18
Siyasət.Hərbi iş
FRANKLİN DELANO
RUZVELT
1882-1945
YANV
AR
Franklin Delano Ruzvelt 1882-
ci il yanvar ayının 30-da Nyu-York
şəhərində doğulmuşdur. O, ABŞ-ın
Şimal-Şərqindəki Proton şəhərində ən
yaxşı və bahalı xüsusi məktəbdə oxu-
muşdur. 1900-1904-cü illərdə Frank-
lin Harvard kollecində, 1905-1907-ci
illəri isə Kolumbiya Universitetinin
hüquq fakültəsində təhsil almışdır.
Franklin Ruzvelt 1910-cu ildə De-
mokratlar partiyasında Nyu-York se-
natı seçilmişdir. 1913-1920-ci illərdə
Dəniz nazirinin müavini işləmiş,
1921-ci ilin avqustunda poliomelit
xəstəliyinə tutulmuş və bundan son-
ra ayaqları tam işləmədiyi üçün öm-
rünün qalan hissəsini əlil arabasın-
da keçirməli olmuşdur. Bu onun 3 il
ərzində siyasətdən uzaqlaşması ilə
nəticələnsə də, o özündə güc taparaq
əvvəlcə 1928-ci ildə Nyu-York ştatı-
nın qubernatoru, daha sonra isə prezi-
dent seçilmişdir .
O, 1933-1945-ci ildə 2 dəfədən ar-
tıq seçilmiş yeganə ABŞ prezidentidir.
Franklin Ruzvelt 4 dəfə prezident seçil-
mişdir. Onun tarixi xidmətləri arasında
“Böyük Depressiya”nın aradan qaldı-
rılması, SSRİ ilə münasibətlərin yax-
şılaşdırılması və II Dünya müharibəsi
dövründə Avropadakı müttəfiqlərini
yaxından dəstəkləməsini qeyd etmək
olar.
Onun 4-cü hakimiyyət dövrünün
başlamasından qısa müddət keçdikdən
sonra beyninə qan sızmışdır. Elə
bu xəstəliklə də Amerika Birləşmiş
Ştatlarının 32-ci prezidenti Franklin
Ruzvelt 12 aprel 1945-ci ildə Ame-
rika Birləşmiş Ştatlarının Corciya
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Franklin Ruzvelt
(30.01.1882 - 12.04. 1945)
[Mətn]: tarixi şəxsiyyətlər
// Üç nöqtə. - 2004.- 22, 23
iyul (№15).- S.14.
Яковлев, Н. Франклин
Рузвельт – человек и
политик [Текст]: новое
прочтение /Н.Яковлев.-
Москва, 1981.
İ n t e r n e t d ə
az.wikipedia.org
30
130
illiyi
Dövlət xadimi
19
Coğrafiya.Geologiya
MİRƏLİ QAŞQAY
1907-1977
YANV
AR
Mirəli Seyidəli oğlu Qaşqay 1907-
ci il yanvar ayının 7-də Gəncədə
anadan olmuşdur. Azərbaycan SSR
EA-nın akademik katibi olan Mirəli
Qaşqay 1945-ci ildən Azərbaycan
Respublikasının Elmlər Akademiyası-
nın İ.M.Qubkin adına Geologiya İns-
titutunda şöbə və laboratoriya rəhbəri
olmuşdur.
O, Daşkəsən dəmir-kobalt və alunit
filiz yataqlarını öyrənmiş, Kiçik Qaf-
qazda skarnların alümosilikat süxurla-
rın hesabına əmələ gəlməsi və Qafqaz
mis və kükürd kolçedanı yataqları-
nın mənşəyini intruzivlə deyil, vul-
kan püskürmələri ilə əlaqədar olması
barədə nəzəriyyələr irəli sürmüşdür.
Mirəli Qaşqay öz həmkarı
A.Məmmədovla birgə Kəlbəcərdə ob-
sidian və perlit yataqlarını kəşf etmiş,
S.Əliyevlə birgə isə “Azərbaycanın
geotermik xəritəsi”ni tərtib etmişdir.
M.Qaşqay Azərbaycanın mineral
və termal sularının geoloji struktur
şəraitini və geokimyasını öyrənmişdir.
Onun elmi kadrların hazırlanmasında
da böyük xidmətləri olmuşdur.
Mirəli Qaşqay 1946-cı ildə Le-
ninqradda, 1955-ci ildə Moskva və
Lvovda Minerologiya və Geologi-
ya Cəmiyyətlərinin üzvü, 1958-ci
ildə Böyük Britaniya və İrlandiyada,
1959-cu ildə ABŞ-da Minerologiya
Cəmiyyətlərinin həqiqi üzvü, 1971-
ci ildə Ümumittifaq Minerologiya
Cəmiyyətinin fəxri üzvü seçilmişdir.
Mirəli Qaşqay Azərbaycan So-
vet Ensiklopediyası baş redaksiya
heyətinin üzvü olmuşdur.
O, 1945-ci ildə İran, 1956-cı ildə
Meksika, 1957-ci ildə İngiltərə,
1958-1960-cı illərdə İsveçrə, Dani-
marka, Norveç, 1964-cü ildə Hindis-
tan, 1967-ci ildə Bolqarıstan, 1968-
cu ildə Türkiyə və Çexoslovakiya,
1969-ci ildə ABŞ və başqa ölkələrdə
Beynəlxalq Geoloji Konqreslərdə və
simpoziumlarda geniş məruzə və çı-
xışlar etmişdir. 1968-ci ildə İsveç Sülh
Konfransının iştirakçısı olmuşdur.
