Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

 
175 
tarixi  düzəni  açılır.  Şairin  dünyagörüşünə  qol-qanad  verir. 
"Cavid  cihadı"  və  "Məmməd  Araz  qayası"  əsərləri  mənim 
üçün  daha  doğmadır.  Çünki  hər  iki  əsərdə  yaralanmış 
Azərbaycan, əsir olmuş Qarabağ, Məmməd Araz harayı, indi 
bizim olmayan yerlərin göz yaşı, Cavidin şəxsində bir insan 
ömrünün sızıltıları, "Hər şairin ömründən bir araz çayı axır" 
deyən ürəyin çırpıntıları insanı üşüdür, göynədir. 
Məndə 
qəti 
şübhə 
yoxdur 
ki, 
ədəbiyyatşünas 
alimlərimiz,  istəkli  oxucularımız  Elçinin  bu  əsərləri 
haqqında  dəyərli  məqalələr  yazıblar  və  yazacaqlar,  fıkirlər 
söyləyiblər  və  söyləyəcəklər.  Çünki  bir  yazıda  geniş  fıkir 
söyləmək  çox  çətindir.  Mən  qələm  dostumun  son  əsərlərini 
ürəklə,  məhəbbətlə,  sevgiylə  oxudum.  Onun  bir  şair  kimi 
dünyagörüşünün genişliyinə, ümidin qanadlarında uçmağına 
heyran oldum. 
 Elçində 
olan 
şair 
fəhminin 
gücü, 
rəssamlıq 
duyğularının dərinliyi məni sevindirdi. 
 Arzu  edirəm  ki,  şair  dostum  Elçin  yazmaqdan, 
gəzməkdən, mütaliə və müşahidə etməkdən yorulmasın. 
50  yaşın  mübarək  olsun,  əziz  qardaşım!  Tanrı  səni 
Şuşana, Cıdır Düzünə, Xarıbülbülünə qovuşdursun!!! 
 
27 iyul 2014 
 
 
176 
 
 
 
 
 
NİZAMƏDDİN ŞƏMSİZADƏ 
 
  Respublika Dövlət mükafatı  laureatı, 
filologiya elmləri doktoru, professor. 
                                                                                   
İDRAKIN BƏDİİ ŞÖLƏSİ 
 
Yer üzünün gözəlliyi ondadır ki, orada türklər yaşayır. 
 
Bəşər övladı dünyaya xəlq olduğu gündən insanın zəkası 
ilə  qəlbi,  fikirlə  hiss  arasında  mübarizə  gedir.    Mənim 
fikrimcə  əql  insana  Allah  tərəfindən  maddi  aləmi  -  yer 
hərəkətlərini  dərk  etmək  üçün  verilmiş  ən  böyük  imkandır. 
Qəlb-duyğu,  hissiyyat  isə  daha  böyük,  təbii  ki,  idraki  yox 
fəhm  (və  vəhy)  imkanlarına  malikdir.  Ona  görə  də  bir  var, 
həyatdan,  kitabdan,  müəllimdən  öyrənilmiş  elmlər.  Mən 
bunları  müdrik  elmlər  adlandırıram.    Bir  də  var  çox  nadir 
insanların,  peyğəmbərlərin,  dahilərin,  övliyaların  bəsirət 
gözü  ilə  görüb  fəhm  etdikləri-bunlar  mistik  (səmavi) 
elmlərdir.  Poeziya,  xüsusilə  lirika  və  musiqi  qəlbin 
məhsuludur.  Lirik  şeirin,  nəğmənin  mənbəyi  insanın  qəlb 
aləmidir.  Bununla  belə  böyük  poeziya  o  zaman  yaranır  ki, 
fikirlə  hiss  birləşir.  Təxminən  əlli  il  öncə  XX  əsrin  böyük 
şairi,  silsilə  poetik  kəşflər  ustası  əbədi    gənc  Əli  Kərim 
“İntellekt və poeziya” məqaləsində bu həqiqəti nəzəri şəkildə 
yada  salmış  və  belə  bir  şeirin  parlaq  nümunələrini  (“İlk 
sevgi”, “Qayıt” yaratmışdır.) 


 
177 
Bir  neçə  istisna  nəzərə  alınmazsa  XX  əsrin  əvvəlinə  - 
maarifçi  realizmin  janrları  yaranana  qədər  Azərbaycan 
ədəbiyyatı tarixi poetik (şeir) formalarında təkamül etmişdir. 
Nəzərə alsaq ki, “ülumi-ədəbi” 15-17 elmdən ibarət idi, bu 
da  Şərqdə  poeziyanın  həm  də  nəzəri-fəlsəfi  fikri  əks 
etdirməsini  təsəvvür  etmək  çətin  deyil.    Dahi  Nizami 
Gəncəvinin  “Xəmsə”si  həm  də  belə  bir  həqiqətin  ifadəsi  idi 
ki,  
 
Rütbələr içində seçilir biri 
Hamıdan ucadır alimin yeri 
Elmlə, biliklə, başqa cür heç kəs 
Heç kəsə üstünlük eyləyə bilməz. 
 
