8
Milli ədəbiyyat
85
illiyi
VİDADİ BABANLI
1927
YANV
AR
Vidadi Yusif oğlu Babanlı 1927-ci
il yanvar ayının 5-də Qazax rayonu-
nun Şıxlı (indiki Muğanlı) kəndində
müəllim ailəsində doğulmuşdur. Orta
məktəbi bitirdikdən sonra ADU-nin
Filologiya fakültəsində təhsil alan
gənc şair bir il Sabirabad şəhər orta
məktəbində müəllim işləmiş, sonra
Bakıya köçüb “Azərbaycan müəllimi”
qəzeti redaksiyasında ədəbi işçi
vəzifəsində çalışmışdır. Moskvada
M.Qorki adına Ədəbiyyat İnstitutun-
da təhsil almağa göndərilən V.Babanlı
orada aspiranturaya daxil olsa da
səhhətində baş verən problemlər
üzündən Bakıya qayıtmalı olmuş və
burada “Ədəbiyyat qəzeti” redaksi-
yasında ədəbi işçi, şöbə müdiri, daha
sonra isə yaradıcılığı ilə əlaqədar
olaraq Sumqayıt şəhərində fəhlə ya-
taqxanasında tərbiyəçi vəzifəsində
işləyərək əsəri üçün material toplamış-
dır. Şair sonralar “Azərbaycan” jurnalı
redaksiyasında, Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında,
“Yazıçı” nəşriyyatında da müxtəlif
vəzifələrdə çalışmışdır.
Roman və povestləri ilə şöhrət qa-
zanmış, oxucuların sevimlisinə çevril-
miş V.Babanlı yaradıcılığa 1947-ci ildə
“Azərbaycan gəncləri” qəzetində dərc
etdirdiyi ilk mətbu əsəri olan “Anam
sən oldun” şeiri ilə başlamışdır. “Dö-
nüş” və “Təbrizdə bir gecə” adlı po-
emaları məhz onun şeir yaradıcılığı-
nın ilk məhsullarındandır. Sonra gənc
şair qələmini ədəbiyyatın digər bir
sahəsində - nəsrdə, hətta nəsrin geniş
meydanı olan povest janrında sınama-
ğı qərara alaraq 1954-cü ildə “Gəlin”
əsərini yazmışdır. Povest həm oxu-
cular, həm də ədəbi tənqid tərəfindən
rəgbətlə
qarşılanmışdır.
Beləcə,
V.Babanlı “Həyat bizi sınayır” poves-
ti, məşhur “Vicdan susanda” və yara-
dıcılığının ən mühüm nailiyyəti olan
“Müqəddəs ocaq” romanı ilə sənətinin
yüksək zirvəsinə çatmışdır. Ədibin
“Ömürlük cəza”, “Ana intiqamı”, “İn-
saf nənə”, “Gizlinlər” və s. kimi nəsr
əsərləri, habelə “Şeir pərim”, “Hoydu
igidlərim, hoydu”, “Kişilik haqqında
himn”, “Var olan vətən”, “Özümdən
özümə” və s. kimi şeirləri, müxtəlif
mövzularda qələmə aldığı hekayələri
və publusistik məqalələri daim oxucu-
ların diqqət mərkəzindədir.
Vidadi Babanlı Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. 1954-cü
ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. 1986-cı ildə Azərbaycanın
Əməkdar incəsənət xadimi adına layiq
görülmüşdür.
Sevimli yazıçı Prezident təqaüd-
çüsüdür.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn]
/V.Babanlı .- Bakı: Azərnəşr,
1987.- 475 s.
Gizlinlər [Mətn]: (Gerçək
poman) /V.Babanlı .- Bakı:
Qapp Poliqraf, 2005.- 315
s.
Ömürlük əzab [Mətn]: (I-II
kitab) /V.Babanlı .- Bakı:
Pedaqogika, 2003.- 318 s.
Cəfərov, N. Vidadi Babanlı,
yaxud susmayan vicdanın
səsi: Vidadi Babanlı-
75 [Mətn] /N.Cəfərov //
Azərbaycan.- 2002. - № 5.-
S.82-83.
Yazıçı
5
9
Milli ədəbiyyat
130
illiyi
BƏDRƏDDİN SEYİDZADƏ
1882-1945
YANV
AR
Bədrəddin Mir Kazım oğlu
Seyidzadə (Bədri Seyidzadə) 1882-ci
il yanvar ayıınn 20-də Bakı quberni-
yasının Keşlə kəndində anadan olmuş-
dur. O, hələ uşaq ikən mədrəsədə təhsil
almış, şərq ədəbiyyatı ilə ciddi maraq-
lanmışdır. Kiçik yaşlarından öz yaşıd-
ları arasında bədahətən şeir deməsi ilə
fərqlənmişdir.
Ədəbi fəaliyyətə şeirlə başlayan
Bədrəddin Seyidzadə 1906-1920-ci
illərdə öz şeirlərini “Həyat”, “Səda”,
“Açıq söz”, “Bəsirət”, “Babayi-Əmir”,
“Tuti” və s. qəzet və jurnallarda çap
etdirirdi. O, lirik şeirlərini “Bədri”,
“Ənqa”, “Hüseyni”, “Bədrəddin Hü-
seyni”, satirik şeirlərini isə “İknə”,
“Sancaq”, “Bayquş”, “Bərq əyyar” və
s. təxəllüsləri ilə nəşr etdirirdi.
Şair 1934-cü ildən Azərbaycan Ya-
zıçılar Birliyinin üzvü olmuşdur.
Bədrəddin
Seyidzadə
poetik
tərcümə ilə də məşğul olurdu. O,
M.F.Axundovun “Puşkinin ölümünə
Şərq poeması”nı farscadan doğma
dilimizə çevirmişdir.
Sovet hakimiyyəti qurulduqdan
sonrada poetik yaradıcılığını davam
etdirən şairin dövri mətbuatda (“Ma-
arif və mədəniyyət”, “Şərq qadını”,
“Füqəra füyuzatı” və s.) qəzəl, qoşma,
tərkibbənd, müxəmməs, təxmis, qitə,
beytlər və hekayətləri müntəzəm ola-
raq çap olunmuşdur.
Şair Bədrəddin Mir Kazım oğlu
Seyidzadə 1945-cü ildə Abşeron rayo-
nunun Keşlə kəndində vəfat etmişdir.
Bir ömrün yadigarı [Mətn].-
Bakı: Yazıçı, 1984.
Bədri Seyidzadə füqəra
füyuzat 1920-1921 [Mətn] //
Qulam Məmmədli İmzalar.-
Bakı, 1977.-S.26.
İ n t e r n e t d ə
ww. az.wikipedia.org
www.google.az
Şair
20
10
Xarici ədəbiyyat
JAN BATİST POKLEN
(MOLYER)
1622-1673
YANV
AR
Jan Batist Molyer 1622-ci il yanvar
ayının 15-də Parisdə saray xidmətçisi
Jan Poklenin ailəsində doğulmuşdur.
1639-cu ildə Klermon kollecini bitir-
mişdir. Dünya görüşünə fransız ma-
terialist filosofu P.Qassendinin təlimi
güclü təsir göstərmişdir. Gənc yaşla-
rından həyatını teatrla bağlamış, 1643-
cü ildə “Parlaq teatr” truppasını yarat-
mışdır. Lakin Parisdə müvəffəqiyyət
qazanmayan truppa 12 il (1645-1657)
əyalət şəhərlərini gəzib dolaşmış, yal-
nız 1659-cu ildə xoşbəxt bir təsadüf
nəticəsində paytaxta qayıda bilmiş-
dir. Bu müddət ərzində Molyer xalq
həyatını dərindən öyrənmiş, gələcək
əsərləri üçün zəngin material topla-
mışdır. Yaradıcılığa truppası üçün yaz-
dığı şən əhval-ruhiyyəli komediyalar-
la “Barbulyanın qısqanclığı”, “Uçan
təbib” ilə başlamışdır.
Dünya dramaturgiyasının şah
əsərləri sayılan “Tartüf”, “Kişilərə
ibrət dərsi”, “Qadınlara ibrət dərsi”,
“İstəksiz nigah”, “Zorən təbib”, “Mi-
zantrop” və s. komediyalarının bir
çoxu Azərbaycanda da səhnəyə qoyul-
muşdur. Bir sıra əsərləri ekranlaşdırıl-
mışdır. Dramaturqun komediyalarında
feodal-dvoryan təbəqələri kəskin sati-
ra atəşinə tutulurdu.
“Xəsis”, “Skapenin kələkləri”, “Jorj
Danden və yaxud aldadılmış ər”, “Sqa-
narel”, “Tartüf”, “Don Juan və yaxud
daş qonaq” və bir çox digər komediya-
ları oxuyarkən istər-istəməz Molyerin
böyük və məşhur müasirlərini xatır-
layırsan, xəyal səni XVII əsrə aparır:
Fransa, Rişelye, XIV Lüdovik, Maza-
rini, Lofenten, Rasin, Bualo yada dü-
şür.
Molyer komediyalarının bir çoxu
saray bayramlarında, keçmişin təbiri
ilə desək, “təntənəli” gecələrdə tama-
şaya qoyulmaq üçün yazılıb. Lakin
sənətdə hər şeyi istedad həll etdiyinə
görə, həmin “bayramlardan” və
“təntənələrdən” fərqli olaraq o əsərlər
yaşayıb və yaşayacaq, çünki Molyer
qəhrəmanları nəinki yalnız klassizmin
çərçivələrinə, ümumiyyətlə zaman
və məkan çərçivələrinə sığışmır, 390
il əvvəl o qəhrəmanları yaşadan və
güldürən hisslər insan yaşadıqca yaşa-
yacaq.
Aktyorluq və ədəbi yaradıcılığın
vəhdəti prinsipinə axıradək sadiq qa-
lan Molyer 1673-cü il fevral ayının
16-da səhnədə xəstə halda Arqan rolu-
nu ifa etdiyi “Zorən xəstə” komediya-
sının tamaşasından bir necə saat sonra
şiddətli öskürmə nəticəsində venaları-
nın partlamasından vəfat etmişdir.
Ə d ə b i y y a t
Komediyalar [Mətn] /
Jan Batist Molyer.- Bakı:
Gənclik, 1995.- 98 s.
Elçin. Bizimçin qalan sənət
[Mətn]: (Molyer haqqında
söz) /Elçin.- Bakı: Gənclik,
1995.- 114 s.
İbrahimov, M. Ölməz
komediya ustası [Mətn]:
(Fransız yazıçısı Molyer
haqqında) /M.İbrahimov
//Azərbaycan.- 1987.- №
1.- S.76.
Полное собрание
сочинений [Текст]: в 3
т. /Мольер; пер. с фран.;
под rед. Н.М.Любимова.-
Москва: Искусство, 1985.-
Т.1 .- 458 с.
15
390
illiyi
Fransız
dramaturqu
Dostları ilə paylaş: |