O, 1942-ci ildə geologiya-mine-
rologiya elmləri doktoru, professor
adı almış, 1945-ci ildə Azərbaycan
SSR EA-na üzv seçilmiş, 1959-cu ildə
Əməkdar elm və texnika xadimi adına
layiq görülmüşdür.
Böyük alim Mirəli Qaşqay 1977-ci
ildə Bakıda vəfat etmişdir.
Onun xatirəsi xalqımız tərəfindən
əbədiləşdirilmiş, Alimin adı Bakının
küçələrindən birinə verilmişdir. Yaşa-
dığı binaya memorial lövhə vurulmuş-
dur.
Ə d ə b i y y a t
Qaşqay, M. Azərbaycan
alunit yataqları [Mətn]
/M.Qaşqay, Ə.Babayev.-
Bakı: Elm, 1976.-145 s.
Mahmudov, H. Böyük alim,
xeyirxah insan [Mətn]:
akademik Mirəli Qaşqay
- 100 /Hikmət Mahmudov
//Xalq qəzeti.- 2007.- 10
yanvar.- S.6.
7
105
illiyi
Akademik
20
Tarix.Din
ƏLİSÖHBƏT
SUMBATZADƏ
1907–1992
YANV
AR
Əlisöhbət Sumbat oğlu Sumbat-
zadə 1907-ci il yanvarın ayının 21-də
anadan olmuşdur.
1926-cı ildə Azərbaycan Dövlət
Universiteti (indiki BDU) Şərqşünaslıq
fakültəsinin tarix-etnologiya şöbəsinə
daxil olmuş, 1930-cu ildə təhsilini
başa vurmuşdur.
Ə.S.Sumbatzadə 1930-cu ildə na-
mizədlik, 1948-ci ildə isə doktorluq
dissertasiyaları müdafiə etmişdir.
1954-cü ildə professor elmi adını al-
mış, həmin ildə AEA-nın müxbir üzvü,
1958-ci ildə isə həqiqi üzvü seçilmiş-
dir.
Ə.S.Sumbatzadə
1957–1959-cu
illərdə Azərbaycan EA-nın vitse-
prezidenti, 1959-1963-cü illərdə İq-
tisadiyyat İnstitutunda şöbə müdiri,
1963-1969-cu illərdə Yaxın və Orta
Şərq Xalqları İnstitutunun, 1970-1972-
ci illərdə Tarix İnstitutunun direktoru,
1970-1981-ci illərdə Azərbaycan EA
İctimai Elmlər Bölməsinin akademik-
katibi olmuşdur. 1982-1992-ci illərdə
İctimai elmlər üzrə Elmi Məlumat
Mərkəzində şöbə müdiri vəzifəsində
çalışmışdır.
Əsasən XIX-XX əsrin əvvəllərində
Azərbaycanın sosial-iqtisadi tarixi-
nin tədqiqatçısı olan Ə.S.Sumbatzadə
3 cildlik “Azərbaycan tarixi” (Bakı,
1958-65), “Azərbaycanın Rusiya-
ya birləşdirilməsi və onun mütərəqqi
iqtisadi və mədəni nəticələri” (Bakı,
1955, rus dilində), “SSRİ tarixi” (VI
cild; Moskva, 1967), “Zaqafqaziyada
Sovet hakimiyyətinin qələbəsi” (Tbi-
lisi, 1971), “Böyük Oktyabrın tarixi
təcrübəsi” (Moskva, 1975), “Qeyri-
kapitalist inkişaf yolu və müasirlik”
(Ulan-Bator, 1977), “Böyük Oktyabr
və Sovet Azərbaycanının iqtisadiyya-
tının və mədəniyyətinin çiçəklənməsi”
(Bakı, 1977), “Müasir dövrdə Sovet
Azərbaycanının iqtisadiyyatının in-
kişafı” (Bakı, 1980), “Sovet tarix
elmi 1975-1979-cu illərdə” (Moskva,
1980), “Azərbaycan xalqının etno-
genezi” (Bakı, 1988) və s. kollektiv
əsərlərin müəlliflərindən və redaktor-
larından olmuşdur.
Ə.S.Sumbatzadənin elmi kadrların
hazırlanmasında böyük xidməti ol-
muşdur.
Ölkə və beynəlxalq miqyaslı sim-
pozium, konfrans və konqreslərdə
(Daşkənd-1957, Moskva-1960, Teh-
ran-1966, Düşənbə-1968, Moskva-
Leninqrad-1970,Aşqabad-1972,
Berlin-1973, Ulan-Bator-1974, San-
Fransisko-1975, Edinburq-1978, Bu-
xarest-1980 və s.) məruzələrlə çıxış
etmişdir.
Ə.S.Sumbatzadə “Qırmızı Əmək
Bayrağı” ordeni və müxtəlif medal-
larla təltif olunmuş, Azərbaycan SSR
Əməkdar elm xadimi fəxri adına layiq
görülmüşdür.
1992-ci ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan etnoqrafiyası
[Mətn]: 3 cilddə /red. hey.:
Ə.S.Sumbatzadə, İ.H.Əliyev,
M.Ə.İsmayılov [və b.];
Az.SSR EA, Tarix İn-tu,
Arxeologiya və Etnoqrafiya
Sektoru.- Bakı : Elm , 1988.-
I cild .- 451 s.
Azərbaycan tarixi [Mətn]:
3 cilddə /İ.A.Hüseynov,
M.A.Dadaşzadə,
Ə.S.Subatzadə və b.; Az.SSR
EA, Tarix İn-tu .- Bakı : Elm
, 1973. - C.I .- 546 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.Istoriya.az
21
105
illiyi
Akademik
Dostları ilə paylaş: |