“Sözə  xor  baxmaq  olmaz  hər  söz  //  Ərşdəndir  gəlib 
hədiyyə  bizə”.  “Söz  yaradanın  mədhi-sənasıdır,  nəğməsidir” 
kəlamları  ilə  SÖZün  ilahi-səmavi  mənsəbini  qəbul  edən 
böyük  Füzuli    “elmsiz  şeir  əsasız    divar  olar,  əsasız  divar 
qayətdə bistibar olar” düsturunu irəli sürmüşdür. 
Çağdaş  Azərbaycan  ədəbiyyatında  fikirlə  hissin  vəhdəti 
əsasında  intellektual  poeziya  yaradan  məşhur  qələm 
sahiblərindən biri Elçin İsgəndərzadədir. Elçin ədəbi və elmi-
ictimai  mühitdə  öz  alimliyi,  poeziyası,  xeyirxah  əməlləri  və 
ictimai  fəaliyyəti  ilə  kifayət  qədər  tanınan,  hamı  tərəfindən 
rəğbətlə  qəbul  edilən  ziyalı  bir  şəxs,  nüfuzlu  bir  fikir 
adamıdır.  Mən  onun  gördüyü  işlər,  gəzdiyi  ölkələr  və  aldığı 
mükafatlarla  bağlı  siyahını  oxuyanda  heyrətə  gəldim.  Hər 
zaman  ən  hörmətli  yığıncaq  və  mərasimlərdə  yanımızda 
diqqəti  cəlb  etmədən  böyük  işlər  görən,  50  yaşlı  texnika 
elmləri  doktoru,  professor,  tanınmış  şair,  ehtiraslı  publisist, 
pedaqoq,  türkçü,  qədrşünas,  Azərbaycanı  bütün  dünyada 
ləyaqətlə  təmsil  edən  vətənpərvər  bir  ziyalı  Elçin 
 
178 
İsgəndərzadənin  olduğu  ölkələrin,  elminə  və  poeziyasına 
görə  aldığı  mükafatların,  elmi  və  bədii,  habelə  tərcümə 
əsərlərinin siyahısını təqdim etsəm nəinki bir  məqalənin heç 
bir  kitabın    da  hüdudlarına  sığışmaz.  Elçini  tanıyanlara  bu 
dəyərli  işlər  yaxşı  məlumdur.  Məlum  olmayanlar  üçün 
bunların  sadəcə  statistikasını  qeyd  etməklə  kifayətlənirəm, 
necə deyərlər “Arifə bir işarə də bəsdir”.  
Professor  Elçin  İsgəndərzadə  200-dən  çox  elmi 
məqalənin,  47  ixtiranın,  14  monoqrafiya  və  dərs  vəsaitinin, 
85  bədii  kitabın,  125    tərcümə  kitabının  mütərcimidir. 
Dünyada çap olunan iyirmiyədək qəzet və jurnalın redaksiya 
heyətinin üzvüdür.  
Elçin  İsgəndərzadə  Şuşada  anadan  olub.  (14.09.1964). 
Ağdam  şəhər  6  saylı  orta  məktəbi  qızıl  medalla  (1981), 
Azərbaycan  Politexnik  İnstitutunu  fərqlənmə  diplomu  ilə 
bitirib  (1986),   “Maşın  və  mexanizmlər  nəzəriyyəsi”  ixtisası 
üzrə  aspiranturaya  qəbul  olunub  (1989),  namizədlik 
dissertasiyasını  müdafiə  edib  (1993),  “Vektor”  Beynəlxalq 
Elm  Mərkəzini  təsis  edib  (1994),  Azərbaycan,  Qazaxıstan, 
Bolqarıstan,  Rumıniya,  Kosova,  Rusiya  və  s.,  Yazıçılar 
Birliyinin  üzvü,  Afina  şəhərinin  fəxri  vətəndaşı,  “Roma 
şəhərinin fəxri alimi”, Avropanın fəxri ixtiraçısı və fəxri elm 
və  mədəniyyət  adamı,  onlarla  Beynəlxalq  Akademiyanın 
üzvü,  orden  və  qızıl  medalın  sahibi...  və  Şairdir. 
N.Nərimanov  həkim,  A.P.Çexov  həkim,  Ç.Aytmatov 
zootexnik,  fəqət  həm  də  və  bəlkə  də  daha  çox  yazıçı  idilər. 
Bu  gün  professor,  Hacı  (2006)  Elçin  İsgəndərzadə,  Türk 
Dünyası  Araşdırmaları    Beynəlxalq  Elmlər  Akademiyasının 
həmprezidenti  kimi  dünyada  Türk  birliyinə  tarixi  xidmət 
göstərir.  Bunu  E.İsgəndərzadə  haqqında  böyük  türk 
müasirlərinin  qiymətli  fikirləri  təsdiq  edir.  Bir  neçə 
mülahizəni misal verək:   


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə