Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə11/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

Palçıq Pilpiləsi strukturu. Palçıq Pilpiləsi strukturu tektonik cəhətdən qırışıq CQ və ŞmŞ istiqamətli braxiantiklinal qırışıqla əlaqədardır. ŞmQ qanadı 20-35°, CŞ qanadı 25-40° meyillidir.

a)


b)


Şəkil 2.5 Palçıq Pilpiləsi. a) Məhsuldar qatın Qala lay dəstəsinin dördüncü
horizontunun tavanı üzrə struktur xəritə. b) II-II xətti üzrə geoloji profil.
Qırışıq eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir və bir neçə bloka bölünmüşdür. Qırışığın ölçüləri (QaLD tavanına görə) 1200 m-lik izohipsə görə 9x1 km-dir. Qırışıq uzununa qırılmalara 3 bloka bölünüb CŞ və ŞmQ istiqamətində özünü horst kimi göstərir. Bu qırılmaların şaquli yerdəyişmə amplitudası 80-150 m-ə bərabərdir.

2.4 Abşeron-Balxanyanı zonasına aid olan sahələrin neft-qazlılığı


Abşeron-Balxanyanı qalxımlar zonasına aid olan yataqların neft-qazlılığı haqqında ümumi məlumatlar cədvəl 1-də verilmişdir. Hər bir sahə üzrə məlumatlar aşağıda verilmişdir:
Xali sahəsi. Xali sahəsində 13 ədəd axtarış-kəşfiyyat quyusu qazılmışdır. Bu sahədə qazılmış 1, 3, 4, 7, 8, 9, 11, 15 saylı quyular ( 8 ədəd ) geoloji səbəbdən 2, 5, 6, 12 saylı quyular ( 4 ədəd ) texniki səbəbdən ləğv edilmiş, 10 saylı quyu isə istismara daxil edilmişdir.
Qala lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 4 saylı kəşfiyyat quyusundan 901-892 m intervaldan 60-70 m3/g neft pərdəli su, 7 saylı quyudan 1170-1165 m intervaldan 100-120 m3/g su, 1168-1144 m intervaldan 30-60 m3/g su alınmışdır. Kiçik miqdarda neft axını yalnız 10 saylı quyudan 1048-966 m intervaldan 0,5 t/g neft, 1048-1045 m intervaldan 20-40 m3/g lay suyu alınmışdır.
Qırmakı altı lay dəstəsindən 3 saylı kəşfiyyat quyusundan 2-3 m3/g su, 1201-1202 m intervaldan 250 m3/g lay suyu, 8 saylı quyudan 679-652 m intervaldan 105 m3/g su (qumlu), 9 saylı quyudan 2024-2021 m intervaldan 25 m3/g su, 1993-1977 m intervaldan 8 m3/g su alınmışdır.
Qırmakı üstü qumlu lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 431-412 m intervaldan 1.5 m3/g su alınmışdır.

Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə