Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə315/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   311   312   313   314   315   316   317   318   ...   323

664 

bazasına əsaslanır. 

«Normativ xərclər» və «büdcə xərcləri» anlayışları arasında konseptual fərq 

yoxdur.  Nəzəri  olaraq  onlar  eyni  qayda  ilə  müəyyənləşdirilir.  Ancaq  təcrübədə 

«normativ xərclər» termini istehsal edilmiş məhsul vahidinə düşən xərclərə, «büdcə 

xərcləri» isə xərclərin ümumi kəmiyyətinə şamil edilir. 

Standart kost sisteminin yaxşı cəhətinə aşağıdakılar aid edilir: məmulatların 

istehsalına və satışına gözlənilən məsrəflər haqqında informasiyalarla təmin etmək, 

məhsul vahidinin əvvəlcədən hesablanmış maya dəyəri əsasında qiymətləri müəyyən 

etmək,  normativlərdən  kənarlaşmaları  ayrıca  göstərmək,  gəlirlər  və  xərclər  və 

onların əmələ gəlmə səbəbləri haqqında hesabatı tərtib etmək. 

Gözlənilən məsrəfləri firmanın daxilində hesablanmış standartlar (normalar 

və  normativlər)  əsasında  müəyyən  edirlər.  Bu  standartlar  sistemin  fəaliyyətinin 

əsası hesab olunur və onun məzmununu açıb göstərir. 

Standartların  xarakteristikası  göstərir  ki,  amerika  firmalarında  məsrəf 

maddələri  üzrə  standartların  müəyyən  edilməsində  müxtəlif  yanaşmalar 

mövcuddur.  Lakin  İstənilən  yanaşma  zamanı  qəbul  edilmiş  standartlar 

mühasibatda  istehsal  prosesinin  başlanğıcına  qədər  standart  maya  dəyərinin 

kartlarında  ümumiləşdirilirlər.  Kartları  məmulatlar,  sifarişlər  üzrə  və  bu 

məmulatların,  sifarişlərin  hazırlanmasında  iştirak  edən  istehsalat  bölmələri  üzrə 

tərtib edirlər. 

Standart-kost  sistemi  özünü  müstəqim  məsrəflərin  idarəedilməsi  vasitəsi 

kimi  göstərir.  Bu  sistemin  bir  neçə  variantı  istifadə  edilir.  Bir  variant  zamanı 

məsrəflər,  «istehsalat»  hesabının  debetində  toplanırlar  və  standart  maya  dəyərlə 

qiymətləndirirlər,  hazır  məhsul  bu  hesabın  kreditindən  də  həmçinin  standart 

dəyərlə silinir, bitməmiş istehsalat həmin dəyərlə qiymətləndirilir. İkinci variantın 

dəyəri  ondan  ibarətdir  ki,  «istehsalat»  hesabının  debetində  ümumiləşdirilən 

məsrəfləri faktiki dəyər ilə qiymətləndirirlər, hesabın kreditindən isə hazır məhsul 

standart  dəyəri  ilə  silinir.  Bitməmiş  istehsalat  bu  və  ya  digər  tərəfə  məsrəflərin 

faktikidən kənarlaşmasını nəzərə almaqla standart dəyəri ilə qiymətləndirilir. 

Faktiki məsrəflərin standartlardan kənarimaşsmı amerikan firmaları adətən 

maya  dəyərinə  aid  etmirlər,  «Məhsullarm,  işlərin,  xidmətlərin  satışı»  hesabına 

silirlər. 

Təşkilatın  böyüklüyündən  asılı  olaraq,  standart-kost  sisteminin  təşkili, 

istifadə etmək üçün standartların müəyyən edilməsi, standartlardan kənarlaşmanın 

aşkar edilməsi və onların silinməsi metodikası 


665 

üzrə  işlərin  əlaqələndirilməsini  nəzarətçi  və  ya  standart  kost  sistemi  ilə  əlaqədar 

olan, tərkibinə bütün bölmələrin nümayəndələri daxil olan komitet həyata keçirir. 

Nisbətən  iri  kompaniyalarda  standartların  yarım  bölmələri  yaradılır,  burada 

standartların,  onların  tətbiq  olunması,  onlarda  dəyişikliyin  edilməsi,  uçotu  və  i.a. 

üzrə bütün işlər mərkəzləşir. 

Standart-kost sistemi, məsrəflərin uçotu sistemi təcrübəsində tətbiqi özünün 

xarakterik  xüsusiyyətinə  malikdir.  Birincisi,  vəsaitlərin  sərf  edilməsi  prosesində 

standartlardan kənarlaşmanın aşkar edilməsinin əsasını, onların sənədləşdirilməsi 

deyil,  xüsusi  hesabdakı  mühasibat  yazılışları  təşkil  edir.  Menecerlər  qarşısında 

kənarlaşmaların  sənədləşdirilməsi,  lakin  onlara  yol  verilməməsi  kimi  vəzifələr 

qoyulur.  İkincisi,  heç  də  bütün  kompaniyalar  aşkar  edilmiş  kənarlaşmaları 

mühasibat  uçotunda  əks  etdirmirlər,  onlardan  ancaq  cari  standartları  istifadə 

edənlər əks etdirirlər. 

Üçüncü xüsusiyyət standartlardan kənarlaşmaların əks etdirilməsi hissəsində 

kənarlaşmanın  uçotu  üçün  -  kalkulyasiya  maddələri  üzrə,  kənarlaşmanın amilləri 

üzrə xüsusi sintetik hesabların ayrılması hesab olunur. 

Standart-kost  sisteminin  həmin  xüsusiyyətləri  göstərir  ki,  məsrəflərin 

idarəedilməsi məqsədləri ilə həmişə bu kənarlaşmanın nə qədər mahiyyəti olmasına 

baxılır ki, onlar uçota alınsın; hər hansı bir problemin həlli zamanı onların istifadə 

edilə  bilməsini  göstərirlər;  onlar  istehsala  məsrəflərin  təhlilində  aşkar  edilmiş 

kənarlaşmanın mühüm- lüyünü göstərirlər. 

«Standart-kost» sistemindən idarəetmə uçotunda istifadənin bir üstün cəhəti 

də uçot yazılışlarının aparılmasına qənaət edilməsidir. İlk baxışdan elə görünə bilər 

ki,  normativlərdən istifadə  edilməsi, faktiki  xərclər  sistemi  ilə müqayisədə  uçotun 

aparılmasında  böyük  çətinliklər  yaradır,  əlavə  xərclər  tələb  edir.  Əslində  isə, 

normativ  xərclərin  tətbiqi  uçotun  aparılmasını  sadələşdirir.  Məsələn,  ay  ərzində 

materiallar üzrə bütün fərdi məlumatlar ümumiləşdirilir və bir mühasibat yazılışı 

ilə «Material ehtiyatları» hesabının kreditinə yazılır. Analoji olaraq, bir fəhlənin hər 

bir əməliyyata sərf etdiyi vaxtı müəyyən etməyin heç bir əhəmiyyəti yoxdur. Bütün 

normativ müstəqim əmək məsrəfləri əvvəlcədən müəyyən edilmişdir. 

«Standart-kost» 

sistemində  istifadə  zamanı  əlavə  xərclər  ancaq 

normativlərin tutulmasında yaranır. Qayda üzrə bu xərclər cüzi bir məbləğ təşkil 

edir.  Bir  çox  normativlər  aylar  və  ya  illər  üzrə  dəyişilmədən  tətbiq  edilir.  Ancaq 

məmulatın  konstruksiyasında  dəyişikliklər,  yeni  növ  məhsul  istehsalının 

mənimsənilməsi kimi köklü 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə