|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. SadıqovBirliyi tərəfindən qəbul edilmiş Beynəlxalq Uçot Standartlanna keçidlə əlaqədar
Birliyi tərəfindən qəbul edilmiş Beynəlxalq Uçot Standartlanna keçidlə əlaqədar
işlərin koordinasiyası və bu mühüm tədbirin həyata keçirilməsinə birbaşa
məsuliyyət apancı dövlət orqanı olan Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə həvalə edilmişdir.
Azərbaycan Respublikası iqtisadiyyatında sərbəst bazar iqtisadiyyatı
şəraitində mühasibat uçotuna xas olan vəzifələrin kəskin genişlənməsi, bir çox uçot
göstəricilərinə kommersiya sirrinin tətbiqi, mühasibat hesabatına açıqlıq statusu
verilməsi mühasibat uçotundan uçotun müstəqil növləri kimi maliyyə və idarəetmə
uçotuna aynimasmm vacibliyinə şərait yaradır.
Maliyyə uçotu mühasibat (maliyyə) hesabatını tərtib etmək üçün lazım olan
informasiyaların əsasən əldə edilməsinə istiqamətləndirilməlidir və qanunvericiliyə.
Milli Mühasibat Uçotu Standartlarına və digər normativ sənədlərə müvafiq olaraq
həyata keçirilməlidir.
Maliyyə uçotu dedikdə uçot informasiyasının bir hissəsi başa düşülür, onda
təşkilatın maliyyə vəziyyətinin fəaliyyəti haqqında məlumatlar əks olunur. Bu
məlumatlar maliyyə hesabatlarının sənədlərində ümumiləşdirilir.
Mühasibat uçotunun yeni hesablar planının tətbiqi ilə əlaqədar olaraq
Azərbaycan
Respublikasının
təşkilatlannda
mühasibat
uçotunun
metodologiyasında və təşkilində köklü dəyişikliklər baş vermişdir. Bir tərəfdən
qeyri-maddi aktivlərin və maliyyə qoyuluşlarının yeni növləri, digər tərəfdən isə
xüsusi kapitalın yeni tərkibini təşkil edən yeni təsərrüfat əməliyyatları (lizinq,
veksel və b.) meydana çıxmışdır.
Mühasibat uçotu (maliyyə, idarəetmə) sahəsində təsərrüfat subyektlərinin
imkanları genişlənmişdir. Onlara təsərrüfatın qüvvədə olan qay- dalanndan və
xüsusiyyətlərindən asılı olaraq mühasibat uçotunun konkret metodikalarını,
formalarını, aparılması texnikasını və təşkilini müstəqil müəyyən edərək, özünün
uçot siyasətini işləyib hazırlamaq hüququ verilmişdir. Onlar istehsalat ehtiyatlarını
istehsal xərclərinə aid edən zaman onların qiymətləndirilməsi metodlannı,
məhsulların (işlərin, xidmətlərin) maya dəyərinin hesablanması metodlarını və
üsullanm özləri seçirlər.
Maliyyə hesabatlarında da dəyişikliklər edilmişdir. Pul vəsaitlərinin
hərəkətinə, debitor və kreditor borclarının vəziyyətinə diqqət güclənmişdir.
Təşkilatlar xalis aktivlərin, fondlann yaradılmasının ölçülərini müəyyən etməyə
başlamışlar.
Həm mühasibat (maliyyə) uçotunun təşkilinin metodologiyasında, həm də
maliyyə hesabatının tərkibində olan bu və digər dəyişikliklər, bi-
zim fikrimizcə, kifayət qədər dəlillərə əsaslanaraq maliyyə uçotu üzrə dərsliyin dərc
olunmasım vacib edir.
Bununla yanaşı, dərslikdə torpaq, tikili və avadanlıqların, istehsal
ehtiyatlanam, əməyin ödənilməsinə məsrəflərin, istehsal xərclərinin, pul və
hesablaşma əməliyyatlarının uçotu metodikalannm (məlumdur ki, on- lann
uçotunda baş verən yeniliklərə düzəliş verməklə) varisliyi saxlanılır.
Yuxanda qeyd olunan məsələlərin həllində maliyyə uçotu böyük rol oynayır.
Dərslikdə təsərrüfat subyektlərində maliyyə uçotunun aparılması və təşkilinin əsas
prinsipləri, orada istifadə olunan yeni uçot anlayışları, pul vəsaitləri və
hesablaşmaların, əməyin və təşkilatın işçi heyəti ilə hesablaşmaların, ehtiyatlann,
torpaq, tikili və avadanlıqların və qeyri- maddi aktivlərin, kapital və maliyy^
qoyuluşlannın, istehsalata məsrəflərin, hazır məhsul və onun satışının, maliyyə
nəticələrinin və mənfəətin istifadə olunmasının, kapitallann, fondlann, ehtiyatların
və cəlb edilmiş vəsaitlərin uçotunun aparılmasının xüsusiyyətləri şərh olunur.
Dərslikdə eyni zamanda beynəlxalq uçot təcrübəsində rast gəlinən və təsərrüfat
subyektlərində geniş istifadə olunan anlayışların izahına xeyli yer verilir.
İnkişaf etmiş ölkələrdə maliyyə uçotu biliklərinin tədrisi təcrübəsini və onun
nəticələrini, bu sahədə özümüzün də əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq, ali
məktəblərdə “Maliyyə uçotu” fənninin tədris olunmağa başlanması bu günün və
gələcəyin tələblərindən biridir.
Müstəqil Respublikamızda bazar iqtisadiyyatının bərqərar olması
istiqamətində köklü iqtisadi islahatlar həyata keçirilir. İqtisadi münasibətlərin
xarakterinin yeni keyfiyyət halı alması iqtisadi idarəetmənin adekvat islahata
uğramasını zəruri edir. Bazar münasibətlərinə keçid iqtisadiyyatda kommersiya
təşkilatının yerini tamamilə başqa cür müəyyən edir. Onun işinin səmərəliliyini,
təşkilatın real iqtisadi müstəqilliyini, onun rəqabət qabiliyyətliliyini və bazarda
dəyərin vəziyyətini təmin edən idarəetmə fəaliyyətindən çox asılıdır. O informasiya
sisteminin təşkilini və başqa cür yanaşmasını tələb edir.
Respublikada qəbul edilən qanunvericilik aktlan içərisində Azərbaycan
Respublikası Prezidentinin “Mühasibat uçotu haqqında”, 2 sentyabr 2004-cü ildə
dərc olunmuş Qanunun və “Mühasibat uçotu haqqında” Qanunun tətbiqi haqqında
7 fevral 2005-ci ildə imzaladığı fərman xüsusi yer tutur. Adı çəkilən qanun
respublikada mühasibat uçotu və maliyyə hesabatı sisteminin Beynəlxalq
praktikada qəbul edilmiş standartlara uyğun olaraq qurulması konsepsiyasını
müəyyənləşdirmək məqsədi daşıyır. Qanunun xüsusiyyəti onun bilavasitə
konseptual, çərçivə xarakteri daşımasıdır. Bundan başqa həmin qanunun tətbiqi ilə
əlaqədar olaraq
Dostları ilə paylaş: |
|
|