14
Milli Qəhrəmanlar
ŞİRİN MİRZƏYEV
1947-1992
YANV
AR
Şirin Vəli oğlu Mirzəyev 1947-
ci ildə yanvar ayının 5-də Xankəndi
şəhərində anadan olmuşdur. N.Gən-
cəvi adına 4 saylı orta məktəbi bitir-
dikdən sonra ordu sıralarına çağırıl-
mışdır.
Bakıda yerləşən Daxili Qoşunlar
alayında xidmətini başa vurduqdan
sonra o, 1967-ci ildə Sankt-Peterburq
şəhərində Ali Siyasi - Hərbi məktəbə
daxil olmuşdur. 1971-ci ildə təhsilini
müvəffəqiyyətlə başa vurub, təyinatla
İrəvana göndərilmişdir. Beş il burada
xidmət etdikdən sonra, işini Bakıya
dəyişmişdir. Daxili Qoşunlar alayında
15 illik xidmət yolu keçmişdir.
Ş.Mirzəyev 1988-ci ildə Moskva
Ali Siyasi Akademiyasını bitirmişdir.
Xidmətlərinə görə dəfələrlə medal-
lar və döş nişanları ilə təltif olunan
Ş.Mirzəyev rota komandirinin mü-
avini, batalyon komandirinin müa-
vini, diviziya komandirinin müavini
vəzifəsinə qədər yüksəlmişdir. Yurdu-
muzun başını qara buludlar alandaöz
ərizəsi ilə döyüş bölgəsinə göndərilir,
1991-ci il oktyabr ayınında Ağdam
rayon ərazi özünümüdafiə taboruna
komandir təyin edilir. Qısa müddət
ərzində ətrafına güclü döyüş kontin-
genti toplayır.
Polkovnik-leytenant
rütbəsinə
qədər yüksələn Ş.Mirzəyev Qazançı
kəndinin düşməndən azad edilməsində
böyük rəşadət göstərir. 1992-ci ildə
Qaralar kəndindən geri qayıdarkən
minaya düşür və həlak olur.
Azərbaycanın Milli Qəhrəmanı
Mirzəyev Şirin Vəli oğlu Bakı
şəhərinin Şəhidlər Xiyabanında dəfn
edilmişdir. Bakının Nizami rayonunda
adına küçə vardır. Xidmət etdiyi hərbi
hissənin həyətində abidəsi qoyulmuş-
dur.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il tarix-
li 203 saylı Fərmanı ilə polkovnik-
leytenant Mirzəyev Şirin Vəli oğluna
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
Ə d ə b i y y a t
Abbasoğlu, B. Sərkərdə
[Mətn] //Abbasoğlu, B.
Ölərkən dünyaya gələn
oğullar.- Bakı, 2004.- S.12-
34.
Əsgərov, V. Mirzəyev Şirin
Vəli oğlu [Mətn] //Əsgərov,
V. Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.-
S.153-154.
İbadoğlu, İ. Sərkərdə
[Mətn] /İ.İbadoğlu.- Bakı:
İşıq, 1995.- 177 s.
Quluzadə, Ə. Alay koman-
diri [Mətn] /Ə.Quluzadə.-
Bakı: Ozan, 1999.- 80 s.
Şamiloğlu, S. Alay koman-
diri [Mətn] //Şamiloğlu, S.
Şəhid şəhərin şəhid övladla-
rı.- Bakı, 1994.- S.35-35.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
5
65
illiyi
Milli Qəhrəman
Vətəni qorumaq, milləti qorumaq hər bir vətəndaşın şərəfli bor-
cudur. Əgər vətəndaş bu şərəfli borcu yerinə yetirirsə, demək, o, ən
yüksək qiymətə layiq olan vətəndaşdır.
Heydər Əliyev, ümummilli lider
,
15
Milli Qəhrəmanlar
CƏLİL SƏFƏROV
1962-1992
YANV
AR
Cəlil Əziz oğlu Səfərov 1962-ci il
yanvar ayının 28-də Gürcüstan Res-
publikasının Marneuli rayonunda do-
ğulmuşdur. Uşaq ikən ailəlikcə Sum-
qayıt şəhərinə köçmüşlər. 1969-77-ci
illərdə buradakı orta məktəbdə təhsil
almışdır. 1977-ci ildə C.Naxçıvanski
adına ali Hərbi Litseyə qəbul edil-
mişdir. 1980-cı ildə təhsilini başa vu-
raraq Vladiqafqaz Hərbi Raket-Zenit
Komandirlər Məktəbinə daxil olmuş-
dur. 1984-cü ildən Qazaxıstanın Prio-
zorsk və Balxaş şəhərlərində işləyir, 8
il sonra Azərbaycana qayıdır. Müdafiə
Nazirliyinin təyinatı ilə Qarabağa ezam
olunan təcrübəli zabit xidməti başa
çatdıqdan sonra burada qalır. O, Şuşa
cəbhəsində dəqiq atəşlərlə erməni ya-
raqlılarının və canlı qüvvələrinin məhv
edilməsinə başçılıq edirdi. Cəlilin baş-
çılığı ilə dəqiq top atəşləri nəticəsində
ermənilər ağır itkilər vermişdi. 15 may
1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi
istiqamətində gedən döyüşlərdə xey-
li düşmən yaraqlısı məhv edən cəsur
zabit qəhrəmancasına həlak olmuşdur.
C.Səfərov Bakı şəhərinin Şəhidlər Xi-
yabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 7 iyun 1992-ci il tarixli 833
saylı Fərmanı ilə kapitan Səfərov
Cəlil Əziz oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı
verilmişdir.
Sumqayıt şəhərindəki 10 saylı
məktəb qəhrəmanımızın adını daşıyır.
Gürcüstan Respublikasının Mar-
neuli rayonunun Leybəddin kəndində
abidəsi ucaldılmışdır.
Ə d ə b i y y a t
Əliyev, T. Sonuncu
uçuş [Mətn]: sənədli
povestlər,oçerklər /T.Əliyev.-
Bakı: Gənclik, 1998.-74 s.
Əsgərov, V. Səfərov Cəlil
Əziz oğlu [Mətn] //Əsgərov,
V. Azərbaycanın Milli
Qəhrəmanları.-Bakı, 2005.-
S.201.
Zeynalov, R. Səfərov Cəlil
Əziz oğlu [Mətn] //Zeyna-
lov, R. Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 1996.-
S.40.
İ n t e r n e t d ə
www az.wikipedia.org
www.google.az
28
50
illiyi
Milli Qəhrəman
Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi
qəlbimizdə daimi yaşayacaq, onların şücaəti Azərbaycan xal-
qının tarixinə qızıl hərflərlə yazılacaqdır!
Heydər Əliyev, ümummilli lider
,