Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  nur. Uzunmüddətli məsrəflərin uçotunu hazır məhsulların satışından mümkün olan



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə319/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   315   316   317   318   319   320   321   322   323

672 

nur. Uzunmüddətli məsrəflərin uçotunu hazır məhsulların satışından mümkün olan 

gəlirlərlə müqayisə etməklə aparılır. Struktur uzunmüddətli məsrəfləri məhsulların 

növləri arasında gözlənilən gəlirlərə proporsional olaraq bölüşdürürlər. Axırıncılar 

kommersiya şöbəsi tərəfindən proqnozlaşdırılır. 

Uçotun  bu  sistemi  qəbul  edilən  hər  bir  idarəetmə  qərarı  üzrə  nəticələrin 

aşkar edilməsini yüngülləşdirir. 

Daimi  bölüşdürülən  istehsala  məsrəflərin  uçotu  -  variantı,  məsrəflərin  üç 

variantda bölüşdürülməsini nəzərdə tutur: 

1)

 

müstəqim mütənasib məsrəflərin maya dəyərinə aid edilməsi

2)

 

ümumi məsrəflərin dəyişən hissəsinin maya dəyərinə aid edilməsi; 

3)

 

ümumi daimi məsrəflərin məhsulların növləri üzrə bölüşdürülməsi. 

Bu  sistemin  fərqləndirici  xüsusiyyəti  daimi  ümumi  məsrəfləri  məhsulların 

növləri  üzrə  bölüşdürmək  üsullarının  tətbiqindən  ibarətdir.  Bu  üsullardan  biri 

əmsalların hesablanmasını əvvəlcədən müəyyən edir. 

Bu sistem məsrəflərin ardıcıl bölüşdürülməsi ilə xarakterizə olunur ki, bu da 

məmulata nəzərdə tutulan mənfəətin həcmini nizama salmağa imkan verir. 

Qismən  məsrəflərin  uçotu  bazasında  aşağıdakılar  işlənib  hazırlanır: 

məsrəflərin  çoxpilləli  uçotu,  daimi  məsrəflərin  ödənilməsinin  uçotu,  mərhələ 

standart məsrəflərin ödənilməsinin uçotu. 

İstehsala  məsrəflərin  çox  pilləli  uçotu  variantı  zamanı  hər  bir  mərhələdə 

məsrəflərin örtülməsi üçün əlavəni (marjı) toplayırlar. Sistem məhsulların konkret 

növlərinin  istehsalına  qoyulan  xərclərin  qiymətləndirilməsi  üçün,  müəssisənin 

ayrı-ayrı  bölmələrinin  rentabelliyinin  müəyyən  edilməsi  və  buraxılış  qiymətləri 

üçün  aşağı  həddin  tapılması  üçün  istifadə  edilir.  Sistemin  əsası  kimi  məsrəflərin 

nəzarət edilənə və nəzarət edilməyənə bölünməsi xidmət edir. 

İstehsala daimi məsrəflərin ödənilməsinin uçotu - variantının əsas mahiyyəti 

dəyişən  məsrəflərin  uçotunun  tam  məsrəflərin  uçotu  ilə  birləşdirilməsindən 

ibarətdir.  Uçotun  bu  sistemi  çox  pilləli  uçotla  çoxlu  ümumilik  təşkil  edir.  Əsas 

xüsusiyyət tətbiq edilən uçot prosedurası ilə bağlıdır. Məsələn, əvvəl bazar qiymətini 

maya dəyəri ilə müqayisə edirlər, sonra istehsal prosesinin hər bir mərhələsi üzrə 

qiymətin hansı səviyyədə xərclərin örtməsini müəyyən edirlər və ya məlum olmayan 

qiymət zamanı məhsul vahidinə müstəqim dəyişən məsrəfləri götürürlər və hər bir 

sonrakı mərhələdə daimi məsrəfləri əlavə edirlər. 


673 

İstehsala  mərhələ  standart  məsrəflərinin  ödənilməsinin  uçotu  variantı  - 

istehsalın  həcmi  və  məsrəflər  arasında  möhkəm  xətti  asılılığın  mövcudluğunun 

əvvəlcədən nəzərdə tutulmasına əsaslanır. 

Bu  halda  uçotda  onların  əmələ  gəlmə  yerləri  üzrə  xərcləri  daimi  və 

mütənasib  dəyişən  məsrəflərə  ayırırlar.  Kənarlaşmanın  hesablanmasını  normativ 

uçotunun  metodikası  üzrə,  daha  doğrusu,  elastik  smetanın  köməkliyi  ilə  yerinə 

yetirirlər.  Faktiki  məsrəfləri  aşkar  edilmiş  kənarlaşmaları  normativ  məsrəflərin 

məbləğinə əlavə etməklə hesablayırlar. 

İstehsala məsrəflərin uçotunun müasir sisteminin sadalanan variantlarından 

başqa,  çoxlu  qarışıq  variantlardan  istifadə  edirlər.  Bu  sistemlərdə  əsas  qiymətli 

göstərici kimi nəticə - brutto çıxış edir. O satışdan olan gəlir və dəyişən məsrəflər 

arasındakı  fərq  kimi  hesablanır.  Bu  sistemlərdə  daimi  məsrəflər  ayrı-ayrı 

məmulatlara vahil bütövlükdə münasibəti olmayan kimi çıxış edirlər, bu da uçotu 

sadələşdirir. Bütün baxılan bazar sistemləri kimi adlananlar müəyyən üstünlüklərə 

və  çatışmamazlığa  malikdirlər,  onlar  müxtəlif  müvəqqəti  dövrdə  qərarlar  qəbul 

edilən zaman istifadə edilə bilərlər və ya aradan qaldırıla bilərlər. 

VII

 

FƏSİL. AZƏRBAYCAN UÇOTU NƏZƏRİYYƏSİ 

ŞƏRAİTİNDƏ UÇOTUN QƏRB İDARƏETMƏ 

UÇOTUNA UYĞUNLAŞMA PROBLEMLƏRİ 

Hazırda  respublikamız  özünün  müstəqilliyinə  nail  olmuş  və  bazar 

iqtisadiyyatının  tələblərinə  uyğun  inkişaf  edir.  Bu  baxımdan  dünya  ölkələri  ilə 

iqtisadi  əlaqələrin  hərtərəfli  genişləndirilməsi,  idxal-  ixrac  əməliyyatlarının  köklü 

surətdə  inkişaf  etdirilməsi  günün  ən  vacib  tələblərindən  biri  olmalıdır.  Elə  buna 

görə  də  ölkə  və  onun  təşkilatlarında  təşkil  olunan  mühasibat  uçotu  bazar 

iqtisadiyyatının  mənafeyinə  xidmət  etməli  və  beynəlxalq  standartlara 

uyğunlaşdırılmalıdır. 

Respublikamızın  təcrübəsində  də  digər  ölkələrdə  olduğu  kimi  istehsala 

məsrəflərin  uçotu  və  onlar  üzərində  nəzarət  xüsusi  əhəmiyyət  kəsb  edir.  Uçotun 

digər  sahələrində  olduğu  kimi  istehsala  məsrəflərin  uçotunun  aparılması  da 

müəyyən  qədər  təkmilləşdirilməli,  beynəlxalq  uçot  standartlarının  prinsiplərinə 

uyğunlaşdırılmalıdır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə