digər  xarici  amillərdən  asılı  olaraq  idarəetmə  qərarlarının 

qəbul  edilməsi  metodikasının  təkmilləşdirilməsindən  ibarətdir,  O  məsrəflərin 

dəyişən  və  daimiyə  bölünməsi  ilə  xarakterizə  olunur.  Məsrəflərin  uçot  sistemləri 

qismən  məsrəflərin  uçotu  əsasında  buraxılan  hazır  məhsulların  həcmindən  və 

quruluşundan xərclərin asılı olaraq əks etdirilməsini nəzərdə tuturlar. 

Birinci yanaşma istehsala, ikinci isə bazara istiqamətlənib. Tam məsrəflərin 

uçotu  bazasında  sistemlər  yaradılıb:  nisbətən  fərdi  məsrəflərin  uçotu,  istehsalın 

amilləri üzrə məsrəflərin uçotu, məsrəflərin funksional uçotu, məsrəflərin quruluş 

uçotu, daimi bölüşdürülən məsrəflərin uçotu. 

Nisbi  fərdi  məsrəflərin  uçotu  -  variantı  zamanı  əmələ  gəlmə  yerləri, 

məsuliyyət mərkəzləri üzrə və hazır məhsula ancaq onlara bir başa aidiyyəti olan 

məsrəfləri aid edirlər. Bunun nəticəsində ümumi dolayı məsrəflər olmur və bütün 

xərclərə  müstəqim  kimi  baxırlar.  Kalkulyasiya  obyektlərinin  nomenklaturasına 

satış sferaları, sifarişçilərin qrupları, sifarişlər və sifarişlər komplekti daxil olmağa 

başlamışdır. Məsrəflərin daimiyə və dəyişənə bölünməsi istehsal güclərinin istifadə 

edilməsindən, sifarişlərin sayından, onların əhatəsindən və həcmindən asılı olaraq 

həyata  keçirilir.  Məsrəflərin  uçotu  ilə  paralel  olaraq,  bu  məsrəflərə  müvafiq  olan 

gəlirlərin uçotu təşkil edilir. Belə 


671 

sistem  gəlirlərin  hansı  hissəsinin  məsrəfləri  ödədiyini,  hansı  hissəsinin  isə  xalis 

mənfəəti əmələ gətirdiyini müəyyən etməyə imkan verir. 

tstehsal  amilləri  üzrə  məsrəflərin  uçotu  -  variantı  zamanı,  istehsal 

proseslərini - işçi qüvvəsi, əmək əşyası və materiallar məsrəfi qruplaşdırılır, tstehlak 

edilmiş  resurslara  məsrəflər  təsərrüfat  tsiklinin  fazalarından  asılı  olaraq 

toplanırlar. Sistemlərin qurulması əsasında - resursların əldə edilməsi, ehtiyatların 

əmələ  gəlməsi  və  istifadə  edilməsi  mərhələsində  məsrəflərin  artmasının 

mürəkkəbliyinin ilkin şərtidir. Məsrəfləri müvafiq olaraq hər bir istehsal amili və 

təsərrüfat tsiklinin hər bir fazası üzrə qruplaşdırırlar. 

Resursların  toplanması,  onların  istifadə  olunması  dərəcəsi  üzrə,  istehsalın 

həcmlərinin, məhsulların çeşidinin dəyişilməsi üzrə, avadanlıqların hazırlanması və 

istismarı,  avadanlıqların məhsuldarlığının  yüksəldilməsi  və  digər  istehsal  amilləri 

üzrə  bu  və  ya  digər  idarəetmə  qərarlarının  tətbiqi  ilə  əlaqədar  olan  məsrəflərin 

vacibliyi haqqında uçot informasiya verir. Belə yanaşma hər hansı bir resursların 

istifadə  edilməməsi  ilə  əlaqədar  olaraq  xərclərin  məsrəflərin  tərkibinə  daxil 

edilməsinə imkan vermir. 

İstehsal məsrəflərinin funksional uçotu - variantının əsas ideyası istehsal və 

təşkilati  potensialın  tam  istifadə  edilməsi  ilə  bağlıdır.  Sistem  onların  icra 

nəticələrinin funksiyalarının və ölçülməsinin dəqiq hədd qoyulmasını nəzərdə tutur. 

Bu  sistemdə  məsrəflər  hər  bir  funksiya  üzrə  qruplaşdırılır  (bilavasitə 

təşkilat, köməkçi və xidmətedici funksiyalar), buraxılan məhsulların həcmindən və 

vaxta görə məsrəflərin dəyişilməsindən asılı olaraq müəyyən edilirlər. Funksional 

uçotun  sistemi  plan  və  faktiki  məlumatları  inteqrasiya  etməyə,  təşkilatın  istehsal 

güclərinin istifadə edilməsinə nəzarəti müəyyən etməyə imkan verir. 

İstehsal məsrəflərinin quruluş uçotu variantı zamanı məsrəflər üç istiqamət 

üzrə qruplaşdırılır: 

1) müstəqim, 2) ümumi dəyişənlər, 3) qısamüddətli və uzun- müddətlilərdən 

ibarət olan quruluş məsrəfləri. 

Qısamüddətili məsrəflər - maşın və avadanlınqlarm intensiv işinin verilmiş 

dərəcəsi  zamanı  istehsal  potensialının  möhkəmləndirilməsi  ilə  əlaqədar  olan 

xərclərdir,  ümumi  dəyişən  məsrəflərə  daxil  olmayan  əmək  haqqı  məsrəfləri, 

uzunmüddətli  məsrəflər  -  həm  cari  (adətən  il),  həm  də  perspektiv  (bir  ildən  çox) 

məqsədlərə nail olmaqla əlaqədar olan xərclərdir. 

Quruluş  məsrəflərinin  qruplaşdırılmasının  əsas  əlaməti  idarəetmə 

qərarlarının məqsədi və onların qəbul edilməsi vaxtı hesab olu 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə