16
Siyasət.Hərbi iş
600
illiyi
JANNA D’ARK
1412-1431
YANV
AR
Janna d’Ark 1412-ci il yanvar ayı-
nın 6-da Fransanın şimal-şərqində Meze
çayının kənarında yerləşən Domeremi
kəndində anadan olmuşdu. Ortancıl öv-
lad olan Janna ailənin adi uşaqlarından
biri idi. Onu o dövrdə həmyaşıdlarından
fərqləndirən tək bir amil vardı. Bu da
d’Arkın dinə böyük hörmət bəsləməsi və
bu məsələdə özünü kilsənin qızğın tərəfdarı
kimi göstərməsi idi. Sonralar kilsəyə olan
bu sevgisinə görə yaxın yoldaşlarından
biri onu “Tanrının və Həzrəti Məryəmin
xidmətçisi” adlandırmışdı. Janna d’Arkın
uşaqlıq illəri Fransa ilə İngiltərə arasında
davam edən 100 illik müharibənin ən qız-
ğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə
İngiltərə kralı V Henri Fransa ordusunu
məğlub edərək, ölkəni işğal etdi. Bun-
dan sonra ölkədə ingilislərin vassalları
olan Dofinlərin və Burqon əsilzadələrinin
hakimiyyəti dövrü başlamışdı.
Yüzillik müharibə dövründə fran-
sız xalqının ingilislərə qarşı azadlıq
mübarizəsində iştirak etmişdir. Dindar
Jannaya vəhy gəlmişdir. O, Dofin Karlı
qəti hərbi əməliyyata başlamağa ruhlan-
dırmış, başçılıq etdiyi ordu isə mühasirədə
olan Orlean şəhərini ingilislərdən azad et-
mişdi. Bundan sonra xalq arasında Orlean
Qızı adlandırılmışdı. Bir sıra qələbə qaza-
nan Janna d’Ark Karlı taxt-taca sahib etdi
(1427). 1430-cü ildə ingilislərin müttəfiqi
burqundlara əsir düşmüş, onlar da Jan-
na d’Arkı ingilislərə satmışdılar. Ruanda
qurulmuş kilsə məhkəməsi Janna d’Arkı
küfr və cadugərlikdə təqsirləndirmiş və o,
tonqalda yandırılmışdı. 1456-cı ildə Fran-
sa məhkəməsi ona bəraət qazandırmış,
lakin yalnız 1420-ci ildə katolik kilsəsi
Janna d’Arkı müqəddəslər sırasına daxil
etmişdir. Fransada mayın 2-ci bazar günü
Janna d’Ark Günü kimi qeyd edilir (1979-
cu ildən).
Haqqında ədəbi-bədii əsərlər yara-
dılmış və filmlər (“Janna d’Arkın izti-
rabları”, 1927) çəkilmişdir. 1965-ci ildə
Azərbaycan Dövlət Dram Teatrında “Or-
lean qızı” (F. Şiller) pyesi tamaşaya qo-
yulmuşdur
Ə d ə b i y y a t
Levandovski. Janna d’Ark
[Mətn] / Levandovski.- Bakı
: Gənclik, 1988.- 278 s.
Orucov, T. Tarixdə iz qoyan-
lar [Mətn] /T.Orucov.- Bakı
: Şərq-Qərb, 2000.- 384 s.
Гулиев, Д. Жанна!
[Текст] : Неизвестная
история /Д.Гулиев.- Баку:
Мутарджим, 2009.- 299 с.
Левандовский А.
Жанна д’Арк [Текст]
/А.Левандовский.- Москва:
Молодая гвардия, 1962.-
25 с.
6
Fransanın Xalq Qəhrəmanı
17
Siyasət.Hərbi iş
XUDADAT BƏY
RƏFİBƏYLİ
1877-1920
YANV
AR
Xudadat bəy Ələkbər bəy oğlu
Rəfibəyli 1877-ci il yanvar ayının 12-
də Gəncədə anadan olmuşdur.
Xudadat bəy Gəncənin məşhur
Rəfibəylilər
nəslindəndir.
Atası
Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı,
maarifçi, Azərbaycanda ilk siyası par-
tiya olan “Difai” partiyasının yaradıcı-
larından olmuşdur.
Xudadat bəy Rəfibəyli Azərbaycanın
ilk ali təhsilli cərrahlarındandır. O,
Xarkov Tibb Universitetini (Ukrayna)
bitirdikdən sonra 1907-ci ildə təcrübəli
həkim kimi Gəncəyə qayıtmış və Ye-
lizavetpol şəhər idarəsinin təqdimatı
ilə 6 nömrəli şəhər müalicəxanasının
direktoru vəzifəsinə təyin olunmuş-
du. 17 il Gəncə xəstəxanasının baş
həkimi kimi çalışmışdır. Xudadat bəy
gənc yaşlarında “Yelizavetpol Tibb
Cəmiyyəti” ni yaratmış və cəmiyyət
üzvləri Gəncə yoxsullarına pulsuz tib-
bi yardım göstərirdi.
1918-ci ildə Gəncədə ilk müstəqil
Azərbaycan Cümhuriyyəti quru-
lan zaman Xudadat bəy Azərbaycan
Cümhuriyyətinin Səhiyyə və Sosial
Təminat naziri təyin edilir. Bu zaman
onun bütün diqqəti Azərbaycanda
səhiyyə
ocaqlarının
artırılması-
na, epidemiya və digər xəstəliklərlə
mübarizəyə həsr edildi. Onun göstərişi
ilə ölkə ərazisində pulsuz fəaliyyət
göstərən bir neçə xəstəxana açıldı,
kənd yerlərində yeni müalicəxana və
feldşer məntəqələrinin tikintisinə baş-
landı, ekspertizalar üçün laboratoriya
təşkil olundu. Gəncə yaxınlığında-
kı Zurnabad kəndində taun əleyhinə
stansiya yaradıldı.
1918-ci ilin dekabrında Azərbaycan
Xalq Cümhuriyyəti hökümətinin is-
tefasından sonra Xudadat bəy Gəncə
əhalisinin ciddi təkid və tələblərilə
1919-cu ildə Xudadat bəy Gəncə qu-
berniyasının
general-qubernatoru
vəzifəsinə təyin edildi.
1920-ci il aprelin 28-də Azərbay-
canda Sovet hakimiyyəti qurulduqdan
sonra Xudadat bəy aprelin 30-da Gəncə
qeneral-qubernatorluğu vəzifəsindən
də istefa verdi və 1920-ci il mayın 12-
də həbs edildi.
Xudadat bəy bir neçə maddə ilə
mühakimə edildi. Bunların arasında
298 saylı işə əsasən erməni kəndlərinin
yandırılması və erməni əhalisinə divan
tutulması da var idi.
Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli ictimai və siyasi xadimi Xu-
dadat bəy Rəfibəyli 1920-ci il iyun
ayının 1-də tələsik, xəlvəti bir şəkildə
Xəzərin kiçik bir adasında güllələndi.
Ə d ə b i y y a t
Hüseynov, R. Rəfibəylilər
[Mətn] /R.Hüseynov //
Ülfət.- 1992.- 21 noyabr.
İsayev, Ə. Gəncənin mənəvi
çıraqları [Mətn] /Ə.İsayev
//Azərbaycan.-2010.- 3
avqust.- S.6.
Rəfiyev, A. Ayrılıqdan betər
dünyada nə var [Mətn]
/A.Rəfiyev //7 gün.- 1996.-
11 iyun.- S.2-3.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
12
135
illiyi
Siyasi xadim