Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   34   35   36   37   38   39   40   41   42

Şəmil 
Sadiq
137
tet,  dramatu`rgiya,  enerji  kimi  tələffüz  edir.  Məncə,  dil 
xalqındır, o sərbəst olmalıdır. Əgər uzun illər keçməsinə 
baxmayaraq,  xalq  bu  qoyulan  qaydanı  həzm  edə  bilmir-
sə, onu dəyişdirməyin vaxtı çoxdan keçib. Və ya hörmətli 
dilçi  alimlərimiz  bunu  belə  məsləhət  bilirlərsə,  vahid  bir 
lüğət hazırlayıb cəmiyyətə təqdim etsinlər ki, bu cür tələf-
füz edilsin. Cəmiyyət də “xub” deyib, ali dil qurumunun 
tələbini yerinə yetirsin. Hörmətli Ə.Əfəndizadənin 1989-cu 
il nəşrində təyyarə [təyya:rə], 1995-ci il [təya:rə], nə bilim 
digər nəşrlərində bir başqa cür yazılması arasında çaş-baş 
qalan müəllimlər nə etməlidir?! Burda yadıma bir lətifə dü-
şür: Sovet hökuməti dağılanda kolxoz sədri camaatı yığıb 
deyir ki, ay camaat, bizim bir ayağımız kommunizmdə, bir 
ayağımız kapitalizmdədir. Yerdən kəndlilərdən biri soru-
şur, ay sədr, biz nə vaxta qədər belə haça-paça qalacağıq? 
Bax, indi biz o vəziyyətdəyik.
Məncə, dilin inkişafı ilə bağlı dilçi alimlərimiz bir ara-
ya  gəlməli,  problemli  məsələləri  birgə  müzakirə  etməli, 
qəti qərar verməlidirlər.
Əlimizdə istinad ediləcək düzgün bir vurğu lüğəti də 
yoxdur. Olsun ki, mənim də həmmüəllifi olduğum bir vur-
ğu lüğəti yeni nəşr olunub. Abituriyent və müəllimlərin işi-
ni yaxşılaşdırmaq məqsədi ilə hazırlamışıq. Amma şəxsən 
mən bəzi şəxslərin lüğət yazmasının qəti əleyhinəyəm. Bu, 
bir institutun işidir. Hamı da ona istinad etməlidir. Orta 
məktəb  sanki  laboratoriyadır.  Qrammatik  qaydaları  kim 
necə istəyir, elə də təqdim edir. Nə qədər ki, Dilçilik İns-
titutu vahid dilçilik kitabları hazırlamayıb, belə də olacaq. 
Yuxarıda adını çəkdiyim orfoqrafiya lüğətində qeyd edilib 
ki, mürəkkəb sözlər iki cür yazılır; bitişik və defislə. Son-
ra dərslikdə qeyd edilib ki, “adam olmaq”, bu gün, “oxu-
ya bilmək” tipli sözlər mürəkkəb sözlərdir. İndi gəl uşağı 
başa sal, dərs izah elə. Bunun səbəbi yenə də vahid ənənə 
prinsipinin olmamasıdır.
Ən acınacaqlısı da odur ki, heç bir lüğətdə və ya qay-
dada İskəndər, yoxsa İsgəndər, Xətayi, yoxsa Xətai sözləri-
nin yazılışı ilə bağlı məlumat yoxdur.
Bütün  bu  problemlər  qala-qala  kimlərin  marağına 
xidmət  etdiyini  bilmədiyimiz  əlifbamızdakı  bəzi  hərflərə 


Şəmil 
Sadiq
138
düşmən  kəsilənlər  ortaya  çıxıb.  Birincisi,  sadaladığım 
problemlər olduğu halda bu gün ə, ğ, ü, ö kimi hərflərin 
dəyişdirilməsini  gündəmə  gətirmək  kökündən  yanlışdır. 
Hətta  deyərdim  ki,  düşmənçilikdir.  Nə  vaxtadək  nəyisə 
kimlərinsə  xoşuna  gəlmək  üçün  etməliyik?  Məgər  latın 
qrafikasından istifadə etməyən dövlətlər dünyadan təcrid 
olunub? Bu, pul tapıb, yer tapa bilməməyə oxşayır. Bütün 
ədəbiyyatımızın latın qrafikasına yenicə çevrilib başa çat-
dığı bir zamanda yenidən buna ayrılacaq vəsait yersizdir. 
Bunun müqabilində çürüməkdə olan problemləri həll et-
mək lazımdır. Müzakirəyə sözlərin düzgün yazılışı, düz-
gün tələffüzü, neologizmlərin vəziyyəti çıxarılmalı və həll 
edilməlidir. Özü də bütün dilçilərimizin iştirakı ilə...
P.S. Bu yazını hazırlayanda mən dilçilik elmimiz kimi 
çaş-baş qaldım. Bilmədim, alim kimi elmi məqalə, yazıçı 
kimi köşə, müəllim kimi rəymi yazım, yoxsa vətəndaş kimi 
ürək sözlərimi hayqırım? “Amma sonda hamısı bir məqsə-
də qulluq edir” – deyərək “Mən də müsəlmanam, a şirvan-
lılar!” şüarı ilə fikrimi yekunlaşdırdım.


Şəmil 
Sadiq
139
AZƏRBAYCAN DİLİ İLƏ ƏDƏBİYYAT DƏRSLİKLƏRİ 
BİRLƏŞDİRİLMƏLİDİR
İxtisasartırma  kurslarına  gələn  müəllimlərlə  söhbət-
lərimiz  zamanı Azərbaycan  dili  və  ədəbiyyat  dərslərinin 
tədrisində xeyli problemlər olduğunun şahidi oluruq. Bu 
yazıda həmin problemlərin mənbəyini və onun həlli yolla-
rını müəyyənləşdirməyə çalışmışam.
2006-cı  ildən  həyata  keçirilən  kurikulum  cəmiyyətə 
təqdim  edildiyi  gündən  mübahisələrin  obyektinə  çev-
rilmişdir.  Məncə,  layihənin  təqdimatındakı  yanlışlıq  və 
yanlış anlaşılma bu mübahisələrə səbəb olmuşdur. Çünki 
uzun illər işləyib, böyük təcrübələr qazanmış müəllimlərə 
bu layihə elə formada təqdim edilmişdir ki, sanki onların 
indiyə qədər öyrəndikləri və öyrətdikləri lazımsız bir şey 
imiş.
“Kurikulum gəldisə, bütün indiyə qədər olanları kö-
kündən söküb atacağıq və yenidən  bizə məlum olmayan 
bir  bina  tikəcəyik”  –  kimi  bir  düşüncə  yaratdılar  beyni-
mizdə. Layihənin mahiyyətini tam dərk etməyənlər bunu 
bu cür qəbul edərək, ya bilən adamlar kimi təbliğ etməyə 
başladılar, ya da əks mövqedə duraraq əleyhinə çıxdılar. 
Bu isə dünyaya inteqrasiya olunmaq üçün həyata keçirilən 
layihənin doğulandan qüsurlu olduğu görüntüsü yaratdı.
Hamımız  qəbul  etməliyik  ki,  bizim  çox  gözəl  dərs-
liklərimiz və təcrübəli müəllimlərimiz az olmayıb və indi 
də  var.  Bu  səviyyədə  olan  müəllimlərimiz  təhsilin  yeni 
tələblərindən  olan  şəxsiyyətyönümlülük  prinsipini  daim 
yüksəkdə  tutmuş,  təliminin  əsas  məqsədinə  çevirmişdi. 
Sadəcə proqram və dərsliklərimiz bəzən müəllimlərimizi 
fənyönümlü dərs keçməyə sürükləmiş və düz bildiklərinin 
istifadəsi  üçün  imkan  verməmişdir.  Elə  bu  səbəbdən  də 
təhsilə yanaşmanın prinsiplərini dəyişməli idik. Dəyişdik 
və tanıtımına başladıq. Bu layihə ilə tanış olan müəllim-
lərin bir qismi gördü ki, deyilənləri artıq o, öz dərslərin-
də həyata keçirir. Elə bu zaman da problemlər yaranmağa 
başladı. Əvvəlcədən düzgün təqdim edilməyən layihənin 
mahiyyətinin “elə bütün müəllimlərin dərslərə bu cür ya-
naşması” olduğuna inandıra bilmədik. İnandıra bilmədik 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə