Referat mövzu Qazın tərkibinə görə qaz-kondensat quyularının sulaşmasının diaqnostikası əsasında nəticələrin təhlili


Şəkil 1.3. Quyudibinə maye toplanması sxemi



Yüklə 0,96 Mb.
səhifə6/20
tarix14.07.2023
ölçüsü0,96 Mb.
#119583
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   20
Qaz Kondensat-Hazir (1)

Şəkil 1.3. Quyudibinə maye toplanması sxemi.

Qaz buxarının daxilində mövcud olan maye damcıları maye mexanikasında müxtəlif problemlər yaradır. Qazın minimal qalxma sürəti qazın tərkibindəki maye damcılarının quyuağzına çıxarmağa yetməlidir. Bu zaman olan qalxma sürətini təyin etmək üşün Törner elə bir model təklif etdi ki, bu model maye mühitdə sərbəst düşən cism prinsipinə əsaslanır.(Şəkil 1.44)



Şəkil 1.4. Yüklənmiş damcı hərəkəti modeli. (Törner və b. 1969)


Edilən araşdırmalardan sonra Törner qaz quyularında çıxarılan qazın minimal sürəti üçün bu tənliyi hazılamışdır



Burada, vq – quyudibindəki mayeni quyuağzına qaldırmaq üçün lazım olan sürət (m/san)
σ–gərilməqüvvəsi(N/m)
g–sərbəstdüşmətəcili(N/kq)
Ρm və Ρq – mayenin və qazın sıxlıqları (kq/m3)

Li və başqaları (2001) belə bir qərara gəldilər ki, Törner öz modelindəki maye damcısının mühitdəki deformasiyasını nəzərə almayıb. Buna görə də onlar daha yeni və fərqli bir model təklif etdilər. Həmçinin onlar onu da qeyd etdilər ki, sürətli qaz fazasına daxil olan maye damcısı ön və arxa hissələrdə müəyyən təzyiq fərqi yaradır ki, bu da öz növbəsində maye damcısının formasının dəyişməsinə səbəb olur. (Şəkil 1.5)




Şəkil 1.5. Maye damcısının formasının dəyişməsi (Li və b. 2001)
Bütün bu araşdımalar və hesablamalar sonrası Li qazın minimal qalxma sürətini hesablamaq üçün aşağıdakı düsturu təklif etdi:

Burada, vq – quyudibindəki mayeni quyuağzına qaldırmaq üçün lazım olan sürət (m/san)
σ – gərilmə qüvvəsi (N/m)
g – sərbəstdüşmə təcili (N/kq)
Ρm və Ρq – mayenin və qazın sıxlıqları (kq/m3)
Hasilat zamanı bir-neçə faktorlar vardır ki, bunlara nəzarət quyunun işlənmə dövrünə təsir edir. Bu faktorlara nəzərə alaraq quyunun işlənmə müddətini artırmaq, layın daha səmərəli və uzunmüddətli istismarına yol açmaq olar. Həmin faktorlardan biri və bəlkə də ən vacibi sulaşmanın düzgün diaqnostikasıdır. Sulaşma problemi istismarının son dövründə olan quyular üçün geniş yayılmış bir problemdir. Sulaşma quyunun hasilatını azaldır, hətta quyunun bağlanmasına belə gətirib çıxara bilir. Ümumiyyətlə quyuların sulaşmasının diaqnostika üsulları müxtəlif olur:

Keçmişdə sulaşmaya nəzarət sadəcə olaraq tıxac və sement əməliyyatı və ya quyuda gel vurulması ilə idi. Sənayenin suya davamlı olaraq nəzarət edə bilməməsinin əsas səbəbi texnologiyanın yaxşı inkişaf etməməsi, nəticədə müxtəlif problemləri başa düşməmək və uyğun olmayan həllərin tətbiqi idi. Bu, geoloji, su anbarı və ya suya nəzarət probleminə çox az və ya heç istinad edilmədən müalicələri və nəticələri müzakirə edən texniki sənədlərin sayı ilə nümayiş olunur. Suya nəzarət üçün əsas optimal yol, mövcud olan spesifik su problemini müəyyən etmək üçün diaqnostikadır.
Sulaşma probleminin qarşısının alınması üçün bütün dünyada suyun kəsilməsi üsulundan istifadə olunmuşdur. Sudanda yerləşən Ceyk mədənində olan proseslərə nəzər salaq. Sulaşmanın qarşısını almaq üçün mədənlərdə tarixən müxtəlif materiallardan istifadə edilmişdir. Kənar suyun təcrid olunması üçün istifadə olunan üsullardan ən idealı azot köpüyü ilə işlənmə idi. 1 üfüqi və 3 şaquli quyuya köpük vurularaq prosesin əhəmiyyəti izah olunmağa çalışılsa da, köpük vurulması şaquli quyular üçün çox da effektiv olmadı.
Quyularda sulaşma problemini proqnozlaşdırmaq üçün tarixən bir çox diaqnostika üsullarından istifadə edilmişdir; quyuların karotaj üsulları sulaşma probleminin erkən diaqnostikası üçün ən effektiv üsuldur. Lakin karotaj üsulu daha baha başa gəldiyindən digər üsullardan istifadə edilir. Bunlardan ən geniş yayılmışı qrafiki üsullardır. Ümumi hasilatın zamandan və ya ümumi hasilatın mövcud neft hasilatına nisbətinin qrafiki qurulur. Hansı ki, bu qrafiklər normalda düz xətt üzrə olur. Və düz xəttdəki hər hansı əyrilik suyun quyuya daxil olmasının göstəricisidir.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə