Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  dəyişikliklər  normativlərə  yenidən  baxılmasını  tələb  edir.  Normativ  xərclərin



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə316/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   312   313   314   315   316   317   318   319   ...   323

666 

dəyişikliklər  normativlərə  yenidən  baxılmasını  tələb  edir.  Normativ  xərclərin 

normativlərə  infilyasiya  və  başqa  amillərin  təsirini  əks  etdirmək  məqsədi  ilə 

dəyişdirilə bilər. 

«Standart-kost»  sistemində  normativlər  (standartlar)  üzrə  xərclərin  uçotu 

özündə  tam  konsepsiyanı  əhatə  edir.  O,  tam  həcmdə  tətbiq  edildikdə  istehsal 

xərcləri və faktiki xərclər haqqında bütün verilənlər normativ (standart) əhəmiyyət 

kəsb edir. «Material ehtiyatları», «Bitməmiş istehsal», «Hazır məhsul ehtiyatı» və 

«Satılmış malların  maya  dəyəri»  kimi  hesablarda  həm  debet,  həm  də  kredit  üzrə 

yazılışlar faktiki xərclərlə deyil, normativ xərclər üzrə aparılır. 

Mühasib  faktiki  xərcləri  ayrıca  hesablarda  aparır  ki,  uçot  dövrünün 

sonunda  onları  normativlərlə  müqayisə  etsin.  «Normativ  və  faktiki  xərclər» 

arasındakı  fərq  kənarlaşma  adlanır.  Kənarlaşma  aşkar  edildikdə,  mühasib  onun 

yaranma  səbəblərini  aydınlaşdırmalıdır.  Bu  mərhələ  idarəetmə  uçotunda 

kənarlaşmaların  təhlili  adlanır  və  o,  məsrəflərə,  ümumilikdə  idarəetmə  sisteminə 

nəzarətin səmərəliliyinə xidmət edir. 

6.2.

 

Normativ uçot modelindən asılı olaraq mühasibat 

registrləri, onların qurulması 

Uçot prosesinin yekun mərhələsi kimi istehsala məsrəflərin icmal uçotu çıxış 

edir,  burada  xərclər  müxtəlif  əlamətlərinə  görə  qruplaşdırılır.  Normativ  metod 

zamanı məsrəflərin icmal uçotu konkret bölmədə məhsul istehsalından nəticələrin 

müəyyən  edilməsi  son  məqsədə  malik  məsələlərin  vəzifələrini  ayırır.  Məqsəd 

istehsala  məsrəflərin  icmal  uçotu  registrlərinin  məzmununu  əvvəlcədən  müəyyən 

edir. 

Cədvəldə  bitməmiş  istehsalat,  hazır  və  çıxdaş  məhsullar  və  normalardan 

kənarlaşmaların həcmi haqqında məlumatlar verilir. 

İcmal  uçotun  işlənməsi  gedişində  onun  tətbiq  olunması  şərtləri  müəyyən 

edilir: 

a)

 

təşkilatın texnoloji, istehsalat və iqtisadi xidmətləri arasında, idarəetmənin 

müxtəlif  səviyyələrində  icmal  uçotda  əks  etdirilməli  olan  razılaşdırılmış 

göstəricilərin siyahısının mövcudluğu; 

b)

 

istehsalat  uçotunun  yaxşılaşdırılmış  sisteminin  onun  səmərəliliyinə 

təsirinin anlanılması; 

c)

 

texnoloji və istehsal xidmətləri üçün bölmələrin fəaliyyəti haq 


667 

qında  informasiyanın  aşkarlığı,  istehsalın  və  məhsulun  maya  dəyərinin  idarə 

edilməsi üçün istifadə edənlər tərəfindən informasiyanın istifadə edilməsi. 

İcmal  uçotun  cədvəlində  məsrəflərin  ümumiləşdirilməsinin  əsas  metodoloji 

prinsipi  kimi  istehsalat  uçotunda  qeyd  olunan  istehsalın  gedişinin  və  maliyyə 

uçotunda  göstərilən  məsrəflər  artdıqca  istehsalat  məsrəflərinin  kompleks  və  tam 

uyğun  əks  etdirilməsi  prinsipi  qəbul  edilmişdir.  Bu  zaman  məsrəflərin  əmələ 

gəlməsi, artması prosesi və onların məhsulların maya dəyərinə silinməsinə təşkilatın 

istehsal quruluşunu təkrar edən vahid uçot prosesi kimi baxılır. 

İstehsalat  uçotunun  digər  metodoloji  prinsipi  kimi  istehsala  müstəqim 

xərclərin məsrəflərin tərkibində məhdudlaşdırılması çıxış edir, çünki onlar istehsal 

edilən məhsulların həcmi ilə bilavasitə əlaqədardırlar. 

İstehsala  məsrəflərin  icmal  uçotunun  təşkilat  nöqteyi-nəzərincə  daha 

səmərəli  variantın  seçilməsi  fərdi  olmalıdır  və  istehsalın  konkret  şəraitindən 

(texnologiyasından, təşkilati quruluşundan) asılıdır. 

Normativ  istehsalat  uçotu  sistemində  icmal  uçotun  qaydası  bir  neçə 

mərhələni nəzərdə tutur. 

1.

 

Müstəqim  məsrəflərin  ilkin  uçotu.  İnteqrasiya  edilmiş  ilkin  sənədlər 

əsasında əmək əşyası və aqreqatlar üzrə məsrəflərin hesablanmış normativ miqdarı 

haqqında  informasiya  əmələ  gəlir.  Texnoloji  prosesin  əməliyyatlarında  bu  və  ya 

digər  səbəblər  üzrə  meydana  çıxan  normalardan  kənarlaşmalar  briqada  üzrə 

ümumiləşdirilir.  Mühasibat  uçotunda  bu  və  digər  informasiya,  briqadada 

hazırlanan  məhsula  aid  edilən  kənarlaşmaların  indekslərini  hesablamaq  üçün 

istifadə edilir. Normativ kalkulyasiyanın tərtib edilməsi prinsipinə görə resursların 

növləri  üzrə  normalardan  kənarlaşmalar  kalkulyasiya  obyektləri  üzrə  yenidən 

qruplaşdırılır.  Belə  qayda  xammal  və  materialları  ilk  istifadə  edən  briqadalara 

şamil edilir. 

2.

 

Hasilat  normalarından  kənarlaşma,  istehsalat  çıxdaşı,  texnoloji  itkilər, 

korlanma,  çatışmamazlıq,  oğurluq,  nəqliyyat  itkisi,  saxlanma  zamanı  kənarlaşma 

ilkin sənədlərdə natural ifadədə kənarlaşma kimi təqdim edilir. Belə kənarlaşmalar 

haqqında informasiya briqada üzrə sex balanslarında ümumiləşdirilir. Məsrəflərin 

icmal  uçotunda  natural  ifadədə  kənarlaşma  materialların  və  əmək  haqqının  cari 

xərc normaları üzrə qiymətləndirilirlər. Sənədləşdirilmiş çıxdaş və natural ifadədə 

sənədləşdirilməmiş  kənarlaşma  icmal  uçotda  materiallar  və  əmək  haqqı  üzrə 

kənarlaşma kimi aşkar edilirlər. Bu hər bir briqadada resursların istifadə olunma 

dərəcəsini qiymətləndirməyə, 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə